Dağliq qarabağda erməNİ terroru



Yüklə 211,52 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.06.2018
ölçüsü211,52 Kb.
#49029
1   2   3   4   5   6   7

 

11 


var  idi.  Lakin  Moskvadan  asılı  olan  o  zamankı  Respublika  rəhbərliyi  Qaradağlının 

harayını eşitməzliyə vurur,  heç bir əməli tədbir həyata keçirmirdilər.

  

 

 



1992-ci  il  yanvarın  15-də  qaradağlılar  Azərbaycan  xalqına  son  dəfə  müraciət 

etdilər və bu müraciət bir neçə gün radio ilə elan olundu. Müraciətin mətni belə idi: 

“Tarixin  amansız  vəhşilikləri  Qarabağ  torpağının  keşiyində  duran,  zamanın  ən  çətin 

sınaqlarından mərdliklə çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir. 

Dörd  ildir  ki,  Qarabağın  bir  parça  incisi  olan  Qaradağlı  düşmən  hədəfinə  çevrilsə  də, 

qorxmaz  oğulları  tərəfindən  qorunur,  müdafiə  olunur.  İllərlə  yaddaşımızda  həkk 

olunmayan unudulmuş bu kəndin sakinləri ömrünün ən çətin günlərini  yaşayır. Yaşayış 

evləri,  müxtəlif  inzibati  binalar  od  tutub  yanır,  gunahsız  insanlar  qətlə  yetirilir,  mal-

dövlət  talan  edilib  aparılır.  Bir  sözlə  erməni  quldurlarının  aramsız  hücumlarına  məruz 

qalır.  Düşmənlər  bu  gözəl,  əhəmiyyətli  mövqeyi  ələ  keçirmək  istəyir.  Axı  Qaradağlı 

Xocavənd  ilə  Xankəndi  arasındakı  yolu  kəsmiş,  onların  bu  yolda  hərəkətinə  birdəfəlik 

mane  olmuşdu!  Xocavəndin  quldur  dəstələr  tərəfindən  işqal  olunmasından  sonra 

Qaradağlıda vəziyyət daha da gərginləşib. 

 

Doğma  xalqım!  Qanınızda  namus,  qeyrət  işartısı  varsa  Qarabağın  azadlığı 



uğrunda mübarizəni dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə 

bilər.” 


 

Fevralın  15-də  səhər  tezdən  erməni  hərbi  birləşmələri  hər  tərəfdən  Qaradağlı 

kəndi üzərinə hücuma keçdilər. Hücumda qonşu erməni kəndlərinin döyüşçüləri, muzdlu 

əsgərlər,  rus  zabitləri,  366-cı  rus  alayının  əsgərləri  iştirak  edirdilər.  Lakin  onlar  üçün 

kəndə  doğru  irəliləmək  asan  başa  gəlmirdi.  Bir  saylı  postda  məktəb  direktoru  Nobil 

Zeynalov,  milis  əməkdaşı  Xanalı  Hüseynov  və  könüllü  müdafiə  dəstələrinin  döyüşçüsü 

Altay  Həsənov  dayanmışdılar.  Döyüş  çox  gərgin  keçirdi.  Kəndin  qəhrəman  qadınları 

güllə  yağışı  altında  döyüş  meydanına  girib  müdafiəçilərə  patron,  su,  ərzaq  daşıyır, 

yaralılara  tibbi  yardım  göstərir,  qanaxmasını  dayandırır  və  onların  yenidən  döyüşə 

girməsinə  nail  olurdular.  Bu  döyüşlər  zamanı  74  yaşlı  Zivər  anaın  həlak  olması 

müdafiəçilərin düşmənə olan nifrətini artırdı. Həmin gün ermənilər xeyli itki verərək geri 

çəkildilər.  Lakin    səhəri  gün  düşmən  bir  saylı  posta  yenidən  hücuma  keçdi.  Qanlı 

döyüşlərdə Nobil müəllim və onun səngər dostları Altay, Xanalı mərdliklə vuruşaraq  11 

nəfər  erməni  qulduru  məhv  etdilər.  Ermənilər  kəndin    qəhrəman  müdafiçilərinin 

qoruduğu  stehkamı  hücümla  ala  bilmədiklərini  görüb,  yanğın  törədən  mərmilərlə  

müdafiəçilərin  mövqelərini  atəşə  tutmağa  başladılar

Od  -  alov  içərisində  düşmənə 



qəhrəmanlıqla müqvimətı davam etdirən 1 saylı postun döyüşçüləri son nəfəslərinə qədər 

öz  mövqelərindən  geri  çəkilmədilər.  Onların  hamısı  öz  döğma  kəndləri  uğrunda  axıra 

qədər  döyüşərək    şəhid  oldular.    Fevralın  16-da  gecə  digər  postların  müdfiəçiləri  Qara, 

Novruz,  Dəmir  və  Əlqismət  sürünə-sürünə  1  saylı  posta  yaxınlaşaraq  qəhrəman 

şəhidlərin  cəsədlərini  qərargaha  gətirdilər.  Çətinlikə  olsa  da  şəhid  atası  Məhəmməd 

kişinin rəhbərliyi ilə qəhrəmanlar dəfn olundular. 

 

Həmin gün Qaradağlı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan və şəhid olmuş 



oğullarımızdan biri də Eldar Arazov idi. O, qranatatanla 2 düşmən hərbi texnikasını məhv 

etmiş, atəş nöqtələrini susdurmuşdu. Eldar Arazov dostu Məzahirin qisasını düşməndən 

alaraq vətən uğrunda şəhid olmuşdu. Həmin gün şəhid olmuş oğullarımızdan biri də Arif 

Bayramov idi. 

 

Amansız  döyüş  5  gün  davam  etmişdi.  Axırıncı  gün  Qaradağlı  müdafiəçilərinin 



hərbi  sürsatı  tükənmək  üzrə  idi.  Onlar  son  anda  da  kömək  üçün  müraciət  etsələr  də 


 

12 


kənardan  heç  bir  kömək  gəlmədi.  Güllələri  qurtaran  döyüşçülər  qərargaha  -  kolxoz 

inzibati binasına yığışmağa başladılar. Yaralılar və həlak olmuş döyüşçülərin meyiddəri 

də qərargaha gətirildi. Qərargah uğrunda amansız döyüş fevralın 17-si gecə səhərə qədər 

davam  etdi.  Səhər  qərargahdan  düşmənə  tərəf  atəşlərin  sayı  xeyli  azalmışdı.  Qəhrəman 

döyüşçülər  arabir  atəş  açmaqla  erməniləri  yaxına  buraxmırdılar.  Artıq  sonuncu  güllələr  

atılırdı.  Bunu  hiss  edən  erməni  quldurları  qərargaha  yaxınlaşaraq,  rus  dilində:  “Çölə 

çıxın,  silahlarınızı,  əşyalarınızı,  qiymətli  əşyalarınızı  və  sənədlərinizi  töküb  bir  cərgəyə 

düzülün”  deyə  fasiləsiz  meqafonla  qışqırmağa  başladılar  və  bununla  da  o  vaxtki  

Respublika  rəhbərliyi  tərəfindən  taleyin  hökmünə  buraxılmış  Qaradağlı,  kənd 

sakinlərinin qəhrəman müdafiəsinə baxmayaraq  düşmən tərəfindən işğal olundu.  

 

                                 III    Faciənin canlı şahidləri 



                                

 

 



Bu hadisənin canlı şahidi, kəndin müdafiəsində sona qədər iştirak etmiş, 118 nəfər 

kənd  sakini  ilə  birlikdə  ermənilər  tərəfindən  girov  götürülmüş  və  Telman  Tağıyevin 

göstərdiyi  qəhrəmanlıq  sayəsində  düşmən  caynağından  xilas  olmuş  Qaradağlı  sakini 

Vidadi Hüseynov belə xatırlayır: 

“Ermənilər  bizi  girov  götürərkən  onların  yanında  ağ  xalatlı  həkim  qrupu  da  var  idi. 

Erməni əsgərləri cərgədə yanımıza gəlib saatlarımızı, pullarımızı və qiymətli əşyalarımızı 

tələb  edirdilər.  Arxadan  10-15  nəfərin  üst-başını  yoxladılar.  Sonra  yoxlamanı  davam 

etdirmədilər.   Kolxoz idarə binasınıi  həyətındə biri “Ural”, o birı KAMAZ  markalə iki 

yük  maşını  dayanmışdı.  Bizə  maşınlara  tərəf  hərəkət  əmri  verildi.  Bir  erməni  zabiti 

qocaları  və  qadınları  KAMAZ  -  a,  cavanları  isə  üstü  çadırlı  “Ural”a  münmələrini  əmr 

etdi. Mən 14  yaşlı məktəbli  Avtandil Nağıyevə  maşına çıxmağa kömək etdim və özum 

ən  axırıncı  olaraq  maşına  çıxdım.  Oturmağa  yer  olmadığından  Faiq  məni  özunə  tərəf 

çəkdi  və  mən  onun  dizləri  üstündə  oturdum.  Birdən  bir  mulki  geyimdə  olan  orta  yaşlı 

erməni  maşına  yaxınlaşıb  dedi:  “Mən  burda  3  nəfər  turk  öldurməliyəm”.  Sonra  Eldarı 

adla  çağırdı.  Eldar  Dadaşov  yerə  düşən  kimi  tapança  ilə  onu  alnından  vurdu.  O  biri 

maşından da bir nəfər düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa  heç kim cavab 

vermədi. Maşınlar hərəkətə gəldi. Bəylik Bağını və ondan sonra gələn Tut bağını keçdik. 

Silos  quyusunun  yanında  maşınlar  dayandırıldı.  Erməni  zabiti  arxada  gedən  “Ural” 

maşınına  yaxınlaşıb  10 nəfərin düşməsini tələb  etdi və  yaxınlaşıb  arxa bortu açdı.  Mən 

arxada oturduğumdan birinci düşdüm. Mənim arxamca da 10-15 nəfər cavan döyüşçülər 

düşdülər.  Bizi  nəyə  görə  düşürdükləri  aydın  idi.  Ona  görə  də  hamımız  sinəmizi  açıb 

qışqırırdıq:  “Güllələyin  əclaflar,  onsuz  da  qanımız  yerdə  qalmayacaq!  Sizi  it  kimi 

qovacaqlar!”  Bu  sözləri  eşidən  10-15  nəfər  erməni  əsgər  və  zabitləri  avtomatlarını 

sinələrinə  qaldırıb  atəş  açmağa  hazırlaşırdılar.  Mən  yolun  sağ  tərəf  kənarında 

dayanmışdım.  Ermənilər  isə  sol  tərəfdə  maşının  arxa  hissəsinə  yaxın  bir  yerə 

toplaşmışdılar. Ölumə sinə gərən oğullar mənim sağ tərəfimdə düzülmüşdü. Ən axırıncı 

bizə tərəf  Telman Tağıyev gəlirdi. O, mənim yanıma çatar-çatmaz qəfil ermənilərə tərəf 

döndu.  3-5  metr  irəliləyib  əlindəki  qumbaranı  onların  ortasına  atdı.  Ermənilər  qaçmağa 

maçal  tapmamış  qumbara  partladı.  Partlayışın  təsirindən  mən  yolun  kənarındakı  qalın 

kolluqla  örtülü  arxa  düşdüm.  Aldığım  qəlpə  yarasından  və  zərbənin  təsirindən  huşumu 

itirdim. Bu hadisə təxminən saat 14-00 - 15-00 radələrində baş vermişdi. Mən ayılanda 

gördüm  ki,  hava qaranlıqlaşıb, özum də qan içindəyəm.  Ağlım  başıma  gəldikcə  başıma 




Yüklə 211,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə