Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   23   24   25   26   27   28   29   30   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 70 -
qabırğa damğası), «argak» (iqrak – maşa)  , «taylak»  
 (Mərkəzi Asiyada 
«köşək» anlamında işlədilir) və s. işarələrinə də rast gəlinir.
87
Sovet hakimiyyəti illərində bəzi akademik nəşrlərdə Qobustanın «Yazılıtəpə» 
adlanan ərazisində 143 nömrəli daş üzərindəki damğa işarələrinin          
  analoji  təsvirlərinə  Şimali  Qafqazda  da  təsadüf  olunması  bir  neçə  yüz  il 
bundan  əvvəl  Azərbaycana  qışlağa  gələn  dağıstanlı  maldarların  «əl  işləri» 
kimi izah edilmişdir. Çünki bu damğanın bənzərlərinə Şimali Qafqazdakı adıq 
xalqının işarələri arasında da rast gəlinir.
88
 Onların isə indiki Adıgey Muxtar 
Vilayəti ərazisindən qoyun sürülərini Azərbaycana qışlağa gətirməsi qətiyyən 
inandırıcı görünmür. Bundan başqa, qədim damğa nişanları üzrə bir sıra nüfuzlu 
mütəxəssislərin (İ.Baske, E.Triyarski, A.Canibekov, K.Əliyev və b.) təsnifatlarına 
əsasən, həmin rəmzlərin türk tayfalarına məxsusluğu şəksizdir. Təqribən 25 il 
ərzində Qobustan qayaüstü təsvirlərini tədqiq edən Cəfərqulu Rüstəmov burada 
daha çox təsadüf olunan «
kiçik çevrədən aşağıya tərəf çəkilmiş üç şüavari 
xətt və  ya əvvəl birxətt çəkilərək sonra onun yanlarından ayrılmış xətlərin  
əmələ  gətirdiyi formaya malik işarələrin» sakral xarakterə malik damğalar 
olmasına əmindir.
89
 Professor Nəsir Rzayev isə təsvirlərin XIV-XIX əsrlərə aid 
olması  qənaətinə  gəlsə  də,  onların  damğa  xarakteri  daşıması  və  semantikası 
haqqında bunları bildirirdi: 
«Belə damğaların bir damğa kimi, şərti-rəmzi 
bir işarə kimi yox, bir təsvir motivi olmasını güman etmək istərdik. Onlar, 
bəlkə də, maldarların alaçıq və komalarının təsvirləridir».
90
 Həqiqətən də 
belədir. Maraqlıdır ki, bu damğaların ən qədim variantları Manna və Midiya 
dövlətlərinə aid maddi-mədəniyyət nümunələri üzərində də aşkar edilmişdir.
91
 
Bundan  başqa,  «köçəri  maldarların  damğa  işarələrinin»  eramızdan  əvvəl  və 
ilkin orta əsrlərə aid variantlarına Araz çayının şimal sahillərində məkunlaşmış 
massagetlərin rəmzlərində, Mərkəzi Asiyada, Şərqi Sibirdə, müasir Bolqarıstan, 
Macarıstan, Rumıniya və Ukrayna ərazilərində də geniş rast gəlinir. S.Yasenko 
regiondakı qədim rəmz və nişanlara həsr olunmuş kitabında bu işarələr də daxil 
olmaqla, əhəmənilərin və sasanilərin damğa işarələrinin geniş təsnifatını versə 
87  
F.Toprak. «Defter-i Cengiz-Nāme’de Boy Nişanları ve Damgalar», Turkish Studies International Peri-
odical For the Languages, Literature and History of Turkish or Turkic Volume 6/1 Winter 2011
 
88 
 Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик: “Эльбрус”, 1993.
89  
C.Rüstəmov. «Qobustan dünyası». Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
90 
 N.Rzayev. «Daşlar danışır», Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu. 
Bakı: “Elm”, 1985.
91 
 И.Дяконов. «История Мидии», Москва, 1956.


Damğalar, rəmzlər… mənimsəmələr
- 71 -
də,  Mərkəzi Asiyada  onların  analoqlarının  olmasını  xatırlatsa  da,  təsvirlərin 
semantikası və etnik mənşəyi barədə susmuşdur. Lakin «irandillilərin» müəlliflik 
hüququna gəldikdə, Əhəməni (e.ə. 558-330) və Sasani (226-651) dövlətlərinin 
rəmzləri içərisində spesifik türk damğalarının da olması bu konfederasiyaları 
quran etnik tayfaların arasında türklərin də mövcudluğundan xəbər verir. Damğa 
işarələrinin etnik mənsubiyyətini müasir osetinlər, farslar və taciklərlə bağlamaq 
meylini gizlətməyən S.Yasenko, nəhayət, onu da etiraf edir ki, Mərkəzi və Ön 
Qafqazda  yaşayan  irandilli  xalqlarda,  taciklərdə  və  farslarda  damğa  işarələri 
türklərdə olduğu kimi xüsusi ada və sakral əhəmiyyətə malik deyildi. Onların 
qrafik təsviri konkret predmetlərin, təbiət hadisələrinin, inanc elementlərinin və 
s. obrazlarını əks etdirmirdi. Sadəcə olaraq, bu təsvirlər bütövlükdə tayfa və 
ya tayfa birliyinin deyil, ayrı-ayrı nəsillərin mülkiyyət nişanı kimi tanınırdı.
92
 
Ukraynalı  arxeoloq  Viktor  Draçuk  isə  tədqiqatlarında  müxtəlif  etnoslarda 
damğaların  statusları  arasında  fərqi  xüsusi  vurğulayaraq  bildirir: 
«İrandilli 
etnoslardan fərqli olaraq, türk xalqlarında nəsil rəmzlərindən savayı onları 
birləşdirən ortaq damğalar və xaqanın yanında onların qorunması üzrə 
xüsusi məmur – tamqaxan da mövcud idi. Yalnız türklərdə xaqan (xan) 
tayfa və nəsillər üçün damğa işarəsi təyin edə bilərdi».
93
 
Cədvəl 3. Əhəməni və sasani tayfa rəmzləri
94
 içərisində etnik türk damğaları 
Əhəməni 
(e.ə. 558-330-cu illər)
 
  
  
  
  
  
  
  
  
  
  
     
 
    
 
Sasani 
(226-651-ci illər)
 
 
         
   
 
 
            
 
 
 
 
  
 
Azərbaycanda  qədim  və  ilkin  orta  əsr  memarlığının,  incəsənətinin 
öyrənilməsi  üzrə  elmi  tədqiqatların  əsasını  qoymuş  görkəmli  alim, 
professor Davud Axundov Qobustan, Gəmiqaya, Geğam və Baykal gölünün 
şimalındakı Subuktuy qayaüstü təsvirlərindəki analoji 
          işarələrin 
genezisini araşdıraraq onların vahid semiotikaya malik olduğunu bildirmişdir. 
92 
 С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья», Москва, 
«Восточная литература», 2001.
93 
 В.Драчук. «Системы знаков Северного Причерноморья». Киев, 1975.
94  
С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья». Москва: 
«Восточная литература», 2001.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə