Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   85   86   87   88   89   90   91   92   ...   115

Yalnız indi Lenqdon hiss etdi ki, onlar məsələnin həllinə çox yaxındırlar. Əgər
yerində olmayan kürə onlara açar sözü tapmağa kömək etsə, ikinci kripteksi aça
biləcəklər. Kripteksin içindəki haqqında onun təsəvvürü belə yox idi.
Lenqdon yenə şerə baxdı. Krossvorda oxşayır. Beş hərfdən ibarət Qraal
haqqında söz?.. Təyyarədə onlar müxtəlif sözlər düşündülər: «Qraal», «Mariya»,
«İisus», «Sarra», amma silindr açılmadı. Yox, bütün bunlar məlum sözlərdir.
Ehtimal ki, Qızılgüllə və qadın bətni ilə bağlı beş hərfdən ibarət başqa söz var. Lyu
Tibinq kimi mütəxəssisin dalana dirənməsi, məsələnin ciddi və çətin olduğunu
göstərirdi.
- Ser Lyu! – Remi ağasını çağırdı. – Siz deyəsən, demişdiniz ki, Flit-strit
Blekfrayerz körpüsünün yaxınlığındadır?
- Hə, Viktoriya çayının sahili boyunca sür.
- Bağışlayın. Amma mən yolu tanıdığıma əmin deyiləm. Axı, biz adətən
xəstəxanaya gedirik.
Tibinq sakitcə mızıldadı:
- Mən bəzən özümü dayə kimi hiss edirəm. Üzr istəyirəm, - o, bu sözləri deyib
sürücüyə tərəf getdi və Remi ilə danışmağa başladı.
Sofi Lenqdona tərəf çevrilib sakitcə dedi:
- Robert, bizim İngiltərədə olduğumuzu heç kim bilmir.
Lenqdon onun haqlı olduğunu anlayırdı. Kent polisi təyyarədə heç kimin
gizlənmədiyini Faşa xəbər verəcək, o isə fikirləşəcək ki, biz Fransada qalmışıq. Biz
indii görünməz adamıq. Tibinqin fikirləşdiyi tryukun sayəsində onlar ən qiymətli
şey – vaxt əldə ediblər.
- Faş belə asan təslim olmaz, - Sofi dedi, - sizi həbs etməyi çox istəyir.
Lenqdon Faş haqqında düşünməməyə çalışdı. Sofi vəd etmişdi ki, bütün bunlar
qurtardıqda Lenqdonun günahsızlığını sübut etmək üçün əlindən gələni edəcək.
Amma o əndişələnirdi ki, iş təkcə yalan ittihamla qurtarmasın. Faş da bu oyunun
iştirakçısı ola bilərdi. Fransanın məhkəmə polisi ilə Qraalın axtarışları arasında nə
bağlılıq olduğunu Lenqdon bilməsə də, hiss edirdi ki, Faşın bu işdə şəxsi marağının
olmasını göstərən təsadüflər bu gün çox olub. Faş çox dindardır. O, bu cinayəti
mənim törətdiyimi deyir. Amma Sofi Lenqdonla mübahisə edib sübut etməyə
çalışırdı ki, Faş yalnız onun həbs olunmasında maraqlıdır. Axı, onun əleyhinə çoxlu
dəlil var. Bu azmış kimi, Lenqdonun adı Luvrun döşəməsinə yazılıb, onun Sonyerlə
görüş günü kuratorun kitabçasına yazılıb. Həmçinin aydınlaşıb ki, Lenqdon öz
əlyazmasında yalan danışıb, sonra da qaçıb. Həm də, Sofinin təkidi ilə.
- Robert, sizi bu işə sürüklədiyimə görə, təəssüf edirəm, - Sofi dedi və onun
əlini dizinin üstünə qoydu. – Həm də çox şadam ki, siz burdasınız.
Axırıncı fikir daha çox praqmatik xarakter daşıyırdı, nəinki romantik. Amma
Lenqdon birdən hiss etdi ki, onları daha çox şey bir-birinə bağlayır və yorğun halda
Sofiyə baxıb gülümsündü.
- Mən bir az yatsam, daha çox xeyir verə bilərəm.


Sofi bir qədər susdu.
- Babam sizə etibar etməyi tapşırıb. Mən şadam ki, onun sözlərinə heç olmasa
bircə dəfə qulaq asmışam.
- Amma biz onunla heç tanış da deyildik.
- Bu mühüm deyil. Mənə elə gəlir ki, siz əlinizdən gələn köməyi mənim üçün
etdiniz. Guşəli daşı tapdınız, Sanqrilin nə olduğunu izah etdiniz, zirzəmidə
gördüyüm ayinin mənasını dediniz. – O, bir neçə saniyə susdu. – Bilirsiniz, mən bu
gün özümü babama daha yaxın hiss etdim. O, buna çox sevinərdi.
Üfüqdə, dumanın içində Londonun cizgiləri görünürdü. O hiss etdi ki, Sofinin
əli onun dizini sıxır. Sofinin gözləri həyəcandan parıldayırdı.
- Necə fikirləşirsiniz, əgər Sanqril sənədlərini tapsaq, onları nə etməliyik? – o,
pıçıltı ilə soruşdu.
- Mənim fikrimin əhəmiyyəti yoxdur, - Lenqdon cavab verdi. – Babanız
kripteksi sizə verib, siz də qərara gəlməlisiniz. Ürəyiniz necə istəyirsə, elə də edin.
- Mən sizin fikrinizi bilmək istəyərdim. Axı, görünür, siz öz kitabınızda nəsə
yazmısınız ki, bu babamın diqqətini cəlb edib, sizə etibar edib. Ona görə sizinlə
görüşmək istəyib. Bunu isə o, çox nadir hallarda edərdi.
- Bəlkə də o, demək istəyib ki, yazdıqlarımın hamısı səhvdir.
- Əgər yazdıqlarınız babamın xoşuna gəlməmişdisə, bəs, mənə sizi tapmağı
niyə məsləhət görürdü. Siz öz yazılarınızda Sanqril sənədlərini aşkar etməyin
tərəfində idiniz yoxsa onları tonqalda yandırmağın?
- Nə o, nə də bu. Mən bu barədə fikrimi deməmişəm. Əlyazmada. Söz
müqəddəs qadın başlanğıcına aid simvollardan gedirdi, müəyyən dövrlərdə
ikonoqrafiya barədə məlumatlar var idi. Qraalın sirr kimi qalmasına ya da xalqa
aşkarlanmasına qərar vermək mənim işim deyil.
- Amma siz bu barədə kitab yazırsınızsa, deməli, məlumatları bölüşmək
istəyirsiniz?
- Məsihin alternativ tarixinin təmiz hipotetik müzakirəsi fərqli şeydir… - o
susdu.
- Nədən fərqlidir?
- Dünyaya elmi sübut kimi minlərlə qədim sənədi nümayiş etdirib, Əhdi-
Cədidin yalan olduğunu deməkdən.
- Axı, siz özünüz mənə demişdiniz ki, Əhdi-Cədid saxtadır!
Lenqdon gülümsündü:
- Sofi, yer üzündə bütün inamlar saxtalıq üstündə qurulub. Din bizim sübut
edə bilməyəcəyimiz, amma həqiqət kimi hesab etdiyimiz anlayış deyilmi?.. Bütün
dinlərdə Allah metaforalarla, alleqoriya və şişirtmələrlə təsvir olunub. Qədim
misirlilərdən tutmuş müasir xristian məktəblərinə qədər. Metafora elə bir şeydir
ki, şüurumuzun rədd etdiyi şeyi qəbul etməyə kömək edir. Biz metaforanı hərfi
olaraq qəbul etməyəndə başlayanda problemlər yaranır.
- Deməli siz, Sanqril sənədlərinin gizli saxlanılmasının tərəfdarısınız?


- Mən tarixçiyəm. Tarixçi sənədlərin məhv edilməsinin həmişə əleyhinə olub.
Mən də çox istəyərdim ki, İsa Məsihin qeyri-adi həyatının anlaşılması və tədqiq
edilməsi üçün teoloqların əlində çoxlu informasiya olsun.
- Deməli siz, hər iki variantın əleyhinəsiniz?
- Məgər elədir? İncil milyonlarla insanın həyatında əsas yolgöstərəndir. Eləcə
də digər inam sahibləri üçün Quran, Tövrat və Pame bələdçilik edir. Əgər birdən
tapdığımız sənədlər müqəddəs islam tarixi ilə yaxud bütpərəstlik, buddist və
iudaist inamları ilə ziddiyyət təşkil etsə, biz onları aşkarlamalıyıqmı?.. Əlimizdə
bayraq yelləməliyik və buddistlərə deməliyik ki, Buddanın lotos çiçəyindən
yaranmasının cəfəngiyyat olduğu barədə əlimizdə möhkəm sübutlar var? Və yaxud
İsanı heç də bakirə qız doğmayıb? Axı, əsil inam sahibləri bu tarixçələrin əslində
metafora olduğunu həmişə başa düşüblər.
Sofi ona şübhə ilə baxırdı.
- Mənim dindar dostlarım isə hesab edirlər ki, Məsih həqiqətən suyun üstündə
gəzirmiş, həqiqətən suyu şəraba çevirməyi bacarırmış, həqiqətən onu bakirə qız
dünyaya gətirib.
- Bunlar mənim dediklərimi təsdiq edir, - Lenqdon dedi. – Dini alleqriya
tədricən reallığın bir hissəsinə çevrilib. Reallığa möhkəm və ayrılmaaz şəkildə daxil
olub. Və milyonlarla insanın bu reallıqda yaşamasına, onunla barışmasına və
xoşbəxt olmasına kömək edir.
- Və birdən aydın olur ki, onların reallığı saxtadır. Onlar yanılıblar.
Lenqdon gülümsündü:
- Hə, onlar hansısa şifrəaçanın riyaziyyatda yanıldığından çox yanılmayıblar.
Sofi dedi:
- Bu insafsızlıqdır! Onlar susublar.
- Hə, siz nə soruşdunuz? – Lenqdon dedi.
- Artıq yadımda deyil.
LXXXIII FƏSİL
Lenqdon, Sofi və Tibinqlə birlikdə İnter-Templ-Leyndə limuzindən düşəndə onun
qolundakı Mikki-mauslu saat səkkizin yarısını göstərirdi. Binaların arasında,
kənarlarına ağac əkilmiş cığır onları Templ kilsəsinin həyətinə gətirdi. Taxta dam
yağış yağdığından parıldayırdı. Yuxarıda göyərçin səsi eşidilirdi.
Londonun ən qədim kilsələrindən biri qırmızı daşdan hörülmüşdü. Bir tərəfdən
nefi olan, dairəvi formada alçaq kilsə Allaha ibadət olunan yerdən daha çox qalaya


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə