Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   26   27   28   29   30   31   32   33   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 78 -
sonra  qadağan  edilmişdir.  1924-cü  ildə  isə  xakaslar  üçün  kiril  əlifbası 
əsasında  36  hərfdən  ibarət  yeni  yazı  qrafikası  yaradılmışdır.
107
 Azərbaycan 
xalça ornamentləri arasında Göytürk hərfləri ilə damğa təsvirlərinin paralel 
istifadəsi islamdan sonrakı dövrlərdə də bu əlifbanın bir müddət aktuallığını 
saxlaması və tətbiqi barədə qənaətlər irəli sürməyə imkan verir.
Cədvəl 4.  Orxon və Yenisey əlifbalarındakı bəzi işarələrin 
oxunuşu və damğa rəmzləri kimi izahı

İşarə
Oxunuşu
Damğa 
variantlarının 
adları

İşarə Oxunuşu
Damğa 
variantlarının 
adları 
1
 
İncə saitli 
sözlərdə titrək 
sonor 
«r» səsini 
bildirmək üçün 
istifadə edilir.
Tenqri xanın 
sakral rəmzi, 
«er/ər» (insan, 
döyüşçü) bildirir.
11
Sait 
«a», «e» 
səslərini ifadə 
edir. Bəzən   
işarəsi ilə əvəz 
olunur.
«Qarmaq» işarəsi 
kimi də yozulur. 
Azərbaycan xalça 
naxışlarında 
bu işarənin   
variantı da geniş 
yayılmışdır.
2
Mətnlərdə 
«z» 
samiti həm qalın, 
həm də incə 
saitli sözlərdə 
işlədilir.
«təpə xaç», 
«subaş», 
«sarman», «dörd 
ünsür», «çərxi-
fələk», «qaz», 
«qaz təpiyi», 
«şəmsi-gərdan»
12
Dilarxası kar 
«k» samiti. 
Yalnız 
«ı» saiti 
ilə qonşuluqda 
işlədilir.
«Pitik», «Tumar» 
(Humay Ananın 
rəmzi), «nəzərlik 
duası»
3
Cingiltili 
«b» 
səsidir. İncə 
saitli sözlərdə 
oxunur.
«Ev», «alaçıq», 
«məskunlaşmaq» 
anlamında 
istifadə olunur.
13
Burun sonor 
«m» samiti 
kimi qalın 
incə saitli 
sözlərdə 
işlədilir.
«Qurd başı», 
«qurd ağzı», 
«İskəndər 
damğası»
4
Cingiltili 
«d» 
samitidir. İncə 
saitli sözlərdə 
işlədilir.
«haça», 
«aça», «aşa», 
«sarakay», 
«asa Umay», 
«aşamay» 
(Humay Ana 
haçası/xaçı)
14
Mətnlərdə kar 
«s» samitini 
bildirir.
«Süngü», «nizə», 
«bıçaq», «bir 
tayfa/nəsil»
5
Cingiltili 
«y» 
samiti. Qalın 
saitli sözlərdə 
istifadə olunur.
«Ay», «yay» 
(atıcı silah) 
mənasını verir.
15
Qalın saitli 
sözlərdə kar 
«t» samitini 
ifadə etmək 
üçün işlədilir.
«Atlı», «minici», 
«at» mənalarında 
işlədilir.
107
 Г.М. Давлетшин, Ф.Ш. Хузин. «Булгарская цивилизация на Волге»,
 Татарское книжное из-
дательство, 2011.


Damğalar, rəmzlər… mənimsəmələr
- 79 -
6
İşarənin 
«baş» 
və 
«aş» kimi oxu 
variantları vardır.
«Art», «arta», 
«dərə», «iki dağ 
arasında vadi»
16
Cingiltili 
«d» samiti. 
Tərkibində 
qalın saitlər 
olan sözlərdə 
işlədilir.
«Ayaq», «dayaq»
7
İşarə
 «nt», bəzi 
hallarda isə «nd» 
kimi oxunur
«and», «əhd», 
«qardaşlaşma», 
«sarsılmaz 
ittifaq» işarəsi
17
Göytürk yazılı 
abidələrində 
«
iç», daxil» 
sözlərini ifadə 
etmək üçün 
işlədilir.
Evin, alaçığın 
mərkəzi dirəyi, 
«baytörə», 
«üstün», «baxan», 
«bakan»
8
Kar 
«ş» samiti
«eşik», «qapı», 
«qapı çatısı»
18
 və   
«k» 
səsini bildirir
yalnız «o» və 
«u» saitləri ilə 
işlədilir
«ox» damğasını 
ifadə edir.
9
Sonor 
«l» 
samitidir.
«qarmaq»
19
Cingiltili 
«l» 
samitini ifadə 
edir.
«hənək», «sənək», 
«durbaş», «ayır» 
(ikidişli döyüş 
yabası)
10
Kipləşən 
dilortası kar 
«k» 
səsini bildirmək 
üçün istifadə 
edilir.
 «kuray», 
«ney»
20
Göytürk 
mətnlərində 
kipləşən, 
qoşadodaq kar 
«p» samitidir
 və   - «irqaq», 
kösöy/kösöv
Qeyd: Orxon və Yenisey əlifba işarələrinin oxunuş qaydalarında Əbülfəz Rəcəblinin 
kitabından
108
 istifadə edilmişdir.
 
Əski türklər damğa işarələrini döymə (tatu), dağlama üsulu və ya boyaq 
vasitəsilə bədən üzərinə (əl, qol, alın və sinəyə), qazma, basma, yonma və 
toxuma  yolu  ilə  yaşayış  binalarının,  alaçıqların  və  dini  tikililərin,  müdafiə 
qurğularının, ərzaq anbarlarının giriş hissəsinə, sütun və divarlarına, üst və 
baş geyimlərinə, sancaq və tuğların başlıqlarına, silah tiyəsinə, zireh, məişət 
(qab-qacaq,  çuval,  heybə,  süfrə,  kilim,  keçə,  xalça)  və  ziynət  əşyalarının, 
məzar  daşlarının  üzərinə,  yəhər  və  çullara,  ev  heyvanlarının  bud,  quyruq, 
qulaq və baş hissəsinə vururdular. Qızdırılmış dəmir basma-qəliblər vasitəsilə 
bədənə  basılan  nişanlama  üsulu  dilimizdə  «damğa  vurmaq»,  «damğa 
108
  Ə.Rəcəbli. «Qədim türk yazısı abidələri», I cild. Bakı, 2009.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə