Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Mitral qapaqlarının prolapsının əsas klinik əlamətlərinə hansılar aiddir?



Yüklə 2,43 Mb.
səhifə18/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

1133) Mitral qapaqlarının prolapsının əsas klinik əlamətlərinə hansılar aiddir?
A) Periferik sinir siteminin pozğunluqları, vegetativ əlamətlərlə keçən kardial sindromu

B) Kardiomeqaliya, hepatomeqaliya, periferik tromboemboliyalar

C) Termorequlyasiyanın pozğunluqları, ödemlər, ağciyərin massiv tromboemboliyası

D) Ürək döyüntülərinin artması, sinkopal vəziyyətlər, döş qəfəsində ağrı

E) Artralgiyalar, splenomeqaliya, sürətlə inkişaf edən ürək çatışmazlığı
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону, 2007. – «Медицина», 573 с.
1134) Mitral qapaqlarının prolapsı üçün xarakterik auskultativ əlamətlərə hansılar aiddir?
A) Təcrid olan sistolik çırtmalar, qolosistolik küylər

B) Qolosistolik küylər, ağciyər arteriyasının üzərində pandiastolik küy

C) Flint küyü, xəncərəbənzər çıxıntı üzərində sistolik küy

D) II qabırğa arasında döş sümüyün sağında diastolik küy

E) II qabırğa arasında kobud, iyəbənzər sistolik küy
Ədəbiyyat: Кардиология — Национальное руководство по кардиологии под ред. Ю.Н.Беленкова – М.: Гэотар-Медиа, 2008. – стр. 1086 - 1099
1135) Mitral stenozu olan xəstələrdə ürəyin zirvəsində I ton necə dəyişilir?
A) Güclənir (çırpınır)

B) Zəifləyir

C) İkiləşir

D) Dəyişilmir

E) Eşidilmir
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, c.56
1136) Kəskin revmatik qızdırmanın prinsipial müalicə sxeminə nə daxildir?
A) Fitoterapiya, puls-terapiya, D-penisillamin

B) Opioidli analgetiklər, miorelaksantlar, qlükokortikoidlərlə davamlı müalicə

C) Qızıl duzların preparatları, kortikosteroidlər, enzim terapiya

D) Yataq rejimi, qlükokortikoidlər, iltihab əleyhinə qeyri steroid preparatları, penisillinlər

E) Yarımyataq rejimi, antibiotiklər, sulfonilamidlər, kortikosteroidlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А. // Москва., 2008., «ГЭОТАР-Медиа», 35-66 с.
1137) Müsbət kapillyar nəbzi hansı ürək qüsurlarının birində qeyd oluna bilər?
A) Aortal çatışmazlığı

B) Mitral stenoz

C) Kombinə olunmuş mitral-aortal qüsuru

D) Mitral çatışmazlığı

E) Aortal stenoz
Ədəbiyyat: V. Əzizov Daxili xəstəliklər. Kardiologiya. Bakı, 2007, s.70
1138) Sistemli sklerodermiyanın gedişində hansı variantlar ayırd edilir?
A) Kəskin, yarım kəskin, xroniki

B) Residivləşən, kəskin, yarım kəskin

C) Residivləşən, persistəedən, kəskin

D) Kəskin, yarım kəskin, persistəedən

E) Residivləşən, kəskin, xroniki
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
1139) Sklerodermik dəri zədələnmələri bədənin hansı hissəsində daha tez qeyd olunur?
A) Üz və boyunda

B) Üz və əllərdə

C) Boyun və döş qəfəsinin ön tərəfində

D) Əl və topuqda

E) Üz və qarında
Ədəbiyyat: Клиническая ревматология // под ред. В.И.Мазурова, Санкт-Петербург: Фолиант, – 2005, с. 251-278
1140) Sistemli sklerodermiya zamanı sümük zədələnmələri hansı xüsusi əlamətin inkişafı ilə səciyələnir?
A) Osteolizis ilə

B) Osteomielitlə

C) Osteonekrozla

D) Osteoxondropatiya ilə

E) Osteomalyasiya ilə
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 419-447
1141) Sistemli sklerodermiya zamanı inkişaf edən damar zədələnmələrin müalicəsi üçün hansı seçim preparatı tövsiyə olunur?
A) Kalsium - D3 Nikomed

B) Kalsium antaqonistləri

C) Kalsitonin

D) β - blokatorlar

E) Kalium preparatları
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону., 2007. – «Медицина», 334 с.
1142) Qırmızı qurdeşənəyi vaxtı oynaq sindromu ilə olan xəstələrdə əgər daxili orqanların zədələnmələri yoxdur – hansı müalicə taktikasını seçmək olar?
A) Mabteranın tətbiqi

B) İltihab əleyhinə qeyri-steroid preparatların tətbiqi

C) Malyariya əleyhinə preparatların təyini

D) Yüksək dozalı kortikosteroidlərlə müalicə

E) Azatioprinin tətbiqi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
1143) Şeqren sindromu zamanı daha çox hansı sekresiya edən vəzilərin zədələnməsi baş verir?
A) Gözyaşını, tər ifrazını edən vəzilər, qaraciyərin vəziləri

B) Ağciyərlərin, böyrəküstü, limfatik vəziləri, mədəaltı vəzilər

C) Tüpürcək, gözyaşını ifrazını edən vəzilər, limfatik vəzilər, böyrəküstü vəzilər

D) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, mədənin selikli qişası

E) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, hipofiz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
1144) Tüpürcək vəziləlrin funksyalarının qiymətləndirmək üçün aparılan müayinə necə adlanır?
A) Veloerqometriya

B) Sialoqrafiya

C) Ssintiqrafiya

D) Salpinqoqrafiya

E) Elektromioqrafiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
1145) Qadınlarda keçən podaqranın xüsusiyətlərinə hansılar aiddir?
A) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə və oynaqların defiqurasiyaları ilə inkişaf edir; tofuslar olmur

B) Qadınlarda podaqra kişilərnən bərabər yaşda inkişaf edir, 1 oynağın zədələnməsi, həmçinin osteoartrit, arterial hipertenziya

C) Podaqra menopauzadan sonra inkişaf edir, bir neçə oynaq zədələnir və həmçinin osteoartrit, arterial hipertenziya, xroniki böyrək çatmamazlığı inkişaf edir, Qeberden düyünləri xarakterikdir

D) Podaqra menopauzadan sonra inkişaf edir, poliartrit şəklində və həmçinin revmatoidli artrit, vaskulitlər inkişaf edir, Buşar düyünləri xarakterikdir

E) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə, bir neçə oynaq zədələnir, osteoartiritlə zədələnmiş oynaqlarda tofusların yerləşməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
1146) Psevdopodaqra nədir?
A) Kalsium pirofosfatın çökmə xəstəliyin latent forması

B) Kalsium pirofosfatın çökmə xəstəliyin kəskin və yarımkəskin forması

C) Kalsium pirofosfatın çökmə xəstəliyin xroniki forması

D) Miluoki sindromu

E) Qadınlarda inkişaf edən podaqra prosesi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
1147) Rentgenoqrammalarda osteoartrit üçün xarakterik olan dəyişikliklərə hansılar aiddir?
A) «Dolça qulpu» şəklində asimmetrik sindesmofitlər, «qu quşu boynu» simptomu, oynaq yarığın qeyri bərabər daralması

B) Uc falanqaların akroosteolizi, «qağayi qanadları» şəklində eroziyalar, «duzla bibər» şəklində kəllə sümüyünün dəyişiklikliyi

C) Sindesmofit, osteofit, burxulmalar, oynaq yarığın bərabər daralması, sekvestorlar

D) «Pilləkan» simptomu, «aypara» simptomu, sklerodaktiliya, oynaqətraflı osteoporoz, xondrokalsinoz

E) Osteofitlər, osteoskleroz, «qağayı qanadları» şəklində eroziyalar, oynaq yarığın qeyri bərabər daralması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
1148) Osteoartritin müalicə taktikasına hansı preparatlar daxildir?
A) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, vitaminoterpiya, sitostatiklər, kiçik dozalı kortikosteroidlər

B) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, periferik qan dövranını bərpa edən preparatlar

C) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, biostimulyatorlar, kalsium preparatları, D3 vitamini, kiçik dozalı kortikosteroidlər

D) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, oynaq daxili davamlı təsir göstərən qlyukokortikosteroidlər

E) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, opioidli analgetiklər, yüksək dozalı kortikosteroidlər, metotreksat
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
1149) Ankilozlaşdırıcı spondiloartritin tipik rentgenoloji əlamətlərinə aiddir?
A) Birtərəfli sarkoileit, osteofitlər, «qapağlı karandaş» simptomu, osteoskleroz, «kvadratlaşma» simptomu

B) İkitərəfli simmetrik sarkoileit, sümük eroziyaları, oynaq ətraflı osteoporoz, sindesmofitlər

C) Sümük ostosklerozu, osteofitlər, «sıçovul dişdəmi», «bambuk ağacı» simptomu, sümük eroziyaları

D) İkitərəfli simmetrik sarkoileit, ikitərəfli nazik kənar sindesmofitlər, «bambuk ağacı», «kvadratlaşma» simptomları

E) Çox saylı eroziv artritlər, ankilozlar, osteofitlər, qığırdağın kalsinozu, periostit
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
1150) Kəskin piyelonefritlə differensial diaqnostika zamanı hansı kliniki əlamət kəskin qlomelonefrit üçün daha xarakterikdir?
A) Leykosituriya

B) Üşütmə

C) İkitərəfli ağrılar

D) Bakteriuriya

E) Birtərəfli ağrılar
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1151) Hansı kliniki əlamət kəskin qlomelonefritlə differensial diaqnostika zamanı KBÇ daha xarakterikdir?
A) İnfeksiya ilə əlaqə

B) Qanda kreatininin yüksək səviyyəsi

C) Latent dövr

D) Arterial hipertenziya

E) Ödemlər
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1152) Hansı instrumental müayinə xroniki pielonefrit zamanı aparılmır?
A) Radioizotop müayinə

B) Oftalmoskopiya

C) Xromosistoskopiya

D) Böyrəklərin tam ölçülü rentgenoqrafiyası

E) USM
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1153) Xroniki pielonefrirdən fərqli olaraq hansı kliniki əlamət xroniki qlomerulonefrit üçün daha xarakterikdir?
A) Anamnezdə böyrəkdaşı xəstəliyinin olması

B) Üşütmə

C) Antibakterial terapiyanın təsiri altında XBÇ əlamətlərinin azalması

D) Anamnezdə keçirilmiş streptokok infeksiyası

E) Ödemlərin olmaması
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1154) Hansı diaqnostik əlamət kəskin qlomerulonefritdən fərqli olaraq xroniki qlomerulonefrit üçün xarakterik deyil?
A) Sol mədəciyinin hipertrofiyası

B) USM zamanı böyrəklərin ölçülərinin böyüməsi

C) Azotemiya

D) Angioretinopatiya

E) Anemiya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1155) Hansı diaqnostik əlamət “durğun böyrək” üçün xarakterik deyil?
A) Qan dövranının çatışmazlığı

B) Akrosianoz

C) Streptokok infeksiyası ilə əlaqədar

D) Ödemlərin günün axırı əmələ gəlməsi, gecə ərzində keçməsi

E) Taxikardiya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1156) Kəskin qlomerulonefritin hansı klinik forması zamanı göz dibi damarlarında dəyişikliklər qeyd olunmur?
A) Hamısı

B) Qarışıq forma

C) Nefrotik forma

D) Hipertonik forma

E) Latent forma
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1157) Hansı diaqnostik əlamət xroniki qlomerulonefritin latent forması üçün xarakterikdir?
A) Hipoproteinemiya

B) Albuminuriya

C) Anemiya

D) Hiperxolesterinemiya

E) Azotemiya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1158) Hansı diaqnostik əlamət kəskin interstisial nefrit üçün kəskin qlomerulonefritdən fərqli olaraq daha xarakterikdir?
A) Sidiyin yüksək sıxlığı

B) Ödemlər

C) Dərman qəbulundan sonra inkişafı

D) İnfeksiyadan sonar inkişafı

E) Leykosituriya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1159) Hansı klinik əlamət kəskin interstisial nefritdən fərqli olaraq kəskin pielonefrit üçün xarakterik deyil?
A) Birtərəfli yerləşən ağrı

B) Bakteriuriya

C) Dərman qəbulundan sonra inkişafı

D) Keçirilmiş infeksiyadan sonar inkişafı

E) Temperaturun yüksəlməsi zamanı üşütmə
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1160) Hansı diaqnostik kriteri kəskin qlomerulonefritdən fərqli olaraq KBÇ üçün xarakterikdir?
A) Na + konsentrasiyasının sidikdə aşağı olması

B) İnfeksiya ilə əlaqə

C) Toksinlər ilə əlaqə

D) Latent mərhələnin olması

E) Sidiyin normal sıxlığı
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1161) Nefrotik kriz zamani hansı əsas müalicə tədbiri yerinə yetirilir?
A) Prednizolonun yeridilməsi

B) Heparinin yeridilməsi

C) Sadalananların hamısı

D) Antibiotiklərlə müalicə

E) Reopoliqlükinin yeridilməsi
Ədəbiyyat: Окороков А.А. «Лечение болезней внутренних органов» 2001г.
1162) Uremiyalı xəstələrdə fiziki müayinə zamanı hansı əlamətlər qeyd olunur?
A) Hamısı

B) Hipertenziya

C) Perikardın sürtünmə küyü

D) Periferik neyropatiya

E) Orqanizmdə mayenin ləngimə əlamətləri
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
1163) KBÇ ilə hospitalizə olunmuş xəstələrdə hansı anamnestik məlumat daha vacibdir?
A) Yaxın vaxtda keçirilmiş ümumi infeksion xəstəlik

B) Nefrostatik preparatların qəbulu

C) Venadaxili kontrast maddələrlə aparılmış müayinə

D) Yaxın vaxtda hipotenziyanın olması

E) Hamısı
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
1164) Hansı əlamətlər orqanizmdə mayenin ləngiməsini göstərir?
A) Ağciyərlərdə xırıltılar

B) Müsariqə venalarda yüksək təzyiq

C) Assit

D) Hamısı

E) Ödem
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
1165) Hansı böyrək xəstəlikləri zamanı artrit əlamətləri qeyd olunur?
A) Hamısı

B) Amiloidoz

C) Sarkoidoz

D) Şeylem - Henox purpurası

E) Krioqlobulinemiya
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии», 2001г.
1166) Metilksantin qrupuna aid olan preparatların təsir mexanizminə hansı aiddir?
A) Tənəffüs mərkəzinin aktivliyini azaldır

B) Azan sinirinin təsirini blokada edir

C) Adenilatsiklaza fermentinin aktivliyini artırır

D) Fosfodiesteraza fermentini blokada edir

E) Antigenlə antitelin birləşməsinə mane olur
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
1167) β-Adrenostimulyator qrupuna aid olan preparatların təsir mexanizminə hansı aiddir?
A) Tənəffüs mərkəzinin aktivliyini ləngidir

B) Azan sinirinin təsirini blokada edir

C) Fosfodiesteraza fermentini blokada edir

D) Antigenlə antitelin birləşməsinə mane olur

E) Adenilatsiklaza fermentinin aktivliyini artırır
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
1168) İdiopatik interstisial pnevmoniyaya hansı aid deyil?
A) İdiopatik ağciyər fibrozu

B) Qeyri spesifik interstisial pnevmoniya

C) Nozokomial pnevmoniya

D) Limfositar interstisial pnevmoniya

E) Deskvamatoz interstisial pnevmoniya
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1169) Təngnəfəsliyi aradan qaldıran preparatlar qrupuna hansı aid deyil?
A) β2 - aqonistlər

B) β1 və β2 – adrenostimulyatorlar

C) Antixolinergik preparatlar

D) Metilksantinlər

E) β - adrenoblokatorlar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1170) Bronxial obstruksiyanın geriyədönməz kompanentinə hansı aiddir?
A) Bronxların mukosiliar aparatının funksiyasının pozulması

B) Bronxların selikli qişasının ödemi

C) Bronxların selikli qişasının iltihabı

D) Bronx mənfəzinin stenozu və obliterasiyası

E) Bronxların spazmı
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1171) Bəlğəm ifrazının çətinləşməsi nədən asılı deyil?
A) Kulçitski hüceyrələrinin sayının artmasından

B) Bəlğəmin özlülüyünün artmasından

C) Bəlğəmin tənəffüs yollarınının divarına yapışmasının artmasından

D) Qədəhəbənzər hüceyrələrinin sayının artmasından

E) Orqanizmin susuzlaşması zamanı bəlğəmin dehidrotasiyasından
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
1172) Eksudatla dolmuş alveolaların divarı nəfəsalmanın sonunda bir-birindən aralandıqda auskultasiyada eşidilən səs necə adlanır?
A) Krepitasiya

B) Quru xırıltı

C) Fitvari quru xırıltı

D) Bronxofoniya

E) Plevranın sürtünmə küyü
Ədəbiyyat: M.M.Ağayev. «Daxili Xəstəliklər» II cild, 2007
1173) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyər toxumasının destruktiv xəstəliyinin olmasını göstərir?
A) Elastik əzələ lifləri

B) Şarko - Leyden kristalları

C) Kurşman spiralları

D) Eritrositlər

E) Leykositlər
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
1174) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyərlərdə obstruktiv sindromun olmasını göstərir?
A) Kurşman spiralları

B) Elastik əzələ lifləri

C) Leykositlər

D) Eritrositlər

E) Şarko - Leyden kristalları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
1175) Hansı hallarda qarın boşluğunda Traube üçbucağı itir?
A) Mədə xorasının perforasiyası

B) Pnevmoniyada

C) Ağciyər emfizeması

D) Sol tərəfli eksudativ plevritdə

E) Sağ mədəciyin hirertrofiyası
Ədəbiyyat: M.M.Ağayev «Daxili Xəstəliklər» II-cild, 2007il
1176) Sarkoidoz kimlərdə daha çox rast gəlir?
A) Uşaqlarda

B) 20 - 40 yaşlı şəxslərdə

C) Yeniyetmələrdə

D) Yaşlı şəxslərdə

E) Qadınlarda klimaks dövründə
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова. «Дифференциальная диагностика и лечение внутренних болезней», 2003 г., том 3
1177) Hansı ferment çatışmazlığı emfizemaya səbəb olur?
A) Kreatinfosfokinaza

B) Adenilatsiklaza

C) Laktatdehidrogenaza

D) α - 1 antiripsin

E) Fosfodiesteraza
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1178) Pnevmokok pnevmoniyası üçün nə xarakterik deyil?
A) Krepitasiya

B) Residivləşən titrətmə

C) Kəskin başlanğıc

D) Leykositoz

E) Hərarətin yüksəlməsi
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
1179) Stafilokok pnevmoniya üçün nə xarakterik deyil?
A) Residivləşən titrətmə

B) Hərarətin yüksəlməsi

C) Krepitasiya

D) Ağciyərlərdə destruktiv dəyişikliklər

E) Cüzi intoksikasiya əlamətləri
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
1180) Əgər obstruktiv sindrom arterial hipertenziya ilə müşayət olunursa, aşağıdakılardan hansı seçim preparatıdır?
A) β - blokatorlar

B) Nitratlar

C) Ca ++ antaqonistləri

D) Diuretiklər

E) AÇFİ
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004г.
1181) Qudpasçer sindromunun müalicəsinə nə daxil deyil?
A) İmmunosupressorlar

B) Antibiotiklər

C) Qlükokortikoidlər

D) Hemodializ

E) Plazmaferez
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1182) Hiperpnoe nədir?
A) Dərinləşmiş tənəffüs

B) Tənəffüsün azalması

C) Tezləşmiş tənəffüs

D) Tənəffüsün olmaması

E) Ağciyərlərin hipoventilyasiyası
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1183) Hansı kliniki vəziyyət kəskin hipoksemik tənəffüs çatışmazlığı ilə nəticələnmir?
A) İdiopatik interstisial pnevmoniyalar

B) Qudpasçer sindromu

C) Massiv hemotransfuziyalar

D) Ağciyərlərin kardiogen ödemi

E) Kəskin bronxit
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1184) Ağciyər mikozunun törədicisi hansıdır?
A) Bakteriyalar

B) Viruslar

C) Rikketsiyalar

D) Aspergillalar

E) İdtidailər
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1185) Bronxiolit nədir?
A) Yuxarı tənəffüs yollarının iltihabı

B) Terminal və respirator bronxiolların iltihabı

C) Parenximanın zədələnməsi

D) Orta kalibrli bronxların iltihabı

E) İri kalibrli bronxların iltihabı
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1186) Xroniki pankreatitin ilk əlaməti hansıdır?
A) Ağrı

B) Sarılıq

C) Şəkərli diabet

D) Arıqlama

E) Diareya
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
1187) Xroniki enterit üçün hansı əlamət xarakterik deyil?
A) Ağrının olmaması

B) Nəcisdə seliyin və qanın olması

C) Qarında səs

D) Həzm prosesin pozulması

E) Sorulma prosesin pozulması
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
1188) Qəhvə rəngində qusmanın əsas səbəbi nədir?
A) Qaraciyərin sirrozu

B) Xolesistit

C) Xroniki pankreatit

D) Mədə və onikibarmaq bağırsağın xorası

E) Enterit
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
1189) Yaşlı xəstədə mədə xorasının kəskinləşməsində hansı preparat təyin edilir?
A) No - şpa, almagel

B) Hamisı

C) Atropin

D) Simetidin

E) Omeprazol
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
1190) Hansı qrup preparatlarına ranitidin aiddir?
A) M - xolinoblokator

B) H2 - histamin reseptorların blokatoru

C) Simpatolitik

D) Adrenoblokator

E) H1 - histamin reseptorların blokatoru
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1191) Hansı qrup preparatlarına omeprazol aiddir?
A) M - xolinoblokator

B) Proton pompasının blokatoru

C) H2 - histamin reseptorların blokatoru

D) Adrenoblokator

E) H1 - histamin reseptorların blokatoru
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1192) Hansı qrup preparatlar HCl sekresiyasının azalmasında istifadə olunur?
A) Antixolinesterazlar

B) M - xolinoblokatorlar

C) Adrenoblokatorlar

D) H1 - histamin reseptorların blokatoru

E) H2 - histamin reseptorların blokatoru
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə