Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) İnsultun başlanmasından 24 - 48 saat ərzində təyin edilən aspirinin başlanğıc dozasını göstərin



Yüklə 2,35 Mb.
səhifə21/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   ...   16   17   18   19   20   21   22   23   24

1330) İnsultun başlanmasından 24 - 48 saat ərzində təyin edilən aspirinin başlanğıc dozasını göstərin:
A) 250 mq

B) 325 mq

C) 650 mq

D) 50 mq


E) 100 mq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
1331) İnsultdan sonra pulmonar emboliya və dərin venaların trombozunun qarşısını almağa yönəldilmiş tədbirlər planına hansı aid deyil?
A) Xəstənin erkən mobilizasiyası

B) Erkən rehidratasiya

C) Antitrombotik preparatların təyini

D) Elastiki corablardan istifadə

E) Ayaqlara aşağı vəziyyət vermək
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 34
1332) Şəkərli diabetli xəstələrdə insult riskini azaltmaq məqsədilə qan təzyiqi hansı səviyyədə saxlanılmalıdır?
A) 140 / 90 mm.c.st

B) < 130 / 80 mm.c.st

C) 150/100 mm.c.st

D) > 169 / 90 mm.c.st

E) 135 / 85 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
1333) Qanda xolesterinin səviyyəsi yüksək olan xəstələr hansı qrupa aid preparatları qəbul etməlidirlər?
A) Qlükokortikoidlər

B) Statinlər

C) Adremomimetiklər

D) Aminoqlikozidlər

E) Makrolidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
1334) Kaptopril hansı qrup preparatlara aiddir?
A) β adrenoblokatorlar

B) Metilksantinlərə

C) Qlükokortikoidlərə

D) AÇF inhibitorlarına

E) Ftorxinolonlara
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1335) Aşağıdakı preparatlardan hansı AÇF inhibitorlarına (angiotenzin çevirici fermentin) aiddir?
A) Perindopril

B) Hipotiazid

C) İndapamid

D) Nifedipin

E) Bromkriptin
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1336) Etamzilat hansı qrup preparatlara aiddir?
A) Prokoaqulyantlara

B) Ca antoqonistlərinə

C) Antikoaqulyantlara

D) AÇF - inhibitorlarına

E) Statinləri
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1337) Stivens - Conson sindromu aşağıdakı preparatlardan hansının əlavə təsiri kimi meydana çıxa bilər?
A) Karbamazepin

B) Amantadin

C) Lamotridjin

D) Fenobarbital

E) Pirasetam
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-72
1338) İşemik insultun ikincili profilaktikası məqsədilə ilk seçim preparatı kimi hansı qrup antihipertenziv preparatlara üstünlük verilməlidir?
A) Ftorxinolonlara

B) Antiaqreqantlara

C) Ca - antoqonistlərinə

D) AÇF - inhibitorlarına

E) β adrenoblokatorlar
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
1339) Meningitə xas olmayan nevroloji simptom hansıdır?
A) Trusso simptomu

B) Brudzinski(orta) simptomu

C) Mendel simptomu

D) Brudzinski(yuxarı) simptomu

E) Kerniq simptomu
Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol,”Bakı-2009,səh 15
1340) Hansı refleks meningeal reflekslərə aid deyil?
A) Babinski refleksi

B) Oppenheymer refleksi

C) Rossolimo refleksi

D) Qordon refleksi

E) Bauer refleksi
Ədəbiyyat:Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Meninqitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı 2009, s.16
1341) Aşağıdakılardan hansı III dərəcə arterial hipertenziyaya aiddir?
A) SAT 150 mm c.süt, DAT 106 mm c.süt

B) SAT 160 mm c.süt, DAT 108 mm c.süt

C) SAT 179 mm c.süt, DAT 109 mm c.süt

D) SAT 192 mm c.süt, DAT 100 mm c.süt

E) SAT 170 mm c.süt, DAT 104 mm c.süt
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1342) Aşağıdakılardan hansı təcrid olunmuş arterial hipertenziyaya aiddir?
A) SAT 170 mm c.süt, DAT 130 mm c.süt

B) SAT 130 mm c.süt, DAT 70 mm c.süt

C) SAT 150 mm c.süt, DAT 80 mm c.süt

D) SAT 200 mm c.süt, DAT 120 mm c.süt

E) SAT 180 mm c.süt, DAT 110 mm c.süt
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanin diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1343) Xəstənin arterial təzyiqi 150/90 mm c.süt-dur. Yanaşı orta ağırlıqda II tip şəkərli diabeti vardır. Düzgün diaqnoz hansıdır ?
A) Arterial hipertenziya I dərəcəli, yüksək əlavə risk

B) Arterial hipertenziya I dərəcəli, aşağı əlavə risk

C) Arterial hipertenziya I dərəcəli, orta əlavə risk

D) Arterial hipertenziya I dərəcəli, çox yüksək əlavə risk

E) Arterial hipertenziya II dərəcəli, yüksək əlavə risk
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1344) Xəstənin anamnezində “Q” dişli miokard infarktı keçirtməsi faktı var, AT 140/104 mm c.süt.-dur. Düzgün diaqnoz hansıdır?
A) Arterial hipertenziya II dərəcə, yüksək əlavə risk

B) Arterial hipertenziya II dərəcə, çox yüksək əlavə risk

C) Arterial hipertenziya I dərəcə, çox yüksək əlavə risk

D) Arterial hipertenziya I dərəcə, yüksək əlavə risk

E) Arterial hipertenziya II dərəcə, orta əlavə risk
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1345) Aşağıdakılardan hansı arterial hipertenziyalı xəstələrdə subklinik orqan zədələnməsi deyil?
A) Qanda ümumi xolesterininin 5 mmol/l (190mq/dl)-dən çox olması

B) Mikroalbuminuriya (30-300 mq/24saat)

C) ExoKQ-də sol mədəciyin hipertrofiyası əlaməti

D) Topuq bazu AT 0,9 azdır

E) EKQ-də Sokolov-Lion göstəricisinin 38 mm çox olması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1346) Aşağıdakılardan hansı subklinik orqan zədələnməsini göstərir?
A) Qan plazmasının yüksək sıxlıqlı lipoproteidlərin səviyyəsi1 mmol/l az olması

B) Qan plazmasında qlükozanın səviyyəsinin 6,9 mmol/l (125 mmol/dl) olması

C) Qan plazmasında kreatininin miqdarının mülayim artması

D) Qan plazmasında triqliseridlərin səviyyəsinin 1,7 mmmol/l (150mq/dl) çox olması

E) Qan plazmasında ASLP-XS 3 mmol/l çox
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1347) Arterial hipertenziyalı (AH) xəstələrdə dərman müalicəsi aşağıdakılardan hansında dərhal başlanmalıdır?
A) I dərəcəli AH, 1-2 risk amili varsa

B) I dərəcəli AH, heç bir risk amili yoxdur

C) Yüksək normal AH subklinik orqan zədələnməsi varsa

D) Yüksək normal AH, 3 risk amildən çox varsa

E) II-III dərəcəli AH
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1348) Aşağıdakı hallardan hansında aşağı dozada iki antihipertenziv dərman kombinasiyası ilə müalicəni başlamaq lazımdır?
A) II dərəcəli AH heç bir risk faktoru yoxdur

B) I dərəcəli AH 1-2 risk amili ilə olarsa

C) I dərəcəli AH ürək-damar riskinin yüksək olması zamanı

D) II dərəcəli AH 1-2 risk faktoru varsa

E) Yüksək normal AH 1-2 risk faktoru varsa
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1349) AÇF inhibitorlarının təyininə mütləq əks göstəriş hansıdır?
A) Müalicədən əvvəl xəstələrdə quru öskürəyin olması

B) Kaliumum qan zərdabında səviyyəsinin <4 mmol/l olması

C) Hamiləlik

D) Bir tərəfli böyrək arteriyasının stenozu

E) Xroniki böyrək çatmamazlığının başlanğıc mərhələsi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1350) Aşağıdakılardan hansı rasional (faydalı) kombinasiya deyil?
A) AÇF inhibitoru +ARB (angiotenzin reseptorlarının blokatorları)

B) AÇF inhibitoru + tiazid diuretikləri

C) ARB + tiazid diuretikləri

D) AÇF inhibitoru + kalsium antaqonistləri

E) ARB +kalsium kanalı blokatorları
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1351) Ürəyin işemik xəstəliyinin risk amilinə aşağıdakılardan hansı aid deyil?
A) Piylənmə

B) Qadın cinsinə malik olmaq

C) Podaqra

D) Tütün çəkmək

E) Arterial hipertenziya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1352) Aşağıdakılardan hansı qeyri-sabit stenokardiyanın meyarıdır?
A) Düz yolla adi sürətlə 100-200 m məsafə gedərkən baş verən stenokardiya

B) Bir mərtəbəyədək qalxarkən baş verən stenokardiya

C) Tox qarına hərəkət edərkən baş verən stenokardiya

D) Yoxuş qalxarkən baş verən stenokardiya

E) Başlanğıcdan sonra iki ay ərzində aktivliyi məhdudlaşdıran yeni əmələ gələn ciddi stenokardiya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1353) Qeyri koronar səbəblərdən sadalananların hansında anginoz ağrılar ola bilər?
A) Ürəyin qapaq xəstəlikləri, hipertrofik obstruktiv kardiomiopatiya

B) Hipotireoz

C) Orta ağırlıqlı xəstəxanadan kənar pnevmoniya

D) Şəkərli diabet

E) Metabolik sindrom
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1354) Stenokardiyanın diaqnostikasında ən informativ funksional müayinə hansıdır?
A) Farmakoloji stress testlər

B) ExoKQ müayinə

C) Veloerqometriya

D) 12 aparmalı EKQ müayinə

E) Fiziki yük sınaqlarının təsir üsulları ilə kombinasiyası
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1355) Hansı dərman preparatı sabit stenokardiyalı xəstələrdə proqnozu yaxşılaşdırmır?
A) β-adrenoblokatorlar

B) Antitrombotik dərmanlar

C) Nitratlar

D) AÇF inhibitorları

E) Statinlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1356) Sabit stenokardiyalı xəstələrdə revaskulyarizasiyaya göstəriş nədir?
A) Uzun təsirli nitratlar, trimetazidinlə kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar

B) β-blokatorlarla optimal müalicəyə baxmayaraq nəzarət olunmayan simptomlar

C) Kombinə olunmuş optimal medikamentoz müalicəyə baxmayaraq nəzarət olunmayan simptomlar

D) Uzun təsirli nitratlar,β-blokatorlarla kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar

E) Uzun təsirli nitratlar, kalsium antaqonistlər və β-blokatorlarla kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1357) Qaraciyərin qeyri-alkoqol steatohepatitli xəstələrdə billiar durğunluq olarsa seçim preparat hansıdır?
A) Essensial fosfolipidlər

B) Ursodezoksixol turşusu

C) Adometionin

D) Spazmolitiklər

E) Silimarin tərkibli hepatoprotektorlar
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
1358) Qaraciyərin alkoqol hepatitinin seroloji markeri hansıdır?
A) Qamma qlutamiltransferaza

B) Alaninaminotransferaza

C) Aspartataminotransferaza

D) Qələfi fosfotaza

E) Antinuklear anticism
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
1359) Alkoqol mənşəli hepatitlər zamanı qlükokortikoidlərin təyininə göstəriş hansıdır?
A) Qan zərdabında ALAT, ASAT, QQT-nin səviyyəsinin qalxması

B) Qan zərdabında γ-qlutamintrasferazanın (QQT) səviyyəsinin yüksəlməsi

C) Madrey indeksi >32

D) ALAT və ASAT səviyyələrinin qan zərdabında qalxması

E) Qələvi fosfatazanın səviyyəsinin yüksəlməsi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
1360) Vilson xəstəliyi zamanı spesifik oftalmoloji əlamət hansıdır?
A) Büllur qişanın bulanması

B) Irit, iridodsiklit

C) Skleraya qansızmalar

D) Hər iki gözün buynuz qişasının kənarlarında Kayzer-Fleyşner həlqələri

E) Buynuz qişada eroziv dəyişikliklər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
1361) Stenokardiya diaqnozunu qoyduqda aşağıda göstərilənlərdən hansına böyük əhəmiyyət verilir?
A) Ürəyin auskultasiyasına

B) Səyrici aritmiyanın törəməsinə

C) Aşağı ətraflarda ödemlərin əmələ gəlməsinə

D) Hiss dəstəsinin sağ ayaqcığının blokadasının olmasına

E) Şikayətlərinin xarakterinə və anamnezə
Ədəbiyyat: Ağayev M.M. “Daxili xəstəliklər”I cild, Bakı, 2006 s.160
1362) Molsidominin tətbiqinə bunlardan hansı əks göstərişdir?
A) Stenokardiya tutmalarının profilaktikası və kupaj edilməsi (qarşısının alınması)

B) Ağ ciyər hipertenziyası

C) Xroniki ürək çatışmazlığı (kombinə edilmiş terapiya tərkibində)

D) Xroniki ağ ciyər ürəyi

E) Arterial hipotenziya
Ədəbiyyat: Ализаде И.Г., Караева Н.Г. Ишемическая болезнь сердца: Стенокардия- 234 вопроса и ответа. Баку, Мутарджил 2010, ст.64-65
1363) Koraksanın tətbiqi üçün göstəriş nədir?
A) Səyrici aritmiya

B) Kardiogen şok

C) Sinoatrial blokada

D) Sinus taxikardiyası

E) Sinus bradikardiyası
Ədəbiyyat: Ализаде И.Г., Караева Н.Г. Ишемическая болезнь сердца: Стенокардия - 234 вопроса и ответа Баку, Мутарджил 2010, ст.85
1364) Miokard infaktı zamanı hansı halda β-adrenoblokatorların təyini əks göstərişdir?
A) Səyrici aritmiya

B) Mədəcik ekstrasistoliyası

C) II dərəcəli artioventrikulyar blokada

D) Supraventrikulyar ekstrasistoliya

E) Qlaukoma
Ədəbiyyat: Ağayev M.M. “Daxili xəstəliklər”I cild, Bakı, 2006 s.179
1365) Aşağıda miokard infarktı zamanı qəfləti ölüm törədə bilən səbəblər göstərilib. Hansı hal bu səbəblərə aid deyil?
A) Qulaqcıqların fibrillyasiyası

B) Ağciyər arteriyası kötüyünün tromboemboliyası

C) Asistoliya

D) Ürək əzələsinin sürətli çırılması

E) Mədəciklərin fibrillyasiyası
Ədəbiyyat: Ağayev M.M. “Daxili xəstəliklər”I cild, Bakı, 2006 s.231
1366) Cavan kişidə daban mahmızı, ikitərəfli sakroileit, baldır-pəncə və diz oynaqlarının asimmetrik artriti aşkar edilib. Ehtimal edilən diaqnoz hansıdır?
A) Bexterev xəstəliyi

B) Psoriatik artrit

C) Reyter sindromu

D) Revmatoidli artrit

E) Osteoartroz
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.318-338.
1367) Aşağıda qeyd olunanlardan hansı dermatomiozit üçün patoqnomonik (mütləq) xarakter daşıyır?
A) Reyno sindromu

B) Dərinin açığ sahələrinin eriteması

C) Poykilodermiya

D) Hotron sindromu

E) Alopesiya
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко “Клиническая ревматология”, Москва, 1989
1368) Əllərin kontrakturası, Reyno sindromu, ayrı-ayrı falanqaların osteolizi, ezofaqoskleroz, dərinin atrofiyası hansı xəstəliyin əlamətləridir?
A) Miksedema

B) Sklerodermiya

C) Qırmızı qurd eşənəyi

D) Revmatoidli artrit

E) Dermatomiozit
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко “Клиническая ревматология”, Москва, 1989, ст.175-193
1369) Ahıl və qoca yaşlarda hansı xəstəliyin təsadüf edilməsi xarakterik haldır?
A) Düyünlü periarteriit

B) Giqanthüceyrəli temporal arteriit (Xorton xəstəliyi)

C) Hemorragik vaskulit

D) Qeyri-spesifik aorta-arteriit (Takayasu xəstəliyi)

E) Qudpasçer sindromu
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.234-236
1370) 10 il ərzində revmatoidli artritdən əziyyət çəkən xəstədə inkişaf edən proteinuriyanın (sutkada 2q qədər) ən çox ehtimal olunan səbəbi aşağıdakılardan hansıdır?
A) Böyrəklərin amiloidozu

B) Pielonefrit

C) Böyrək damarlarının trombozu

D) İnterstisial nefrit

E) Qlomerulonefrit
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.318-338
1371) Nazik bağırsağın selikli qişasının biopsiyası aşağıda qeyd olunan xəstəliklər üçün qiymətli diaqnostik metoddur, birindən başqa. Bu xəstəlik hansıdır?
A) Qlüten xəstəliyi

B) Onikibarmaq bağırsaqın xora xəstəliyi

C) Uippl xəstəliyi

D) Kron xəstəliyi

E) Sklerodermiya
Ədəbiyyat: А.В.Тополянский, В.И.Бородин. «Внутренние болезни». Москва, 2012, стр.548-564
1372) Uzun müddət mədə xorası xəstəliyindən əziyyət çəkən 35 yaşlı xəstədə birdən epiqastral nahiyyəsində kəskin ağrılar əmələ gəldi, taxikardiya qeydə alındı və A/T aşağı düşdü. Rentgenoloji tədqiqat xəstənin qarın boşluğunda qazın olduğunu aşkar etdi. Hansı patoloji hal barədə düşünmək lazımdır?
A) Mədə-bağırsaq qanaxması

B) Mədə xorasının perforasiyası

C) Xoranın mədəaltı vəzə penitrasiyası

D) Miokard infarktı

E) Nazik bağırsaqda fistulanın əmələ gəlməsi
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008,стр.144
1373) Hepatomeqaliya, hiperqlikemiya, dərinin hiperpiqmentasiyası, qan zərdabında dəmirin miqdarının artması aşağıdakı halın hansı üçün xarakterikdir?
A) Qara ciyərin sirrozu

B) Böyrəküstü vəzin hiperfunksiyası zamanı

C) Vilson-Konovalov xəstəliyi zamanı

D) Hemoxromatoz

E) Virus etiologiyalı xroniki hepatit
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008
1374) Ezofaqoqastroduodenal qanaxma üçün aşağıda qeyd olunan hansı hal xarakterik deyil?
A) Xəstənin ümumi vaziyyətinin pisləşməsi

B) Hemodinamika göstəricilərinin pisləşməsi

C) Leykositlərin sayının artması

D) Al qanla qusma

E) Hemoqlobin səviyyəsinin aşağı düşməsi
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008
1375) Mədənin rentgenоqrafiyası zamanı antral hissədə taxça simptomu qeyd edilmişdir. Taxçanın diametri 2,5 sm, kənarları girintili-çıxıntılıdır, xora ətrafı selikli qişanın relyefi atipik görünür, lokal peristaltika itib. Bu hansı hal üçün xarakterikdir?
A) Maliqnizasiya olunmuş xora

B) Penetrasiya edən xora

C) Mədənin antral hissəsinin fəsadsız xorası

D) Başlanğıc mərhələsində eroziyaya uğramış mədənin xərçəngi

E) Mədənin papilloması
Ədəbiyyat: S.N.Alimetov, X.İ.Qurbanova Mədə-bağırsaq sistemi xəstəlikləri. I hissə Bakı -2011, s.162
1376) Kəskin ürək çatışmazlığı zamanı istifadə edilən və müsbət inotrop təsirə malik olan dərman vasitələrinin hansı biri fosfodiesteraza III inhibitorlarına aiddir?
A) Levosimendan

B) Dobutamin

C) Norepinefrin

D) Dopamin

E) Milrinon
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə protokol. Bakı, 2010
1377) Aşağıda qeyd olunanlardan hansı biri kəskin ürək çatışmazlığı zamanı istifadə olunan müsbət inotrop təsirli dərman vasitələrinə aid deyil?
A) Hidralazin

B) Dobutamin

C) Dopamin

D) Enoksimon

E) Milrinon
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə protokol. Bakı, 2010
1378) Aşağıda qeyd olunan dərman vasitələrindən hansı birini kəskin ürək çatışmazlığı zamanı istifadə etmək məsləhət görülmür?
A) İzosorbit dinitrat

B) İzoptin

C) Ilgək diuretikləri

D) Morfin hidroxlorid

E) Dobutamin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə protokol. Bakı, 2010
1379) Dar QRS kompleksli mədəciküstü taxikardiya paroksizminin aradan qaldırmaq üçün seçim dərman preparatı hansıdır?
A) Kordaron həbinin peroral qəbulu

B) Əzələ daxili Novokainamidin yeridilməsi

C) Obzidan həbinin peroral qəbulu

D) Vena daxili Lidokainin yeridilməsi

E) Vena daxili izoptinin yeridilməsi
Ədəbiyyat: Ağayev M.M. “Daxili xəstəliklər” I cild, Bakı, 2006 s.585-590
1380) Xəstədə anoreksiya, ürək bulanması, təkrar-təkrar davamlı qusma, hıçqırma, qarında ağrılar, sidik ifrazının yubanması və ishal halları var. Nəbzi 1 dəqiqədə - 48, çoxsaylı ekstrasistolalar qeyd olunur. EKQ-də PQ uzanıb, QT qısalıb, ST seqmenti çalova bənzər tipdə aşağı düşüb. Zəhərlənmə hansı dərman preparatının qəbulu nəticəsində baş verir?
A) Amlodipin

B) Aspirin

C) Diqoksin

D) Amitriptillin

E) Klofelin
Ədəbiyyat: Ağayev M.M. “Daxili xəstəliklər” I cild, Bakı, 2006 s.515
1381) Eritrositlərin çökmə sürətinin artmasına hansı amillər təsir etmir?
A) Iltihablı proses

B) Hiperproteinemiya

C) Fibrinogenin, α2-qlobulinin artması

D) Kollaqenozlar

E) Hamiləlik
Ədəbiyyat: А.И.Воробьев ,“ Руководство по гематологии в 3 т.”, М.Ньюдиамед 2002, 2003, 2005
1382) Xroniki mieloleykozların əsas hematoloji göstəricisi hansıdır?
A) Bazofil – eozinofil assosiyasianın artması

B) Eritrosit – eozinofil assosiyasianın azalması

C) Eritrosit – bazofil assosiyasianın artması

D) Eritrosit – eozinofil assosiyasianın artması

E) Bazofil – eozinofil assosiyasianın azalması
Ədəbiyyat: А.И.Воробьев ,“ Руководство по гематологии в 3 т.”, М.Ньюдиамед 2002, 2003, 2005.
1383) Hemolitik anemiya zamanı hansı sınaq həlledicidir
A) Qanın zərdabında qaptoqlobulinin təyini

B) Laktatdehidrogenazanın təyin edilməsi

C) Qeyri –düz bilirubinin təyin edilməsi

D) Bilirubinin düz fraksiyasının təyini

E) Ferritinin təyin edilməsi
Ədəbiyyat: М.Э.Вуд, П.А.Банн Секрет гематологии и онкологии 2001.
1384) Limfa düyünlərinin böyüməsi hansı xəstəliyə xas olan əlamət deyil?
A) Limfoqranulomatoz

B) Xroniki limfoleykoz

C) Ürəyin işemik xəstəliyi

D) Angioimmun limfadenopatiya

E) Kəskin limfoleykoz
Ədəbiyyat: А.И.Воробьев ,“ Руководство по гематологии в 3 т.”, М.Ньюдиамед 2002, 2003, 2005.
1385) Aşağıdakılardan hansı antikoaqulyantdır?
A) ADF

B) Plazminogen

C) III faktor

D) Streptokinaza

E) Antitrombin III
Ədəbiyyat: З.С.Баркаган. Геморрагические заболевания и синдромы. Медицина 1988.
1386) Hemoqlobinin miqdarı hansı hallarda nisbi artmış olur?
A) Çox maye itirdikdə

B) Profuz qanaxmalarda

C) Arıqlama zamanı

D) Damardaxili laxtalanmada

E) Plazmaferez zamanı
Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии.


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə