Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   30   31   32   33   34   35   36   37   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 86 -
edə bilərik. Bəzi yozumlara əsasən, «mülk» kəlməsindən törənən «məmlük» 
sözü ərəblərdə «qul» mənasında işlədilirdi. Tanınmış qaraçay-balkar tarixçisi 
Nazir Budayev bu fikri haqlı olaraq rədd edir və məntiqini belə əsaslandırır: 
«Məmlük»  sözündə  «-lük»,  «-luk»  türk  dili  şəkilçiləri  aydın  şəkildə 
görünür. Qaraçay-balkar dilində «mamu» sözü sakral anlamda «canavar» 
bildirir.  Türk  döyüşçülərini  «qurdlar»  (canavarlar)  adlandırmaq 
ənənəsinin  isə  qədim  kökləri  vardır.  Çinlilərin  zirehli  türk  süvarilərini 
«fuli» (canavarlar) adlandırmalarını da yada salaq. Qədim türklərin, eləcə 
də Atillanın bayrağını qızılı qurd başı təsviri bəzəyirdi». N.Budayev əlavə 
olaraq qeyd edir ki, mifoloji canavar anlayışı qədim türklərin qurddan torənməsi 
haqqında  əfsanə  ilə  əlaqəlidir.  Bu  əlaqə  «bürüj»,  «börü»,  «aşina»,  Rusiyada 
«boriçeviçlər» kimi tayfaların adlarında da özünü birüzə verir. Orta əsrlərdə əsir 
götürülmüş türk yeniyetmələr Misirdə qapalı kazarmalarda yerləşdirilir, onlara 
gücləndirilmiş  hərbi  təlim  keçirilir  və  hazırlıqlar  bitənədək  müəllimlərdən  – 
veteran  döyüşçülərdən  savayı  heç  kəslə  ünsiyyət  saxlamırdılar.  Bu  gənclərə 
hərb  sənətini  öyrədən  türk  qvardiyaçıları  gələcək  döyüşçüləri  «mamuluk»  - 
«canavar balası» və ya «buzjigit» - «boz igid» adlandırırdılar: 
«Diqqət yetirsək, 
atabəylər  (gələcək  hökmdar-döyüşçülərin  hamiləri,  müəllimləri)  içərisində 
«Bozaba»  (Boz  canavar),  «Börüxanəddin  Musa»,  «İbrahim  Börütekin» 
adlarına rast gələrik».
131
 Qazax araşdırmaçısı, «Məmlüklər» kitabının müəllifi 
Qayrat  Beqalin  də  «məmlük»  sözünün  etimologiyasının  «qul»  kəlməsi  ilə 
bağlanması yozumunu qətiyyətlə rədd edir və bildirir ki, heç kəs qurduğu dövləti 
«Qullar səltənəti», sultan taxtında əyləşdiyi halda isə özünü «abd» (ərəb dilində 
– «Allahın qulu») əvəzinə, sadəcə olaraq «qul» adlandırmazdı. Q.Beqalin yazır: 
«Sultan  Baybars  qul  olmamışdır.  İslam  dinində  müsəlmanın  qul  olması 
mümkünsüz idi. Onların bir çoxu hətta vilayətlərin əmiri olsalar da, ərəb 
dilini  bilmir,  türk  dilində  danışır  və  qvardiyaçılarını  «mamuluk»  və  ya 
«mamuçuk» deyə çağırırdılar. Bu fikri dolayı yolla təsdiqləyən linqvistik 
amil  isə  qaraçaylarda  və  balkarlarda  bugünədək  «mamu»  sözünün 
qurdun, canavarın  totem adı kimi saxlanılmasıdır. Yeri gəlmişkən, Qızıl 
Orda  sərkərdəsi  Mamay  xanın  adı  da    «qurd  balası»  (ənik/anak  – A.Q.) 
anlamını verirdi. Sibir xanlarından birinin – Mamçuk xanın adı da belə 
yozulurdu».
132
131    
Н.Будаев.  «Западные тюрки в странах Востока», Нальчик, 2002.
132  
К.Бегалин.   «Мамлюки», http://historylib.org/historybooks/Kayrat--Begalin_Mamlyuki/9


Damğalar, rəmzlər… mənimsəmələr
- 87 -
«Mamikon»  və  ya  M.Xorenatsinin  təbirincə  «Mamqun»,  daha  dəqiq 
desək,  «Mamaqun»  adı  iki  hissədən  ibarətdir.  Sözün  birinci  hissəsi  olan 
«Mamaq» kəlməsinə «Kitabi-Dədə Qorqud» eposu personajlarından birinin 
Dəmirdonlu Mamaqın, XV əsrdə şeybanilər sülaləsindən olan Kazan hökmdarı 
Mamaq xanın adında rast gəlirik. Bundan başqa, Türkiyədə, Ankara şəhərinin 
Mamak  bölgəsi  vardır.  Krımda  –  1948-ci  il  toponimika  islahatlarınadək 
Simferopol  rayonunun  indiki  «Stroqonovka»  kəndi  əvvəllər  «Mamak»  adı 
altında tanınırdı. Bu sözün etimologiyası qədim türk dillərində «tərifə layiq», 
«şanlı-şöhrətli» kimi yozulur. Yeri gəlmişkən, «Mamay» sözü də (məsələn, 
Mamay xanın – XIV əsrdə Qızıl Orda dövlətində bəyələrbəyi, sərkərdəsinin 
adı) bu anlamı verir. Adın ikinci hissəsi olan «qun» kəlməsi isə bir sıra elmi 
qənaətlərə  görə,  yüksək  titul  (xan)  bildirir.  Midiya  sərkərdəsi  Mamaqunun 
(Memuxanın)  adı  Tövratın  «Esfir»  kitabında  da  çəkilir: 
«Onun  (hökmdar 
Ərdəşirin/Artakserksin) 
yaxınları  bunlar  idilər:  hökmdarın  üzünü  görə 
və şahlıqda birincilər sırasında əyləşə bilən - Kraşena, Şefar, Admarfa, 
Fareis, Meres, Marsena, MEMUXAN – parfların və midiyalıların yeddi 
hakimi».
133
 Erməni tarixçiləri isə bu iddialar azmış kimi, Səlcuq dövlətinin 
rəmzi  olan  ikibaşlı  qartal  təsvirini  eyni  ilə  köçürərək,  onun  guya  «erməni 
sülaləsi Mamikonların» gerbi kimi təqdim etməyə başlamışdır. Mamikonların 
türk  mənşəli  olduqlarını  diqqətə  alsaq,  onların  bu  qənaətlərində  müəyyən 
həqiqət payı vardır…
Bir sıra türk xalqlarının dillərində Orxon və Yenisey abidələrindəki qədim 
əlifba işarələri də «damğa» adlandırılır. Bu amil də damğaların daha qədim 
tarixə malik olduğunu, türk run hərflərinin nəsil, tayfa nişanları, kosmoqonik 
rəmzlər  əsasında  yaranması  ideyasını  təsdiqləməkdədir. Türkoloqlara  yaxşı 
məlumdur ki,   əlifba işarəsinin «yay» və «Ay» kimi oxunması onun qrafik 
təsvir  baxımından  «yay»  (atıcı  silah)  və  «Ay»  (səma  cismi)  bənzərində 
olmasıdır. Zahirən çadırı və ya Şərqi Sibir türklərinin ağac dirəklər üzərində 
qurulan taxta evlərini xatırladan   damğası run əlifbalarında da «b», «eb» 
(ev)  kimi  səslənir.  Orxon  əlifbasında  «ok»  kimi  tələffüz  olunan,  eyni 
zamanda  damğa  kimi  geniş  yayılan    və  ya    işarələrinin  oxa  bənzərliyi 
göz  qabağındadır.  Run  əlifbasında  «iç»  şəklində  səsləndirilən    qrafemi 
ideoqrafiyada əllərini qaldırıb Tanrıya dua edən bəndə və ya aman diləyən 
əsir anlamını verməkdədir. «At» mənasını verən 
 işarəsi S.Klyaştornıya 
133  
Тора, (Ефсир, 1-14),
 
Иерусалим, изд. «Шамир», 1992


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə