Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   93   94   95   96   97   98   99   100   ...   115

Leytenant Kolle Şato Villetin anbarının çardağında qurulan kompüterə təəccüblə
baxırdı.
- Siz hesab edirsiniz ki, burda adları göstərilmiş adamların söhbətinə bu
sistemin köməyi ilə qulaq asıblar?
- Bəli, - agent başını tərpətdi. – Həm də bir ildən artıqdır.
Kolle siyahını oxudu.
KOLBER SOSTAK – Konstitusiya şurasının sədri
CAN ŞAFFE – Ce-de-Pom muzeyinin kuratoru
EDUARD DESROŞE – Mitteran adına kitabxananın baş arxivariusu.
CAK SONYER – Luvr muzeyinin kuratoru
MİŞEL BRETON – DAS-ın (fransız kəşfiyyatı) rəhbəri.
Agent ekranı göstərdi:
- Xüsusən onları dördüncü adam maraqlandırıb.
Kolle susaraq başını tərpətdi. O, bu adı dərhal tanıdı. Cak Sonyerə gizlicə qulaq
asırmışlar. Sonra o, yenə də bütün siyahını nəzərdən keçirdi. Bu məşhur insanlara
görəsən, necə qulaq asa biliblər?
- Siz, bu audifayllara qulaq asmısınızmı?
- Bir neçəsinə. Budur axırıncısı. – Agent klavişi basdı. Mikrofondan səs eşidildi.
- «Capitaine, un agent du Departement de Cryptographie est arrive»
Kolle qulaqlarına inanmadı.
- Bu mənəm! Mənim səsimdir! – O, Cak Sonyerin kabinetində oturduğunu və
Sofi Nevenin gəldiyini ratsiya ilə Faşa xəbər verdiyini xatırladı.
Agent başını tərpətdi:
- Bizim tədqiqat zamanı Luvrda etdiyimiz söhbətlərin böyük bir hissəsinə
hansısa üçüncü şəxs qulaq asa bilirmiş.
- Siz «böcəyi» tapmaq üçün adam göndərdinizmi?
- Buna gərək yoxdur. Onun harda yerləşdiyini bilirəm! – Agent kağız vərəqləri
olan stola yaxınlaşdı. Vərəqin birini götürüb Kolleyə uzatdı. – Bu sizə tanışdır,
düzdürmü?
Kolle heyrətləndi. Onun əlində naməlum mexanizmin təsviri olan fotoşəkil
vardı. O, şəklin altında italyanca yazılmış sözləri oxuya bilmədi. Amma buna gərək
yox idi. O, bunun nə olduğunu dərhal anladı. Orta əsr fransız cəngavərinin hərəkət
edən fiquru.
Sonyerin stolunun üstündə olan cəngavər fiquru!
Kolle qırmızı markörlə fransızca yazılmış qeydlərə baxdı. Yəqin ki, bu,
cəngavərin fiqurunun harasında «böcəyi» yerləşdirmək barədə qeydlər idi.


XCI FƏSİL
Saylas Templ kilsəsinin yaxınlığında dayanmış «yaquar»ın sərnişin oturacağında
əyləşmişdi. Guşəli daşı əlində möhkəm tutduğundan ovucları tərləmişdi. O,
Reminin baqacdan tapdığı kəndirlə Tibinqin əl-qolunu sarımasını gözləyirdi.
Nəhayət, Remi işini qurtardı, sükanın arxasına keçib Saylasla yanaşı oturdu.
- Hə, yaxşıca bağladın? – Saylas ondan soruşdu. Remi güldü, saçlarındakı yağış
damcılarını əli ilə silib arxaya baxdı. Salonun arxasında, Lyu Tibinq döşəmədə
uzanılı vəziyyətdə idi.
- Heç yerə qaçmaz!
Saylas boğuq qışqırıq eşitdi və Reminin Tibinq ağzına skotç yapışdırdığını
anladı.
- Ferme ta queule! – (Səsini kəs! – frans.) – Remi arxaya çevrilib dedi və
idarəetmə panelindəki düymələrdən birini basdı. Şəffaf arakəsmə yuxarı qalxdı.
Tibinqin səsi daha eşidilmədi.
Remi Saylasa göz vurub dedi:
- Onun zarıltısından boğaza yığılmışam!
Bir neçə dəqiqə sonra, limuzin Londonun küçələri ilə şütüyəndə Saylasın mobil
telefonu zəng çaldı. Ustad! O, cəld düyməni basdı:
- Alo?
- Saylas! – tanış səs eşidildi. – Allaha şükür, axır ki, səsini eşitdim. Deməli sən,
təhlükəsiz yerdəsən.
Saylas da sevindi. O, çoxdan idi ki, Ustadın səsini eşitmirdi, əməliyyat isə
plandan tamamilə kənara çıxmışdı. İndi deyəsən, hər şey tədricən öz qaydasına
düşürdü.
- Guşəli daş məndədir.
- Gözəl xəbərdir! – Ustad dedi. – Remi səninlədir?
Saylas təəccübləndi. Deməli, Ustad Remini də tanıyırdı.
- Hə. Məni Remi azad etdi.
- Mən əmr etmişdim. Sənin əsir düşdüyün üçün təəssüflənirəm.
- Fiziki əziyyət boş şeydir. Əsas odur ki, guşəli daş indi bizdədir.
- Bəli. Və mən istəyirəm ki, onu tezliklə mənə çatdırsınlar. Vaxt gözləmir.
Saylas bu xoşbəxtliyi ağlından belə keçirməmişdi. Nəhayət o, Ustadın özünü
görəcək!
- Bəli, ser. Eşidirəm, ser. Sizin əmrlərinizi yerinə yetirmək mənim üçün
şərəfdir.
- Qulaq as, Saylas. Mən istəyirəm ki, guşəli daşı mənə Remi gətirsin.
Remi? Saylas susdu. Bu ədalətsizlikdir! Ustad üçün etdiyi fədakarlığın əvəzi
budurmu? Onun mükafata haqqı var. Mükafat isə üzbəüz görüşdə bir neçə xoş söz
ola bilər. Amma indi belə çıxır ki, bütün mükafatlar Remiyə çatacaq?..


- Hiss edirəm ki, sən məyus oldun, - Ustad dedi. – Deməli, sən mənim əsil
məqsədimi anlamamısan. – Ustad səsini qısıb dedi: - İnan, guşəli daşı sənin
əllərindən almaq daha xoş olardı. Tanrı xidmətçisinin əllərindən, hansısa
cinayətkarın yox. Amma Remi ilə məşğul olmaq lazımdır. O, mənə qulaq asmadı,
böyük səhvə yol verib bütün əməliyyatımızı təhlükə altına qoydu.
Saylasa üşütmə gəldi və gözünün ucu ilə Remiyə baxdı. Tibinqin oğurlanması
onların planına daxil deyildi. İndi yeni problem yaranıb. Bu qoca ilə nə edəcəkləri
məlum deyildi.
- Biz Allah-Təalanın xidmətçiləriyik, - Ustad sözünə davam etdi, - Biz seçdiyimiz
yoldan kənara çıxa bilmərik, buna haqqımız da yoxdur. Yalnız bu səbəbə görə
guşəli daşı Reminin gətirməsini istəyirəm. Məni başa düşürsən?
Saylas Ustadın səsindəki qəzəbi hiss etdi. Saylas Ustadın onu anlamadığına
təəccüblənmişdi. Axı o, öz üzünü gec ya tez göstərməlidir, Saylas düşündü. Remi
nə lazım idi, etmişdi. O, guşəli daşı xilas etmişdi.
- Başa düşürəm, - Saylas çətinliklə dedi.
- Bax, belə! Siz küçələrdə dolaşmamalısınız, bu çox risklidir. Tezliklə polis
limuzini axtarmağa başlayacaq, mən istəmirəm ki, siz ələ keçəsiniz. «Opus Dei»nin
Londonda rezidensiyası varmı?
- Əlbəttə.
- Səni ora buraxarlarmı?
- Lap qardaş kimi.
- Onda təcili olaraq ora get və orda qall. Mən guşəli daşı alıb bütün məsələləri
həll edən kimi sənə zəng edəcəm.
- Siz də Londondasınız?
- Sənə nə deyirlər, onu et, hər şey yaxşı olacaq.
- Baş üstə, ser.
Ustad dərindən nəfəs aldı, sanki xoşagəlməz bir işlə məşğul olacaqdı.
- İndi isə mən Remi ilə danışmaq istəyirəm.
Saylas mobil telefonu Remiyə uzatdı. İndi o bilirdi ki, bu telefon danışığı Remi
Leqaludek üçün sonuncu ola bilər.
Remi mobil telefonu aldı və bu, bədbəxt, eybəcər rahibin onun üçün
hazırlanmış acı taledən xəbərsiz olduğunu düşündü.
Ustad sadəcə səndən istifadə edib, Saylas.
Sənin yepiskopun isə bu oyunda sadəcə piyadadır.
Remi Ustadın inandırmaq bacarığına təəccüb edirdi. Yepiskop Arinqarosa
onun üçün hər şeyini qurban etmişdi. O, yepiskopu yaxşıca doladı, buna söz yox.
Yepiskop eşitdiyi sözlərə çox inanmaq istəyirdi, onun bədbəxtliyi bundadır. Ustad
Reminin xoşuna gəlməsə də, o, birdən qürur hiss etdi. Əlbəttə ki, o, belə bir
insanın etibarını qazanıb ona çox iş görmüşdü. Mən öz pullarımı vicdanla
qazanmışam.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə