Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   21   22   23   24   25   26   27   28   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 65 -
tədqiqatçısı  Fridrix  Hirt  isə  (1845-1927)  nədənsə  bu  tayfa  adını  «osset» 
(osetin) kimi yozmuş, onların irandilli olması barədə fikir irəli sürmüşdür.
78
 
Y.Zunev  bu  mülahizəni  qətiyyətlə  rədd  edərək  yazır
:  «Bu  fərziyyə  çətin 
ki, qəbul olunsun. Çünki irandilli «ossetlərin» xan nəsli qismində Türk 
konfederasiyasında  təmsil  olunması  qətiyyən  inandırıcı  deyildir.  Hətta 
697-ci  ilə  aid  «Tzıçji  tunsyan»  adlı  Çin  salnaməsində  də  aşidelərin/
asiteklərın məhz türk mənşəli olması göstərilmişdir».
79
 
Yuxarıda adı çəkilən «Qarqadaşı» (Nüvədi) üzərində aşide/asitəklərə məxsus 
«maral buynuzu» damğası da 
 yer almışdır və onun semantikasının tarixi 
Azərbaycan torpaqlarında məskunlaşmış qədim türk tayfaları və xüsusilə saka-
skiflərin etnik mənşəyi ilə bağlılığı diqqət çəkməyə bilməz. Qeyd edək ki, əski 
türk xalqlarının folklorunda, tətbiqi sənətində və dövlətçilik atributlarında geniş 
yayılmış Maral Ana, Dişi maral, daha doğrusu, (Buqa-ene) mifik obrazı həmişə 
dara düşən insanların xeyirxah yardımçısı, xilaskarı olmuşdur. Eyni zamanda, 
qədim dövrlərdə, o cümlədən saka-skif mədəniyyəti dönəmində maral təsvirləri 
solyar rəmz qismində Günəşi təcəssüm edirdi. Bunu Qobustan, Gəmiqaya və 
Qərbi Azərbaycan qayaüstü təsvirləri bir daha təsdiqləyir. 
Ardıcıllıqla: Qobustanda (Çinqirdağ, Yazılıtəpə) Tunc dövrünə aid maral (Buğa 
ana) təsviri; 
80
 Bürünc maral fiquru (Naxçıvan, e.ə. I minillik. Bakı Dövlət Universitetinin 
muzeyi);
81
 Tunc dövrünə aid tuğ (bayraq) başlığı  «Günəş (damğa işarəsi  ) üzərində maral» 
mifinə söykənir (Şəmkir rayonu, Qaracəmirli kurqanı. Milli Azərbaycan Tarixi Muzeyi); 
Həmin mifoloji süjeti əks etdirən Pazırıq maralı (e.ə.V-III əsrlərə aid skif mədəniyyəti, Altay)
Beləliklə,  bu  motivlər  sonrakı  minilliklərdə  türklərin  yayıldığı  bütün 
bölgələrdə, yəni Avropanın içərilərindən uzaq Sibir, Altay və Qobi çollərinə 
78 
 F. Hirth, Nachworte zur Inschrift des Tonjukuk, St. Pb. 1898.
79 
 Ю.Зуев. «Тамги лошадей из вассальных княжеств». Перевод из Китайского, том 3, Алма-Ата, 1960.
80 
  R.Əfəndi. «Azərbaycan incəsənəti». Bakı: “Şərq-Qərb”, 2007,
81 
 «Azərbaycan tarixi» (yeddi cilddə), I cild, Bakı, 2007.


Damğalar, rəmzlər… mənimsəmələr
- 66 -
qədər yayılmış və elmi ədəbiyyata «skif maral daşları» adı altında düşmüş, 
daha  sonra  isə  saka-skif  zərgərlik  və  xalça  sənətində  (Pazırıq  xalçası) 
yüzilliklər boyu davam edərək təkmilləşmişdir. Qobustan marallarının elmi 
baxımından əsas önəmi ondadır ki, bu təsvirlər qədim türk mədəniyyətinin 
köklərinin  bilavasitə  Azərbaycan  ərazisi  ilə  bağlı  olduğunu  söyləməyə 
ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi 
Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-
istəməz skif incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir.
82
 Vaxtilə 
rus  coğrafiyaşünası  və  etnoqrafı  Georgi  Potanin  (1835-1920)  folklor  və 
xalq tətbiqi sənəti nümunələri əsasında müqəddəs maral obrazının qədim 
türklərin  mifoloji  təsəvvürlərində  və  kosmoqoniyasında  mühüm  yer 
tutduğunu  müəyyənləşdirmişdir.  O  qeyd  etmişdir  ki,  saka-skif  və  hun 
mədəniyyətlərindən  başlayaraq,  Asiya  və  Avropanın  köçəri  xalqlarının 
mifik düşüncəsində maral rəmzi özünün dayanıqlığı ilə seçilmişdir.
83
 Bakı 
Dövlət Universitetindən tarix üzrə fəlsəfə doktoru İradə Avşarova bu barədə 
yazır: 
«Marala sitayiş Azərbaycanda yaşayan qədim tayfalar arasında 
geniş  yayılmışdır.  Maralı  dəfnetmə  adəti  indiki  Xanlar  rayonunun 
ərazisində Tunc dövrünə aid qəbirlərdən məlumdur. Tədqiqatçıların 
fikrincə, Azərbaycanda «maral» adını daşıyan tayfalar da yaşamışdır. 
Maral  təsvirləri  özündə  müqəddəslik  və  nəsil  artımı  ideyasını 
simvollaşdırır».
84
    
VI əsrdə yaşamış Bizans tarixçisi İordan hunların Qərbə doğru yürüşlərinə 
dair  rəvayəti  qələmə  alaraq  yazırdı  ki,  vəhşi  heyvanları  təqib  edən  hun 
ovçularının yolunu Meotis (Azov) dənizinin keçilməz bataqlıqları kəsir. Bu 
zaman qəflətən bir dişi maral irəli çıxaraq onlara bələdçilik edir, bataqlıqdan 
çıxarır  və  qeyb  olur.  Tanınmış  türkoloq,  Moskva  Dövlət  Universitetinin 
professoru Xalıq Koroğlu obraz fərqinə baxmayaraq, bu rəvayətin süjetinin 
bir çox detallarının 
«Oğuz xaqan» dastanında qorunub saxlanıldığını bildirir: 
«Yeganə fərq oğuz rəvayətində türklərin totem canlısı olan boz qurdun 
dişi maralı əvəzləməsidir. Bu isə təbiidir. Çünki oğuzların hunlarla genetik 
qohumluğundan  savayı,  onların  da  miqrasiyası  Şərqdən  Qərbə  doğru 
82 
 B.Tuncay. «Kür-Araz mədəniyyəti və erməni yalanları» (I məqalə), 
KarabakhİNFO.com
83 
 Н.Рзаев. «Искуство Кавказской Албании. IV в. До н.э. VII в. Н.э.». изд «Элм», 1976
84 
 İ.Avşarova. «Azərbaycan tayfalarının hərb işi (tunc dövrü)», http://carpetsmagazine.com/Azerbaycan-
xalcalari/N3/files/assets/basic-html/page128.html


Damğalar, rəmzlər… mənimsəmələr
- 67 -
istiqamətlənmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  hunların  xilaskar 
maral haqqında əfsanəsi qırğızların «Buqa-ene» rəvayəti ilə səsləşir».
85
 
Maraqlıdır ki, qədim uyğurların hakim tayfası olan yaklakarlar (cəlayirlər) 
öz şəcərələrini totem əcdadları – qızıl buynuzlu Günəş maralı ilə bağlayırlar. 
Gədvəl 2. Ortaq damğalara əsasən türk xalqlarının məskunlaşma arealı 
Məkan
Damğa təsvirləri
Azərbaycan. Qobustan 
qayaüstü təsvirləri
  
  
  
  
  
  
   
   
   
 
   
  
  
  
  
  
Azərbaycan. Gəmiqaya 
qayaüstü təsvirləri
  
  
  
  
  
  
  
  
  
  
  
  
Qərbi Azərbaycan. 
Göyçə qayaüstü təsvirləri
  
  
  
  
  
    
   
  
  
  
  
  
  
  
  
  
  
   
  
  
  
  
   
   
  
  
  
   
  
  
 
  
  
Xakasiya. 
Sulek qayaüstü təsvirləri 
(e.ə. II minillik)
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
Tyan-Şan. Koçkor 
vadisində sak/skif işarələri  
(Tunc dövrü və e. ə. I 
minillik)
  
  
  
  
  
  
  
Tripolye (Kukuteni) 
Eneolit arxeoloji 
mədəniyyəti (e.ə. VII -VI 
minilliklər)
  
  
  
  
   
  
  
 
  
  
  
  
  
 
 
  
  
  
  
Qərbi  Sibir və Şimali  
Qafqaz. «Ağac tikililər» 
arxeoloji mədəniyyəti  
(e.ə. XVIII-XII  əsrlər)
  
  
  
 
  
  
  
  
  
  
  
  
Şimali Qafqaz. Aşuy 
mədəniyyəti (Tunc dövrü)
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 
Midiya dövləti
  
  
  
  
  
  
  
  
Yenisey daş 
kitabələrindəki damğalar
 
  
  
 
  
    
   
    
   
   
   
    
    
    
   
    
    
  
 
  
    
  
   
   
  
 
   
    
Qafqaz Albaniyası
  
   
   
    
  
  
    
    
   
    
   
85 
 Х.Короглы. «К тюркско-венгерским фольклорным связям» //Советская тюркология. 1988. № 3.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə