Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   87   88   89   90   91   92   93   94   ...   115

və Mariya Maqdalinanın sarkofaqı olub, təsəvvür edirsinizmi?.. Adamın tükləri biz-
biz olur.
Geniş otağa daxil olanda Lenqdonun da bədəni ürpəşdi. O, otağı gözdən
keçirtdi – naxışlarla bəzədilmiş ağ rəngli daş divarlar. Qorqullar, demonlar, əcaib
məxluqlar, əzabdan əyilmiş insan sifətləri təsvir olunmuş daş divar. Naxışın altında,
dairəvi divar boyunca daş skamya da vardı.
- Lap qədim teatrdakı kimidir, - Lenqdon pıçıldadı. Tibinq qoltuq ağacını
qaldırıb otağın o başını göstərdi. Əvvəlcə sol, sonra sağ tərəfi. Amma Lenqdon
onsuz da görürdü.
On daş cəngavər.
Beşi solda. Beşi sağda.
Döşəmədə cəngavərlərin insan boyu uzunluğunda daş heykəli uzadılmışdı.
Yaraqlı-yasaqlı, qılınc və qalxanlı cəngavərlər təbii göründüyündən Lenqdonun
ağlına dəhşətli fikir gəldi: onlar istirahət etmək üçün uzanıblar və yuxuda olarkən
kimsə oğrun-oğrun gəlib onların üstünə beton töküb. Aydın idi ki, bu fiqurlar
qədimdir, zaman keçdikcə zədələnmələrinə baxmayaraq hər biri özünə görə
unikaldır: müxtəlif əsləhələr, əl və ayaqların fərqli vəziyyəti, qalxanlardakı müxtəlif
nişanlar. Sifətlər də bir-birinə oxşamır.
Londan, burda papa tərəfindən dəfn edilmiş cəngavər yatır.
Lenqdon ürəyi döyünə-döyünə fiqurlara yaxınlaşdı.
Bu, elə həmin yerdir.
LXXXIV FƏSİL
Remi Leqaludek limuzini Templ kilsəsinin yaxınlığında, evlərin arasındakı zibil
tökülmüş çəlləklər olan dar keçiddə saxladı. Mühərriki söndürüb ətrafa baxdı. Heç
kim gözə dəymirdi. O, maşından çıxıb arxa qapıya yaxınlaşdı, qapını açıb içəri girdi,
döşəməyə uzadılmış rahibə yaxınlaşdı.
Rahib Reminin yaxında olduğunu hiss edib ayıldı və qırmızı gözlərini açdı.
Onun gözlərindən qorxu yox, maraq oxunurdu. Remi bütün axşam boyu əl-ayağı
bağlanmış sutanalı rahibin sakit dayanmasından heyrətə gəlmişdi. Rahib cipdə bir
az ora-bura vurnuxaraq, görünür öz taleyi ilə barışmış və öz həyatını
gözəgörünməz ali gücə təslim etmişdi.
Remi qalstukunun düyününü boşaltdı, köynəyinin hündür kraxmallı yaxalığını
açdı və uzun illər boyu ilk dəfə sərbəst nəfəs aldığını hiss etdi. O, barı açıb özünə
bir stəkan «Smirnoff» arağı süzdü. Birnəfəsə içib yenə süzdü.


Tezliklə mən azad və varlı olacam.
Remi barı eşələyib çaxır butılkalarını açmaq üçün aləti götürdü. Dəstəkdəki
düyməni basdı. İti bıçaq şaqqıltıyla dəstəkdən çıxdı. Bıçaq butılkaların boğazındakı
folqanı kəsmək üçün idi, amma indi o, başqa məqsədlə istifadə ediləcəkdi. Remi
əlindəki iti bıçağı sıxaraq çevrilib Saylasa baxdı.
İndi qırmızı gözlərdən qorxu oxunurdu.
Remi gülümsündü və rahibə bir qədər də yaxınlaşdı. Rahib qəfəsdəki quş kimi
çırpınmağa başladı.
- Sakit ol! – Remi bıçağı qaldıraraq pıçıldadı.
Allahın onu tərk edəcəyinə Saylas inanmırdı. Hətta fiziki əzablar, əllərində və
ayaqlarındakı dəhşətli ağrılar onu inamından döndərməmişdi. Məsih dözmüş və
bunu bizə də məsləhət görmüşdü. Bütün gecəni xilas olmaq üçün dua etdim. Və
budur indi, bıçağı görən kimi gözlərini qıydı.
Kürəyinin yuxarı hissəsində möhkəm ağrı hiss etdi. Saylas qışqırdı, o burda,
limuzinin döşəməsində, heç bir müqavimət göstərmədən öləcəyinə inanmaq
istəmirdi. Axı mən Allah-Təalaya xoş gedən işi yerinə yetirmişəm. Ustad deyirdi ki,
o, məni müdafiə edər…
Saylas kürəyinə və çiyinlərinə xoşagələn istiliyin yayılmasını hiss etdi və
düşündü ki, bu, öz qanıdır, yarasından axır. İndi kəskin ağrını baldırlarında hiss etdi,
özündən ixtiyarsız gözlərini qıydı, bu, ağrıya qarşıya bədənin müdafiə mexanizmi
idi.
Budur, ayaq əzələlərinə də istilik gəldi və Saylas yenə gözlərini qıydı, həyatının
son anında öz qatilini görməməyi qərar aldı. O, yepiskop Arinqarosanın gəncliyini
xatırladı. İspaniyada öz əlləri ilə tikdikləri kiçik kilsəni xatırladı. Mənim həyatımın
başlanğıcı.
Bütün bədəni od tutub yanırdı.
- Alın, için, - frak geymiş kişi fransız ləhcəsi ilə dedi. – Qan dövranını bərpa
etməyə kömək edər.
Saylas təəccüblə gözlərini açdı. Onun başı üstündə əlində maye dolu stəkan
tutmuş kişi durmuşdu. Döşəmədə, üstündə bir damcı da qan olmayan bıçağın
yanında skotç yumağı vardı.
- İçin, - kişi təkrar etdi. – Siz ağrıyırsınız, əzələləriniz tamam keyiyib. İndii
onlara qan gəlir.
Saylas stəkanı başına çəkdi. Maye boğazını yandırdı. Arağın dadı dəhşətli idi,
amma o, özünün dərhal yaxşılaşdığını hiss etdi. Və onu tanımadağı bu insana qarşı
minnətdarlıq hissi bürüdü. Son günlər tale Saylasa xoş baxmamışdı, amma indi
Allah öz sehrli çubuğunun bircə hərəkətilə hər şeyi alt-üst etdi.
Allah məni unutmayıb.
Saylas bilirdi ki, yepiskop Arinqarosa bunu necə adlandırardı.
Hikməti-ilahiyyə.


- Mən əvvəl də sizi xilas etmək istədim, - xidmətçi dedi, - amma bu, mümkün
deyildi. Əvvəlcə Şato Villetə polis gəldi, sonra Biqqin-Hilldəki hadisələr. Ancaq indi
əliverişli an ələ düşdü. Ümid edirəm ki, siz məni anlpayırsınız, Saylas?
Rahib gözlənilməz hadisədən çaşıb qalmışdı.
- Siz mənim adımı hardan bilirsiniz?
Xidmətçi gülümsəməklə kifayətləndi. Saylas keyimiş əzələlərini ovuşdura-
ovuşdura ehtiyatla oturdu, onun fikirləri qarmaqırışıq idi.
- Siz… Ustadsınız?
Remi başını yırğaladı və gülümsündü:
- Bu qədər hakimiyyəti mən də istərdim, amma təəssüf. Yox, mən Ustad
deyiləm. Sizin kimi, mən də onun xidmətçisiyəm. Ustad sizin barənizdə yaxşı
fikirdədir. Hə, mənim adım Remidir.
Saylas daha artıq təəccübləndi:
- Mən nə isə anlamıram… Əgər siz Ustada işləyirsinizsə, onda Lenqdon guşəli
daşı sizin evinizə niyə gətirib?
- Bu, mənim evim deyil. O, guşəli daşı dünyada Qraal üzrə ən məşhur
mütəxəssis və tarixçinin evinə gətirib. Ser Lyu Tibinqin evinə.
- Axı, siz də orda yaşayırsınız. Qəribədir ki…
Remi yenə də gülümsündü, deyəsən onu, bu təsadüf az narahat edirdi.
- Bu təsadüf tamamilə qanunauyğundur. Robert Lenqdon guşəli daşı əldə
etmişdi və ona kömək lazım idi. O, Lyu Tibinqin evindən başqa hara qaça bilərdi,
harda sığınacaq tapa rvə kimdən məsləhət ala bilərdi? Ustad mənim orda
yaşadığımı bilib, məhz buna görə, mənə müraciət etmişdi. – O, bir anlığa susub
davam etdi. – Sizcə, Ustad Qraal barədə nə üçün belə çox bilirdi?
Yalnız indi Saylas nə baş verdiyini anladı və heyrətləndi. Ustad ser Lyu Tibinqin
evindəki qulluqçunu öz tərəfinə çəkə bilmişdi. Qulluqçu isə öz sahibinin bütün
tədqiqatlarına bələd idi. Dahiyanədir!..
- Hələlik, bundan artıq heç nə deyə bilmərəm, - Remi bu sözləri deyib Saylasa
gülləsi doldurulmuş «Xekler və Kox»u uzatdı. Sonra sürücünün yerində oturub
maşının dolabçasından kiçik tapançanı götürdü. – Ən əvvəl biz çox mühüm bir işi
yerinə yetirməliyik.
Kapitan Faş Biqqin-Hilldə yerə enmiş nəqliyyat təyyarəsinin pilləkənindən yerə
düşdü və Kent polisi inspektorunun Tibinqin anqarındakı hadisələr barədə
söhbətinə inamsızca qulaq asdı.
- Mən şəxsən özüm onun təyyarəsini axtardım, - inspektor dedi. – Təyyarədə
heç kəs yox idi. Əgər ser Tibinq mənim əleyhinə ittiham irəli sürsə, mən…
- Pilotu sorğu-sual etdiniz?
- Əlbəttə ki, yox. O fransızdır, bizim qanunvericiliyə görə…
- Mənə təyyarəni göstərin.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə