Damğalar, rəmzlər… mənimsəmələr
- 124 -
Nizami Gəncəvinin «Sultan Səncər və qarı» əsərinə illüstrasiyada
sultanın önündə gedən təbərçi təsvir olunmuşdur (Soltan Məhəmməd,
XVI əsr, Təbriz miniatür məktəbi, Britaniya muzeyi)
Əslində, baltadan-baltaya da fərq var. Bu gün ümumiləşdirib «balta»
adlandırdığımız məişət əşyası onun yalnız bir növü, görkəmcə saka-skif
sakarisini xatırladanı, yəni ağzı düz və ensiz olanıdır. İkibaşlı, qövsvari iti
ağzı ayparanı xatırladanlara isə əski türklər «baltay»
(balta+ay), «aybalta»
deyirdilər. Görkəmcə orta əsr Şərq döyüş vasitələrində ensiz ucluqlu döyüş
baltalarını xatırladan sakaris yaxın təmas döyüşlərində düşmənin qalxan,
Damğalar, rəmzlər… mənimsəmələr
- 125 -
dəbilqə və zirehini dəlmək üçün effektiv silah sayılırdı. Təsadüfi deyildir ki,
qədim silah mütəxəssisləri sakarisi türk savaş sənətində geniş populyarlıq
qazanan, Yaxın və Orta Şərqə, Avropaya da yayılan «şekan»
(ruslarda: çekan),
«aybalta»
, «təbərzin», külüngə bənzəyən
başlığı olan
«bozdoğan»
(silahın
içəriyə doğru əyilmiş iti ucluğu yırtıcı bozdoğan quşunun əyri dimdiyini
xatırlatdığı üçün belə adlanır), eləcə də ikiağızlı balta kimi silahların prototipi
hesab edirlər. Yeri gəlmışkən, Azərbaycanın Laçın rayonunda Bozdoğan
kəndi vardır. İkiağızlı saka-skif təbərzini sonralar ölçülərini və görkəmini bir
qədər dəyişərək qədim Midiya, Parf və Sasani dövlətlərinin cəbbəxanasına
«saqaris», orta əsrlərdə Rusiya knyazlıqlarının ordusuna isə «sekira» kimi
daxil olmuşdur. Səlib yürüşlərindən sonra uzun saplı türk aybaltası Avropaya
«alebarda» adı altında ayaq açmışdır. Arxeoloji tədqiqatlar nəticəsində əldə
edilmiş maddi nümunələr sakaris-təbərzinin tarixi Azərbaycan ərazilərində də
hazırlanmasını və hərb sənətində geniş tətbiqini əyani şəkildə sübuta yetirir.
Hərb sənətindən fərqli olaraq, irfan fəlsəfəsində dərviş təbərzini tamamilə
fərqli, dinc və sakral mahiyyət daşıyırdı. Hələ XX əsrin əvvəllərinə kimi
Azərbaycanda təbərzin və kəşkül ilə gəzən dərvişlərə past gəlmək mümkün
idi. Sufi dərvişlərinin rəmzi baltası da «kəsərli» idi, lakin məhz özünün ilkin,
sakral təyinatını qoruyub saxlamış, Allah-Təalanın hər iki dünyaya yayılan
hökmünün təcəssümünə transformasiya etmişdir. Digər tərəfdən isə o, tərki-
dünya həyat tərzi sürən zahidin öz nəfsi, fani dünyanın nemət və həzləri
üzərində qələbəsini simvolizə edirdi. Azərbaycanın böyük dövlət xadimi və
sərkərdəsi, sufi şairi Şah İsmayıl Xətayinin yazdığı kimi:
Mürşid oldur talibini bişirə,
Əlin alıb azmaqlıqdan devşirə,
Gündə
min gəz
təbər vursa başinə,
«La» deməyə ver nəsibin alana.
19
Şərti izahı: «Əsl mürşid gərək tələbəsini (müridini) yetişdirə, onun
əlindən tutub yolunu azmaqdan qoruya. Gündə başına min dəfə təbər (dərviş
təbərzini) dəysə də, nəfsinə «yox» deməyi bacara».
19
Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, 2005.
Damğalar, rəmzlər… mənimsəmələr
- 126 -
Ardıcıllıqla: Osmanlı dövlətinin yeniçəri ordusunda bektaşi dərvişi
ikiağızlı aybalta/təbərzin və kəşkül ilə (Avropa rəssamının qravyurası);
20
XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində Cənubi Azərbaycanda sufi dərvişlər.
21
İlahə İnannanın rəmzinin dövlət atributu kimi ortaq türk arealında
yayılmasına gəldikdə isə
eramızdan 900-750 il əvvəllərə aid edilən kimer
tayfalarının metal dəmrələrinin
(ox ucluqlarının) üzərindəki damğa işarəsi
onun çevrilmiş variantı olmaqla Mərkəzi və Ön Asiyanın, Şimali Qafqazın,
Krımın, Azərbaycan və Anadolunun qədim və orta əsr dövlət atributlarında
geniş rast gəlinir. Bu «ornamentin» müxtəlif qrafik tipləri qədim Midiya
dövlətinin, Arsakilər sülaləsinin -
; Qafqaz Albaniyasının - ; Xəzər
xaqanlığının -
; Çingiz xanın -
(bəzi mənbələrə əsasən, onun
əcdadlarının nəsil damğası və ya
şəklində olmuşdur); Hülaki xanın -
; Krım xanlarından Dövlət Gireyin -
; Menqi Girey və Şahin Gireyin
-
; Şadi xanın - ; XIII əsr Çağatay xanlığının - ; Qızıl Ordanın -
; Polşa-Litva tatarlarının - ; Səfəvi xanədanının - və s. möhür, sancaq və
döyüş bayraqlarını bəzəmişdir. Bu işarənin bir variantına Qaraqoyunlu dövlətinin
sikkələrində də
təsadüf olunur və semantikası «bir tayfanın
(sülalənin)
hakimiyyəti» kimi yozulur. Digər varianta isə Qafqaz Albaniyasının əlifba
işarələri arasında
(Matenedaran əlyazması), «ç» səsini bildirən
işarəsində
rast gəlirik. 1960-1962-ci illərdə Şimali Qafqazda - Rusiyanın Qaraçay-Çərkəz
Respublikası ərazisində yerləşən və VIII-XI əsrlərə aid olan Xumarin
(qədim
20
А.Кныш. «Мусульманский мистицизм». Москва-С.П, 2004
21
http://www.darvishi.ru/index.php/kollektsiya-izobrazhenij-dervishej