Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   80   81   82   83   84   85   86   87   ...   115

Tibinq gülümsəyirdi.
- Etbaş kodunu tətbiq etsək, onda biz… - o, birdən susdu. Sifəti ağappaq
ağardı. – İlahi!
Lenqdon qaşlarını qaldırdı.
- Nə olub? – Sofi həyəcanlandı.
- Siz inanmayacaqsınız… - Tibinq sakitcə mızıldadı. – Xüsusən də, sən əzizim.
- Siz nə deyirsiniz?
- Yox, bu, sadəcə dahiyanədir, - o yavaşdan dedi. – Sadəcə dahiyanə! – Tibinq
bu sözləri deyib kağız vərəqini götürdü və yenə nəsə yazmağa başladı. – Diqqət
edin əzizlərim! Bax, bu da sizə açar söz. – Tibinq onlara kağız vərəqini uzatdı.
Sh-V-P-Y-A
Sofi üz-gözünü turşutdu:
- Bu nədir?
Lenqdon da heç nə anlamırdı.
Tibinqin həyəcandan səsi titrədi:
- Mənim dostlarım, bu, «müdriklik» mənasını verən qədim sözdür.
Lenqdon diqqətlə hərflərə baxdı. Qədim dünya öz müdrik sirrini açır. Və o, hər
şeyi başa düşdü. O, bunu heç gözləmirdi.
- Əlbəttə ki! – «müdriklik» mənasını verən qədim söz.
Tibinq güldü:
- Həm də, hərfi mənada!
Sofi hərflərə, sonra disklərə baxdı. Və ani olaraq anladı ki, Tibinqlə Lenqdon
ciddi səhvə yol verib.
- Dayanın! Bu, heç cür açar söz ola bilməz! – o, etiraz etdi. – Kripteksin
diksində Sh hərfi yoxdur. Burda ənənəvi latın əlifbasından istifadə olunub.
- Siz sözün özünü oxuyun, - Lenqdon təkid etdi, - və bu zaman iki detalı
unutmayın. İvrit dilində «Sh» hərfi vurğudan asılı olaraq «es» kimi də oxunur. «p»
hərfi isə «ef» kimi oxunur.
SVFYA?
Sofi tamam özünü itirmişdi.
- Dahiyanədir! – Tibinq yenə ucadan dedi. – «Vav» hərfi çox zaman sait səs
«o»-nu əvəz edir.
Sofi yenə bu müəmmalı hərflərə baxdı, onları lazımi qaydada düzməyə cəhd
etdi.
- S…O…F…İ…A…
Yalnız indi o, öz səsini eşitdi və əvvəlcə nə dediyinə inanmadı.
- Sofiya? Bunu «Sofiya», «Sofya» kimi də oxumaq olar?
Lenqdon sevincə başını tərpətdi:
- Bəli! Belədir! Və «Sofiya» qədim yunan dilində «müdriklik» deməkdir. Sizin,
adınız da burdan yaranmışdır, Sofi.


Birdən Sofi babasından ötrü necə darıxdığını hiss etdi. O, Prioratın guşəli daşını
mənim adımla şifrələmişdi! Onu qəhər boğurdu. Hər şey belə sadə və mükəmməl.
Lakin o, yenə kripteksin disklərinə baxıb gördü ki, hələ problem həll edilməyib.
- Amma dayanın… «Sophia» sözü latınca beş hərflə yox, altı hərflə yazılır.
Tibinqin üzündəki təbəssüm itməmişdi.
- Şerə bir də baxın. Babanız orda «qədim» sözünü təsadüfən işlətməyib.
- Yəni?
Tibinq yenə göz vurdu:
- «Müdriklik» sözü qədim yunan dilində «S-O-F-İ-A» kimi yazılırdı.
LXXVIII FƏSİL
Sevincindən həyəcanlanan Sofi kripteksi götürdü və hərfli diskləri fırlatmağa
başladı. Qədim dünya öz müdrik sirrini açır. Lenqdonla Tibinq nəfəslərini çəkərək
ona baxırdılar. S…O…F…
- Ehtiyatlı ol! – Tibinq dedi. – Yalvarıram, əzizim, ehtiyatla hərəkət et!
…İ…A
Sofi axırıncı diski də fırlatdı. Lazım olan hərflər bir xətdə düzüldülər.
- Hə, deyəsən, tamamdır, - o dedi və yoldaşlarına baxdı. – Açmaq olar.
- Sirkəni yadınıza salın, - Lenqdon ona xəbərdarlıq etdi. – Ehtiyatlı ol.
Sofi anlayırdı ki, əgər bu kripteks onun uşaqkən oynatdığı kriptekslər kimi
hazırlanmışdısa, onda onu açmaq çox sadədir. Hər iki ucundan tutub yüngülcə
dartmaq lazımdırdır. Əgər disklər açar sözə uyğun düzülübsə, onda silindrin bir ucu
qapaq kimi açılacaq və onun içindən sirkə ilə dolu silindrik qaba rulon kimi
bükülmüş papirus çıxacaq. Əgər açar söz düzgün tapılmayıbsa, onda silindrin
uclarına edilən təzyiq yaylı rıçağı hərəkətə gətirir. O, aşağı düşüb kövrək şüşə
borunu sıxır. Bundan boru sını rvə içindəki sirkə papirusun üzərinə dağılır.
Basma, ehtiyatla dart, o öz-özünə dedi.
Tibinq və Lenqdon gözlərini Sofidən çəkmirdilər. Budur o, silindrin uclarından
yapışdı. Dartmağa başladı. Onlar uzun müddət açar sözü tapmaq üstündə baş
sındırmışdılar. Sofi artıq unutmuşdu ki, kripteksin içindəki nə ola bilər. Prioratın
guşəli daşı. Əgər Tibinqə inansaq, bu, Qraalın yerini göstərən xəritə olmalı idi. O,
izah etdi ki, Sanqril xəzinəsi və Mariya Maqdalinanın qəbirüstü daşı nə deməkdir…
Silindrin uclarından tutmuş Sofi bir daha əmin oldu ki, bütün hərflər düzgün,
bir xətt üzrə düzülüb. Sonra ehtiyatla, yavaş-yavaş dartdı. Heç nə olmadı. Sonra o,
daha möhkəm dartdı. Birdən nəsə şaqqıldadı və daş silindr teleskop kimi aralandı.


Onun əlində silindrin yarısı qaldı. Lenqdon və Tibinq dik atıldılar. Sofinin ürəyi
möhkəm döyünürdü. O, qapağı stolun üstünə qoydu və silindrin içinə baxdı.
Bükülü kağız!
Sofi diqqətlə baxıb gördü ki, nazik kağız silindrik formada əşyaya bükülüb.
Sirkə olan borudur, o düşündü. Qəribədir, ona dolanmış kağız papirusa oxşamırdı.
Bu, nazik perqamentə bənzəyirdi. Çox qəribədir, axı, sirkə inək dərisindən olan
hətta ən nazik perqamenti də çürütmək gücünə malik deyil. O, yenə də kripteksin
içinə baxdı və yalnız indi anladı ki, onun içindəki silindrik əşya heç də sirkə olan qab
deyil. Bu, tamamilə başqa şey idi. Amma nə? – aydın deyildi.
- Nə olub? – Tibinq soruşdu. – Bəlkə, kağızı çıxarasınız.
Üz-gözünü turşudan Sofi barmaqlarının ucu ilə perqamentdən tutdu və onu
silindrik əşya ilə birlikdə kripteksin içindən çıxartdı.
- Bu, papirus deyil, - Tibinq dedi. – Çox sıx və ağırdır.
- Hə, bilirəm. Bu inək dərisidir.
- Bəs, bu nədir? Sirkə olan qab?
- Yox. – Sofi perqament bükülünü açdı və müəmmalı əşyanı çıxartdı. – Budur
baxın…
Lenqdon perqamentin büküldüyü əşyanı görüb ruhdan düşdü.
- İlahi, kömək et, - Tibinq mızıldadı. – Sizin hörmətli babanız, yaxşı zarafatcıl
olub.
Lenqdon heyrətlə stola baxırdı. Bəli, Cak Sonyer onların tapşırığını
yüngülləşdirmək istəməmişdi. Stolun üstündə ikinci kripteks vardı. Birincidən daha
kiçik. Qara oniksdən düzəlmişdi. Birinci kripteksin içində olan perqament ikinci
kripteksə bükülmüşdü. Sonyer dualizmi çox sevirmiş. İki kripteks. Hər şey cüt. Kişi –
qadın. Qara ağın içində. Tam rəmzlər buketi. Ağdan qara doğur.
Hər bir kişini dünyaya qadın gətirir.
Ağ – qadındır.
Qara – kişidir.
Lenqdon əlini uzadıb stolun üstündən kiçik kripteksi götürdü. Və onun içində
nəsə pıqqıldadı. Görünür, sirkə dolu şüşə məhz kiçik kripteksin içində idi.
- Hə, Robert, - Tibinq dedi və perqament parçasını Lenqdona uzatdı, -
düşünürəm ki, düzgün istiqamətdə irəlilədiyimizə sevinəcəksiniz.
Lenqdon inək dərisindən olan perqament parçasına baxdı. Onun üstündə
dəbdəbəli xətlə daha bir şer yazılmışdı. Beşsətirli yamb. Yəqin ki, bu mətn də
şifrələnmişdi. Amma Lenqdon elə ilk sətirə baxıb əmin oldu ki, Tibinqin Britaniyaya
uçmaq qərarı düzgün imiş.
LONDON, BURDA PAPA TƏRƏFİNDƏN DƏFN OLUNMUŞ CƏNGAVƏR YATIR.
Şerin qalan sətirlərindən aydın olurdu ki, onlar Londonda dəfn olunmuş bu
cəngavərin qəbrini ziyarət etdikləri təqdirdə, ikinci kripteksin açarını tapa bilərlər.
Lenqdon ümidlə Tibinqə baxdı:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə