Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   37   38   39   40   41   42   43   44   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 102 -
uniyası nəticəsində Polşa Krallığı və Böyük Litva Knyazlığı əraziləri hesabına 
yaradılmış  federasiyanın  qıpçaq  atlı  döyüşçülərindən  ibarət  elitar  dəstələr 
yaradılmış və onlar «ulan polkları» adlandırılmışdır. 1775-ci ildə Polşa seymi 
tatarların  imtiyazlarını  qanun  çərçivəsində  təsdiqləmişdir.  Məzhəb  etibarilə 
əksər hissəsi sünni olsa da, bayraq təsvirlərinə görə aralarında şiələr də vardı. 
Lipkalara - qıpçaq süvari alaylarına məxsus bayraqlar (Varşava muzeyi
).
Avropa  mənbələrində  «lipkovye»,  «lipçani»  və  ya  «muslimi»,  türk 
salnamələri  və  sənədlərində  «lehlilər»  (Leh,  Lehistan  –  Polşanın  islam 
dünyasında  adı),  «lipkalar»,  «lipka  tatarları»  kimi  adlandırılan  Polşa-Litva 
tatarları,  əslində,  Qızıl  Orda,  Krım,  Şimali  Qafqaz  türklərinin  sələfləridir. 
Şərqi Avropada Litva ərazisindən yayıldıqları üçün özlərini «lupkalar», «lupka 
tatarları» adlandıran qıpçaqları birləşdirən ən mühüm amil ana dili və islam 
dini  olmuşdur.  1557-1558-ci  illərdə  Osmanlı  hökmdarı  Sultan  Süleymanın 
sifarişi ilə yazılmış anonim «Risaleyi tatari-Leh» («Polşa tatarları haqqında 
risalə») əsərində bu ölkədə tatarların məskunlaşdıqları 100 yaşayış məntəqəsi 
və  onların  hər  birində  məscid  inşa  edilməsi  barədə  məlumat  vardır.  Lakin 
sonralar  Polşa-Litva  tatarları  tədricən  ana  dillərini  unutmağa  başlamışlar. 
Bununla belə, yazışmaları yad dildə də olsa, ərəb əlifbası ilə aparırdılar. Onlar 
latın  əlifbasına  yalnız  1930-cu  ildə  keçmişlər.  Hazırda  yer  üzündə  onların 
ümumi sayı təqribən 15 min nəfərə çatır. 
Rus  zadəgan  heraldikası  tədqiqatçısı  Stanislav  Duminin  qənaətinə 
görə,  həmin  tatarların  Böyük  Litva  Knyazlığının  yuxarı  təbəqəsinə  sürətlə 
adaptasiya olunması prosesi yeni və ortaq litva-tatar gerblərinin yaranmasına 


Damğalar, rəmzlər… mənimsəmələr
- 103 -
təkan vermişdir. Lakin həmin rəmzlər daha dərin köklərə malikdirlər: «Litva-
tatar möhürlərindəki rəmzlər bu ailələrin Litva ərazisinə köçməsindən xeyli 
əvvəl onların əcdadlarına məxsus damğa nişanları, məsələn,             
       və s. olmuşdur.
157
 Polşa alimi Stanislav Dzaduleviç isə «Polşada 
tatar  nəsillərinin  gerbləri»  kitabında  Şərqi Avropada,  o  cümlədən  Litva  və 
Rusiyada məskunlaşmış qıpçaqları iki qismə - «müsəlman olaraq qalanlara» 
və  «xristian  dinini  qəbul  edənlərə»  bölməklə,  bu  fərqin  təzahürlərini 
tayfa-nəsil  damğalarında,  zadəgan  gerblərinin  təsvirlərində  axtarmışdır. 
S.Dzyaduleviçin fikrincə, əgər gerbdəki ayparanın (hilal) üzü yuxarı təsvir 
edilibsə     deməli, həmin nəsil xristian mühitində məskunlaşsa da, islam 
dininə  mənsubiyyətini  qoruyub-saxlamışdır.  Gerblərdə  ayparının  uclarının 
aşağı  olması 
 
  isə  tatar  nəslinin  islamdan  imtinasına  və  xristianlığı 
qəbul etmələrinə bir işarədir. Məsələn, Litva və Polşada böyük nüfuz sahibi 
olan Vişnevski rus knyazları nəslinin «Karıbut» adı ilə tanınan gerbində üzü 
aşağıya doğru çevrilmiş ayparanın altında atıguşəli ulduz, üstündə isə xaç təsvir 
edilmişdir.
158
 Yeri  gəlmişkən,  rəsmi  mövqeyə  əsasən,  Vişnevskilər  nəslinin 
təməlini qoyan Sultan Karibut Böyük Litva knyazı Keysutun oğlu olmuşdur. 
Stanislav  Dimin  isə  fərqi  fikirdədir.  Onun  araşdırmalarına  əsasən,  Sultan 
Karibut Qızıl Orda xanı Canıbəyin xristianlığı qəbul etmiş oğlu idi. Sonralar 
Dmitri Koribut Vişnevski Reç Pospolitanın tərkibində şimal torpaqlarının ilk 
böyük  knyazı  kimi  tarixi  salnamələrdə  qalmışdır. Açığını  deyək  ki,  qədim 
türk damğalarının genezisi ilə tanış olmayan Stanislav Dzaduleviçin aypara 
təsvirlərinin istiqamətinin tatarların dini etiqadları ilə əlaqələndirməsi cəhdi 
reallıqdan uzaqdır. Şimali Qafqaz, Krım, Kızıl Orda və Altay türklərində şərti 
olaraq «yay-ox» adlanan damğa işarələrində             və s. həmin 
gerblərin konstruktiv elementlərinə təsadüf olunmaqdadır. 
Həmin qıpçaqların varisləri bu gün də Litvada və Polşada yaşamaqdadırlar. 
Onlar  doğma  dillərini  unutsalar  da,  özlərini  «tatar»  adlandırır,  mənşələri 
ilə  fəxr  edir,  islam  dininə  etiqadlarını  qoruyub-saxlaya  biliblər.  Məsələn, 
Polşanın  məşhur  detektiv  yazarı  Yeji  Ediqe  öz  təxəllüsünü  əcdadı  əmir 
Yedigeyin adından götürmüşdür. Maraqlıdır ki, Stanislav Dzyaduleviç özünün 
türk kökənli olduğunu gizlətmir. Damğa işarəsi şahin quşunun stilizə olunmuş 
157
  С.Думин. «Гералдика литовско-татарского дворянства XVI-XX вв» /Гербовед, M., 1996, №10.
158
 «Herbarz rodzin tatarskich w Polsce», Vilno,1929.


Damğalar, rəmzlər… mənimsəmələr
- 104 -
təsviri olan Dzyaduleviçlər nəsli öz adını və kökünü XV əsrdə Litvaya köç 
etmiş  Volqaboyu  tatarı  «Dzedulla»nın  adından  (Zeydullah)  götürmüşdür. 
Zeydullahın oğlu Əhməd Dzedullin adı 1489-1500-cü illərə aid Litva saray 
sənədlərində «Əlahəzrət kralın mehtəri» kimi xatırlanır. Əhmədin oğlu Taktaş 
isə 1528-ci ildə Litva süvari ordusunda xidmət etmişdir.
XIX-XX  əsrlərdə  Rusiyanın  yüksək  dərəcəli  masonlarından  olan 
Baryatinski  knyaz  nəslinin  nümayəndələri  də  qapalı  təşkilat  daxilində 
yazışmaların məxfiliyini qorumaq məqsədilə unikal şifrəli əlifba yaratmışdılar. 
Hətta müasir kriptoqrafiyanın texniki imkanlarına baxmayaraq, həmin əlifba 
işarələri ilə tərtib olunmuş mətnləri deşifrə etmək hələ də mümkün olmamışdır. 
Qeyd etmək lazımdır ki, Baryatinskilər yeni şifrə-əlifba üçün «velosiped icad 
etmək»  fikrinə  düşməmişdilər.  Gizli  əlifbanın  əsasını  təşkil  edən  işarələr 
Rusiya  imperiyası  ərazisində  geniş  yayılmış  «qədim  və  naməlum  ezoterik 
simvollardan» - türk damğalarının təsvirlərindən                       
      götürülmüşdür. Hələ XIX əsrin sonlarında rus rəssamı V.Strukov Don 
çayı sahillərindəki qədim məbədlərdə elmə məlum olmayan qeyri-adi əlifba 
işarələri aşkar etmiş və bu barədə Rusiya Arxeologiya Cəmiyyətinə məlumat 
vermişdir.  Rəssamın  təqdim  etdiyi  eskizlər  Rusiya  ictimaiyyəti  arasında 
«rusların  ən  qədim  əlifbasının  təsvirləri»  kimi  yayılaraq  sensasiyaya  səbəb 
olmuşdur. Lakin arxeoloji cəmiyyətin üzvü, professor A.Spitsın 1908-ci ilin 
may ayında «Rusların əlifbası haqqında» adlı geniş məruzə ilə çıxış edərək bu 
eyforiyaya son qoymuş, işarələrin slavyanlara deyil, alan və ya xəzər tayfalarına 
məxsus olduğunu bildirmişdir. Təqribən yarım əsr sonra, sovet hakimiyyəti 
illərində A.Spitsının mövqeyi Rusiyada sərt tənqidə məruz qalmışdır. Nikolay 
Konstantinov onu burjua kosmopolitizmində, rus xalqının milli mənafeyinə 
məqsədli şəkildə ziyan vurmaqda günahlandıraraq, həmin rəmzlərin, eləcə də 
Baryatinskilərin  şifrə-əlifbasının  məhz  «sağdan-sola  yazılan  qədim  slavyan 
runları» əsasında eramızdan əvvəl yaradıldığını iddia etsə də, nə onların qrafik 
semantikasını yoza, nə də mətnləri oxuya bilmişdir. N.Konstantinov işarələrin 
türk damğaları və Orxon-Yenisey runlarından qətiyyən fərqlənməməsi faktı 
üzərindən  də  dərin  sükutla  keçərək,  onların 
«Krit  adası  mənşəli  olması 
və  slavyanların  ulu  əcdadı  olan  skiflər  tərəfindən  qədim  Yunanıstan 
ərazisindən Rusiyaya gətirilməsi» ideyasını irəli sürmüşdür.
159
159
  Н.Константинов. «Скифо-сарматские знаки на памятниках Причерноморья», Крым, 1951, № 7.
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə