Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Sistemli sklerodermiya zamanı inkişaf edən damar zədələnmələrin müalicəsi üçün hansı seçim preparatı tövsiyə olunur?



Yüklə 2,35 Mb.
səhifə17/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

1074) Sistemli sklerodermiya zamanı inkişaf edən damar zədələnmələrin müalicəsi üçün hansı seçim preparatı tövsiyə olunur?
A) Kalsium antaqonistləri

B) Kalsitonin

C) Kalsium - D3 Nikomed

D) Kalium preparatları

E) β - blokatorlar
Ədəbiyyat: Носков С.М., Ревматология. Актуальные вопросы. Ростов-на –Дону., 2007. – «Медицина», 334 с.
1075) Qırmızı qurdeşənəyi vaxtı oynaq sindromu ilə olan xəstələrdə əgər daxili orqanların zədələnmələri yoxdur – hansı müalicə taktikasını seçmək olar?
A) Malyariya əleyhinə preparatların təyini

B) İltihab əleyhinə qeyri-steroid preparatların tətbiqi

C) Mabteranın tətbiqi

D) Yüksək dozalı kortikosteroidlərlə müalicə

E) Azatioprinin tətbiqi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 419-446
1076) Şeqren sindromu zamanı daha çox hansı sekresiya edən vəzilərin zədələnməsi baş verir?
A) Gözyaşını, tər ifrazını edən vəzilər, qaraciyərin vəziləri

B) Ağciyərlərin, böyrəküstü, limfatik vəziləri, mədəaltı vəzilər

C) Tüpürcək, gözyaşını ifrazını edən vəzilər, limfatik vəzilər, böyrəküstü vəzilər

D) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, hipofiz

E) Tüpürcək, gözyaşını, tər ifrazını edən vəzilər, mədənin selikli qişası
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
1077) Tüpürcək vəziləlrin funksyalarının qiymətləndirmək üçün aparılan müayinə necə adlanır?
A) Veloerqometriya

B) Ssintiqrafiya

C) Elektromioqrafiya

D) Sialoqrafiya

E) Salpinqoqrafiya
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
1078) Qadınlarda keçən podaqranın xüsusiyətlərinə hansılar aiddir?
A) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə və oynaqların defiqurasiyaları ilə inkişaf edir; tofuslar olmur

B) Podaqra qadınlarda daha cavan yaşlarda inkişaf edir, nəinki kişilərdə, bir neçə oynaq zədələnir, osteoartiritlə zədələnmiş oynaqlarda tofusların yerləşməsi

C) Qadınlarda podaqra kişilərnən bərabər yaşda inkişaf edir, 1 oynağın zədələnməsi, həmçinin osteoartrit, arterial hipertenziya

D) Podaqra menopauzadan sonra inkişaf edir, bir neçə oynaq zədələnir və həmçinin osteoartrit, arterial hipertenziya, xroniki böyrək çatmamazlığı inkişaf edir, Qeberden düyünləri xarakterikdir

E) Podaqra menopauzadan sonra inkişaf edir, poliartrit şəklində və həmçinin revmatoidli artrit, vaskulitlər inkişaf edir, Buşar düyünləri xarakterikdir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
1079) Psevdopodaqra nədir?
A) Miluoki sindromu

B) Kalsium pirofosfatın çökmə xəstəliyin latent forması

C) Kalsium pirofosfatın çökmə xəstəliyin kəskin və yarımkəskin forması

D) Qadınlarda inkişaf edən podaqra prosesi

E) Kalsium pirofosfatın çökmə xəstəliyin xroniki forması
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», стр. 372-380
1080) Rentgenoqrammalarda osteoartrit üçün xarakterik olan dəyişikliklərə hansılar aiddir?
A) Sindesmofit, osteofit, burxulmalar, oynaq yarığın bərabər daralması, sekvestorlar

B) «Dolça qulpu» şəklində asimmetrik sindesmofitlər, «qu quşu boynu» simptomu, oynaq yarığın qeyri bərabər daralması

C) Uc falanqaların akroosteolizi, «qağayi qanadları» şəklində eroziyalar, «duzla bibər» şəklində kəllə sümüyünün dəyişiklikliyi

D) Osteofitlər, osteoskleroz, «qağayı qanadları» şəklində eroziyalar, oynaq yarığın qeyri bərabər daralması

E) «Pilləkan» simptomu, «aypara» simptomu, sklerodaktiliya, oynaqətraflı osteoporoz, xondrokalsinoz
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
1081) Osteoartritin müalicə taktikasına hansı preparatlar daxildir?
A) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, periferik qan dövranını bərpa edən preparatlar

B) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, biostimulyatorlar, kalsium preparatları, D3 vitamini, kiçik dozalı kortikosteroidlər

C) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, opioidli analgetiklər, yüksək dozalı kortikosteroidlər, metotreksat

D) Analgetiklər, iltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, oynaq daxili davamlı təsir göstərən qlyukokortikosteroidlər

E) İltihab əleyhinə qeyri steroid preparatları, xondroprotektorlar, vitaminoterpiya, sitostatiklər, kiçik dozalı kortikosteroidlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 573-589
1082) Ankilozlaşdırıcı spondiloartritin tipik rentgenoloji əlamətlərinə aiddir?
A) Sümük ostosklerozu, osteofitlər, «sıçovul dişdəmi», «bambuk ağacı» simptomu, sümük eroziyaları

B) Çox saylı eroziv artritlər, ankilozlar, osteofitlər, qığırdağın kalsinozu, periostit

C) Birtərəfli sarkoileit, osteofitlər, «qapağlı karandaş» simptomu, osteoskleroz, «kvadratlaşma» simptomu

D) İkitərəfli simmetrik sarkoileit, ikitərəfli nazik kənar sindesmofitlər, «bambuk ağacı», «kvadratlaşma» simptomları

E) İkitərəfli simmetrik sarkoileit, sümük eroziyaları, oynaq ətraflı osteoporoz, sindesmofitlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 332-348
1083) Kəskin piyelonefritlə differensial diaqnostika zamanı hansı kliniki əlamət kəskin qlomelonefrit üçün daha xarakterikdir?
A) Üşütmə

B) Birtərəfli ağrılar

C) Leykosituriya

D) İkitərəfli ağrılar

E) Bakteriuriya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1084) Hansı kliniki əlamət kəskin qlomelonefritlə differensial diaqnostika zamanı KBÇ daha xarakterikdir?
A) Qanda kreatininin yüksək səviyyəsi

B) Latent dövr

C) Arterial hipertenziya

D) Ödemlər

E) İnfeksiya ilə əlaqə
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1085) Hansı instrumental müayinə xroniki pielonefrit zamanı aparılmır?
A) Böyrəklərin tam ölçülü rentgenoqrafiyası

B) Oftalmoskopiya

C) USM

D) Radioizotop müayinə



E) Xromosistoskopiya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1086) Xroniki pielonefrirdən fərqli olaraq hansı kliniki əlamət xroniki qlomerulonefrit üçün daha xarakterikdir?
A) Anamnezdə böyrəkdaşı xəstəliyinin olması

B) Üşütmə

C) Ödemlərin olmaması

D) Antibakterial terapiyanın təsiri altında XBÇ əlamətlərinin azalması

E) Anamnezdə keçirilmiş streptokok infeksiyası
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1087) Hansı diaqnostik əlamət kəskin qlomerulonefritdən fərqli olaraq xroniki qlomerulonefrit üçün xarakterik deyil?
A) USM zamanı böyrəklərin ölçülərinin böyüməsi

B) Angioretinopatiya

C) Anemiya

D) Azotemiya

E) Sol mədəciyinin hipertrofiyası
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1088) Hansı diaqnostik əlamət “durğun böyrək” üçün xarakterik deyil?
A) Taxikardiya

B) Qan dövranının çatışmazlığı

C) Ödemlərin günün axırı əmələ gəlməsi, gecə ərzində keçməsi

D) Akrosianoz

E) Streptokok infeksiyası ilə əlaqədar
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1089) Kəskin qlomerulonefritin hansı klinik forması zamanı göz dibi damarlarında dəyişikliklər qeyd olunmur?
A) Qarışıq forma

B) Latent forma

C) Nefrotik forma

D) Hamısı

E) Hipertonik forma
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1090) Hansı diaqnostik əlamət xroniki qlomerulonefritin latent forması üçün xarakterikdir?
A) Hipoproteinemiya

B) Azotemiya

C) Albuminuriya

D) Anemiya

E) Hiperxolesterinemiya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1091) Hansı diaqnostik əlamət kəskin interstisial nefrit üçün kəskin qlomerulonefritdən fərqli olaraq daha xarakterikdir?
A) Sidiyin yüksək sıxlığı

B) İnfeksiyadan sonar inkişafı

C) Ödemlər

D) Dərman qəbulundan sonra inkişafı

E) Leykosituriya
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1092) Hansı klinik əlamət kəskin interstisial nefritdən fərqli olaraq kəskin pielonefrit üçün xarakterik deyil?
A) Bakteriuriya

B) Birtərəfli yerləşən ağrı

C) Keçirilmiş infeksiyadan sonar inkişafı

D) Temperaturun yüksəlməsi zamanı üşütmə

E) Dərman qəbulundan sonra inkişafı
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1093) Hansı diaqnostik kriteri kəskin qlomerulonefritdən fərqli olaraq KBÇ üçün xarakterikdir?
A) Latent mərhələnin olması

B) Na + konsentrasiyasının sidikdə aşağı olması

C) İnfeksiya ilə əlaqə

D) Toksinlər ilə əlaqə

E) Sidiyin normal sıxlığı
Ədəbiyyat: Окороков А.А. «Диагностика болезней внутренних органов» 2001г.
1094) Nefrotik kriz zamani hansı əsas müalicə tədbiri yerinə yetirilir?
A) Heparinin yeridilməsi

B) Prednizolonun yeridilməsi

C) Sadalananların hamısı

D) Antibiotiklərlə müalicə

E) Reopoliqlükinin yeridilməsi
Ədəbiyyat: Окороков А.А. «Лечение болезней внутренних органов» 2001г.
1095) Uremiyalı xəstələrdə fiziki müayinə zamanı hansı əlamətlər qeyd olunur?
A) Orqanizmdə mayenin ləngimə əlamətləri

B) Perikardın sürtünmə küyü

C) Periferik neyropatiya

D) Hamısı

E) Hipertenziya
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
1096) KBÇ ilə hospitalizə olunmuş xəstələrdə hansı anamnestik məlumat daha vacibdir?
A) Yaxın vaxtda keçirilmiş ümumi infeksion xəstəlik

B) Yaxın vaxtda hipotenziyanın olması

C) Hamısı

D) Venadaxili kontrast maddələrlə aparılmış müayinə

E) Nefrostatik preparatların qəbulu
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
1097) Hansı əlamətlər orqanizmdə mayenin ləngiməsini göstərir?
A) Ağciyərlərdə xırıltılar

B) Assit


C) Müsariqə venalarda yüksək təzyiq

D) Ödem


E) Hamısı
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии» 2001г.
1098) Hansı böyrək xəstəlikləri zamanı artrit əlamətləri qeyd olunur?
A) Sarkoidoz

B) Amiloidoz

C) Hamısı

D) Şeylem - Henox purpurası

E) Krioqlobulinemiya
Ədəbiyyat: Храйчик Д.Е., Седор Дж.Р. , Ганц Майкл Б. «Секреты нефрологии», 2001г.
1099) Metilksantin qrupuna aid olan preparatların təsir mexanizminə hansı aiddir?
A) Antigenlə antitelin birləşməsinə mane olur

B) Adenilatsiklaza fermentinin aktivliyini artırır

C) Azan sinirinin təsirini blokada edir

D) Tənəffüs mərkəzinin aktivliyini azaldır

E) Fosfodiesteraza fermentini blokada edir
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
1100) β-Adrenostimulyator qrupuna aid olan preparatların təsir mexanizminə hansı aiddir?
A) Tənəffüs mərkəzinin aktivliyini ləngidir

B) Azan sinirinin təsirini blokada edir

C) Fosfodiesteraza fermentini blokada edir

D) Adenilatsiklaza fermentinin aktivliyini artırır

E) Antigenlə antitelin birləşməsinə mane olur
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
1101) İdiopatik interstisial pnevmoniyaya hansı aid deyil?
A) İdiopatik ağciyər fibrozu

B) Nozokomial pnevmoniya

C) Qeyri spesifik interstisial pnevmoniya

D) Limfositar interstisial pnevmoniya

E) Deskvamatoz interstisial pnevmoniya
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1102) Təngnəfəsliyi aradan qaldıran preparatlar qrupuna hansı aid deyil?
A) β2 - aqonistlər

B) Metilksantinlər

C) β1 və β2 – adrenostimulyatorlar

D) Antixolinergik preparatlar

E) β - adrenoblokatorlar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1103) Bronxial obstruksiyanın geriyədönməz kompanentinə hansı aiddir?
A) Bronxların selikli qişasının iltihabı

B) Bronxların selikli qişasının ödemi

C) Bronxların mukosiliar aparatının funksiyasının pozulması

D) Bronx mənfəzinin stenozu və obliterasiyası

E) Bronxların spazmı
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1104) Bəlğəm ifrazının çətinləşməsi nədən asılı deyil?
A) Bəlğəmin tənəffüs yollarınının divarına yapışmasının artmasından

B) Qədəhəbənzər hüceyrələrinin sayının artmasından

C) Kulçitski hüceyrələrinin sayının artmasından

D) Bəlğəmin özlülüyünün artmasından

E) Orqanizmin susuzlaşması zamanı bəlğəmin dehidrotasiyasından
Ədəbiyyat: А.Н.Окороков. «Лечение болезней внутренних органов», I том, 2003 г.
1105) Eksudatla dolmuş alveolaların divarı nəfəsalmanın sonunda bir-birindən aralandıqda auskultasiyada eşidilən səs necə adlanır?
A) Fitvari quru xırıltı

B) Krepitasiya

C) Plevranın sürtünmə küyü

D) Bronxofoniya

E) Quru xırıltı
Ədəbiyyat: M.M.Ağayev. «Daxili Xəstəliklər» II cild, 2007
1106) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyər toxumasının destruktiv xəstəliyinin olmasını göstərir?
A) Kurşman spiralları

B) Eritrositlər

C) Leykositlər

D) Elastik əzələ lifləri

E) Şarko - Leyden kristalları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
1107) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyərlərdə obstruktiv sindromun olmasını göstərir?
A) Eritrositlər

B) Leykositlər

C) Kurşman spiralları

D) Elastik əzələ lifləri

E) Şarko - Leyden kristalları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
1108) Hansı hallarda qarın boşluğunda Traube üçbucağı itir?
A) Mədə xorasının perforasiyası

B) Sol tərəfli eksudativ plevritdə

C) Pnevmoniyada

D) Sağ mədəciyin hirertrofiyası

E) Ağciyər emfizeması
Ədəbiyyat: M.M.Ağayev «Daxili Xəstəliklər» II-cild, 2007il
1109) Sarkoidoz kimlərdə daha çox rast gəlir?
A) 20 - 40 yaşlı şəxslərdə

B) Yaşlı şəxslərdə

C) Qadınlarda klimaks dövründə

D) Uşaqlarda

E) Yeniyetmələrdə
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова. «Дифференциальная диагностика и лечение внутренних болезней», 2003 г., том 3
1110) Hansı ferment çatışmazlığı emfizemaya səbəb olur?
A) α - 1 antiripsin

B) Kreatinfosfokinaza

C) Fosfodiesteraza

D) Adenilatsiklaza

E) Laktatdehidrogenaza
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1111) Pnevmokok pnevmoniyası üçün nə xarakterik deyil?
A) Krepitasiya

B) Hərarətin yüksəlməsi

C) Residivləşən titrətmə

D) Leykositoz

E) Kəskin başlanğıc
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
1112) Stafilokok pnevmoniya üçün nə xarakterik deyil?
A) Krepitasiya

B) Cüzi intoksikasiya əlamətləri

C) Ağciyərlərdə destruktiv dəyişikliklər

D) Residivləşən titrətmə

E) Hərarətin yüksəlməsi
Ədəbiyyat: А.Н.Окороков. «Диагностика болезней внутренних органов», III том, 2001 г.
1113) Əgər obstruktiv sindrom arterial hipertenziya ilə müşayət olunursa, aşağıdakılardan hansı seçim preparatıdır?
A) Nitratlar

B) Ca ++ antaqonistləri

C) AÇFİ

D) β - blokatorlar



E) Diuretiklər
Ədəbiyyat: Е. И.Чазов, Ю. Н. Беленков. «Рациональная фармакотерапия сердечно-сосудистых заболеваний» 2004г.
1114) Qudpasçer sindromunun müalicəsinə nə daxil deyil?
A) Antibiotiklər

B) Qlükokortikoidlər

C) Hemodializ

D) Plazmaferez

E) İmmunosupressorlar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1115) Hiperpnoe nədir?
A) Tezləşmiş tənəffüs

B) Dərinləşmiş tənəffüs

C) Tənəffüsün olmaması

D) Tənəffüsün azalması

E) Ağciyərlərin hipoventilyasiyası
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1116) Hansı kliniki vəziyyət kəskin hipoksemik tənəffüs çatışmazlığı ilə nəticələnmir?
A) İdiopatik interstisial pnevmoniyalar

B) Massiv hemotransfuziyalar

C) Kəskin bronxit

D) Qudpasçer sindromu

E) Ağciyərlərin kardiogen ödemi
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1117) Ağciyər mikozunun törədicisi hansıdır?
A) Rikketsiyalar

B) İdtidailər

C) Bakteriyalar

D) Aspergillalar

E) Viruslar
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1118) Bronxiolit nədir?
A) İri kalibrli bronxların iltihabı

B) Yuxarı tənəffüs yollarının iltihabı

C) Parenximanın zədələnməsi

D) Terminal və respirator bronxiolların iltihabı

E) Orta kalibrli bronxların iltihabı
Ədəbiyyat: Под редакцией А.Г.Чучалина «Пульмонология. Национальное руководство», 2009 г.
1119) Xroniki pankreatitin ilk əlaməti hansıdır?
A) Sarılıq

B) Arıqlama

C) Diareya

D) Şəkərli diabet

E) Ağrı
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
1120) Xroniki enterit üçün hansı əlamət xarakterik deyil?
A) Nəcisdə seliyin və qanın olması

B) Sorulma prosesin pozulması

C) Qarında səs

D) Həzm prosesin pozulması

E) Ağrının olmaması
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
1121) Qəhvə rəngində qusmanın əsas səbəbi nədir?
A) Enterit

B) Xolesistit

C) Mədə və onikibarmaq bağırsağın xorası

D) Qaraciyərin sirrozu

E) Xroniki pankreatit
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
1122) Yaşlı xəstədə mədə xorasının kəskinləşməsində hansı preparat təyin edilir?
A) Omeprazol

B) Hamisı

C) Simetidin

D) Atropin

E) No - şpa, almagel
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
1123) Hansı qrup preparatlarına ranitidin aiddir?
A) M - xolinoblokator

B) H2 - histamin reseptorların blokatoru

C) H1 - histamin reseptorların blokatoru

D) Simpatolitik

E) Adrenoblokator
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1124) Hansı qrup preparatlarına omeprazol aiddir?
A) Adrenoblokator

B) H1 - histamin reseptorların blokatoru

C) H2 - histamin reseptorların blokatoru

D) Proton pompasının blokatoru

E) M - xolinoblokator
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1125) Hansı qrup preparatlar HCl sekresiyasının azalmasında istifadə olunur?
A) Antixolinesterazlar

B) Adrenoblokatorlar

C) H1 - histamin reseptorların blokatoru

D) M - xolinoblokatorlar

E) H2 - histamin reseptorların blokatoru
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1126) Badam yağı hansı qrup işlətmə preparatlarına aiddir?
A) İşlətmə suppozitoriyaları

B) Osmotik xüsusiyyətə malik olan preparatlar

C) Bağırsqğ divarını stimulə edən və adsorbsiyanı dayandıran preparatlar

D) Bağırsaq möhtəviyyatının həcmini artıran preparatlar

E) Bağırsaq divarını yağlayan və nəcis kütləsini yumşaldan preparatlar
Ədəbiyyat: М. Д. Машковский. «Лекарственные средства» 2005г.
1127) Aşağıda sadalanan simptomlardan hansı qəbizlik üçün xarakterikdir?
A) Kreatoreya

B) Diareya

C) Steatoreya

D) Qarında miqrasiya edən ağrılar

E) Çəkinin azalması
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
1128) Xroniki qəbzlik zamanı istifadə olunan işlətmə preparatı hansıdır?
A) Proktosedil

B) Omeprazol

C) Gənəgərçək yağı

D) Qliserin şamı

E) Levomisetin
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1129) Aşağıda sadalananlardan hansı xroniki qəbzlik zamanı istifadə olunan bağırsağ möhtəviyyatının həcmini artıran preparatlara aiddir?
A) Dəniz kələmi

B) Bisokadil

C) Senadeksin

D) Rəvənd kökü

E) Badam yağı
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
1130) Təsir xüsusiyyətinə görə nazik bağırsağ səviyyəsində təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Bisakodil

B) Rəvənd kökü

C) İşlətmə şamları

D) Senadeksin

E) Maqnezium sulfat
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1131) Təsir xüsusiyyətinə görə yoğun bağırsağ səviyyəsində təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Magnezium sulfat

B) Badam yağı

C) Karlovar duzu

D) Senadeksin

E) Natrium sulfat
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1132) Osmotik xüsusiyyətə malik işlətmə preparatlarına hansı aiddir?
A) Badam yağı

B) Qutalaks

C) Maqnezium sulfat

D) Gənəgərçək yağı

E) Qliserin şamı
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1133) Bağırsaq möhtəviyyatının həcmini artıran preparatlara hansı aiddir?
A) Laktuloza

B) Dəniz kələmi

C) Senadeksin

D) Maqnezium sulfat

E) Na - pirosulfat
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1134) Tez təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Fenolftalein

B) Bisakodil

C) İşlətmə şamları

D) İzafenin

E) Senadeksin
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1135) Gec təsir göstərən işlətmə preparatlarına hansı aiddir?
A) Senadeksin

B) İmalə


C) Ferrolaks

D) Qliserin yağı

E) Qeyd olunanların hamisı
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
1136) Yoğun bağırsağın hansı hissəsində divertikullar daha tez rast gelinir?
A) Siqmayabənzər bağırsaq

B) Köndələn çəmbər bağırsaq

C) Düz bağırsaq

D) Kor bağırsaq

E) Enən çəmbər bağırsaq
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə