Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   31   32   33   34   35   36   37   38   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 88 -
görə, yəhəri və minicinin ayaqlarını, «s» səsini bildirən   nişanı damğalarda 
süngünü  (nizəni)
  təsviri  (art,  arta)  iki  dağ  arasındakı  dərəni,  «ot» 
anlamını verən   işarəsi torpaqdan baş qaldıran otu ifadə edir. «Bitik» (əski 
türkcə: yazı), «tumar» Azərbaycanın bəzi bölgələrində «pitik» (metal, dəri və 
ya parçadan hazırlanmış üçkünc dua qabı) adlanan   işarəsi isə körpələri, 
ailəni,  xəstələri,  şəhid  döyüşçülərin  ruhlarını  himayə  edən  Humay Ananın 
rəmzi sayılırdı. Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan türkcəsində 
«sığallamaq»,  «nəvaziş  göstərmək»  anlamında  işlədilən  «başa  tumar 
çəkmək»,  «tumarlamaq»  ideomatik  ifadələrinin  etimoloji  yozumu  da  məhz 
Humay Ananın qoruyucu funksiyasına söykənir. İki bitik damğasından ibarət 
işarə   və onun çoxsaylı variantları Mərkəzi Asiyada «uyğur», «kos tumarşa» 
(qoşa tumar) kimi tanınırAzərbaycanda və Anadoluda isə həm damğa, həm 
də nəzərlik xassəli xalça ornamenti kimi «saçbağı», müasir anlamda desək, 
«qız-gəlinlərin  hörüklərinin  ucuna  vurulan    bant»  adlanır.  Köçəri  yaşam 
tərzi sürənlər bir sıra totem canlılara mistik keyfiyyətlər verirdilər. Məsələn, 
canavarın  aşıq  sümüyü  (diz  qapaqlarından  çıxan  oynaq  sümüyü)  sürünü 
canavar basqınlarından və oğrulardan qoruduğu üçün çobanlar onları yəhərdən 
asırdılar. Canavarın diz qapağı sümük xəstəliklərindən və nəzərdən, bayquşun 
caynaqları isə uşaqları bəd ruhlardan qoruyurdu.
134
 Azərbaycanda «qarmaq», 
Anadoluda «qurd izi», noqaylarda «çapxanaçı» (qılıncla döyüşən)
135
 adlanan 
damğa işarəsi də   bir rəmz olaraq, xalçaçılıq ornamentləri sırasında nəzərlik 
xarakteri daşayırdı. «Qurd izinin» digər variantı isə 
sakral rəmz olaraq 
evi, təsərrüfatı yırtıcılardan hifz edirdi. 
Bundan başqa,   - oğuzların qayı,   - dögər boylarını,   - hunların aşina, 
   - dulo tayfalarını,   - suvarları,   (ama, ana, abak) – Krımda türkmən, 
Qazaxıstanda abak tayfalarının,   (and) - Əmir Teymurun damğasını,   və 
 rəmzləri Cənubi Qafqazda, Türkmənistanda, Qazaxıstanda, Özbəkistanda 
yaşamış alpan/alban tayfasının işarəsini və Çingiz xanın nəsil damğasını, burma 
qoç  buynuzlarını  xatırladan 
  qrafik  işarəsi  kumukların  qoçxar  (koçkar, 
qoçkar, qoşqar, koçkarok) nəslini,   - Krım tatarlarının və qazaxların jalayır 
(cəlayir)  tayfalarını,    -  noqaylarda  saraylar  tayfasını  və  s.  bildirir.  Krım 
tarixçisi Həsən Ortəkinin qələmə aldığı qədim rəvayətə görə, əski türklərin 
134
 И.Богословская, «Зооморфные мотивы каракалпакского орнаментального искусства», http://
www.sanat.orexca.com/rus/archive/2-09/irina_bogoslovskaya.shtml
135 Р.Керейтов, С.Червонная. «Эпиграфика Ногайской степи», Татарская археология. 2002-
2003, №1-2(10-11) - http://tataroved.ru


Damğalar, rəmzlər… mənimsəmələr
- 89 -
Ulduz  xan  adlı  hökmdarlarının  nəvəsi  Alanku  xanın  üç  oğlu  vardı.  Krım 
türklərinin taraq/daraq damğasının    hər dişi bu övladlardan birini təcəssüm 
etdirir. Daraq başdakı düzəni sahmanladığı kimi, bu damğa da türk tayfalarını 
birləşdirib araya gətirmişdir.
136
 Tayfa damğalarının semantikasına gəldikdə isə 
Mahmud Kaşğarinin təsnifatına əsasən, oğuz tayfalarının çavuqlur boyunun 
fərqləndirmə  nişanı  «atlı» 
  işarəsindən,  qaraevli  boyunun  damğası, 
adından bəlli olduğu kimi, «ev» anlamı verən «qapı» və «atlı» rəmzlərinin 
birləşməsindən 
, salur boyunun damğası   ox dəmrəsi və tayfanın 
onqonu olan qartal caynağının qrafik təsvirindən yaranmışdır.
Uzaq Şərqdən, Mərkəzi və Ön Asiyadan tutmuş Yaxın Şərqə, Avropanın 
içərilərinə  doğru  uzanan  böyük  bir  coğrafi  məkanda
  aparılan  arxeoloji 
və  etnoqrafik  tədqiqatlar  nəticəsində  aşkar  edilən  qədim  damğa  işarələri
 
prototürk  və  türk  hüquq  sisteminin  genezisi  barədə  unikal  informasiya 
mənbəyi  olmaqla  yanaşı,  hərb  sənətinə  də  nüfuz  etmiş,  tanınma  və 
fərqləndirmə nişanları, mistik qoruyucu rəmzlər funksiyasını da daşımışdır. 
Türk  xalqlarının  məskunlaşdıqlara  ərazilərdə,  o  cümlədən  Ön  və  Mərkəzi 
Asiyada,  Şimali  Qafqazda,  Çində  bir  sıra  toponimlər,  məsələn,  «Tamqalı», 
«Tanbalı», «Damğalı», «Tamqalıtaş», «Nişanlı», «Nişantaş», «Yazılıdaş» və 
s.  buradakı  qayaüstü  qədim  damğa  təsvirlərinə  görə  belə  adlandırılmışdır. 
Müasir etnoqrafların və damğa tədqiqatçılarının ümumi qənaətinə görə, ilk 
dövrlərdə  sakral  əhəmiyyət  daşıyan  bu  işarələr  sonradan  etnonimlərə  (sak, 
oğuz, qıpçaq, saxa, tirkeş və s.), eləcə də tayfa və nəsil adlarına çevrilmişdir. 
Məsələn, Azərbaycan, Türkiyə, Şimali Qafqaz, Krım, Şərqi Avropa, Tatarıstan, 
Mərkəzi Asiya və Sibirdə yaşayan türk xalqlarında   - «üç ox»,   - «on ox», 
 - «baltalı»,   - «çemişli (çömçəli),   - «abaklı», «yaylı», 
 - «taraqlı» 
(daraqlı), 
 - «koşqar», «koskar», «tumarlı»,   - «nayzalı» (nizəli), 
 - 
«cəlayır» (jalayır/yabalı),   - «bosaqalı» (qapı çərçivəsi),  - «oxçulu», 
 
 
 - «dəvəli» və s. nəsil və tayfaların adları məhz damğa təsvirlərindən 
götürülmüşdür.
  Tayfa  və  nəsil  adları  ilə  bağlı  belə  toponimikaya  tarixi  Azərbaycan 
ərazilərində  də  geniş  rast  gəlinir.  Onların  bəzilərinin  adlarını  və  ənənəvi 
damğa işarələrini təqdim edirik. 
 
Azərbaycan  Respublikası  ərazisində:  Bəlkə  -  «nişan»,  «nişangah» 
anlamı verən «bəlgə», «bilgə» sözünün təhrif olunmuş forması
 - Naxçıvan 
136
 Ö.Ömer, Köstence, Romanya, http://www.yalquzaq.com/?p=1038.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə