Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   53   54   55   56   57   58   59   60   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 148 -
müstəvisində poetik yozumuna diqqət yetirsək, Səfəvi bayrağındakı Ay-Günəş 
təsviri və qızılbaşların ideologiyasının dini əsasları arasında bağlılıq haqqında 
da müəyyən qənaətə gələ bilərik. Belə ki, Şah İsmayılın şeirin sonunda onu 
«dini-islam  yolunu  azmaqda»  ittiham  edən  opponentlərinə  cavab  olaraq 
ünvanladığı «Bax, nəzər eylə də, həmən arif ol» deməsi heç də təsadüf xarakteri 
daşımır. Xətayi bu ifadə ilə bayrağdakı Ay-Günəş rəmzinə verdiyi dini yozumu 
önə çəkməklə antisəfəvi mövqeyində dayanan, qızılbaş ideologiyasını məqsədli 
şəkildə təhrif edən, onların Həzrət Əlini (ə.s.) Məhəmməd peyğəmbərdən (s.ə.s.) 
üstün  tutmaları  barədə  mənasız  fikirlərini  puça  çıxarır.  Şah  İsmayıl  Rəsuli-
əkrəmi Günəş, İmam Əlini isə Ay obrazı ilə təcəssüm etdirməklə nəinki onları 
eyniləşdirmir, əksinə İslam peyğəmbərinin hər hansı bir müqayisədən kənar, 
daha uca məqamda olduğunu xüsusi vurğulayır. Belə nəticəyə gəlmək olar ki, 
Səfəvi dövlətinin qırmızı və yaşıl bayraqları üzərindəki Ay və Günəş obrazları 
Osmanlının ay-ulduzlu rəmzində olduğu kimi yanaşı   deyil, əksinə, islam 
dininin, sufi təsəvvürlərinin iyearxiyasına uyğun şəkildə – Peyğəmbəri üstün, 
ali mövqedə   təsvir edilmişdir. Maraqlıdır ki, bu forma Göytürk dövlətindəki 
xaqanlıq institutunun qrafik inikasının - Ay-Günəş rəmzinin təkrarıdır və onun 
ilkin tiplərinə qədim türk damğa işarələrində         və s. rast gəlinir. Bu 
isə  bir  daha  Səfəvi  dövlətinin  qədim  türk  dövlətçiliyi  –  xaqanlıq  prinsipləri 
üzərində  yarandığını  aydın  şəkildə  göstərir.  Bütün  bunlara  əsasən,  aşağıdakı 
bayraq təsviri variantlarını Şah İsmayılın dövlət rəmzi kimi nəzərdən keçirmək 
mümkündür. 
Şah İsmayıl Xətayinin qurduğu Səfəvi dövlətinin «Ay-Günəş» bayrağı (müəllifin təxmin etdiyi 
təsvirlər) Azərbaycan Respublikasının ay-ulduzlu Dövlət bayrağının prototiplərindən biridir.
XATIRLATMA. Təkcə Azərbaycanın deyil, türk xalqlarının dövlətçilik 
tarixində silinməz iz qoymuş Şah İsmayıl Xətayinin türk etnik mədəniyyətinin 
intibahında və qorunmasında, milli özünüdərk hissinin inkişafında, xalqımızın 
ictimai-siyasi  və  mədəni  yüksəlişində  müstəsna  xidmətləri  olmuşdur. 
Onun  hakimiyyətdə  olduğu  illər  ərzində  Azərbaycan  dövlətinin  hüdudları 


Damğalar, rəmzlər… mənimsəmələr
- 149 -
Qaraqoyunlu və Ağqoyunlu dövründəki sərhədləri aşıb keçmiş, Səfəvi xanədanı 
Avropanın tarixi qaynaqlarında «Qızılbaş-Midiya dövləti» kimi tanınmışdır. 
Qərb salnaməçilərinin bu etirafları Şah İsmayıl ilə başlanan Səfəvi dövlətinin 
tarixi Azərbaycan torpaqlarında Midiyadan sonra yaranan ən qüdrətli dövlət 
olduğunu təsdiq edir.
70
 Türkiyənin bəzi üzdəniraq tarixçilərinin Şah İsmayılın 
fəaliyyətini  din  amili,  məzhəb  ədavəti  ilə  bağlamaq  cəhdləri  isə  primitiv 
qısqanclıq  hissindən,  məlumatsızlıqdan  qaynaqlanmaqla,  müasir  türkdilli 
xalqlar arasında dostluq və qardaşlıq tellərinin zəiflədilməsinə yönəldilmişdir. 
Qədim  oğuz  dövlətçilik  ənənələrinin  bərpasına  dair  digər  sübuta  gəldikdə 
isə  Şah  İsmayıl  dünyəvi  və  dini  hakimiyyəti  öz  əlində  cəmləşdirməklə 
xaqanlıq  prinsipini  möhkəmləndirmiş  və  bu  təsisatın  vizual  atributlarından 
olan  ikibaşlı  qartal  təsvirini  dövlət  rəmzlərindən  biri  kimi  qəbul  etmişdir 
(bax:  «Quşlu  damğa»).  O,  Azərbaycan  hərb  sənətində  qədim  oğuz  ordu 
prinsiplərinə tamamilə cavab verən qızılbaşlar institutunu təsis etmişdir. Bu 
baxımdan, qızılbaşları da din, məzhəb amili ilə bağlamaq böyük yanlışlıqdır. 
Türkdilli xalqların hərb tarixində qızılbaşların - mobil, peşəkar hərbi hissələrin 
prototiplərinə saka-skif dönəmindəki atlı döyüşçülərin - xorsarların (farsca: 
qızılbaşlar), Mərkəzi Asiyadakı qızılbaş, qızılbörklü, konurbörklü, konurbaş 
(qonurbaşlar) və sarıbaşların, sarmatların (V.Abayevə görə, «qara başlılar»), 
qarapapaqların,  qaraqalpaqların,  «Kitabi-Dədə  Qorqud»  eposunda  adları 
çəkilən qarabörklülərin timsalında rast gəlirik. Odur ki, birmənalı şəkildə dərk 
olunmalıdır  ki,  Şah  Xətayi  haqqında  süni  mənfi  münasibəti  formalaşdıran 
məşum Çaldıran döyüşündə nə Sultan Səlim qalib gəlmiş, nə də Şah İsmayıl 
məğlub olmuşdur. Məğlub olan, zəifləyən Osmanlı və Səfəvi dövlətləri, türk 
xalqları arasındakı bağlar idi. Qardaş savaşında qalib gələn isə bu dövlətlər 
arasında hərbi-siyasi müttəfiqliyin qarşısını almaq üçün ən müxtəlif vasitələrə 
əl  atan  Avropa  olmuşdur.  Səfəvi  dövləti  tərəfindən  təməli  qoyulan  oğuz 
intibahı haqqında indi müxtəlif və bəzən ziddiyyətli fikirlər səslənsə də, onun 
ən dəqiq və ən səmimi qiymətini Şah İsmayılın müasiri və müridi olmuş aşıq 
Qurbani vermişdir:
Bu dünyada bir haq divan,
O dünyada cənnətməkan,
Qoy var olsun türki-zəban (türk dili),
Şah Xətayi, Şah Xətayi! 
71
70 
 Yenə orada 
71 
 Qurbani. Bakı Universitetinin nəşriyyatı, 1990.


Damğalar, rəmzlər… mənimsəmələr
- 150 -
Ay-Günəş işarəsinə qayıdaq. Xüsusilə vurğulamaq lazımdır ki, «Ay-Günəş» 
rəmzinin tarixən islam dininin ehkamları ilə əlaqəsi barədə hələ də birmənalı 
rəy  yoxdur.  Qərb  alimləri  müsəlmanların  bu  sakral  rəmzin  bizanslılardan 
götürdüklərini  iddia  etsələr  də,  Mərkəzi  Asiyada  və  Monqolustanda  aşkar 
olunmuş maddi-mədəniyyət nümunələri – bəzək əşyaları, qayaüstü təsvirlər, 
sikkələr, dini atributlar və s. həmin rəmzin türk tayfalarına islamdan əvvəlki 
dövrlərdə də məlum olduğunu təsdiqləyir. Görkəmli Rusiya şərqşünası Vasili 
Bartold  (1860-1930)  «Ayparanın  islam  rəmzi  olması  məsələsi  haqqında» 
məqaləsində  yazır  ki,  «İslam  dininin  bu  rəmzi  erkən  qəbul  etməsinə  dair 
faktlara  baxmayaraq,  ayparanın  məscid  gümbəzlərinə  taxılması  və  xristian 
xaçına qarşı qoyulması sonrakı dövrlərə aiddir və geniş yayılmamışdır». Alim 
xəlifə I Ömərin Məkkəyə göndərdiyi iki aypara rəmzinə də toxunaraq, bunun 
həmin dövrdə dini mahiyyət daşımadığını da bildirir.
72
 Əksinə, islamiyyətin 
ilk  illərində  Ayın  təsvirinə  tapınmaq  bütpərəstliyin,  kafir  inanclarının 
əlamətlərindən  sayılırdı.  Cahiliyyə  dövründə  ərəblərin,  o  cümlədən 
qureyşilərin bir hissəsi əl-Lat, əl-Uzza və Mənat kimi bütlərə tapınırdılar. Digər 
hissəsi isə (Məhəmməd peyğəmbərin ailəsi də daxil olmaqla) hənəf idilər və 
Allaha şərik qoşmurdular. Əl-Lat (Herodot onun adını «Alilat» kimi yazırdı) 
torpağın, məhsuldarlığın hakimi olmaqla ali ilahə hesab olunurdu. Ay təsviri 
bu ilahənin rəmzi sayılırdı. Təsadüfi deyildir ki, sonralar islam peyğəmbəri 
sərkərdəsi əl-Müğir ibn Şübabı Məkkənin 70 kilometrliyindəki Taif şəhərinə 
göndərmiş,  burada  əl-Latın  əsas  bütünün  və  məbədinin  dağıdılması  əmrini 
vermişdir. O da məlumdur ki, islamiyyətin ilk illərində müsəlmanların qoşun 
və karvanlarının başı üzərində saya parçalardan ağ, qara və yaşıl bayraqlar 
dalğalanırdı. Qurani-Kərimdən götürülmüş aşağıdakı ayələr isə əl-Lata – Ay 
təsvirinə və digər bütlərə tapınmağa mənfi münasibəti göstərir:
-  «(Ya  Rəsulum!) 
Həqiqətən,  əgər  (Məkkə  müşriklərindən):  «Göyləri 
və yeri kim yaratmış, Günəşi və Ayı kim ram (öz əmrinə, insanların 
mənafeyinə kim tabe) etmişdir?» – 
deyə soruşsan, onlar mütləq: “Allah!” 
– deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət 
etməkdən) 
niyə döndərilirlər?».
73
 
-  «Gördüyünüz  göyləri  dirəksiz  yüksəldən,  sonra  da  Ərşə  ucalan, 
müəyyən vaxta qədər (göydə) hərəkət edən Günəşi və Ayı (əmrinə) tabe 
72 
  Бартольд В.В. К вопросу о полумесяце как символе ислама.// Бартольд В.В. Работы по истории 
ислама и Арабского халифата. – М.: «Восточная литература» РАН, 2002.
73 
 Гуран. 29:61


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə