Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   28   29   30   31   32   33   34   35   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 82 -
)  təkdir,  göydədir,  əzəli  və  əbədidir,  hökmlü,  rəhmli  və  bağışlayandır.  Onun 
bənzəri yoxdur, insanlara yol göstərir, alqışlarını (dualarını) qəbul edir, bilik 
verir, hər şeyi görür və yolunu azanları cəzalandırır. Tanrıçılıqda Səma və Günəş 
Tenqri xanın təcəssümü kimi qavranılır, bəzən «Göy Tanrı», «Gün Tanrı» kimi 
də adlandırılırdı. Uyğur alimi Abdüşükür Məhəmməd Emin də bildirir ki, türk, 
hun və uyğur xaqanlıqlarında Göy Tanrı türklərin baş ilahisi olmuşdur. Hətta 
şamanizmə tapınan insanlar da göy üzünü tanrılar məkanı, Tenqri xanı isə onların 
rəhbəri olduğunu qəbul etmişlər. Hər hansı vacib bir işə qərar verməzdən əvvəl 
Tanrının icazəsini almaq türklərin əski adətlərindən biri idi. 
Qədim  türklərin  monoteist  olmalarını,  tək  ilahiyə  –  Tanrıya  sitayiş 
etmələrini  qədim  tarixçilər  də  vurğulamışlar.  Məsələn,  VII  əsrdə  yaşamış 
Bizans  tarixçisi  Feofilakt  Simokatte  göytürklərin  müqəddəs  saydıqları 
atəşə,  suya,  torpağa  təzim  etmələrinə  baxmayaraq,  yalnız Yerin  və  Göyün 
yaradıcısı olan Tanrıya tapındıqlarını bildirmişdir. Çin salnaməçisi Li Jin Xin 
isə qədim türklərin inandıqları Tanrının bütün kainatın sahibi olduğu barədə 
məlumat  vermişdir.
117
 Yeri  gəlmişkən,  məhz  tanrıçılığın  əsasını  təşkil  edən 
monoteizm prinsipi türklərin sonralar islam, xristianlıq və iudaizmi asanlıqla 
qəbul etmələrində əhəmiyyətli rol oynamışdır. Tanrıçılığın Altaylarda paralel 
olaraq «An» kimi adlandırılması və bəzi türk xalqlarında indi də bu kəlmənin 
«tanrıçılıq» sözünə sinonim kimi işlədilməsi onun köklərinin totemizmdən, 
prototürk mifologiyasından qaynaqlanmasından xəbər verir. Görkəmli xristian 
ilahiyyatçısı Aleksandr  Men  yazır: 
«Şumerlərə  görə, An  bütün  ilahilərin 
atası, göyün hakimi, dərk olunmayan və ələçatmaz varlıqdır. Görünür, o, 
daha qədim vaxtlarda şumerlərin əcdadları olmuş insanların baş ilahisi 
idi».
118
 Etimoloji baxımdan «Tenqri» anlayışının kökündə «tan» (dan yeri, Göy, 
sübh Günəşinin nuru) və «ər» sözləri dayanır və «dan/tan əri», «Səma ilahisi» 
anlamını  verir.  Qədim  şumerlər  onun  prototipinə  «Dingir»  deyir,  qıpçaqlar  
«Tenqri», oğuzlar, o cümlədən azərbaycanlılar və Anadolu türkləri  «Tanrı» 
və  ya  «Tarı»,  altaylılar,  tatarlar  «Tenqri»  və  ya  «Tenqeri»,  saxa-yakutlar 
«Tanqara», kumıklar «Tengiri», qaraçay və balkarlar «Teyri», çuvaşlar  isə 
«Tura»    adlandırırdılar.  Tarixin  çeşidli  dövrlərində  ayrı-ayrı  türk  xalqları 
İslam, xristianlıq, iudaizm, tanrıçılıq, atəşpərəstlik, şamanizm,animizm kimi  
inancların sistemlərinə daxil olmuşdur. Lakin xüsusi olaraq vurğulanmalıdır 
117
 Bumairimu Abudukelimı.  «Uygur türklerinin dinî inanişlari», Ankara Üniversitesi Sosyal Bilimler 
Enstitüsü, Ankara – 2006.
118
  Мен А. «Магизм и единобожие», изд. «Слово», 1991.  


Damğalar, rəmzlər… mənimsəmələr
- 83 -
ki, ən qədim dövrlərdən etibarən, türk xalqlarının monoteist dinlərə üstünlük 
verdikləri açıq bilinməkdədir. Zaman-zaman xarici müdaxilələr səbəbindən 
türklərin inanclarında fərqli təsirlər meydana çıxsa da, təktanrılıq onlar üçün 
həmişə  xarakterik  olmuş…  onların  islamlaşmasından  sonra    İslam  dini  ilə 
ahəngdarlıq təşkil etmişdir.
119
İnsanlar  Tenqri  xana  itaətlərini  həm  də  damğalar  ilə  ifadə  edir,  onun 
rəmzlərini yaşayış məskənlərinə, silah, məişət əşyalarına həkk edir, boya və 
ya döymənaxışla (tatu) alınlarına çəkirdilər. Dərbənd yaxınlığındakı Biləncər 
şəhəri xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı tanrıçılıq məbədinin 
qalıqları və qədim Tenqri xan rəmzləri müəyyən edilmişdir. Belə rəmzlər    
           
        
     
 
,  o cümlədən bərabərtərəfli xaç 
işarələri     
 
  Baykal gölündən Dunay çayınadək uzanan nəhəng 
ərazidə  -  Dəşti-Qıpçaq  çölündəki  qədim  məbəd  xarabalıqlarında  və  məzar 
daşları üzərində də vardır.
120
 Odur ki, Cənubi Qafqazda, xüsusilə Azərbaycanda 
xalçaçılıq,  memarlıq,  zərgərlik  və  daş  üzərində  oyma  sənətlərində  bu  gün 
də istifadə olunan və qədim məzar daşlarındakı müxtəlif tipli bərabərtərəfli 
«xaç» işarələrinin böyük hissəsinin xristian dini ilə əlaqələndirilməsi tarixi, 
etnomədəni baxımdan yolverilməzdir və təkcə bilməməzliyin deyil, həm də 
milli-mədəni irsə hörmətsizliyin əlamətidir. Qazax, başqırd və tatar alimlərinin 
qənaətinə  görə,  tanrıçılıq  dinini Avrasiyaya  əslən  Dərbənd  şəhərindən  olan 
tarixi  şəxsiyyət  -  Qorqud  Ata  eramızın  III  əsrində  gətirmişdir.  Uşaq  ikən 
valideynləri qam-şamanlığın sirlərini öyrənmək məqsədilə onu Altay dağlarına 
göndərmişdilər. Lakin eramızın 250-ci ilində Qorqud Tibetə gəlmiş, buradakı 
türk xalqlarının tanrıçılıq inancını qəbul etmiş, biliklərə yiyələndikdən sonra 
Tenqri  xan  təlimini  yaymağa  başlamışdır.
121
  Yeri  gəlmişkən,  «Kitabi-Dədə 
Qorqud» dastanlarında islam layının örtə bilmədiyi tanrıçılıq elementləri bu 
ehtimalları təsdiqləməkdədir.
XATIRLATMA.  Hunlar  Tanrı/Tenqrini  «Çen»,  «Çenli»  («Tan  Er»  – 
Dan/Göy hakimi ifadəsinin sinonim variantı) kimi tanıyır,
122
 Günəşdə onun 
təcəssümünü  görür,  müqəddəs  yerləri,  xüsusilə  uca  dağları  «Çiləntau», 
«Çilənşan» («şan» Çin dilində «dağ» deməkdir) adlandırırdılar. Salnamələrdə 
119
  E.Habibbeyli, «Uyarlıqların Kavşağında Türk Dünyası», İstanbul, 2013
120
  Про тенгрианство и крест животворящий. http://bulochnikov.livejournal.com/111404.html.
121
  З.Наурзбаева. «Семь ипостасей Коркуда», http://www.otuken.kz. 
122
  «Казахская мифология и демонология», http://naturkaz.info.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə