Damğalar, rəmzlər… mənimsəmələr
- 84 -
hunların öz çadırlarını bərabərtərəfli Tanrı açası
(xaçı) ilə yanaşı, Günəşi
simvolizə edən «altun top», «qızıl alma», «döngələk» və s. adlandırılan qızılı
dairə təsviri ilə bəzədikləri, sübh tezdən əllərini Günəşə doğru açaraq alqış
(dua) etdikləri qeyd olunur. Erməni tarixçisi M.Xorenatsi yazırdı:
«Sasanın
oğlu Ərdəşirin ölümü ilə şahlıq oğlu Şapuxa qaldı. Onun zamanında
Ermənistana şimal-şərq ölkəsindən, şimal xalqları içində birinci olan
şanlı və böyük torpaqdan, mən ÇENLƏRİN torpağını deyirəm…
Mamikonlar nəslinin əcdadı gəlir… Ərdəşirin ölümü ilində adı «Arbok
Çenbakur», yəni onların dilində «dövlətin şərəfi» mənasını verən bir kəs
(gəldi).
Onun Bxodox və Mamqun adlı iki süd qardaşı vardı, (hər ikisi)
böyük satrap (vali, eltəbər) idi»
123
. VII əsrdə yaşamış erməni yepiskopu və
tarixçisi Sebeosa aid edilən, əslində isə Q.Abqaryanın qənaətinə görə, həqiqi
müəllifi bəlli olmayan və ən yaxşı halda XI ərin salnamələri əsasında XVIII-
XIX yüzilliklərdə tərtib edilən əsərdən isə M.Xorenatsinin yazdıqlarından
fərqli olaraq, Çen ölkəsindən «Ermənistana» satrap Mamqun deyil, Mamik və
Konak adlı iki qardaşın gəldiyi bildirilir.
124
Elə isə salnamələrdə adları çəkilən «çenlər» və ya «tçenlər» kimlərdir?
Ksenofobiyadan əziyyət çəkən erməni tarixçiləri, o cümlədən M.Xorenatsinin
əsərinə şərhlər yazan L.X.Ter-Mkrtıçyan bu toplumun etnik kimliyinin
izahı zamanı iki «elmi qənaət» üzərində dayanır:
«Çen» sözünü «Çin»
kimi oxuyaraq, onları ya etnik «çinli», ya da «bəzi mülahizələrə görə,
Çinlə həmsərhəd bölgədə - Orta (Mərkəzi) Asiyada yaşayan və bu
imperiya ilə hərbi münaqişə nəticəsində miqrasiya edən köçəri tayfalar»
kimi təqdim edirlər».
125
Təəssüf ki, «Çen» sözünün «Çin» kəlməsinə
süni transformasiyasının etnosiyasi səbəbləri Azərbaycanda da diqqətdən
kənarda qalmışdır. Nəticədə, bu toplumun guya eramızın III əsrində Şərqi
Türküstandan
(müasir Çin Xalq Respublikasının ərazisindən) köç etdiyinə
görə «çinli» adlandırılmasına, tarixi Azərbaycan ərazilərində, o cümlədən
Qərbi Azərbaycanda
«bu tayfa adının «çinli» etnoniminin toponimə
transformasiyası kimi əks edilməsinə», Mamqunun guya «sinli tayfasının
başçısı» (?) olmasına dair yanlış fikirlər elmi dövriyyəyə buraxılmışdır.
126
123
Мовсес Хоренаци. «История Армении», перевод с
древнеармянского языка, введение и
примечания Гагика Саркисяна. Издательство: Ер., «Айастан», 1990
124
Г.Абгарян. «История Себеоса» и проблема Анонима. Ереван, 1965
125
Л.Тер-Мкртичян. «Армянские источники о Средней Азии, V-VII вв.», Москва, 1979.
126
B.Budaqov, Q.Qeybullayev. “Ermənistanda Azərbaycan mənşəli toponomlərin izahlı lüğəti». Bakı, 1998.