Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   79   80   81   82   83   84   85   86   ...   115

üzr istədi: çoxdandır təyyarəyə ərzaq ehtiyatı almır. – Bizim rahib dostumuz hələ
ki, danışmaqdan imtina edir, - o dedi. – Amma eybi yoxdur, ona zaman vermək
lazımdır. – O, krekerdən böyük bir parça dişləyib vərəqdəki şerə baxdı. – Mənim
əzizlərim, nə fikriniz var? – deyə Sofiyə tərəf çevrildi. – Bununla babanız nə demək
istəyib? Lənət şeytana, tampliyerlərin sitayiş etdiyi qəbirüstü daş hardadır?
Sofi susaraq başını yırğaladı.
Tibinq yenə şerlə məşğul oldu, Lenqdonsa kola bankasını açıb illüminatora
çevrildi. Tampliyerlərin qəbirüstü daşı – bu açardır. O, dəmir bankadakı koladan
içdi. Tampliyerlərin pərəstiş etdiyi qəbirüstü daş. Kola isti idi.
Gecə sürətlə öz yerini gündüzə verirdi, hava işıqlanırdı. Bu əvəzləməni
müşahidə edən Lenqdon aşağıda işıldayan dəniz səthini gördü. La-Manşa lap az
qalıb.
Görünür, Lenqdon işıqlaşana qədər ürəyinin dərinliyində tapmacanın cavabını
tapmağa ümid edirdi, amma belə olmadı. Hava işıqlaşdıqca həqiqət də
şəffaflaşırdı. Qulaqlarında beşmisralı yambın sətirləri, Xieros qamos duaları,
mühərrikin gurultusu bir-birinə qarışmışdı.
Tampliyerlərin pərəstiş etdiyi qəbirüstü daş.
Təyyarə lap aşağıdan uçanda Lenqdon sanki ayıldı. O, kolanın boş dəmir
bankasını stolun üstünə çırpdı.
- Siz mənə inanmayacaqsınız, - o, Tibinq və Sofiyə tərəf çevrilib dedi. – Mənə
elə gəlir ki, tampliyerlərin qəbirüstü daşı barədə bilirəm.
Tibinqin gözləri nəlbəki boyda oldu.
- Siz qəbirüstünün harda olduğunu bilirsiniz?
Lenqdon gülümsündü.
- Yox. Mən bunun nə olduğunu anladım. – Sofi diqqətlə ona baxdı. – Məncə,
«headstone», «qəbirüstü daş» sözünü burda ilkin mənada anlamaq lazımdır.
«Stone head» - «daş baş», - Lenqdon dedi. – Bu, qəbirüstü daş demək deyil.
- Daş baş nədir? – Tibinq soruşdu. Sofi də təəccüblənmişdi.
- Lyu, inkvizisiya zamanı, - Lenqdon dedi, - Kilsə Tampl cəngavərlərini cəzası
ölüm olan bütün günahlarda ittiham etmişdi, düzdürmü?
- Bəli, bu belədir. Ruhanilər onların əleyhinə ittiham düzəltməkdən
yorulmurdular. Onları uşaqbazlıqda, heyvanlarla cinsi əlaqədə, xaçı
murdarlamaqda, şeytana sitayişdə günahlandırırdılar. Siyahı çox genişdir.
- Bu siyahıda bütpərəstlik də vardı, doğrudur?
Kilsə tampliyerləri həm də onda ittiham edirdi ki, guya onlar daşdan
düzəldilmiş bütpərəstlik allahının rəmzi olan baş fiqurunun qarşısında diz çöküb
dualar edir, gizlicə ayinlər keçirirdilər.
- Bafomet! – Tibinq həyəcanla onun sözünü kəsdi.- İlahi, Robert, əlbəttə ki, siz
haqlısınız! Tampliyerlərin sitayaiş etdiyi daş məhz budur!
Lenqdon tələsik Sofiyə izah etdi ki, Bafomet bütpərəstlərin nəsilartırma allahı
olub. Hesab edilirdi ki, o, hədsiz kişi qüvvəsinə malikdir. Bafometi əsasən ya qoyun


yə da keçi başlı təsvir edirdilər – bunlar nəsilartırmanın hamı tərəfindən qəbul
edilmiş rəmzləridir. Tampliyerlər Bafometə hörmət edirdilər, onlar dairəvi şəkildə
durub ortaya daşdan düzəldilmiş qoyun və ya keçi başı qoyur və ona dualar
oxuyurdular.
- Bafomet! – Tibinq sevinclə güldü. – Bu mərasim yeni həyat verən seksual
birləşmənin magiyasına təriflər demək üçün keçirilirdi. Amma papa Kliment əmin
idi ki, Bafomet – əslində şeytanın başıdır. Bu daşdan düzəldilmiş qoyun başından
tampliyerlərin işində onların əleyhinə əsas dəlil kimi istifadə olunmuşdu.
Lenqdon başını tərpətdi. Müasir dövrdəki buynuzlu şeytana və ya iblisə olan
inamın kökləri Bafometə və Kilsənin bu, buynuzlu nəsilartırma allahını şeytan kimi
qələmə vermək cəhdlərinə gedib çıxır. Kilsə qismən də olsa buna nail olub. Şükran
bayramı günü ənənəvi amerikan açıqcalarında indiyə kimi bütpərəstlərin
nəsilartırma rəmzi olan buynuz təsvir olunur. «Bolluq buynuzu» Bafometə xərac
kimi verilib və bu, keçi südü ilə böyümüş Zevsə sitayiş dövründə baş verib. Keçinin
buynuzu sınır və sehrli şəkildə buynuzun içi müxtəlif nemətlərlə dolur. Bafomet
qrup çəkilişlərində tez-tez görünür: hansısa zarafatçı öz dostunun başı üstündə
barmaqlarını «V» şəklində, buynuz simvolu kimi qaldırır. Çox az zarafatcıl insan
bunun kişi gücünün nümayişi olduğunu bilir.
- Bəli, bəli! – Tibinq həyəcanla dedi. – Şerdə söhbət məhz Bafomet barədə
gedir. Bu, tampliyerlərin pərəstiş etdiyi məhz həmin daşdır.
- Yaxşı, - Sofi başını tərpətdi. – Əgər Bafomet tampliyerlərlərin pərəstiş etdiyi
daşdırsa, onda bizim yeni problemimiz yaranıb. – O, kripteksdəki diskləri göstərdi.
– «Bafomet» sözündə yeddi hərf var. Açar söz isə yalnız beş hərfdən ibarət
olmalıdır.
Tibinq güldü:
- Bax burda, mənim əzizim, et-baş kodu bizim karımıza gələcək.
LXXVII FƏSİL
Lenqdon heyrətləndi. Ser Tibinq iyirmi iki hərfdən ibarət qədim yəhudi əlifbasını
yaxud oricinalda adlandığı kimi əlif-beyti indicə yazıb qurtarmışdı. Alim ivrit
dilindəki hərflərin yerinə latın şriftindən istifadə etmişdi, amma bu, əlifbanı səhvsiz
oxumağa mane olmurdu.
A B G D H V Z Ch T Y K L M N S O P Tz Q R Sh Th
- Əlif, Bet, Gimel, Dalet, Hey, Vav, Zain, Xet, Tet, Yod, Kaf, Lamed, Mem, Nun,
Samex, Ayn, Pey, Çad, Kof, Reyş, Şin və Tav. – Tibinq qaşlarını çatıb davam etdi: -


Qədim yəhudicənin ənənəvi yazılarında saitlər mövcud deyildi. Deməli, «Bafomet»
sözünü bu dildə yazsaq, biz üç sait səs itiririk. Və beləliklə…
- Beş hərf! – Sofi dedi.
Tibinq başını tərpədib yenə yazmağa başladı.
- Budur, «Bafomet» sözü ivrit dilində belə yazılır. Mən kiçik hərflərlə saitləri
yazdım ki, anlaşılsın.
- Əlbəttə, yadda saxlamaq lazımdır ki, - o, əlavə etdi, - ivritcədə sözlər soldan
sağa yazılır, amma biz etbaşı məhz belə tətbiq etsək, asan olar. Hə, axırıncı
mərhələdə əlifbanı tərsinə yazmaaqla biz əvəzləmə sxemi yaratmalıyıq.
- Daha sadə üsul var, - Sofi dedi və Tibinqdən qələmi aldı. – Güzgü
əvəzləmələrinin bütün növ şifrləri, o cümlədən etbaş kodu üçün də yararlıdır. Kiçik
bir fokusdur. Bunu mənə Hollouey kollecində öyrədiblər. – deyə Sofi əlifbanın
birinci yazısını soldan sağa, onun altından isə ikinci yarısını sağdan sola yazdı. –
Şifrəaçanlar bunu qatlama əlifba adlandırırlar. Bu daha sadə və anlaşılandır.
Tibinq onun yazısına baxdı və razılıqla dedi:
- Siz haqlısınız. Hollouey kollecinin uşaqları vaxtlarını boş yerə keçirmirlər. Bu
çox xoşdur.
Sofinin çəkdiyi cədvələ baxan Lenqdon eyni zamanda həyəcan və heyranlıq
hissi keçirirdi. Aydındır ki, məşhur «Şeşaç sirri»nin şifrəsini açmaq üçün ilk dəfə
etbaş kodundan istifadə edən alimlər də belə hisslər keçirmişlər. On illər boyunca
alimləri İncildə Şeşaç şəhəri barədə yazılanlar çox maraqlandırmışdı. Heç bir
xəritədə və başqa sənədlərdə bu adda şəhər göstərilməmişdi, amma İncildə,
Yeremiy peyğəmbərin kitabında, dəfələrlə Şeşaç hökmdarı, Şeşaç xalqı, Şeşaç
şəhəri yazılmışdı. Və nəhayət hansısa alim etbaş kodunu tətbiq etdi və nəticə
alındı. Aydınlaşdı ki, əslində Şeşaç başqa bir məşhur şəhəri bildirən koddur.
Şifrəaçma prosesi sadə olmuşdu. «Şeşaç» (Sheshach) – ivritcədə Şh-şh-k kimi
yazılır.
«şh-şh-k» əvəzetmə matrisində «B-B-L»-ə çevrilmişdi.
Bu isə ivritcədə «Babel» demək idi. Yəni «Babil».
Və budur sirli Şeşaç şəhəri Babilə çevrildi. Bu hadisə İncil mətnlərində kütləvi
surətdə ikinci məna axtarışlarına səbəb oldu. Alimlər bir neçə həftə ərzində həmin
etbaş kodunun köməyi ilə Əhdi-Cədiddə uzun müddət onların gözündən yayınmış
çoxlu sirli kəmiyyət tapdılar.
- Bax, deyəsən yaxınlaşırıq, - həyəcanını gizlədə bilməyən Lenqdon pıçıldadı.
- Biz tapmacanın cavabına bir neçə düym qalmışıq, Robert, - Tibinq dedi. Sonra
Sofiyə göz vurub gülümsündü: - Hazırsınızmı?
Sofi başını tərpətdi.
- Yaxşı, «Bafomet» sözünü ivritcə saitsiz yazaq. B-P-V-M-Th alınacaq. İndii sizin
matrisin köməyi ilə onu beşhərfli sözə çevirək.
Lenqdon hiss edirdi ki, ürəyi möhkəmcə döyünür. B-P-V-M-Th. İllüminatorun
şüşələrinə günəş şüaları düşmüşdü. B-Sh-dır… P-V-dır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə