Damğalar, rəmzlər… mənimsəmələr
- 95 -
- ürəkli Ay; - dolanqaç (kainat rəmzi, spiral); - təpə xaç, subaş,
sarman, dörd ünsür, çərxi-fələk, qaz, qaz təpiyi, şəmsi-gərdan (farsca: Günəşin
bədəni); - əl (hz.Fatmeyi-Zəhranın rəmzi); - bitik, tumar (Humay Ananın
rəmzi); - koştumarşa (qoşa tumar), saçbağı və s.
Antropomorf (stilizə olunmuş kişi və qadın fiqurları, bədən hissələri)
rəmzlər: - ər, döyüşçü, insan;
- atlı;
- Manas, ilk insan;
- göz - barmaq; - amak (qadın başlanğıcının rəmzi) və s.
Zoomorf (totem xarakterli real canlılar və mifik varlıqlarla bağlı) və
nəbati işarələr:
- qoç, qoşqar/koçkar, koçkorok; - koskar,
qoşqar; - ayı başı; - at; - atlar; - qarmaq, kumırska bel (qarışqa
beli), «it quyruğu», «qaz moyın» (qaz boynu), «bota moyan» (köşək boynu);
- qurd izi;
- tışkan iz (tuşqan/ərəbdövşanı, siçan izi); - balıq;
- qurd başı, «İskəndər damğası»; - ilan; - ittaban (it dabanı);
- balıq gözü
- qaz ayağı; - ikibaşlı qartal, - ot; - at dırnağı,
nal - sınıq buynuz, - qoşa buynuz və s.
Titul, ayin və hərəkətlərlə bağlı:
- xan damğası, daraq,
baltavar, yavlan; - and, qana and içmək; - en/enmək; - barxan
(qum təbəciyi), məkunlaşmaq, çadır qurmaq, binə salmaq; - koşok/qoşa ox,
iki bıçaq (tayfa birliklərini bildirir), iki qabırğa; - əlif-lam (ərəb hərfləri);
- Novruz damğası və s.
Silah, məişət predmetləri - - ev;
- yay (atıcı silah
növü);
- ocaq; - balta; - yay-ox;
- ox; - qayçı; - baytörə,
üstün, başkan, baxan, bakan;
- beşik;
- hənək/sənək, durbaş, ayır,
ikidişli döyüş yabası, hökm verən əl, hakimiyyət rəmzi; - eşik/qapı; -
ev; - kuray/qarğı, ney; - ikiağızlı qartal, qazan; - eb/ev;
- alban,
çumiş/çömçə; - qumquma, dəridən su qabı,
- yüyən; və ya -
irqaq, buzluqdan buz çıxarmaq üçün ucu əyri metal qarmaq, kösöy/kösöv;
- qazan, çakçak; - bosaqa/qapı çatısı (çərçivəsi); - alaçıq qapısı;
- aya (ovuc içi, sapandın daş qoyulan dəri hissəsi); - üzəngi; - qarmaq;
- qaşov; - çəkic, kərki, təbər, sakar (ikiağızlı balta);
- açar; -
qılınc; - sadak, tirkeş, oxdan, oxçanta;
- daraq, - ikiqat çəkic;
Damğalar, rəmzlər… mənimsəmələr
- 96 -
- oraq; - quşqun (atın quyruğu altından bağlanan yəhər qayışı); - sınıq
sənək,
- ocaq və s.
Damğaların öyrənilməsində əsas şərtlərdən biri eyni işarənin eyni etnik
qrup içərisində müxtəlif tarixi dövrlərdə baş vermiş etnomədəni prooseslərin
və xüsusilə din amilinin nəzərə alınması, bunların nəticəsində onların adlarının
dəyişdirilməsi, bəzən isə təhrif edilməsidir. Məsələn, qıpçaqlar arasında
çoxsaylı boylarından olan dulat (duqlat, dulu, dulo, doqlat) tayfasının damğası
və tanrıçılıq dinində Günəşin totem rəmzi sayılan işarə ilk vaxtlar ehtiramla
«Gün belgisi» (Günəşin nişanı), «Domalak ana», «Sarı baybişe» adlandırılır,
özlərini isə qürurla «Gün tambalı dulat» çağırırdılar. Lakin islam dini
qıpçaqlar arasında yayıldıqdan sonra damğanın ilk sakral əhəmiyyəti azalmış
və sadəcə olaraq «domalak» (yumru) adlandırılmağa başlanmışdır. Domalak
dulat tayfasının iri qollarından olan alban, botpay , seykim nəsillərinin
fərqləndirmə nişanlarının əsas ünsürü idi. Qazax tədqiqatçısı Maxambet
Auezov yazır ki, Monqolustan çöllərindən Şərqi Avropayadək yayılmış kirey
tayfasının bir qolu XI əsrdə xristianlığı qəbul etsə də, xaç rəmzinə tapınmaq
onlara qədim tanrıçılıq dinindən qalmışdır. Onlar əvvəl də, sonra da döyüşə
gedərkən boya ilə alınlarına tayfa damğasının təsvirlərini Tenqri xan və Umay
Ana işarələrini bərabərtərəfli açanı
və ya çəkərdilər.
143
Göründüyü kimi, konkret tarixi hadisələr - türk etnomədəni məkanında
xristianlığın, maniliyin, buddizmin, islam dininin yayılması, ənənəvi
inancları əvəzləməsi, bir mədəniyyətin digərini üstələməsi, kütləvi miqrasiya
prosesləri, irimiqyaslı müharibələr və s. nəticəsində bir sıra damğaların həqiqi
adları ya unudulmuş, ya təhrif olunmuş, ya da bilərəkdən dəyişdirilmişdir.
Məsələn, tanrıçılıq dinində geniş yayılan bərabərtərəfli xaç işarələrindən
birinin – Tenqri xanın, Günəşin, ilahə Humay Ananın (Umay, May, Mayane və
s.) rəmzlərindən sayılan «aça May» (aça Umay, Humay xaçı) Mərkəzi
və Ön Asiyada islam dininin möhkəmlənməsindən sonra özünün əvvəlki
kult əhəmiyyətini tamamilə itirmiş, oğuz və qıpçaq tayfalarında sadə damğa
nişanlarından biri olaraq qalmışdır. Qədim dövrlərdə Ön və Mərkəzi Asiya,
Yaxın Şərq və Altay sakinlərinin müxtəlif adlarla tapındıqları bu ilahəyə
şumerlər «Nana» (türk dillərində «böyük ana» anlamını verən «nənə» sözü
143
М.Ауэзов. «Казахские тамги – знак племени, или Печати времени», «Деловая неделя»,
23.12.2005.
Damğalar, rəmzlər… mənimsəmələr
- 97 -
ilə səsləşir), skiflər «Api» (əski türkcədə: apa, ana) deyirdilər. Azərbaycanda
o, «Nənə» və «Humay», Altaylarda və Mərkəzi Asiyada isə «Umay», «May
Ana», «May», «Mayene» adlandırılırdı. Türk xalqlarının böyük hissəsinin
islam dinini qəbul etdikdən sonra tanrıçılıq rəmzləri olan bir sıra damğa
işarələri xristian dininin vizual atributları ilə eyniləşdirildiyindən Turan
etnomədəni məkanının əksər ərazilərində onlar ya unudulmuş, ya adları
və sakral təyinatları təhrif olunmuş, ən yaxşı halda isə milli tətbiqi sənətin
bəzək elementi kimi qalmışdır. Bu ezoterik simvolin İsa Məsih təlimindən
4-5 min il əvvəl yaranmasına baxmayaraq, zahirən xristian dini rəmzinə
(Müqəddəs Andrey xaçına) bənzədildiyi üçün onun adı «aşamay» şəklində
təhrif edilmişdir. Nəticədə, orta əsrlərdə və elə müasir dövrümüzdə də
Qazaxıstanda, Qırğızıstanda, Krımda «aşamay» dedikdə Humay Ananın xaç
işarəsi deyil, uşaq və qadınlara at minməyi öyrətmək üçün yerdə və ya
şəkilli bərabərtərəfli dayaqlar üzərinə bərkidilən təlim yəhərləri nəzərdə
tutulur. Sözün etimologiyası isə daha «qoruyan» kimi deyil, «aşmayan»,
«yıxılmağa qoymayan» anlamında yozulmağa başlayır. Həmin damğa işarəsi
noqaylarda əsasən «aşamay» (dəvə yəhəri), «çələk» (talvar, çardaq) kimi
tanınsa da, digər variantı
isə fonetik səsləndirilməsi qismən saxlanılmaqla
«aş maylı» (aş yeməyənlər, ac qalanlar) tayfasının adı kimi yozulmuşdur.
144
XVII əsrdə yaşamış naməlum müəllifin yazdığı «Dəftəri-Çingiznamə»
əsərində isə işarəsinin adı «aşamay» deyil, «Açamay» (aça Umay) kimi
verilmişdir. Kitabda qeyd olunur: «
Tumavul Mergen söylədi ki, «Ey Ula
Məlik, mənim sevgimin nişanı ağacım (töz – nəsil ağacı) karaqay (şam
ağacı),
quşum (onqon) Şonqar, başımı darayacaq (məni qoruyacaq)
damğam isə Açamay olsun. O üzdən «Açamay damğa» dedilər». Bununla
belə, bəzi tədqiqatçılar «Dəftəri-Çingiznamə» əsərində verilmiş bir təsvirə
əsasən, Açamay damğanı qüsurlu olaraq «ağac budağı»
kimi təqdim
edirlər.
145
Halbuki, salnamənin sonrakı mətnində aydın şəkildə bildirilir:
«
Xan sözə başlayıb Buduncar oğlu Kıyata belə söylədi ki, sənin damğan
Açmay, yəni Evirnə (bir-birinə çarpaz birləşdirilmiş iki ağac) damğa olsun.
Görünüşü isə budur - ».
146
144
Р.Керейтов, С.Червонная. «Эпиграфика Ногайской степи», Татарская археология. 2002-
2003, №1-2(10-11) - http://tataroved.ru
145
Tuncer Gülensoy, «Orhundan Anadoluya Türk damğaları». İstanbul, 1989.
146
F.Toprak. “Defter-i Cengiz-nāme‟de boy nişanları ve damgalar”, http://www.turkishstudies.net/Maka
leler/1506334836_2toprakfunda.pdf
Dostları ilə paylaş: |