Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   47   48   49   50   51   52   53   54   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 130 -
digər qıpçaq xanı Aepanın nəslindən olan İvan Qroznının babası Oleksa Mamay 
1421-ci  ildə  xristian  dinini  qəbul  etdikdən  sonra  «knyaz Aleksey  Qlinski» 
adını almışdır. O da maraqlıdır ki, Oleksa Qlinski sonralar Poltava (Baltavar) 
şəhərinin knyazı olmuşdur. Bundan başqa,  Böyük Vladimirin (Svyatopolk, 
1015-1019),  Yaroslav  Mudrının  (1019-1054),  İzyaslav  Yaroslaviçin  (1054-
1078), Svyatopolk II İzyaslaviçin (1093-1113) və digər knyazların damğaları 
            
          da onların statusunun göstəricisi olmuşdur. 
Bu baxımdan, sovet dönəmində rus arxeoloqu Boris Rıbakovun cidd-cəhdlə 
həmin işarələri «slavyanlaşdırmaq» cəhdləri anlaşılandır. Alim Volqa çayının 
sağ qolu olan Okanın yuxarı sahillərində və Dnepr çayı kənarında tapılan və 
eramızın VI-VII əsrlərinə aid edilən metal boyunbağılar üzərindəki «yaba» 
təsvirlərini  «damğa»  adlandırsa  da,  onların  «nədənsə»  məhz  «slavyan 
tayfa  başçılarına»  məxsus  olduğunu  bildirmişdir.  Lakin  eyni  zamanda  bu 
iddiasını, xüsusilə həmin nişanların X-XII əsrlərdəki rus knyaz «damğaları» 
ilə  vahid  sistem  daxilində  birləşdirilməsinin  hələ  də  faktoloji  materiallara 
əsaslanmadığını ehtiyatla etiraf etmişdir.
29
 
Rusiya  Elmlər Akademiyası  Tarixi  İnstitutunun  əməkdaşı,  tarix  elmləri 
doktoru Nadejda Soboleva əvvəllər belə səylərin əleyhinə çıxmış, 
«XX əsrin 
ilk  onilliyində  və  indiki  zamanda  «yaba»  rəmzinin  siyasiləşdirilməsi 
nəticəsində  orijinal  tədqiqat  istiqamətlərinin,  eləcə  də  həmin 
işarənin  Rüriklər  sülaləsi  ilə  bağlanması  kimi  fantastik  yozumların 
meydana  gəlməsini»  tarixin  obyektiv  araşdırılması  üçün  ciddi  maneə 
kimi  dəyərləndirmişdir.
30
  Bununla  belə,  sonrakı  tədqiqatlarda  «tarixi-
siyasi səhv» etdiyini anlamış,     
 işarələrinin həqiqi etnik mənşəyi 
və  ilkin  variantları  barədə  susmağı  üstün  tutaraq,  onları  ən  yaxşı  halda 
«Rusiya  tarixinin  ağ  səhifəsi»,  «sirli  rəmz»  adlandırmış,  hətta  baltavarın 
rus dövlətçiliyinin rəmzi olmadığını sübuta yetirməyə çalışmışdır. Məsələn, 
N.Soboleva yazır: 
«Təəssüf ki, hətta müasir tədqiqatlarda da bu emblem  
«gerb» adlandırılır və əvvəllər olduğu kimi bu işarəni «X-XI əsrlər Kiyev 
Rus  dövlətinin  heraldikası»  kontekstindən  dərk  etməyə  səy  göstərilir. 
Belə yanaşma isə semiotika, heraldika sahəsində müasir elmi nailiyyətlər, 
milli və xarici işarələr haqqında çoxsaylı tədqiqatlar müstəvisində arxaik 
29  Б.Рыбаков. «Знаки собственности в княжеском хозяйстве Киевской Руси X-XIIвв.»// Советская 
археология. 1940. 
30   Н.Соболева. «О загадочном знаке первых русских монет», http://www.staraya-moneta.ru/lib/721/


Damğalar, rəmzlər… mənimsəmələr
- 131 -
görünməkdədir».
31
 Üstəlik, N.Soboleva digər məqaləsində XIII–XIV  əsrlərə 
aid  etnoqrafik  və  arxeoloji  materialları  təhrif  edərək, 
«türklərin,  xüsusilə 
Qızıl Ordanın da məhz həmin nişandan istifadə etdiklərini» (?) bildirirdi. 
Kiyev şəhərində inşa olunmuş (986-996) kilsələr üzərində 
«ikidişli» baltavar təsvirli kaşı plitələr indi də qalmaqdadır
32
Odur ki, məhz Rusiya alimlərinin araşdırmalarına istinadən xatırladaq ki, 
IX əsrdə Şərqi Bulqar ölkəsi iki hissəyə – mərkəzi Kiyev olan Kiyev Bulqar 
dövlətinə  (sonralar  «Kiyev  Rus  dövləti»)  və  Volqaboyu  Bulqariyasına  (Ak 
Bulqar)  parçalanmışdır. Ak  Bulqar  922-ci  ildə  islam  dinini  qəbul  etdikdən 
sonra  «bütpərəstliklə»  bağlı  bütün  ayin  və  rəmzləri  qadağan  edilmiş,  lakin 
baltavar rəmzi 
 
 ərəb əlifbasında «ba» hərfinə 
 bənzədiyi üçün 
bu  bəhanə  altında    X  əsrin  sonunadək  ölkənin  rəmzi  olmuşdur.  Rusiyalı 
tədqiqatçı  Aleksey  Qalanin  araşdırmalarında  göstərir  ki,  Kiyev  Rus 
dövlətində hakimiyyət Alp Birgünə (ruslarda: «Perun») sitayiş edən tanrıçı 
bulqarların əlində idi. Bu dövlətin hakimləri XII əsrə kimi baltavarı özlərinin 
dövlət rəmzi kimi qoruyub-saxlaya bilmişlər. Hətta bulqar hökmdarı Laçın 
xaqanın  nəticəsi  knyaz  Vladimir  də  babalarının  ənənələrinə  sadiq  qalmış, 
988-ci ildə xristianlığı qəbul etməsinə baxmayaraq, üzərində həmin rəmz olan 
sikkələr kəsdirmişdir. Üstəlik, IX-XI əsrlərə aid salnamələrə əsasən, Kiyev 
hökmdarları  türk  titullarından  da  geniş  istifadə  etmişlər.  Məsələn:  «Xaqan 
Vladimir», «Xaqan Yaroslav (Mudrı) və s. Bununla belə, XII əsrdə Kiyevdə 
31    Н.Соболева. «Очерки истории российской символики. От тамги до символов государственного 
суверенитета», Знак, 2006.
32   Н.Соболева. «О загадочном знаке первых русских монет», http://www.staraya-moneta.ru/lib/721/


Damğalar, rəmzlər… mənimsəmələr
- 132 -
türk mədəniyyətinin izlərinin silinməsinə nail olan qrekofil  (yunanmeyilli)  
knyaz Vladimir Monomax nəinki «üçdişli yaba» təsvirlərini qadağan etmiş, 
hətta salnaməçilərə Kiyev knyazlarının şəcərəsini də  dəyişməyi əmr etmişdir. 
Nəticədə, Laçın xaqan «Rürixə», onun oğlu Uger isə «İqora» çevrilmişdir.
33
Belə  olan  təqdirdə,  digər  Rusiya  alimi  -  arxeoloq  və  slavyanşünas, 
akademik Valentin Sedov türk və slavyan mədəniyyətləri üçün yeni «ortaq 
və  barışdırıcı»  konsepsiyanın  elmi  dövriyyəyə  buraxılması  təşəbbüsü  ilə 
çıxış etmişdir. Onun qənaətinə görə, qədim rus dövlətçiliyi haqqında mövcud 
təsəvvürlər,  «avtoxton  Rusiyanın»  axtarışına  yönəldilmiş  təşəbbüslər  guya 
IX  əsrdə  mövcud  olmuş  «Rus  xaqanlığına»  (?),  Xəzər  dövləti  ilə  slavyan 
tayfaları  arasında  qarşılıqlı  əlaqələrə  dair  konsepsiyanı  getdikcə  daha  fəal 
şəkildə aktuallaşdırmaqdadır. 
«Yeni məlumatların əldə edilməsi və məlum 
faktların  təkrar  təhlili  tarixşünaslıqda  ənənəvi  fikirlərə  alternativ  olan 
fərziyyələrin, o cümlədən Kiyev dövlətinin təməlinin xəzərlər tərəfindən 
qoyulması, rusların ilk dövlətlərindən olan Rus xaqanlığının yaranması 
və  ərazisi  barədə  ideyaların  meydana  gəlməsinə  səbəb  olmuşdur»
V.Sedov bu fikirdədir ki, «Rus xaqanlığı» Şərqi Avropanın şimal-şərqindən 
Dnepr və Don çayları regionunadək böyük bir ərazini əhatə etmiş və onun 
inzibati mərkəzi Kiyev şəhəri olmuşdur.
34
 
 
  TOGRUL,  QUŞLU  DAMĞA/İKİBAŞLI  QARTAL.  Qədim 
türk xalqlarının mifologiyasında alıcı quşlara xüsusi mistik anlam verilirdi. 
Onların lələkləri döyüşçülərin tuğulğalarının (dəbilqələrinin) yuxarı hissəsinə 
taxılır, caynaqları isə nəzərlik kimi yaxadan asılırdı. Əski türklərə aid edilən 
qiymətli artefaktlarda da bu quşların təsvirlərinə rast gəlinir. Məsələn, indiki 
Mərkəzi  Monqolustan  ərazisində,  Orxon  çayının  sahilində  yerləşən  Kül 
tikin  kompleksindəki  (VII  əsr)  təsvirdə  böyük  sərkərdənin  baş  geyimində 
qartal lələyi həkk olunmuşdur. Bu rəmzə Bilgə xaqanın xatirəsinə ucaldılmış 
kompleksdə, Qazaxıstan və Qırğızıstandakı «Altın tamqa tarxan», «Kuli-çur», 
«Elgene  bulaq»,  «Anonim-4»  kimi  arxeoloji  abidələrdə  də  təsadüf  olunur. 
Qədim  türk  mifologiyasında  azad  və  qüvvətli  olan  alıcı  quşların,  xüsusilə 
onların alisi sayılan qartalın sxematik təsvirləri damğa işarələrində, eləcə də 
33 
 А.Галанин. «Арийские традиции. Трезубец как символ власти», http://ukhtoma.ru/traditions3.htm
34  
В.Седов. «Русский каганат IX в.»,  Отечественная история,1998. № 4.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə