Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   32   33   34   35   36   37   38   39   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 90 -
Muxtar Respublikasında dağ; Yaycı
 –     Naxçıvan MR-in Şərur və Culfa 
rayonlarında kəndlər; Qoşqar
 – 
 Daşkəsən rayonunda dağ və çay; Qurdlar 
– 
 Ağdam rayonu ərazisində kənd; İlanlı
 –   Qobustan rayonunda kənd; 
Baltalı –   Şəki rayonunda kənd və Qax rayonu ərazisində düzən; Oxçu –   
 Zəngilan rayonu ərazisində çay və s.
137
 
Qərbi Azərbaycanda, indiki Ermənistan Respublikasının ərazisində: 
Damğa  (1590-cı  ildə  Zar  nahiyyəsində  kənd);  Andi
  -  and  (qədim  türk 
dillərində «müdafiə etmək», «qorumaq») damğası, qardaşlaşma, nəsil, tayfa 
ittifaqı rəmzi -   (İrəvan xanlığının Vedibasar qəzasında kənd. 1828-1832-
ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi çıxarılmış və dağıdılmışdır); 
Andi (Dərəçiçək mahalında kənd. XIX əsrin ortalarından sonra bu kəndin adı 
çəkilmir); Yuxarı Andi (Qafan rayonunda kənd); Arıqlı (1728-ci ildə Şirakel 
nahiyyəsində  kənd),  Arıqlı  -  güman  ki,  «kösov»  və  «maşa»  anlamı  verən 
«irqak», «irqaklı» sözünün təhrif edilmiş formasıdır
 -   (Zəngəzur qəzasında 
kənd. Əhalisi 1918-ci ildə qovulmuşdur); Aşağı Qamçı - (Eçmiədzin qəzasında 
kənd,  1877-ci  ildə  kəndin  Azərbaycan  türklərindən  ibarət  əhalisi  oradan 
çıxarılmışdır); Çəmbərək
 - çəmbər, Gün damğası, altun top, dönbələk və s. 
-   (1946-cı  ildən  «Baqramabert»  adlandırılır);  Yuxarı  Çəmbərək, Aşağı 
Çəmbərək  (Qazax  qəzasında,  indiki  Ermənistanın  Krasnoselsk  rayonunda 
kəndlər); Çəmbərək (XX əsrin 30-cu illərində rayon adı)Qayçı -   (Vedi 
nahiyəsində kənd); Qapılı -     (Şirakel nahiyyəsində kənd); Qarğılı
 – süngü, 
nizə damğası -   (1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd)Qılıclı 
-   (Dərələyəz qəzasında, Zəngəzur qəzasında kəndlər); Qoçbaş 
 (Sürməli 
qəzasında  dağ  və  kənd  adı);  Qoçqar  qışlağı
  -    (Zarzəmin  nahiyyəsində 
kənd);  Qurdlar  –  qurd  başı  damğası  - 
  (indiki  Sisyan  rayonunda  kənd. 
Əhalisi 1968-ci ildə qovulduqdan sonra dağıdılmışdır)Dirəkli, Dirəklər -  
 
  Taraqlı/daraqlı türk tayfasının adı ilə bağlıdır. (1728-ci ildə Şirakel 
nahiyyəsində  və  Aleksandropol  qəzasında  kənd  adları).  Bəzi  ehtimallara 
görə,  semantika  baxımından  baytərək/baytörə,  çadır,  alıçıq  dirəyi,  Dirilik 
Ağacı anlamı verən işarə ilə   də əlaqəli ola bilər; Yaycı
 Yayçı, yay-ox 
damğası -         (Dərəçiçək, İqdır nahiyəsində, Zəngəzur qəzasında kənd 
adları)Yoncalı - əski türklərdə nəzərlik anlamında olan üçyarpaq yonca -   
 (1590-cı ilə Karpi nahiyəsində kənd)Günəşli - Gün damğası, Nurullah
 
137
 Toponimikaya aid məlumat aşağıdakı mənbədən götürülmüşdür:
 «Azərbaycan toponimləri. Ensiklopedik lüğət», Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi, 1999.


Damğalar, rəmzlər… mənimsəmələr
- 91 -
-   (Basarkeçər rayonunda kənd, Noyemberyan rayonunda qışlaq); Oxçu
 
- ox damğası -     (Zəngəzur qəzasında kənd. 1918-ci ildə əhalisi çıxarılmış 
və burada  Türkiyədən gələn ermənilər yerləşdirilmişdir); Tamartaş - tumar 
damğası, nəzərlik, pitik - 
 (1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində 
kənd, Aleksandropol qəzasında qışlaq); 
Təkərli -Tenqri xan-Günəş, İkibaşlı 
qartal rəmzinin İslamdan sonrakı adı -       (Eçmiədzin qəzasında kənd); 
Xaçlı - aşamay, elşən, sarkay, bərabərtərəfli Tenqri və Humay Ana açası/xaçı - 
 (1728-ci ildə Karpi nahiyəsində kənd); İlanlı -ilan damğa -   (Qırxbulaq, 
Şirakel, Mərzə nahiyələrində kəndlər) və s. 
138
 Amma bəzi hallarda onların 
etimoloji  izahında  yanlışlığa  yol  verilir,  etnonim  kimi  təqdim  olunaraq 
mövcud olmayan xalq və tayfaların adları ilə bağlanır. Məsələn, toponimika 
ilə bağlı ədəbiyyatda dağlıq Kəlbəcər bölgəsində yerləşən Damğalı kəndinin 
etimologiyası  nədənsə  «monqolların Azərbaycana  yürüşləri  zamanı  burada 
məskunlaşmış  damğalı  tayfasının»  adı  ilə  yozulur.
139
  Halbuki,  yaşam  tərzi 
açıq çöl şəraitinə uyğunlaşmış «monqolların» dəniz səviyyəsindən 1500 metr 
yüksəklikdə, sərt qayalar arasında məskən salması inandırıcı qənaət deyildir.
Bu  ənənə  digər  türkdilli  xalqlarda  da  geniş  yayılmışdır.  Dağıstan 
Respublikasının  Babayurd  (Babayurtovsk)  bölgəsində  yaşayan  noqaylar 
damğa  adlarına  görə  müxtəlif  nəsillərə  bölünmüşlər.  Məsələn,    işarəsini 
daşıyanlar «baqana nayman» (dayaq neman),  - «ergenek nayman» (damğa 
«balta»,  «çəkic»  anlamını  versə  də,  «ergen»  sözü  «düz»  və  ya  «qoşa  qapı 
çatısı» mənalarında işlədilir – 
A.Q.),   - «kires nayman» (işarənin əsl adı 
«aça», «açamay», «erşən» olsa da, görünür, sonralar adı rus dilindəki «krest» 
- xaç sözü ilə əvəzlənmişdir). Dağıstanın Kizlar, Tarum, Stavropol vilayətinin 
Neftekumsk rayonlarında isə  
 – «bakay (qovs) nayman,   - «aşamaylı 
naman» nəsilləri yaşayırlar.  Kubanda məskunlaşmış noqaylar arasında isə   
- «daraq nayman»,   - «kılış nayman» (qılınc nayman),   - «şuquş nayman» 
(çəkic  nayman)
  -  «xantamqalı  nayman»    və  s.  adlarına  rast  gəlinir.
140
  
Bundan başqa, Özbəkistanın Səmərqənd, Cizak və Daşkənd vilayətlərindəki 
«Aytamğali»  toponimi  özbəklərin  kurama,  dürmən,  kunqrat  tayfalarını 
138
 Yer adlarının müəyyən olunmasında B.Budaqov və  Q.Qeybullayevin «Ermənistanda Azərbaycan  
mənşəli toponimlərin izahlı lüğəti»  (Bakı, 1998)  kitabından istifadə edilmişdir.
139
  «Azərbaycan toponimləri. Ensiklopedik lüğət», Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya 
Birliyi, 1999.
140
  Р.Керейтов. «Найманский компонент в этногенезе ногайцев и его параллели у других 
народов», http://turkolog.narod.ru/info/I310.htm


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə