Damğalar, rəmzlər… mənimsəmələr
- 154 -
edam cəzası zamanı
«qanın yerə tökülməməsi» (bu gün də yaşayan daha bir
ideomatik ifadə) və ruhun bədəni sərbəst tərk edə bilməsi üçün boynu vurulmur,
kiriş və ya çilə (dəri, heyvan bağırsağı, yaxud ipək saplardan hörülmüş yay
qaytanı) ilə boğdurulurdu. Qədim türk savaş sənətində, o cümlədən sak-skif,
massaget tayfalarında qatı düşmənin
«qanını içmək» (növbəti ideomatik
ifadə) onun ruhunun əbədi məkanında dinclik tapmasını əngəlləmək,
«qan
qarışdırmaq» isə indiki kimi insanlar arasında bədən, ruh və əcdad birliyinə
nail olmaq demək idi.
Sak/skiflərin andiçmə mərasimi. Küloba, Krım
Hələ qədim sak və hunlardan qalan «and içmək» mərasimi zamanı tərəflər
bir-bir ovuclarını çərtib qanını kasadakı at, inək, dəvə südünə, qımıza və ya
şəraba damızdırır, ağaqqallardan ibarət şahidlərin iştirakı ilə «qan qardaşı»
kimi bağlanmış əhdə əbədi sadiq qalacaqlarını bəyan edərək, növbə ilə ondan
içirdilər. Belə hesab edilirdi ki, and içməklə yaranan qohumluq bağları daha
möhkəm və qırılmazdır. Həmin mərasimdə içilən süd ortaq ana südünün
rəmzi olduğu üçün yeni qan-süd qardaşlarının ailələri arasında nigah halları
yolverilməz idi və böyük günah sayılırdı. İstənilən halda andı pozanı,
Damğalar, rəmzlər… mənimsəmələr
- 155 -
ona xəyanət edəni ən ağır cəza - ölüm hökmü, «qanının yerə tökülməsi»
gözləyirdi. Bu hökm isə məhz digər andlılar tərəfindən icra olunurdu. Heredot
sak-skiflərin andiçmə mərasimini belə təsvir edir:
«Böyük gil qaba müqavilə
iştirakçılarının qanı ilə qarışdırılmış şərab tökülür. Sonra həmin qabın
içərisinə hərə öz döyüş silahını – qılıncını, oxu, baltanı və mizrağını
qoyur. Daha sonra uzun-uzadı dualar oxunur və iştirakçılar - müqavilə
bağlayanlar, mərasimdə olan ağsaqqallar o şərabdan içirdilər».
80
Ak/
skiflərin andiçmə mərasimi Krımdakı Küloba skif kurqanında (e.ə. IV əsr)
aşkar olunmuş qızıl lövhə üzərində də təsvir olunmuşdur.
Elə isə mərasim zamanı silahlarının kəsici-deşici hissələrini südün və ya
şərabın içərisinə batırıb and içərkən, görəsən, nə deyirdilər? Sak-skiflərin
söylədikləri and mətni qorunub-saxlanılmasa da, onun variantlarından, daha
dəqiq desək, deyim tərzlərindən birinə «Kitabi-Dədə Qorqud» eposunda
rast gəlirik. «Uşun Qoca oğlu Səgrək boyu»nda silah və andlı arasında
yaranan bağlılıq, şəxsi silahın şahid və cəza vasitəsi kimi göstərilməsi belə
ifadə olunur:
«Mən qılıncıma doğranayım, oxuma sancılayım! Oğlum
doğmasun, doğarsa, on yaşına varmasun…». Qılıncla bağlı and dastanın
«Qanlı Qoca oğlu Qanturalı boyu»nda da vardır.
81
Amerikalı türkoloq Piter
Qolden əski türklərin və irandilli xalqların analoji andiçmə mərasimləri
arasında fərqi belə izah edir:
«And içməyə fars dilində «sokand xurdan»
deyilir. Bu, daha qədim olan «sovkand xvartan» (kükürd yemək) ifadəsinin
törəməsidir. Görünur, qədim iranlıların adətinə görə, əhd bağlanarkən
bəzi acı maddələr yeyilərdi. Türklər isə əhdi (andı) bilavasitə içirdilər».
82
P.Qoldenin bu fikirləri sak-skif mərasimlərinin kökündə qədim türk adət-
ənənələrinin dayandığını bir daha göstərir.
Cənubi Azərbaycandakı «Qızqapan» mağara-məbədindəki barelyef tarixi
Azərbaycan torpaqlarında andın, xüsusilə silaha and içmənin qədim tarixi
köklərə malik olduğunu əyani şəkildə göstərir. Barelyefdə Midiya və skif-
sak hökmdarlarının qədim türk ənənələrinə uyğun andiçmə və silah (yay-ox)
mübadiləsi mərasimi təsvir olunmuşdur. Maraqlıdır ki, hər iki hökmdar əllərində
kompozit (qatı) saka yayı tutmuşdur. Qeyd edək ki, Heredot Araz çayı sahillərində
yaşayan massagetləri skiflərlə eyniləşdirmiş, onların bir çox adət və ənənələrinin
80
Геродот. «История», ОЛМА-ПРЕСС Инвест, 2004
81
«Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət». Bakı, 2004.
82
П.Голден. «Религия кипчаков средневековой Евразии. Степы Европы в эпохи Средневековья»,
Т.6. Донецк, 2008.
Damğalar, rəmzlər… mənimsəmələr
- 156 -
ortaq olduğunu bildirmişdir. Strabon isə «Coğrafiya» əsərində sak və massagetlərin
«kobud, döyüşkən, lakin təmizqəlbli və anda sədaqətli» olduqlarını yazırdı.
Cənubi Azərbaycandakı «Qızqapan» mağara-məbədindəki
barelyefin sxematik təsviri
Başqa bir misal. XII əsrin sonlarında yəhudi səyyahı Regensburqlu
Petaxiya Dnepr çayı sahillərində qıpçaqların bəzi adət-ənənələri, eləcə də
onların «yadellilər» - digər xalqların nümayəndələri ilə bağladıqları and
müqavilələrini təsvir etmişdir. Səyyah belə müqavilələrlə özünə yerli bələdçi
seçərkən tanış olmuşdur:
«Bu ölkədə heç kəs bələdçisiz gəzmir. Bələdçi
tutarkən aralarında belə bir müqavilə bağlanır. Yola çıxan kəs iynə ilə
barmağını qan çıxanadək deşib bələdçisinə uzadır. O isə barmaqdan
qanı sormaqla sahibi ilə qan qardaşı olur. Bu xalqın başqa bir andiçmə
adəti də vardır. İnsan sifəti görkəmində olan mis və ya dəmir qab
maye ilə doldurulur. Səyyah və bələdçi növbə ilə həmin qabdan içirlər.
Bundan sonra bələdçi heç vaxt sahibinə xəyanət etməyəcəkdir».
83
Qeyd
edək ki, skiflərdə müxtəlif mərasimlər zamanı insanın (qatı düşmənin) kəllə
sümüyündən hazırlanmış piyalələrdən də istifadə edilərdi.
Semantika baxımından «müttəfiqlik» bildirən «qoşa ox» damğa
83
А.Юрченко. «Клятва на золоте: тюркский вклад в монгольскую дипломатию» // Тюркологиче-
ский сборник, 2007–2008. М., 2009.
Dostları ilə paylaş: |