Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   82   83   84   85   86   87   88   89   ...   115

məsələ qalır: bu daş onları hara aparacaq? Gizli yer Birləşmiş Krallıqdadır. Tibinq
buna şübhə etmirdi. Tibinq onun harda olduğunu dəqiq bilməsə də, onu tapacağını
hiss edirdi.
O, Sofi ilə Lenqdonun oturduğu stoldan qalxıb salonun o biri başına keçdi və
taxta paneli kənara çəkdi. Bir neçə rəqəmdən ibarət kombinasiyanı yığıb seyfi açdı
və ordan iki pasport götürdü.
- Remi ilə mənim sənədlərimdir, - o dedi və sonra seyfdən əllifuntluq banknot
paçkası götürdü. – Mənim əzizlərim, bu isə sizin sənədlərinizdir.
Sofi qımışdı:
- Rüşvətdir?
- Yox, diplomatiyaya yaradıcı münasibətdir. Kiçik hiyləgərlik. Burda, əyalətdə
hər şey sadədir. Gömrük nəzarətinin zabiti bizi mənim anqarımda qarşılayacaq və
təyyarə dayandıqdan sonra sənədlərini təqdim edilməsini istəyəcək. Mənsə ona
deyəcəm ki, məşhur bir fransız xanımı ilə səyahətə çıxmışam, bu xanımsa
İngiltərəyə səfərinin gizli qalmasını istəyir. Hər şeydən əvvəl mətbuatın xəbər
tutması arzuolunmazdır. Sonra mehriban zabitə susduğu üçün minnətdarlıq
əlaməti olaraq, çay pulu təklif edəcəyəm.
Onun sözləri Lenqdonu əyləndirdi.
- Və o, pulları götürəcək?
- Axı, mən yoldan ötən deyiləm. Başqa birisi olsaydı, götürməzdilər. Məni isə
burda hamı tanıyır. Axı mən, Allah göstərməsin, hansısa silah alverçisi deyiləm!
Mən cəngavərəm. – Tibinq gülümsündü. – Cəngavərlərin nəsə imtiyazı olmalıdır,
axı.
Əlində tapança olan Remi ona yaxınlaşdı.
- Mən nə edəcəyəm, ser?
Tibinq xidmətçiyə baxıb dedi:
- Mən istərdim ki, siz bizim qonağımızla təyyarədə qalasınız. Biz sizin dalınızca
gəlməyənə qədər. Onu əli-qolu bağlı bütün Londonda gəzdirmək olmaz ki.
Sofi narahat oldu:
- Qulaq asın, Lyu, əgər biz qayıdana qədər fransız polisi təyyarəni aşkarlasa
necə olacaq?
Tibinq güldü:
- Burda Remini tapdıqda, onların necə təəccüblənəcəyini təsəvvür edə
bilərsiniz!
Sofi belə yüngülfikirlilikdən təəccübləndi.
- Amma Lyu, biz dövlət sərhəddindən girov keçirmişik. Bu çox ciddidir.
- Mənim vəkillərim də ciddi adamlardır. – Tibinq əli ilə təyyarənin quyruq
hissəsini göstərdi. – Bu heyvan mənim evimə zorla girib, az qalıb məni öldürsün.
Fakt budur və Faş bunları məmnuniyyətlə təsdiqləyəcək.
- Axı, siz onun əl-qolunu bağlayıb zorla Londona gətirmisiniz! – Lenqdon etiraz
etdi.


Tibinq sağ əlini elə təmtəraqla yuxarı qaldırdı ki, elə bil, məhkəmədə idi və
İncilə and içirdi! – Möhtərəm hakim, siz bu axmaq və qəribə qoca cəngavəri
bağışlayın! O, həqiqətən nə etdiyini bilmir. Britaniya məhkəməsində mənfi rəy
yaratdığım üçün üzr istəyirəm. İndi mən anlayıram ki, qulduru fransız
hakimiyyətinə təhvil verməliydim. Amma, bilirsiniz, mən snobam və bu düşüncəsiz
fransızların məhkəməni ədalətli aparacaqlarına çox da inanmıram. Bu adam məni
az qalmışdı ki, öldürsün. Bəli, mən tələsmişəm, bu tipi Londona gətirmək üçün
xidmətçimi də mənə kömək etməyə məcbur etmişəm, amma mən o anda stress
vəziyyətində idim. Günahkaram. Çox günahkaram.
Lenqdon köhnə dostuna təəccüblə baxırdı:
- Bilirsiniz, Lyu, onlar buna inanacaqlar.
- Ser! – Tibinqi pilot çağırdı. – mən indicə qüllədən məlumat aldım. Aşağıda
hansısa texniki çətinlik yaranıb, onlar təyyarəni anqarın yanında yox, baş zolaqda,
terminalın yanında endirməyi xahiş edirlər.
Tibinq on il idi ki, Biqqin-Hillə uçurdu, amma əvvəllər belə hal baş verməmişdi.
- Onlar izah etdilər ki, problem nədədir?
- Xeyr. Dispetçer nəsə dumanlı danışdı. Guya, nasos stansiyasında qaz sızması
var. Məndən xahiş etdilər ki, təyyarəni düz terminalın qarşısında aşağı endirim və
sizə təyyarədə qalmağınızı deyim. Sadəcə təhlükəsizlik məqsədi ilə. Yerli
hakimiyyətdən razılıq almayınca, bizə təyyarədən çıxmağa icazə vermirlər.
Bu, Tibinqin xoşuna gəlmədi. Lənət şeytana, nə sızması? Nasos stansiyası onun
anqarından yarım mil məsafədə yerləşirdi.
Rem idə həyəcanlandı:
- Dəqiq sizə deyirəm ser, bu işdə nəsə var.
Tibinq Sofi və Lenqdona tərəf çevrildi:
- Mənim dostlarım, aşağıda kimsə bizi qarşılamağa hazırlaşır, deyəsən.
Lenqdon köks ötürdü.
- Bu Faşdır. Məni təqib edir. Hələ də hesab edir ki, mən cinayətkaram.
- Ya belədir, - Sofi dedi, - ya da o, sadəcə öz səhvini etiraf etmək istəmir.
Amma Tibinq onları eşitmirdi. Nəsə etmək lazım idi və bu nə qədər tez olsaydı,
bir o qədər yaxşı olardı. Və əsas məqsədi unutmaq lazım deyil.
Qraal. Biz lap yaxınlaşmışıq. Döşəmənin altında taqqıltı eşidildi, təyyarənin
şassisi açılırdı.
- Bura bax, Lyu – Lenqdon dedi, - mən hakimiyyətə özüm təslim olacam, hər
şeyi qanuni yolla həll etməyə çalışacam. Sizi buna cəlb etmək istəmirəm.
- Dayan, Robert! – Tibinq dedi. – Siz doğrudanmı hesab edirsiniz ki, onlar bizim
getməyimizə icazə verəcək? Axı, mən sizi sərhəddən qeyri-qanuni olaraq
keçirmişəm. Miss Neve Luvrdan qaçmağa sizə kömək edib, bizim təyyarəmizdə isə
girov var. Yox, yox! Biz yaman ilişmişik. Özü də hamımız bir yerdə!
- Bəlkə, başqa aeroportdan istifadə edək? – Sofi təklif etdi. Tibinq etiraz edib
başını yırğaladı:


- Biz indi qaçsaq və eniş üçün harda icazə istəsək, bizi bütöv tank ordusu
qarşılayacaq.
Sofi məyus-məyus başını aşağı saldı.
Tibinq anlayırdı: əgər onların Britaniya hakimiyyət orqanları ilə mümkün qədər
konfrantasiyadan qaçmalarına şansları varsa və bu, onlara Qraalı tapmaq üçün
vaxt verəcəksə, onda qəti və cəld hərəkət etmək lazımdır.
- Mən bir dəqiqəliyə, - Tibinq dedi və pilot kabinəsinə tərəf getdi.
- Siz nə etmək istəyirsiniz? – Lenqdon ondan soruşdu.
- Bir az alver edəcəm, - Tibinq cavab verdi. Özü isə düşündü: maraqlıdır,
görəsən, pilotu qəti qadağan olunmuş bir manevri etmək üçün dilə tutmağa nə
qədər pul lazımdır?
LXXXI FƏSİL
«Xoker» eniş zolağına düşməyə hazırlaşırdı. Biqqin-Hill aeroportunun təhlükəsizlik
xidmətinin zabiti Saymon Edvards yağışdan parıldayan eniş zolağına həyəcanla
baxa-baxa, əsəbi halda qüllə binasında var-gəl edirdi. Şənbə günü yataqdan onu
belə tez qaldırmaları heç xoşuna gəlməmişdi. Daha pisi isə o idi ki, tezliklə o,
aeroportun ən sərfəli müştərilərindən birinin həbs edilməsinin şahidi olacaq. Ser
Lyu Tibinq nəinki xüsusi anqara görə, həm də aeroportun ərazisində endiyi üçün
pul verirdi. Adətən o, əvvəlcədən öz planları haqqında dispetçer xidmətini
məlumatlandırır və eniş protokoluna ciddi əməl edirdi. Tibinq işlərinin yağ kimi
getməsini xoşlayırdı. Yanacaqla doldurulmuş, par-par parıldadılmış, xüsusi sifarişlə
hazırlanan «yaquar» limuzini onu anqarda gözləyirdi, arxa oturacağa isə «London
Tayms» qəzetinin təzə nömrəsi qoyulmuşdu. Gömrükçülər sənədləri və yükü
yoxlamaq üçün təyyarəni anqarın girişində gözləyirdilər, amma bu təmiz formallıq
idi. Bir qayda olaraq, onlar Tibinqdən yaxşı pul alırdılar və qadağan olunmuş yükün
daşınmasına göz yummağa hazır idilər. Müxtəlif fransız delikatesləri, dərman
otları, meyvələr – adətən Tibinqin yükü bundan ibarət olardı. Əgər götür-qoy
etsək, görərik ki, əksər gömrük qadağaları sadəcə axmaqcasınadır və Biqqin-Hill öz
daimi müştərilərinin istəklərini yerinə yetirməsəydi, onları itirə bilərdi. Burda
Tibinq istədiyi şeyi ala bilərdi, bunun qarşılığında Biqqin-Hillin xidmətçiləri ondan
yaxşı mükafat alırdılar.
Edvards eniş zolağına düşən təyyarəni görüb daha da həyəcanlandı. Ser Tibinq
çox pul dağıdırdı, yəqin, fransız polisi ilə problemi bu üzdəndir, onlar imkan
axtarırlar ki, Tibinqi ilişdirsinlər. Müştərisinin nədə ittiham olunduğunu Edvardsa


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə