Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   48   49   50   51   52   53   54   55   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 133 -
bəzi türkdilli ölkələrin dövlət rəmzlərində öz əksini tapmışdır. Əski türklərin 
inanclarına  əsasən,  dünyanın  mərkəzində  ucalan  nəhəng  Dirilik  Ağacının 
zirvəsində yuva quran qartal Tenqri xanın Orta Dünyaya, insanlara nəzarət edən 
keşikçisi, baxan gözləridir.
35
 Odur ki, təkcə mif və rəvayətlərdə deyil, damğa 
işarələrində  də  bu  quş  ilahi  və  Günəşlə  ortaq  rəmzlərə  malikdir.  Məsələn, 
yuxarıda qeyd olunduğu kimi,   nişanı Tenqri xan açası/xaçı olmaqla həm 
də qartalı,   və   işarələri isə Günəş və Tenqridən savayı ikibaşlı qartalı da 
simvolizə edir. Bəzi hallarda Günəşin rəmzi - «çərxi-fələk» kimi izah olunan 
 damğa işarəsini səmada qanad süzən qartalın sxematik təsviri kimi də izah 
edirlər. Qədim və orta əsr yazılı mənbələrində alıcı quş adları ilə bağlı olan 
«toğrul», «toyan», «çağrıbəy», «tuyqun eltəbər», «turqak» kimi etnonim və 
titulların adları qorunub saxlanılmışdır. Yeri gəlmişkən, Çingiz xanın nəslinin 
totem quşu ağsunqur (ağ şahin) olmuşdur.
36
 
Azərbaycan xalçalarında Tanrı-Günəş-qartal(Togrul) rəmzləri
37
Oğuz tayfalarının da hər birinin alıcı quş onqonları – Tanrı ilə aralarında 
daimi vasitəçiləri və himayədarları vardı. Məsələn, qayı və bayandur boylarında 
– şahin (şonqar), bayat boyunda - kökənək (bayquş, hazırda bəzi dialektlərdə 
bayquşun  tük  tökməmiş    balası),  bəydili  boyunda  –  quzğun,  salur  və  iğdır 
boylarında – qartal, kınık boyunda - ağ qartal, dodurğa boyunda – qızıl qartal, 
karkın boyunda – berkut və s. Ağ (albinos) quşlar daha müqəddəs sayılırdı. 
Məsələn, «Kitabi-Dədə Qorqud» eposunda adı keçən ağ sunqur (şonqar) quşu 
kimi.  «Kitabi-Dədə  Qorqud»  dastanında  işlədilən  «çal  qaraquş»  (bozumtul 
böyük quş) ifadəsi oğuzların müqəddəs hesab etdikləri iri alıcı quşa – qartala 
verdikləri  adlardan  biridir.  O,  oğuz  tayfalarının  əski  inanclarında  da  bütün 
35 
 А.Бисенбаев. «Мифы древних тюрков». Алматы: «Ан-Арыс», 2008
36 Н.Базылхан. «От двуглавого орла до аристократического аксункара», http://kyrgyztoday.kg
37 
 «Azərbaycan xalçaları», cild 2, №4, 2012. 


Damğalar, rəmzlər… mənimsəmələr
- 134 -
quşların hakimi, Tanrıya ən yaxın varlıqlardan biri sayılır. Mərkəzi Asiyada 
isə  «qaraquş»  dedikdə  berkut  nəzərdə  tutulur.  Dastanda  qartal/qaraquşun 
mifik qüdrəti belə tərif olunur: 
«Qab qayalar başında yuva tutan, Qadir, 
Ulu Tanrıya yaqın (yaxın) uçan…»
38
 
Bundan  başqa,  «Qırğız»  etnoniminin  elmi  dairələrdə  qüvvədə  olan 
yozumlarından  biri  də  qartal  mifologemi  ilə  bağlıdır.  Yeni  etimoloji  izahın 
müəlliflərindən  olan  qazaxıstanlı  türkoloq  Yuri  Zuev  «qırğız»  sözünü 
qızılquşkimilər  dəstəsinin  qırğılar  fəsiləsinə  aid  olan  və  “Avesta”dakı 
«kahrkasa» adı ilə keçən yartıcı quşla (Azərbaycan dilində: «kərkəs», «ağbaba») 
əlaqələndirmişdir.
39
  Xatırladaq  ki,  Qərbi  Azərbaycan  torpaqlarında  tarixən 
Ağbaba bölgəsi mövcud olmuş və 1930-cu ildə toponim dəyişdirilmiş, həmin 
ərazisdə Amasiya rayonu yaradılmışdır. Onu da vurğulayaq ki, şaman oyunlarının 
(rəqslərində), eləcə də türk xalqlarının məskunlaşdığı geniş ərazilərdə yayılan 
solo kişi rəqslərinin əsasında da mifik qartal obrazının məğrur hərəkətləri (alıcı 
quşun gərilmiş qanadlarını xatırladan yana açılan qollar) dayanır. Bu sıraya 
qazaxların «burkit bi» (berkut) rəqsini də əlavə etmək olar. Qadın rəqsləri isə 
(qollar  çiyindən  yuxarı  qalxmamaq  şərti  ilə)  Humay Ananın  rəmzi  olan  qu 
quşunun (ak kaz, ak kuş, su gəlini və s.) yerişini xatırladır. Zorxana oyunlarına, 
milli  güləş  yarışlarına  başlamazdan  əvvəl  pəhləvanların  qol  hərəkətləri  ilə 
meydan boyu gərdiş etmələri də qartal obrazı ilə bağlıdır.
Tarixi Azərbaycan torpaqlarında yaşamış maqların və kaspların da mifik 
təsəvvürlərində alıcı quşlar mühüm yer tuturdular. Onların inancına görə, 
bu quşlar Orta Dünya ilə İlahilərin Dünyası arasında vasitəçi olaraq, ölən 
insanların ruhlarını qaranlıq dünyaya çatdırırdılar. Strabon yazırdı ki, maqlar 
və kasplar cənazələri uzaq çöldə torpağın üzərinə qoyub kənardan müşahidə 
edərdilər: Əgər yırtıcı quşlar onun üzərinə qonarlarsa, deməli, ölənin ruhu o 
dünyada rahatlıq tapacaqdır. Cənazənin vəhşi heyvanlar və itlər tərəfindən 
didilməsi  də  yaxşı  əlamət  idi,  lakin  o  qədər  də  hörmətli  sayılmırdı. Yox 
əgər, ümumiyyətlə, qurd-quş meyidə yaxın gəlməzsə, həm ölən insan, həm 
də  onun  ruhu  bədbəxt  hesab  edilirdi.  Türkmənistan  Elmlər Akademiyası 
Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  direktor  müavini,  professor 
Ovez Gündoğdıyev türkmənlərin (həm də azərbaycanlıların) dilində geniş 
yayılmış  və  «lazımsız»,  «hörmətsiz»,  «murdarlanmış»  anlamlarını  verən 
38 «Kitabi-dədə Qorqud», əsil və sadələşdirilmiş mətnlər, Bakı, Öndər, 2004
39 
 Ю.Зуев. «Кыргызы-буруты» // Советская этнография, 1970, № 4. 


Damğalar, rəmzlər… mənimsəmələr
- 135 -
«it-quş yeməz» ideomatik ifadəsini məhz Xəzər sahillərində yaşamış qədim 
tayfaların bu dini ayini ilə izah edir.
40
 Yeri gəlmişkən, «Avesta»da da Saena 
(Simurq, kərkəs, ağbaba), Arazifya (qartal) və Varegena (berkut) adlı yırtıcı 
quşlardan bəhs olunur. 
Almatadakı  R.Süleymenov  adına  Şərqşünaslıq  İnstitutunun  əməkdaşı 
Napil  Bazılxan  qədim  türk  tayfalarında  alıcı  quş  onqonlarının  rəmzi 
təsvirlərinin ortaq damğa süjetləri arasında üstün mövqeyini vurğulayaraq, 
bunu mifoloji baxışların, əski inanc və adət-ənənələrin qrafik inikası kimi 
dəyərləndirir. Qeyd edir ki, mənbəyini tanrıçılıq inancının «Tenqri-İnsan-
Torpaq» modelindən götürən bu təsəvvürlərə əsasən, alıcı quşlar Göyün ali 
qatını  –  Tenqri  xan  məskənini  təcəssüm  etdirməklə,  onunla  Orta  Dünya, 
insanlar arasında vasitəçilik missiyasını da yerinə yetirirdilər.
41
 Maraqlıdır 
ki, qədim şumerlərdə oluğu kimi Sibir xalqlarında da bu nəcib quş həm də 
ildırımın, göy gurultusunun hakimi hesab olunur. Şumer-akkad təsəvvürlərinə 
görə,  qartal  Baş  ilahinin,  Günəşin,  müharibə  ilahisi  Ninurtanın  (Nigirsu) 
rəmzi, Assuriyada isə ildırım və məhsuldarlıq tanrısı sayılan Aşşurun yaxın 
köməkçisi olmuşdur. Altay xalqlarında qartal gələcəkdə qam-şaman olacaq 
körpənin  ruhunu  müqəddəs  Dirilik Ağacındakı  yuvasına  gətirərək  burada 
onlara təlimlər keçirdi. Saxa-yakutlarda bu quş şamanların ulu əcdadı hesab 
olunurdu.  Qədim  qam-şamanların  qaftanlarının  enli  qolları,  ətəklərindəki 
uzun  saçaqlar  qartalın  qanadlarını  və  lələklərini  təcəssüm  etdirirdi.  Bir 
qayda olaraq, şaman dəfi qartal lələkləri ilə bəzədilirdi.
42
 
Qartal  arxetipinin  heraldik  nişanlarda  təzahürlərindən  olan  ikibaşlı  qartal 
rəmzi  də 
  qədim  tarixə  malikdir.  Ehtimallara  görə,  sakral  xarakterli  bu 
təsvirin  3-4  min  il  yaşı  vardır.  Onun  yayıldığı  ərazilər  yaxşı  məlum  olsa  da, 
etnik  mənşəyi  barədə  yalnız  mülahizələr  mövcuddur.  Tədqiqatların  nəticələri 
göstərir ki, ikibaşlı qartal Şumer, Akkad, Assuriya mədəniyyətlərində hakimiyyət 
rəmzlərindən biri olmuşdur. Heraldika üzrə mütəxəssislər ikibaşlı qartal təsvirinin 
hələ  eramızdan  əvvəl  VII-VI  əsrlərdə  qədim  Midiya  dövləti  ərazisində  geniş 
yayıldığını,  hökmdarların  bayraqlarını  bəzədiyini  bildirirlər.  Antik  yunan 
40 
 О.Гундогдыев. «С крыльями сокола, с сердцем льва...» // газета «Нейтральный 
Туркменистан».21.02.02  
41 
 Н.Базылхан. «От двуглавого орла до аристократiческого аксункара. Этносимволы древних тюр-
ков», http://kyrgyztoday.kg
42 
 «Синкретизм образов солярных богов и божеств в образах: орёл, конь и олень у якутов»,  http://
bibliofond.ru


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə