Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   83   84   85   86   87   88   89   90   ...   115

deməsələr də, o, işin ciddi olduğunu hiss edirdi. Fransız hakimiyyət orqanlarının
xahişi ilə Kent polisi dispetçer xidmətinə Tibinqin «xoker»ini adətən olduğu kimi
anqarın qarşısında yox, əsas zolaqda, terminala girişin qarşısında yerə endirməyi
əmr etmişdi. Tibinqin pilotu razılaşmışdı, görünür, qaz sızması nağılına inanmışdı.
Britaniya polisi adətən üstündə silaah gəzdirməsə də, vəziyyət xüsusi silahlı
dəstənin gətirilməsini tələb etmişdi. Budur, indi aerovağzalın binasında avtomat-
tapançalarla silahlanmış səkkiz polis vardı. Gözləyirdilər ki, yerə enmiş təyyarənin
mühərriki nə vaxt dayanacaq. Bu baş verən kimi, yerüstü xidmətin əməkdaşı
«xoker»in təkərlərinin altına xüsusi «başmaq»lar qoyacaq ki, təyyarə daha
yerindən tərpənə bilməsin. Bundan sonra işə polislər girişəcəkdi. Onların tapşırığı
ondan ibarət idi ki, təyyarədəkiləri fransız polisi gələnə qədər saxlasınlar.
«Xoker» artıq tamam aşağıdan uçurdu, az qalırdı ki, ağacların başına
toxunsun. Saymon Edvards enişi yaxınlıqdakı meydançadan müşahidə etmək üçün
aşağıya qaçdı. Polislər də görüşə hazırlaşırdılar, qapının ağzında isə təkərlərə
«başmaq» qoyacaq əməkdaş hazır dayanmışdı. Budur, «Xoker» burnunu yüngülcə
aşağı əyərək eniş zolağına düşdü, şassinin altından ağ tüstü dumanı qalxdı. Və
yağışdan islanmış ağ rəngli bortu parıldayan təyyarə qudron döşənmiş zolaq
boyunca şütüdü. Amma o, terminal istiqamətdə hərəkət etmirdi və deyəsən,
dayanmağa da hazırlaşmırdı. Təyyarə aerovağzal binasının yanından keçib düz
Tibinqin anqarına doğru istiqamət götürdü.
Polislər Edvardsa təəccüblə baxdılar.
- Siz, axı dediniz ki, pilot təyyarəni terminalın qarşısında saxlamağa razılaşıb?
- Bəli, razılaşmışdı, - özünü itirmiş Edvards cavab verdi.
Bir neçə saniyədən sonra, Edvards anqara tərəf sürət götürən polsi
avtomobilinin içində idi. Tibinqin «xoker»i sakitcə anqara girib gözdən itdikdə ora
doğru istiqamətlənən maşın karvanı beş yüz yard aralıda idi. Budur, nəhayət,
maşınlar gəlib çatdı və anqarın açıq qapısı yanında dayandı. Silahı hazır vəziyyətdə
tutmuş polislər maşınlardan çıxdılar.
Edvards da düşdü.
Qulaqbatırıcı səs eşidilirdi.
Pilot anqarın içində gələcək uçuş üçün mövqe almaq məqsədi ilə «xoker»in
burnunu çıxışa tərəf döndərdiyindən təyyarənin mühərrikləri hələ uğuldayrdı.
Nəhayət, təyyarə 180 dərəcə dönüb anqarın çıxışına tərəf dayandı. İndi Edvards
pilotun üzünü görə bilirdi. Onun üzündə təəccüb ifadəsi vardı – o, giriş qapısının
yanında bu qədər polis avtomobilinin toplaşacağını zənn etmirdi.
Pilot təyyarəni saxlayıb mühərriki söndürdü. Polislər anqara doluşub «xoker»i
dövrəyə aldılar. Edvards da Kent qraflığının polis inspektoruna qoşuldu, onlar
birlikdə fyuzelyacın qapısına tərəf getdilər. Bir neçə saniyə sonra qapı açıldı.
Lyu Tibinq qapıda göründü, onun qarşısında elektron qurğu ilə idarə olunan
pilləkən açıldı. Qoltuq ağaclarına söykənən ser Tibinq ona tuşlanmış avtomatlara
təəccüblə baxdı, sonra gicgahını qaşıdı.


- Saymon, bunu necə başa düşmək olar? Yoxsa mən lotoreyada polislər üçün
pul udmuşam? – onun səsində həyəcan yox idi, yalnız təəccüb hiss olunurdu.
Saymon Edvards udqunaraq irəli addımladı.
- Sabahınız xeyir, ser. Bizdə qaz sızması baş verib, pilotunuzdan xahiş etdik ki,
terminalın yanında yerə ensin. O da razılaşdı.
- Hə, hə, bilirəm. Amma mən ona əmr etdim ki, təyyarəni bura sürsün. Həkimə
gecikirəm. Mən bu anqara görə pul ödəyirəm və qaz sızması haqqında boş-boş
sözləri eşitmək istəmirəm.
- Sizin burda yerə enməniz bizim üçün bir qədər gözlənilməz oldu, ser.
- Başa düşürəm. Amma mən doğrudan da, gecikirəm. Öz aramızda qalsın,
Saymon, bu yeni dərmanların təsirindən sidiyimi saxlaya bilmirəm. Uçub bura
gəldim ki, həkimim mənə baxsın.
Polislər bir-birlərinə baxdılar. Saymon qaş-qabağını töküb dedi:
- Düz etmisiniz, ser.
- Baxın, ser, - polis inspektoru yaxına gəldi, - təxminən yarım saat müddətində
təyyarənin bortunda qalmağınızı sizdən xahiş edirəm.
Tibinq artıq pilləkənlərlə aşağı düşürdü.
- Bu mümkün deyil, - o cavab verdi. – Mən həkimlə görüşməliyəm. Vaxt təyin
etmişik. – O, yerə düşdü. – Mən getməliyəm.
İnspektor bir addım da qabağa gəlib Tibinqin yolunu kəsdi:
- Mən Fransa məhkəmə polisinin xahişi ilə bura gəlmişəm. Onlar sizi cinayəti
gizlətməkdə və şübhəli şəxsləri sərhəddən keçirməkdə ittiham edirlər.
Tibinq uzun müddət diqqətlə inspektora baxdı, sonra bərkdən güldü:
- Bu nə zarafatdır!
İnspektor tərpənmədi.
- Mən zarafat etmirəm, ser. Bütün bunlar çox ciddidir. Fransız polisi deyir ki,
təyyarədə əsir də var.
Bu vaxt qapıda Tibinqin xidmətçisi Remi göründü.
- Şəxsən mən, ser Lyuya işlədiyim üçün özümü əsir kimi hiss edirəm, amma o
həmişə deyir ki, mən istədiyim vaxt çıxıb gedə bilərəm. – Remi qol saatına baxdı. –
Biz doğrudan da, gecikirik, ağa. – o, başı ilə anqarın uzaq küncündə dayanmış
«yaquar»ı göstərdi. Qara şüşəli, ağ təkərli nəhəng avtomobil. – İndi maşını bura
sürərəm, - Remi bu sözləri deyib pilləkənlə aşağı düşməyə başladı.
- Bağışlayın, amma mən sizin getməyinizə heç cür icazə verə bilmərəm, -
inspektor dedi. – Xahiş edirəm, hər ikiniz geriyə, təyyarəyə qayıdın! Fransız
polisləri tezliklə burda olacaqlar.
İndi Tibinq Saymon Edvardsdan gözünü çəkmirdi.
- Saymon, Allah xatirinə, bu ki, gülməlidir! Təyyarədə kənar adam yoxdur.
Mən, Remi və pilot. Bəlkə, siz bu danışıqlarda vasitəçi olasınız? Təyyarəyə qalxıb
əmin ola bilərsiniz ki, orda heç kim yoxdur.
Edvards tələyə düşdüyünü anladı.


- Baş üstə, ser. İndi qalxıb təyyarəyə baxaram.
- Olmaz! – Kent qraflığının polsi inspektoru ucadan dedi. Onun bu işdə Saymon
Edvardsın şəxsi marağının olmasından şübhələnməsinə hər cür əsası vardı. Yəqin
o, yalan danışacaq, deyəcək ki, təyyarədə başqa adam yoxdur, yalnız bir məqsədlə:
Biqqin-Hollun sərfəli müştərisini itirməmək üçün. - Mən özüm baxaram.
Tibinq başını yırğaladı:
- Bu, ola bilməz, inspektor. Təyyarə – xüsusi mülkiyyət sayılır, mənim sizdən
axtarış üçün order tələb etmək hüququm var. Orderiniz yoxdursa, məsləhət
görərdim ki, təyyarəmdən kənarda durasınız. Ona görə də, mənim təklifim daha
ağıllıdır. Təyyarəni mister Edvards təftiş edə bilər.
- Bu olmayacaq!
- Təəssüf, inspektor, mənim oyun oynamağa vaxtım yoxdur. Mən gecikirəm.
Ona görə də gedirəm. Əgər məni saxlamaq istəyirsinizsə, atəş aça bilərsiniz. –
Tibinq və Remi polis rəisinin yanından keçib anqarın o tərəfində dayanmış limuzinə
Sarı getdilər.
Kent polisinin inspektoru ürəyində Tibinqi o ki var, söydü. Bu varlıqların hamısı
belədir, özlərini elə aparırlar ki, elə bil, qanun onlar üçün yazılmayıb.
Bu keçməz! İnspektor çevrilib Tibinqin kürəyini nişan aldı.
- Dayanın! Yoxsa, atəş açacağam!
- Açın! – Tibinq dayanmadan, hətta geriyə baxmadan cavab verdi. – Onda
mənim vəkillərim sizin yumurtalarınızdan nahar bişirərlər. Əgər ordersiz mənim
təyyarəmə girməyə cürət etsəniz, onda dalağınızdan kabab çəkərlər.
Amma inspektor möhkəm adam idi. Formal olaraq Tibinq haqlı idi, xüsusi
təyyarədə axtarış aparmaq üçün polisə doğrudan da, order lazım idi. Amma
təyyarə Fransadan uçduğundan və bu barədə əmri başqa biri yox, qüdrətli Bezu
Faş verdiyindən Kent qraflığının polis inspektoru əmin idi ki, əgər o, Tibinqin
təyyarəsində kimin gizləndiyini şəxsən tapsaydı, karyerası daha uğurla inkişaf
edəcəkdi.
- Onları saxlayın! – o, adamlarına əmr etdi. – Mən təyyarəni axtaracam.
Əllərində avtomat olan polislər irəli cumub Tibinqlə Remini limuzindən
uzaqlaşdırdılar. Tibinq çevrilib dedi:
- Son dəfə xəbərdarlıq edirəm, inspektor. Mənim təyyarəmə girməyi
ağlınızdan belə keçirməyin. Sonra çox peşman olacaqsınız.
Bu hədələrə əhəmiyyət verməyən inspektor qətiyyətlə pilləkənə tərəf
addımladı. Qalxıb, salona baxdı. Sonra içəri girdi. Bu nə deməkdir?
Qorxmuş pilotdan başqa təyyarədə heç kim yox idi. Heç kim. İnspektor cəld
tualeti və yük yerini yoxladı, hətta kresloların altına baxmağa belə tənbəllik
etmədi. Heç kim. Təyyarədə kimsə gizlənməmişdi.
Lənət şeytana, bəs, bu Bezu FAş nə düşünmüşdü? Deyəsən, Lyu Tibinq doğru
söyləmişdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə