Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   91   92   93   94   95   96   97   98   ...   115

Sorbonnada oxuyub beynəlxalq maliyyə sahəsi üzrə iqtisadçı diplomu almışdı.
İnterpolun məlumatında da deyilirdi ki, Bernenin adına qəzetlərdə hərdənbir rast
gəlinir, amma müsbət tərəfdən. Onun mükəmməl təhlükəsizlik sisteminin
yaradılmasında xidmətləri çox idi, bu da Sürixin Depozitar Bankını ultramüasir
elektron texnologiyanın tətbiqində liderə çevirmişdi. Kredit kartlarına görə nəticə
çıxarsaq, Bernenin şəxsi marağı təsviri incəsənətə aid bahalı və nadir albomlar,
keyfiyyətli şərablar, klassik musiqi, xüsusən də Bramsın əsərlərinin yazıldığı disklər
idi. O, bu disklərə bir neçə il bundan əvvəl aldığı bahalı və mükəmməl
stereosistemdə qulaq asırdı.
Heç nə yoxdur, Kolle köks ötürdü.
İnterpolun yeganə maraqlı informasiyası Tibinqin qulluqçusunun barmaq
izlərinin şəkilləri idi. Elmi-texniki şöbənin şefi yumşaq kresloda oturub bu
məlumatları oxuyurdu.
Kolle ona baxdı.
- Nəsə var?
Şef çiyinlərini çəkdi:
- Barmaq izləri Remi Leqaludekə aiddir. Xırda cinayətləri nəzərə almasaq, elə
bir ciddi şey yoxdur. Onu universitetdən pul ödəməmək üçün başqa nömrələrdən
zəng etdiyinə görə qovublar. Sonra xırda oğurluqlara görə ilişib. Mağaza və
universamlardan oğurluq edirmiş. Təcili traxeotomiya üzrə saxta xəstəlik kağızı
düzəldərkən yaxalanıb. – O, Kolleyə baxıb gülümsündü. – Araxis yağına qarşı
allergiyadan əziyyət çəkir.
Kolle başını tərpətdi və polisin bir dəfə öz menyusunda sousun araxis yağı ilə
hazırlandığını göstərməyən restoranda təhqiqat apardığını xatırladı. Bundan
xəbərsiz olan müştərilərdən biri sifariş etdiyi yeməyin dadına baxar-baxmaz
anafilaktik şoka düşüb stolun arxasındaca keçinmişdi.
- Bəlkə, bu Leqaludek polisin təqibindən qaçdığına görə Tibinqin yanında qalır,
- ekspert güldü. – Amma bu gün gecə onun bəxti gətirməyib.
Kolle dərindən nəfəs aldı:
- Yaxşı. Bu informasiyanı kapitan Faşa göndərin.
Ekspert tapşırığı yerinə yetirmək üçün kreslodan qalxmışdı ki, elmi-texniki
xidmətin agenti otağa girdi.
- Leytenant! Biz nəsə tapmışıq! Anbarda!
Agentin sifət ifadəsindən Kolle yalnız bir nəticə çıxarıb dedi:
- Meyid?
- Yox, ser. Daha… - onun dili topuq vurdu, - gözlənilməz bir şey.
Kolle yorğun gözlərini ovuşduraraq agentin dalıyca anbara getdi. Geniş
yarıqaranlıq otağa girmişdilər ki, agent mərkəzi göstərdi – burda taxtadan
qayrılmış uzun nərdivan saman dərzlərinə söykənmişdi.
- Deyəsən, əvvəllər burda nərdivan yox idi. – Kolle dedi.


- Yox idi, ser. Bunu mən qoymuşam. Biz «roll-roys»un yanında barmaq izləri ilə
məşğulduq, onu burda gördüm. Döşəməyə uzadılmışdı. Mən əvvəl əhəmiyyət
vermədim, sonra birdən gördüm ki, onun pillələri köhnə və çirklidir. Deməli, bu
pilləkəndən tez-tez istifadə edirmişlər. Onun qoyula biləcəyi yeri axtarıb tapdım.
Pilləkəni qoyub yuxarı çıxdım.
Kolle nərdivana baxdı, o maili qoylmuşdu. Deməli, kimsə ondan tez-tez
istifadə edirmiş?.. burdan, aşağıda anbarın çardağı istifadəsiz kimi görünürdü.
Yuxarıda elmi-texniki şöbənin əməkdaşının başı göründü.
- Bu sizin üçün maraqlı olacaq, leytenant! – o, ucadan dedi.
Yorulub əldən düşmüş Kolle başını tərpətdi, ayağını köhnə nərdivana qoyub
yuxarı dırmaşdı. Qalxdıqca pillələr daraldığından Kolle az qalmışdı ki, yıxılsın.
Yuxarıdan baxdıqda indi anbar qaranlıq dərə kimi görünürdü. Onun başı gicəlləndi.
Yuxarıdakı agent əlcəkli əlini ona uzatdı. Kolle ondan tutub yuxarı qalxdı.
- Bura gəlin. – Agent çardağın uzaq küncünü göstərdi, bura tər-təmiz idi. –
Yalnız bir adamın barmaq izləri tapılıb. Onun kimə aid olduğunu tezliklə
müəyyənləşdirəcəklər.
Kolle gözlərini qıyaraq yarıqaranlığa baxdı. Bu nədir? Arxa divarın yanında
müasir kompüter avadanlığı qoyulmuş stol vardı. Maye-kristal ekranlı monitor,
mikrofon, iki stereo dinamik, disklər və çoxkanallı səsyazma qurğusu. Ehtimal ki,
bütün bu avadanlıqlar avtonom elektrik şəbəkəsinə qoşulub.
Belə yüksək texnika ilə işləmək kimə lazımmış? Kolle kompüterə yaxınlaşdı.
- Siz sistemə baxmısınız?
- Bu qulaqasma postudur.
Kolle agentə tərəf çevrildi:
- Qulaq asmaq?
Agent başını tərpətdi:
- Bəli, ən müasir texnika ilə təchiz olunmuş dinləmə postu. – O, elektron
detallar, məlumat kitabları, alətlər, naqillər, qalaylayıcılar qoyulmuş stolu göstərdi.
– Bu yuvanı qurmuş adam öz işini bilirmiş. Burda mürəkkəbliyinə və ekspluatasiya
xarakteritikasına görə bizdəkindən geri qalmayan çoxlu cihaz var. Miniatür
mikrofonlar, akkumulyatorlar, yüksək tutumlu çiplər.
Kolle heyrətə gəlmişdi.
- Budur, tam dinləmə dəsti, - agent dedi və cib kalkulyatoru boyda olan cihazı
ona uzatdı. Cihazdan bir fut uzunluğunda naqil çıxırdı. – Bu, yüksək tutuma malik
sərt diskli və özüdolan batareyalı səsyazma sistemidir. Naqilin ucundakı folqa isə
fotoelementlərdən düzəlmiş batareya və mikrofondur.
Kolle bu cihazla yaxşı tanış idi. Gizli dinləmələr üçün belə mikrofonlar yüksək
texnologiya sahəsinə yeni kəşflər idi. Belə sərt diskləri, məsələn, stolüstü
lampaların altına asanlıqla bərkitmək mümkün idi. Əgər gün ərzində bir neçə saat
mikrofonun üstünə günəş şüası düşsə, onda əlavə elektrik gərginliyinə ehtiyac yox
idi. Belə «böcəklər» maneəsiz dinləməyə imkan verirdi.


- Bəs, qəbul üsulu? – Kolle soruşdu.
Agent prosessordan çıxan izolə edilmiş naqili göstərdi. O, divar boyu uzanıb,
anbarın damı altındakı deşikdə gözdən itirdi.
- Sadə radiodalğalar, - agenti dedi. – Damda kiçik antenna quraşdırılıb.
Kolle, belə səsdinləmə sistemlərinin adətən ofislərdə qurulduğunu bilirdi. Sərt
diskdən maksimal qənaətcilliklə istifadə etmək və bütün gün ərzindəki danışığın
yazılması, həm də kontrol panelinə siqnalların yalnız gecələr ötürülməsi üçün,
sistem insan səsindən aktivləşirdi. Siqnallar ötürüldükdən sonra disk özü-özünü
dayandırır və prosedur səhəri gün yenə təkrar olunurdu.
Kolle hər birinin üstündə tarix və daha başqa rəqəmlər yazılmış yüzlərlə
audikasset düzülmüş rəfə baxdı. Kimsə buna uzun vaxt sərf edib. O, agentə tərəf
çevrildi.
- Kimi dinlədikləri barədə fərziyyə varmı?
- Bilirsiniz, leytenant, - deyə o, kompüterə yaxınlaşıb onu işə saldı, - burda çox
qəribə şeylər baş verir…
LXXXVIII FƏSİL
Lenqdonla Sofi «Templ» metro stansiyasının turniketindən keçib eskalatorla aşağı
düşdülər. Lenqdon özünü günahkar hiss edir və vicdan əzabı çəkirdi.
Mən Lyunu bu hadisəyə sürüklədim, indi o təhlükədədir.
Reminin qəsddə iştirak etməsi gözlənilməz olsa da, çox şeyi aydınlaşdırırdı.
Aydın idi ki, Qraalın ovçuları Tibinqin evinə öz adamını qoymuşdular. Tibinq mənə
lazım olduğu kimi, onlara da lazımdır. Uzun əsrlər boyu Qraal haqqında biliyə
yiyələnmiş insanlar özlərini maqnit kimi nəinki müxtəlif alimləri, həm də oğru və
fırıldaqçıları da cəlb edirdi. Tibinqi çoxdan hədəf almaq faktı isə, Lenqdona
təskinlik vermirdi. Biz onu tapmalıyıq. Kömək etməliyik! Təhlükədən qurtarmalıyıq!
Lenqdonla Sofi platformanın sonuna çatıb telefon budkasına yaxınlaşdılar.
Onlar Reminin xəbərdarlığına baxmayaraq polisə zəng etmək istəyirdilər. Lenqdon
avtomat-telefonun yanında qoyulmuş skamyada oturdu. Onu şübhələr didib-
dağıdırdı.
- Lyuya kömək etməyin ən yaxşı yolu, - Sofi nömrələri yığaraq dedi, - London
polisini təcili xəbərdar etməkdir. Ləngimədən! Siz mənə inanın.
Lenqdon bu fikri bəyənmirdi, amma Sofi haqlıdır, başqa çıxış yolu yoxdur.
Tibinqi indii təhlükə gözləmir. Hətta Remi və onun böyükləri cəngavərin qəbrinin
yerini bilsələr də, Tibinq onlara lazımdır – kürə müəmmasını açmaq üçün.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə