Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Eksudativ perikardit üçün hansı EKQ əlaməti xarakterikdir?



Yüklə 2,43 Mb.
səhifə20/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   17   18   19   20   21   22   23   24   25

1256) Eksudativ perikardit üçün hansı EKQ əlaməti xarakterikdir?
A) Geniş P dişi

B) EKQ dişlərinin voltajının azalması

C) Hündür sivri T dişi

D) İti uclu P dişi

E) Dərin və genişlənmiş Q dişi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1257) Mitral qapaq çatışmazlığının auskultativ əlamətı hansılardır?

1. zirvədə sistolik küy

2. zirvədə diastolik küy

3. I tonun zəifləməsi

4. II tonun zəfləməsi
A) 2, 3

B) 3, 4


C) 2, 4

D) 1, 3


E) 1, 2, 4
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1258) Mitral stenozda diastolik küyün hansı xarakterik xüsusiyyəti var?
A) Sağ böyrü üstə uzandıqda və nəfəs alma zamanı yaxşı eşidilir

B) Sol qoltuq altı nahiyyəyə irradasiya etmir

C) Sol böyrü üstə uzandıqda və nəfəs vermə zamanı yaxşı eşidilir

D) III tonla birlikdə müşahidə olunur

E) Ayaqüstə yaxşı eşidilir
Ədəbiyyat:
1259) Mitral stenozda protodiastolik küyün yaranma səbəbi hansıdır:

A) Səyrici aritmiyanın yaranması

B) Qulaqcığın aktiv yığılması

C) Sol qulaqcıqla sol mədəcik arasında qradient təzyiqinin yüksəlməsi

D) Sol qulaqcığın genişlənməsi

E) Mitral requrgitasiya


Ədəbiyyat:
1260) Nitratların qəbulu zamanı nitratlara tolerantlığı azaltmaq üçün tətbiq edilən “interval terapiyası” necə olmalıdır?
A) 2 gün fasilə

B) 4 - 6 saat fasilə

C) 24 saat fasilə

D) 3 gün fasilə

E) 8 - 12 saat fasilə
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1261) Hansı xəstəliyin müalicəsində β-blokatorlar əsas seçim preparatıdır?
A) Vazorenal arterial hipertenziya

B) Hipertrofik kardiomiopatiya

C) Miokardit

D) Xronik ağciyər ürəyi

E) Feoxromositoma
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1262) Revmatik qızdırmanın böyük kriteriyasına hansı aid deyil?
A) Xoreya

B) Kardit

C) Heberden düyünü

D) Dəri altı düyünlər

E) Həlgəvari eritema
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1263) Nəbz defisiti nə zaman müşahidə edilir?
A) Səyrici aritmiyada

B) Ürək əzələsi ağır zədələndikdə

C) Aortal çatışmazlıqda

D) Damar tonusu azaldıqda

E) Aortal stenozda
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1264) Mitral stenoz zamanı hansı əlamət, müştərək mitral qapaq çatışmazlığı olduğunu göstərir:

A) I tona yaxın yüksək tezlikli sistolik küy

B) Güclənmiş I ton

C) Taxipnoe

D) Taxikardiya

E) Mitral qapağın açılma tonu


Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1265) Mitral stenoz üçün hansı auskultativ əlamət daha xarakterikdir?
A) Mitral qapağın açılma tonu

B) Aorta üzərində II tonun aksenti

C) Ağciyər arteriyası üzərində II tonun zəifləməsi

D) Aorta üzərində II tonun zəifləməsi

E) Zirvədə I tonun zəifləməsi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1266) Arerial təzyiqin qolda artması və ayaqlarda azalması hansı xəstəlik üçün xarakterikdir?
A) Feoxromositoma

B) Konn sindromu

C) Aortanın koarktasiyası

D) İtsenko-Kuşinq sindromu

E) Takayasu sindromu
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1267) Miokard infarktından sonra çapıq EXO-KQ-də necə görünür?
A) Diffuz hiperkinez

B) Diffuz hipokinez

C) Lokal hiperkinez

D) Mitral qapaq çatışmazlığı əlaməti

E) Lokal akinez
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1268) Səyrici aritmiyanın xarakterik əlaməti nədir?
A) Bradikardiya

B) Sol böyrü üstə əyildikdə ürək döyünmə

C) Taxikardiya

D) Ölüm qorxusu

E) Ürək döyünmənin və nəbzin qeyri müntəzəmliyi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1269) Xəstədə idiopatik taxisistolik forma daimi səyrici aritmiya var. Müalicə üçün seçim preparatı aşağıdakılardan hansı ola bilər?
A) Kaptopril

B) Korinfar

C) Metoprolol

D) Nıtroqliserin

E) Kardiket
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1270) Supraventrikular AV düyün taxikardiyasının müalicəsində aşağıdakılardan hansı istifadə olunmur?
A) Lidokain

B) Verapamil

C) ATF

D) Kordaron



E) Metoprolol
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1271) Aortal qapaq çatışmazlığı üçün xarakterik arterial təzyiq hansıdır?
A) Sistolik və diastolik təzyiqin azalması

B) Sistolik təzyiqin azalması, diastolik təzyiqin qalxması

C) Sistolik təzyiqin qalxması, diastolik təzyiqin azalması

D) Sistolik və diastolik təzyiqin qalxması

E) Sistolik və diastolik təzyiqin normal olması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1272) Aortal qapağın stenozu üçün xarakterik arterial təzyiq hansıdır?
A) Sistolik təzyiqin normal olması, diastolik təzyiqin qalxması

B) Sistolik təzyiqin qalxması, diastolik təzyiqin azalması

C) Sistolik və diastolik təzyiqin normal olması

D) Sistolik və diastolik təzyiqin qalxması

E) Sistolik təzyiqin azalması, diastolik təzyiqin normal olması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1273) Arterial hipertenziya zamanı xroniki böyrək çatışmazlığının morfoloji substratı hansıdır?
A) Hidronefroz

B) Nefrolitiaz

C) Birincili böyrək büzüşməsi

D) Xronik qlomerulonefrit

E) İkincili böyrək büzüşməsi
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1274) Tireotoksikoz zamanı hipertenziv sindrom aşagıdakılardan hansı ilə müştərək rast gəlinir?
A) Striyalar, aypara sifət

B) Piylənmə, yaddaşın zəifləməsi

C) Kardialgiya, göbək ətrafında küy

D) Bradikardiya, qəbzlik

E) Səyrici aritmiya, ekzoftalm, subfebril temperatur
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1275) Konn sindromunun differensial diaqnostikasında hansı müayinə daha informativdir?
A) Qanda kaliumun təyini

B) Qanda metanefrinin təyini

C) Sidikdə vinilbadam turşusunun təyini

D) Qanda kalsiumun təyini

E) Hipofizin kompyuter tomoqrafiyası
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1276) Revmatik qızdırmada ikincili proflaktika məqsədilə aşağıdakılardan hansı istifadə olunur?
A) Siprofloksasin

B) Seftriakson

C) Azitromisin

D) Eritromisin

E) Bisillin - 5
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1277) Vazospastik stenokardiyada aşağıdakılardan hansı işlədilmir?
A) Diltiazem

B) β - blokatorlar

C) Nitratlar

D) Verapamil

E) Nifedipin
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1278) Aşağıda göstərilən aritmiyalardan hansı daha ağırdır?
A) Monotop mədəcik ekstrasistoliyası

B) Sinus taxikardiyası

C) I dərəcə AV blokada

D) Politrop mədəcik ekstrasistoliyası

E) Qulaqcıq ekstrasistoliyası
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1279) Epiqastral sahədə pulsasiya aşağıdakılardan hansını göstərir?
A) Sol mədəciyin hipertrofiyasınnı

B) Ağ ciyər arteriyasının genişlənməsi

C) Sağ mədəciyin hipertrofiyasını

D) Sol mədəciyin hipertrofiyası və dilatasiyasını

E) Sağ qulaqcığın hipertrofiyası və dilatasiyasını
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1280) Ürəyin palpasiyasında zirvədə arteriya carotis ilə üst-üstə düşməyən diastolik titrəmə hansı qüsur üçün xarakterikdir?
A) Mitral stenoz

B) Aortal qapaq çatışmazlığı

C) Üçtaylı qapaq çatışmazlığı

D) Aortal stenoz

E) Mitral çatışmazlıq
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1281) Aşağı ətrafı amputasiya olmuş xəstə üçün hansı yük sınağı məsləhət görülür?
A) Sakitlikdə çəkilmiş EKQ

B) Erqometrin testi

C) Tredmil test

D) Dobutamin stress exokardioqrafiyası

E) Veloerqometriya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1282) Mitral stenoz üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Qanhayxırma

B) Bildirçin ritmi

C) EKQ - də sol mədəciyin hipertrofiyası

D) EKQ - də sağ mədəciyin hipertrofiyası

E) EKQ - də P dişində dəyişiklik
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1283) Xroniki Ürək Çatışmazlığının patogenezində aşağıdakılardan hansı əsas rol oynayır?
A) Ürəyin avtomatizmi funksiyanın pozulması

B) Xronotrop funksiyanın pozulması

C) Dromotrop funksiyanın pozulması

D) Batmotrop funksiyanın pozulması

E) İnotrop funksiyanın pozulması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1284) Xroniki Ürək Çatışmazlığının(XÜÇ) daha çox rast gəlinən səbəbi hansıdır?
A) Ürəyin amiloidozu

B) Arterial hipertenziya

C) Ürəyin işemik xəstəliyi

D) Dilatasion kardiomiopatiya

E) Hipertrofik kardiomiopatiya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1285) Hansı dərman hipertrofik kardiomiopatiya zamanı qəbulu məqsədəuyğun deyil:
A) Hamısını işlətmək olar

B) Verapamil

C) Amiodaron

D) Nitroqliserin

E) Propranolol
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1286) Miokardın diastolik funksiyasının pozulması hansıdır?
A) Diastolada mədəciyin qanla dolmasının pozulması

B) Ürəyin kənardan sıxılması

C) Miokardın yığılması

D) Miokardda keçiriciliyin pozulması

E) Miokardın oyanması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1287) Miokard infarktlı xəstənin uzun muddət hərəkətsiz saxlanılması aşağıdakılardan hansını yarada bilər?
A) Stenokardiya tutması

B) Tromboembolik ağırlaşma

C) Bradikardiya

D) Ürək çatışmazlığı

E) Arterial hipertenziya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1288) Ateroskleroz və Ürəyin İşemik Xəstəliyinin ( ÜİX) inkişafına hansı xəstəlik səbəb ola bilər?
A) Ağciyər ürəyi

B) Şəkərli diabet

C) Tireotoksikoz

D) Qaraciyər sirrozu

E) Revmatoid artrit
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
1289) Hansı xəstəlik və ya sindromun adı ürəyin işemik xəstəliyinin nisbi nadir səbəbi kimi ingilis dilli ədəbiyyatda çəkilmir?
A) Koronar arteriyalarda anadangəlmə inkişaf anomaliyaları

B) Sifilitik aortit

C) Irsiyyət və emosional stres

D) Iltihablaşmış koronaritlər

E) Döş aortasının laylanan anevrızması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
1290) Sabit stenokardiyanın müalicəsində istifadə olunan β-adrenoblokatorların (betaksolol, lokren, betak) əsas sutkalıq dozasını (mq) göstərin.
A) 1, 25 - 2, 5

B) 60 - 80

C) 40 - 60

D) 10 - 20

E) 5 - 7, 5
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 42
1291) Sabit stenokardiya adlanan klinik sindrom nə vaxt meydana çıxmır?
A) Fiziki gərginlikdə (hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma)

B) Sakitlikdə, çox vaxt gecələr yuxuda

C) Emosional stressdə

D) Soyuqda, çoxlu miqdarda qida qəbulunda

E) Arterial təzyiqin yüksəlməsində
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1292) Son zamanlar stenokardiya simptomlarını və işemiya əlamətlərinin (gizli işemiya daxil olmaqla) aradan qaldırılmasında əlavə hansı antiişemik preparatlardan istifadə olunur?
A) Kalium kanalları aktivatorları

B) Α-adrenergik antaqonistlər

C) Birbaşa renin inhibitorları

D) Α-adrenerqik blokatorlar

E) Sinus düyününün inhibitorları
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
1293) Bronxial astmalı hamilə qadınlara aşağıdakı preparatlardan hansının istifadəsi tövsiyə edilmir?

A) Beklametazon

B) β2 - reseptorlarin aqonistləri

C) Kromoqlisiy turşusu preparatları

D) Budesonid

E) Leykotrien reseptorlarının antoqonistləri


Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1294) Hansı preparat bronxial astma zamanı tutmaları dərhal aradan qaldırmır?
A) Berotek

B) Aminofillin

C) Berodual

D) Seretid

E) Formaterol
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1295) Atopik dermatitlərdə yerli isifadə uçün nəzərdə tutulan yüksək dərəcəli aktivliyə malik olan qükokortikosteroidlərə hansı aid deyil?
A) Mometazon furoat

B) Hidrokortizon 17 - butirat

C) Fluosinol asetonid

D) Betametazon

E) Hidrokortizon
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1296) Aşağıdakılaarın biri Layella sindromunun sinonimidir?

A) Epidermal toksik ödem

B) Eksfoliativ dermatit

C) Allergik dermatomiozit

D) Epidermal toksik nekroliz

E) Angionevrotik ödem


Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1297) Dərman allergiyası törədən preparatların əlavə təsirlərinə hansı əlamət aid deyil?
A) Preparatın ləğv edilmsindən 3 - 5 gün sonra reaksiyanin xeyli azalması yaxud tam keçməsi

B) Reaksiyanın ilk dozadan sonra baş verməsi

C) Reaksiyanın preparatın kiçik dozasında belə yaranması

D) Reaksiyanın preparatın yalnız təkrar dozasından sonra yaranması

E) Preparatla təkrar müalicəyə başladıqda reaksiyanın yenidən yaranması
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с
1298) Layell sindromunun müalicəsində yüksək dozada istifadə olunan qlyukokortikosteroidləri hansı preparatlar qrupu ilə birgə təyin etmək məsləhət görülmür?
A) Dezintoksikasiya edici təsirli məhlullarla

B) Sidik qovucularla

C) Dekstranlarla

D) Proteoliz inhibitorları ilə

E) Analgetiklərlə
Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний: Рук. для практикующих врачей /Р.М.Хаитов и др. – М.:Литтерра,2007. – 504 с
1299) I tip allerqik reaksiyaların iştirak etdiyi allerqik xəstəliklərə hansı aid deyil?
A) Atopik bronxial astma

B) Övrə


C) Kvinke ödemi

D) Autoimmun hemolitik anemiya

E) Anafilaktik şok
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.12
1300) II tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Autoimmun hemolitik anemiya

B) İnterstisial nefrit

C) Trombositopeniya

D) Atopik bronxial astma

E) Allergik dərman aqranulositozu
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.13
1301) III tip allergik reaksiyaların iştirak etdiyi allerqik xəstəliklərə hansı aid deyil?
A) Qlomerulonefrit

B) Övrə


C) Artyus fenomeni

D) Zərdab xəstəliyi

E) Ekzogen allerqik alveolit
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.13
1302) IV tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Kontakt allerqik dermatit

B) Brusellyoz

C) Cüzam

D) Allergik rinit

E) Vərəm
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.15
1303) Ev tozunun ən çox allergiya verən tərkibi nədir?
A) Bakteriyaların həyat məhsulları

B) Kif göbələyi

C) İnsan epidermisi

D) Gənəciklər

E) Həşəratların həyat məhsulları
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.17
1304) Aşağıda göstərilən simptomlardan hansı bronxial astmaya xas deyil?
A) Fiziki işdən sonra pasientdə fitverici xırıltılar və ya öskürəyin olması

B) Gecələr pasientdə əzab verici öskürəyin olması

C) Fiziki gərginlik zamanı döş sümüyünün arxasında yanğı hissinin olması

D) Pasiyentdə allergenlərlə kontakdan sonra fitverici xırıltıların, döş qəfəsində tutqunluq hissiyyatının və ya öskürəyin olması

E) Pasiyentdə fitverici xırıltıların olması
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.35
1305) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın diaqnostikasında mühüm rol oynamır?
A) Pikfluometriya

B) Histaminlə bronxoprovokasiya testi

C) Veloerqometriya

D) Fiziki yük bronxoprovokasiya testi

E) Spirometriya
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.36
1306) 32 yaşlı xəstə Həsənov vaxtaşırı ekspirator təngnəfəslikdən və quru öskürəkdən şikayət edir. Bədən t ° C normaldır. Qanın analizində hipereozinofiliya (12 %) tapılıb. Rentgen müalicəsində isə patologiya aşkar olunmur. Bronxkeçiriciliyinin göstəriciləri gün ərzində 30 % dəyişir. Xəstəyə hansı diaqnoz yazarsınız?
A) Ağciyərlərdə eozinofil infiltratı

B) Xronik obstruktiv bronxit

C) Allerqik alveolit

D) Bronxial astma

E) Sarkoidoz
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1307) Aşağıdakı amillərdən hansı bronxial astma tutmasını törətmir?
A) Kimyəvi qıcıqlandırıcı maddələr

B) Sürətli tip allergiya

C) Heyvanların tükü

D) Adrenoreseptorların fəallaşması

E) Dərman qəbulu
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1308) Bronxial astmanın müalicəsində istifadə olunmayan preparat hansıdır?
A) Qlükokortikoidlər

B) Kalsium antoqonistləri

C) Proteolitik fermentlər

D) İntal


E) Ketotifen
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1309) Bronxial astmanın müalicəsində hansı preparat bronxspastik təsir göstərir?
A) Seretid

B) İntal


C) Metoprid

D) Prednizolon

E) Obzidan
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1310) Xəstə Həsənov bronxial astma ilə yanaşı, hipertoniya xəstəliyindən də əziyyət çəkir. Belə halda xəstəyə aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) İzosorbid 5 - mononitrat

B) Nebivalol

C) Raunatin

D) Propranalol

E) Amlodipin
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1311) Ağciyərlər üzərində fitvari xırıltının eşidilməsi hansı patoloji proses üçün xarakter əlamətdir?
A) Ağciyərlərdə boşluq olması

B) Bronxkeçiriciliyinin pozulması

C) Ağciyər toxumasının bərkiməsi

D) Ağciyərlərdə havanın çox olması

E) Plevra boşluğunda mayenin olması
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1312) Kvinke ödemi üçün nə xarakter deyil?
A) Boğulma tutmaları

B) Asfiksiya ilə gedən tənəffüs sisteminin zədələnməsi

C) Hürücü öskürək

D) Qaşınma

E) Səsin batması
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
1313) Anafilaksiyanın klinik təzahürlərindən asılı olaraq anafilaktik şokun neçə gediş variantı ayırd edilir?
A) 4

B) 2


C) 1

D) 3


E) 5
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
1314) I dərəcə (yüngül) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) Başgicəllənmə

B) Taxikardiya

C) Bu vəziyyət şok əleyhinə terapiya ilə asnlıqla aradan qaldırılır

D) Huşu aydındır

E) Sistolik A/T 60 mm c.s aşağı enir
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
1315) III dərəcə (ağır) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) Huşun itməsi

B) Şok əleyhinə terapiya çox zaman az effektivdir

C) Kəskin tənəffüs və ürək – damar çatışmazlığı

D) Sistolik A/T 90 mm c.s qədər enir

E) A/T 60 mm c.s aşağı enir
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
1316) IV dərəcə (çox ağır) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) Sistolik A/T 90 - 70 mm c.s arasındadır

B) İldırımvari şəkildə kollaps

C) Sapvari nəbz

D) A/T - nın sıfıra qədər kəskin şəkildə enməsi

E) Komatoz vəziyyət
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı-2010, s.8


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə