Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   29   30   31   32   33   34   35   36   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 84 -
hunların öz çadırlarını bərabərtərəfli Tanrı açası (xaçı)      ilə yanaşı, Günəşi 
simvolizə edən «altun top», «qızıl alma», «döngələk» və s. adlandırılan qızılı 
dairə təsviri ilə   bəzədikləri, sübh tezdən əllərini Günəşə doğru açaraq alqış 
(dua) etdikləri qeyd olunur.  Erməni tarixçisi M.Xorenatsi yazırdı: 
«Sasanın 
oğlu  Ərdəşirin  ölümü  ilə  şahlıq  oğlu  Şapuxa  qaldı.  Onun  zamanında 
Ermənistana  şimal-şərq  ölkəsindən,  şimal  xalqları  içində  birinci  olan 
şanlı  və  böyük  torpaqdan,  mən  ÇENLƏRİN  torpağını  deyirəm… 
Mamikonlar nəslinin əcdadı gəlir… Ərdəşirin ölümü ilində adı «Arbok 
Çenbakur», yəni onların dilində «dövlətin şərəfi» mənasını verən bir kəs 
(gəldi)
Onun Bxodox və Mamqun adlı iki süd qardaşı vardı, (hər ikisi) 
böyük satrap (vali, eltəbər) idi»
123
. VII əsrdə yaşamış erməni yepiskopu və 
tarixçisi Sebeosa aid edilən, əslində isə Q.Abqaryanın qənaətinə görə, həqiqi 
müəllifi bəlli olmayan və ən yaxşı halda XI ərin salnamələri əsasında XVIII-
XIX  yüzilliklərdə  tərtib  edilən  əsərdən  isə  M.Xorenatsinin  yazdıqlarından 
fərqli olaraq, Çen ölkəsindən «Ermənistana» satrap Mamqun deyil, Mamik və 
Konak adlı iki qardaşın gəldiyi bildirilir.
124
Elə  isə  salnamələrdə  adları  çəkilən  «çenlər»  və  ya  «tçenlər»  kimlərdir? 
Ksenofobiyadan əziyyət çəkən erməni tarixçiləri, o cümlədən M.Xorenatsinin 
əsərinə  şərhlər  yazan  L.X.Ter-Mkrtıçyan  bu  toplumun  etnik  kimliyinin 
izahı  zamanı  iki  «elmi  qənaət»  üzərində  dayanır: 
«Çen»  sözünü  «Çin» 
kimi  oxuyaraq,  onları  ya  etnik  «çinli»,  ya  da  «bəzi  mülahizələrə  görə, 
Çinlə  həmsərhəd  bölgədə  -  Orta  (Mərkəzi)  Asiyada  yaşayan  və  bu 
imperiya ilə hərbi münaqişə nəticəsində miqrasiya edən köçəri tayfalar» 
kimi  təqdim  edirlər».
125
  Təəssüf  ki,  «Çen»  sözünün  «Çin»  kəlməsinə 
süni  transformasiyasının  etnosiyasi  səbəbləri  Azərbaycanda  da  diqqətdən 
kənarda qalmışdır. Nəticədə, bu toplumun guya  eramızın III əsrində Şərqi 
Türküstandan  (müasir  Çin  Xalq  Respublikasının  ərazisindən)  köç  etdiyinə 
görə  «çinli»  adlandırılmasına,  tarixi  Azərbaycan  ərazilərində,  o  cümlədən 
Qərbi  Azərbaycanda 
«bu  tayfa  adının  «çinli»  etnoniminin  toponimə 
transformasiyası kimi əks edilməsinə», Mamqunun guya «sinli tayfasının 
başçısı»  (?)  olmasına  dair  yanlış  fikirlər  elmi  dövriyyəyə  buraxılmışdır.
126
 
123  
Мовсес Хоренаци. «История Армении», перевод с древнеармянского языка, введение и 
примечания Гагика Саркисяна.  Издательство:  Ер., «Айастан», 1990
124
  
Г.Абгарян. «История Себеоса» и проблема Анонима. Ереван, 1965
125
  Л.Тер-Мкртичян. «Армянские источники о Средней Азии, V-VII вв.», Москва, 1979.
126
  B.Budaqov, Q.Qeybullayev. “Ermənistanda Azərbaycan mənşəli toponomlərin izahlı lüğəti». Bakı, 1998.


Damğalar, rəmzlər… mənimsəmələr
- 85 -
Halbuki, Şərqi Türküstandan Şərqi Avropayadək uzanan ərazidə nə «çenli», nə 
də «çinli» adları altında tanınan türk tayfası mövcud olmuşdur. Digər tərəfdən, 
məğlub tayfanın onu öz torpaqlarından çıxaran əzəli düşməninin adını götürüb 
şərəflə  daşıması,  açığı,  inandırıcı  deyildir.  Bununla  belə,  erməni  xristian 
mənbələrindəki «Çen» etnoniminin izahının «Çin» toponimi ilə deyil, məhz 
«kafir» dinin baş ilahisi Tanrı/Tenqrinin adlarından olan «Çen» və ya «Çenli» 
sözü  ilə  əlaqəli  olması  qənaətinin  təsdiqinə  yenə  də  Movses  Xorenatsinin 
salnaməsində  rast  gəlirik.  O,  Mamikonun  əcdadı  olan  Çen  Bakurun  adına 
«Dövlətin şərəfi» kimi izah verir. Akademik Yusif Yusifov «Bakur» sözünün 
əski türkcədə «böyük», «möhtəşəm» anlamında olduğunu bildirir.
127
 Alman 
türkoloqu Yozef Makvart (1864-1930) «bakur» sözünün İran dilləri vasitəsilə 
yozumunu qətiyyətlə istisna edərək, onun etimologiyasını yenə də əski türk 
dilindəki «bakur», yəni «şərəf» kəlməsi ilə bağlayır.
128
 Lakin hər iki sözün 
birləşməsinin «Çinlilərin şərəfi» kimi oxunması da qüsurludur. 
«Çen»  sözünün  «Tanrı»  kəlməsinin  sinonimi  olduğunu  əsas  götürərək, 
«Çen Bakur» adının «Tanrının şərəfi» kimi yozumunu daha düzgün və məntiqli 
hesab edir, Xorenatsi və Sebiosun xristian salnaməçiləri olaraq Mamiqunun 
mənsub olduğu tayfanın etnik mənşəyini deyil, məhz dini mənsubiyyətlərini, 
onların tanrıçılıq (çenli) inancına tapınmalarını vurğulamaları qənaətinə gəlirik. 
Bu  baxımdan,  Azərbaycanda  və  Türkiyədə  yayılan  yarımifik  «Çənlibel» 
toponiminin etimoloji izahını da «Dumanlı dağ beli» kimi deyil, «Tanrı/Çen/
Çenlinin  yaşadığı  yüksəklik»  anlamında  axtarmaq  daha  məntiqəuyğundur. 
Ehtimalın təsdiqi üçün Mirəli Seyidovun əsərlərinə müraciət edək. O yazırdı: 
«Türk dillərində «bel» sözü ilkin olaraq dağ «dağ», «çevrə ruhu» sonra 
«tanrı» anlamını daşımışdır».
129
 Təsadüfi deyildir ki, «Koroğlu» dastanında 
Alı kişi obrazına, xüsusilə onun və oğlu Rövşənin adlarının etimologiyasına 
(al  –  qədim  türk  dillərində  «uca»,  «müqəddəs»;  Rövşən  –  farsca  «işıq») 
toxunan alim Koroğlunu «Dağ tanrısının oğlu» kimi təqdim edir.
130
 
Qədim  türk  dillərinin  leksikasına  söykənsək  «Mamaqun»,  «Mamuxan», 
«Memuxan»,  «Mamikon»,  «Mamay»,  «Mamuk»  kəlmələri  və  «Məmlük» 
sözü  arasında  təkcə  fonetik  yaxınlığı  deyil,  etimoloji  eyniliyi  də  müşahidə 
127
  Ю.Юсифов. «Об актуальных проблемах этнической истории Азербайджана», http://myazerbai-
jan.org/index.php?p=history/46
128
  J.Marquart. «Untersnchungen zur Geschichie von Iran», heft II, Leipzig, 1905.
129
  M.Seyidov. «Azərbaycan xalqının soykökünü düşünərkən». Bakı: “Yazıçı”, 1989.
130
  Yenə orada


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə