Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   27   28   29   30   31   32   33   34   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 80 -
basmaq»,  «damğa  daşımaq»,  «damğalamaq»,  «dağlamaq»,  «dağ  basmaq», 
«dağ çəkmək» kimi ideomatik ifadələrdə bu gün də qalmaqdadır. 
Türk xalqlarının damğa işarələri tanınma-fərqləndirmə nişanları olmaqla 
yanaşı,  həm  də  onların  məskunlaşdıqları  nəhəng  ərazidə  cərəyan  etmiş 
etnogenetik  prosesləri,  xalqların  inteqrasiyasını,  etnik  zəmində  tayfa 
birliklərinin  və  saka-skif,  hun,  xəzər  konfederasiyaların  yaranma  tarixini 
özündə aydın əks etdirən unikal etnoloji fenomendir. Etnogenezin müəyyən 
edilməsində  müstəsna  əhəmiyyət  daşıyan,  lakin  diqqətdən  kənarda  qalan 
damğalar  qədim  və  ya  müasir  etnosun,  ayrı-ayrı  tayfa  və  nəslin  etnik 
mənsubiyyəti,  onun  etnogenezinin  formalaşmasında  iştirak  payı  haqqında 
məlumat mənbəyidirlər. Bu barədə kitabda az sonra söhbət getsə də, anons 
olaraq bir nümunə göstərmək istərdik. Müxtəlif xalqlara məxsus olan damğa 
işarələri özünün sadə və ya mürəkkəbliyi, qrafik təsviri ilə bir-birindən fərqlənir. 
Məsələn, sarmat tayfalar birliyinin -             
 ,
109
 Əhəməni dövlətinin 
-         
         
110
Sasani imperiyasının -       
  , 
111
 tanınma-
fərqləndirmə  nişanları  həm  seqmentlərinin  sayına,  həm  də  semantikasına 
görə ortaq türk damğalarından -                  və s.
112
 kəskin şəkildə 
fərqlənirlər. Bununla belə, L.Lavrov, E.Triarski, İ.Baski kimi mütəxəssislərin 
hazırladıqları  təsnifatlarda  sarmat,  əhəməni  və  sasanilərə  məxsus  işarələr 
arasında tipik türk damğalarının xüsusi çəkisi (ilkin qənaətə görə,35-40%-ə 
qədər) ilk növbədə həmin dövlətlərin təşəkkülündə qədim türk tayfalarının 
da  iştirakından  xəbər  verir.  Başqa  bir  misal,  Monqolustan  ərazisində  aşkar 
edilən bütün nişanlar, bir qayda olaraq, «monqol damğaları», onların sahibi 
olan etnik qruplar isə «monqol tayfaları» kimi təqdim olunmaqdadır. Halbuki, 
həqiqi monqol damğaları, məsələn,               və s.
113
 qrafik təsvir 
baxımından  türk  tayfa-nəsil  nişanlarından  xeyli  fərqlidir.  Bundan  başqa, 
Dağıstanda  və  Şimali  Qafqazda  yaşayan  xalqların  fərqləndirmə-tanınma 
işarələri  arasında  sırf  türk  damğaları  da  vardır  və  bu  nişanlar  həmin  etnik 
qrupların etnogenezisinin müəyyən edilməsində ciddi əhəmiyyətə malikdirlər. 
Bu işarələrin müqayisəli təhlili göstərir ki, kabardinlər türk etnik elementi ilə 
109
 В.Ольховский. «Тамга (к функции знака)», Историко-археологический альманах, № 7, Армавир, 2001.
110
 С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья»
111
  Yenə orada
112
 И.Баски. «Тамги и этнические названия. Вклад тамга-знаков в этногенез татар». Татарская 
археология. 1997, №1.
113
  Yenə orada


Damğalar, rəmzlər… mənimsəmələr
- 81 -
nə qədər sıx təmasda olsalar da, onların -   
   
    
           
    ,
114
 abazaların - 
 
  
              
  
115
  və osetinlərin 

       
 
 
           
 
116
 damğa işarələri bu xalqların 
etnogenezinin formalaşmasında irandilli xalqların fəal iştirakını təsdiqləyir. 
Damğaların  başqa  bir  funksiyası  onların  dini  məsubiyyət  göstəricisi 
olmasıdır.  Belə  ki,  damğa  işarələrində  magiya,  fetişizm,  totemizm,  əcdad 
kultu,  şamanizm,  animizm,  Günəş  və  Ay  kultunun,  tanrıçılığın  aparıcı 
elementlərinin qrafik təzahürlərinə məsələn,              - Dirilik Ağacı 
(Qaba Ağac, Baytərək), 
 - qoç buynuzu, koçkar/qoşkar, 
 - qurdağzı, 
 - yırtıcı quş caynağı,   - Günəş,   - Ay,   və ya   - ayı başı və s. geniş 
rast gəlinir. Lakin insanların etiqadları dəyişdikcə bu damğaların semantikası 
da təhriflərə məruz qalmağa başlamışdır. Lakin türk xalqlarının böyük hissəsi 
islam dinini, bir hissəsi isə xristianlıq və iudaizmi qəbul etdikdən sonra damğa 
işarələrinin  əksəriyyətinin  əvvəlki  yozumu  bütpərəstliyin  qalığı  kimi  qəbul 
edilmiş, bəzilərinin qrafik təsviri saxlanılsa da, semantikası zahiri bənzərliyinə 
əsasən  neytral  adlarla  –  «uşaq  yəhəri»,  «çömçə»,  «qaz  ayağı»,  «daraq», 
«kösov», «qapı», «dirək», «qarmaq», «dairə», «beşik», «quşqun» və s. əvəz 
olunmuşdur.  İslam  dininin,  xüsusilə  ərəb  əlifbasının  türk  xalqları  arasında 
yayılması nəticəsində isə bir sıra tayfaların, o cümlədən Mərkəzi Asiyadakı 
oğuz boylarının damğa işarələri prototipləri ilə müqayisədə tanınmaz vəziyyətə 
gətirilmişdir. Misal üçün, Mərkəzi Asiya və Krım damğalarına «süngü»  və ya 
«çəkic»   damğasının bir variantı olan «əlif» (ərəb əlibasının ilk hərfi) işarəsi 
də   əlavə olunmuşdur. 
Dünyanın ən qədim monoteist dinlərindən sayılan tanrıçılıq inancı damğa 
yaranışı prosesinə öz təsirini göstərmişdir. Bəzi mənbələrə əsasən, eramızdan 
əvvəl II-I minilliklərdə təşəkkül tapmış bu dinin xarakterik xüsusiyyətlərindən 
biri  onun  sinkretik  mahiyyət  daşıması,  animizm,  totemizm  və  qam-şaman 
inanclarının aparıcı elementlərini özündə qoruması, insanın ətraf aləmə, təbiətə 
üzvi  bağlılığını  saxlamasıdır.  Yəni  tanrıçı  türklər  təbiətə  canlı  varlıq  kimi 
yanaşsalar da, suyun, torpağın, meşələrin, daşların, heyvanların və s. eyəsinin 
(Azərbaycan  dilində  -  əyəsi,  yiyəsi),  gözəgörünməz  sahiblərinin  olmasına 
inansalar da, Tenri xana itaət edir, onu digər mifik qüvvələrin baş ilahisi hesab 
edirdilər.  Çünki  Tenqri  xan  (Orxon-Yenisey  abidələrində  yazılışı  - 
114
  Яхтанигов Х. «Северекавказские тамги». Нальчик, 1993. 
115
 Yenə orada
116
 Yenə orada


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə