Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   81   82   83   84   85   86   87   88   ...   115

- Sizin heç olmasa, hansı cəngavər haqqında söhbət getdiyindən təsəvvürünüz
varmı?
- Heç bir fikrim yoxdur, - Tibinq dedi. – Amma mən dəqiq bilirəm ki, onun
sərdabəsini harda axtarmaq lazımdır.
Bu vaxt yerdə, onlardan on beş mil aralıda altı polis avtomobili yağışdan
islanmış yolla Kentdəki Biqqin-Hill aeroportuna tərəf şütüyürdü.
LXXIX
Leytenant Kolle Tibinqin soyuducusundan perye butılkasını götürüb bir
qurtum içdi və mətbəxdən dəhlizə çıxdı.
Hələlik onların əldə etdiyi əşyayi-dəlillər heç nəyi aydınlaşdırmırdı: anlaşılmaz
rəmzlərlə dolu kağız parçası, «qılınc» və «qab» sözləri, qana batmış çıxıntılı kəmər.
Ekspert Kolleyə izah etdi ki, bu əşya hadisələrdə «Opus Dei» adlı mühafizəkar
katolik qrupu üzvünün iştirakını göstərir. Bu yaxınlarda, televiziya proqramlarının
birində onların Parisdə xoşagəlməz fəaliyyətini ifşa etmişdilər.
Kolle ah çəkdi. Yaxşı ki, bu əşyanın nə olduğunu aydınlaşdırmaq üçün baş
sındırmayacağıq.
O, geniş holldan keçib, nəhəng bal zalına girdi. Burda evin sahibi özünə
kabinet düzəltmişdi. Ekspert xidmətinin rəhbəri barmaq izlərinin qaldığı ehtimal
olunan yerlərə xüsusi tərkibli toz səpirdi. Bu, aşırma şalvar geymiş gülərüz gombul
kişi idi.
- Hə, nə isə var? – Kolle soruşdu. Gombul başını yırğaladı:
- Yeni bir şey yoxdur. Barmaq izləri çoxdur, amma bunlar o biri evlərdə
tapılanlarla uyğundur.
- Bəs, kəmərdəki izlər?
- Onunla İnterpol məşğuldur. Mən tapdığımız əşyaları onlara verdim.
Kolle stolun üstündəki iki ədəd möhürlənmiş plastik paketi göstərib dedi:
- Bunlar nədir?
Gombul çiyinlərini çəkdi:
- Bu məndə adətdir. Qəribə görünən nə varsa, toplayıram.
Kolle stola yaxınlaşdı.
- Qəribə?
- Bu ingilis qeyri-adi tipdir, - ekspert cavab verdi. – Baxın. – O, paketlərin
birindən şəkil çıxarıb Kolleyə uzatdı.
Şəkildə kafedral katolik kilsəsinin əsas girişi təsvir edilmişdi. Ənənəvi
arxitektura, getdikcə daralan tağlar cərgəsinin sonunda kiçik qapı vardı.
- Hə, burda nə var ki? – Kolle soruşdu.
- Siz onu çevirin.
Şəklin o biri üzündə ingiliscə yazı vardı. Yazıda deyilirdi ki, qədim kilsənin
uzunsov nefi qadın bətninin rəmzidir. Guya bu, qədim bütpərəstlik inamlarına
hörmət əlaməti idi. Hə, doğrudan da qəribə yazıdır.
- Dayanın! Deməli o, hesab edir ki, kilsənin girişi qadın bətninin simvoludur…


Ekspert başını tərpətdi:
- Bəli. Kiçilən qübbələr qadın orqanının dodaqcıqları, onların üstündəki qatlar
isə – klitordur. – O, köks ötürdü. – Bilirsiniz, dərhal kilsəyə getmək istədim.
Kolle ikinci paketi götürdü. Onun içində hansısa köhnə sənədin parıldayan
şəkli görünürdü. Sənədin başlığı belə di:
«Les Dossiers Secrets – Number 4 lml 249»
- Bəs, bu nədir? – Kolle soruşdu.
- Bilmirəm. Burda hər yerdə bu sənədin surətləri səpələnib, mən də birini
götürdüm.
Kolle sənədə diqqətlə baxdı.
SİON PRİORATI – BÖYÜK USTADLAR
CAN DE QİZOR (1188-1220)
MARİ DE SEN KLER (1220-1266)
QİYOM DE QİZOR (1266-1307)
EDUARD DE BAR (1307-1336)
CANNA DE BAR (1336-1351)
CAN DE SEN-KLER (13151-1366)
BLANŞ D EVRYÖ (1366-1398)
NİKOLA FLAMEL (1398-1418)
RENE D ANCU (1418-1480)
İOLANDA DE BAR (1480-1483)
SANDRO BOTTİÇELLİ (1483-1510)
LEONARDO DA VİNÇİ (1510-1519)
KONNETABL DE BURBON (1519-1527)
FERDİNAND DE QONSAKE (1527-1575)
LUİ DE NEVER (1575-1595)
ROBERT FLADD (1595-1637)
C. VALENTİN ANDREA (1637-1654)
ROBERT BOYL (1654-1691)
İSAAK NYUTON (1691-1727)
ÇARLZ REDKLİF (1727-1746)
ŞARL DE LOREN (1746-1780)
MAKSİMİLYAN DE LOREN (1780-1801)
ŞARL NODYE (1801-1844)
VİKTOR HÜQO (1844-1885)
KLOD DEBÜSSİ (1885-1918)
CAN KOKTO (1918-1963)
Sion Prioratı? Kolle fikrə getdi.
- Leytenant? – Agentlərdən biri otağa girdi. – Kapitan Faşa zəng edən var,
deyir ki, çox mühümdür. Onunla əlaqə yarada bilmir. Bəlkə, siz cavab verəsiniz?
Kolle mətbəxə qayıdıb telefon dəstəyini götürdü. Bu, Andre Berne idi.


Bankirin səsindəki hətta incə ləhcə də onun həyəcanını gizlədə bilmirdi.
- Kapitan Faş mənə zəng edəcəyini dedi, amma indiyə qədər ondan xəbər
yoxdur!
- Kapitan məşğuldur, - Kolle dedi, - Nə kimi kömək lazımdır?
- Düşünürdüm ki, baş verən hadisələr barədə mənə də müntəzəm məlumat
verəcəksiniz.
Bir anlığa Kolleyə elə gəldi ki, bu səsi hardasa eşidib, amma harda eşitdiyini
heç cür xatırlaya bilmədi.
- Müsyö Berne, Parisdəki təhqiqata müvəqqəti olaraq mən rəhbərlik edirəm.
İcazə verin, özümü təqdim edim: leytenant Kolle.
Dəstəkdən uzun müddət səs eşidilmədi:
- Bağışlayın leytenant, mənə təcili zəng gəldi. Narahat etdiyim üçün üzr
istəyirəm. Sizə sonra zəng edərəm, – kişi dəstəyi asdı.
Kolle əlində dəstək yerindəcə donub qalmışdı. Birdən ona hər şey aydın oldu.
İndii mən dəqiq bilirəm ki, bu səsi harda eşitmişəm! O, hətta sakitcə ah çəkdi.
Zirehli furqonun sürücüsü.
Qolunda saxta «Roleks» saatı olan sürücü.
Yalnız indi Kolle anladı ki, bankir dəstəyi nə üçün tələsik asdı. Əlbəttə ki,
Berne, onu çıxışda saxlayan zabitin adını yadda saxlamışdı. Utanmazcasına yalan
dediyi zabiti.
Nə etmək olar? Hadisələr gözlənilməz şəkildə inkişaf edirdi. Bernenin də bu
işdə əli var. Kolle anlayırdı ki, Faşa zəng etmək lazımdır. Nəhayət, bu günkü
səhvlərə bəraət qazandırmaq üçün əlinə yaxşı fürsət düşüb.
O, cəld İnterpolla əlaqə saxladı və onlardan Sürix Depozitar Bankı, həmçinin
onun prezidenti Andre Berne barədə bütün informasiyaları almaq üçün xahiş etdi.
LXXX FƏSİL
- Xahiş edirəm, kəmərləri bağlayın, - «Xoker 731» boz dumanın içindən aşağı
enməyə başlayanda Tibinqin pilotu elan etdi. – Biz beş dəqiqədən sonra yerə
enəcəyik.
Dumanın içindən aşağıda Kentin təpələrini görən Tibinq sevindi və
yüngülləşdi. Nəhayət, o evdədir! İngiltərə Parisdən cəmi bir saatlıq uçuş
məsafəsində olsa da, Tibinqə bu uzaq görünürdü. Səhərlər rütubətli, hətta yağışlı
olur, ətrafda yaşıllıqlar gözə çarpır. Fransa ilə birdəfəlik və həmişəlik qurtardıq.
Mən İngiltərəyə qələbə ilə dönürəm. Guşəli daş tapılıb! Yox, əlbəttə ki, hələ əsas


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə