Damğalar, rəmzlər… mənimsəmələr
- 170 -
kəsirlər»
109
Qədim Tunc dövründən etibarən Qobustan, Gəmiqaya və Göyçə
qayaüstü təsvirlərində Günəş ilahisinin rəmzlərinə
, o cümlədən
dairə işarəsinə rast gəlinir. Bundan başqa, Qız qalasının, əslində, müdafiə
tikilisi deyil, qədim Günəş məbədi olması barədə elmi mülahizələr də getdikcə
öz təsdiqini tapmaqdadır. Altay dağlarından Balkanlaradək uzanan nəhəng
ərazidə geniş yayılmış
bu damğa işarəsinin «on», «döngələk», «domalaq»,
«Gün belgisi»
(Gün nişanı), «Domalaq ana», «Gün domalaq», «Sarı baybişe»,
«Baybike», «Nurullah», «Altun top», «Altun alma» kimi adları vardır. Onun
digər semantikası isə bədirlənmiş Ay ilə bağlıdır və bəzi türk xalqlarında bu
işarəyə «Aydamğa» da deyilməkdədir. «Dəftəri-Çingiznamə» əsərində bu ad
haqqında belə yazılır:
«Sonra Çingiz xan Konrat bəyin oğlu Sengdeyə dedi
ki, ey Sengde, qoy sənin ağacın (tös, totem) alma ağacı olsun, quşun laçın
olsun, uranın (nəsil çağırışın) «Konrat» olsun, damğan Ay damğa olsun,
şəkili də budur -
».
110
Əbu Əli Əhməd ibn Rusta
(IX əsrin sonu - X əsrin
əvvəlləri) «əl-Əlak ən-Nəfisa» əsərində Xəzər ordusunun rəsmi keçidini təsvir
edərkən ucunda qızıl kürə olan tuğ
(bayraq) barədə yazırdı:
«Qoşundan
xeyli irəlidə hökmdar gedirdi. Onun önündə isə atlılar bəzilərinin
«çətir», «dəf», «dairə» adlandırdıqları və bizə dəqiq məlum olmayan bir
qurğu aparırdılar».
111
Orta əsr mənbələrinə əsasən, Xəzər xaqanının ipək
çadırının üzərini də qızılı dairə rəmzi bəzəyirdi. Adam Oleari Şimali Qafqazda
olarkən buradakı türklərin
(kumıkların) qızıl alma vasitəsilə özlərinə şamxal
seçdiklərindən yazırdı. Tanınmış türkiyəli alim Fəxrəddin Kırzıoğlu isə yazır
ki, xəzərlər qızıl alma vasitəsilə seçilən şahlarını «altın alma padşahları»
adlandırırdılar.
112
Qeyd edək ki, siqmentlərindən biri dairə olan damğaların
bir çoxunun məhz Günəş-Alma rəmzindən törəndiyi ehtimal edilir. Türk
xalqlarının rəsmi simvolizminə, nağıl və dastanlarına nüfuz edən «qızıl alma»
mifoloji obrazı kök etibarilə əski inanclara – totemizmə söykənməkdədir. Belə
ki, mifik təsəvvürlərə görə, alma bəd ruhu olmayan, insanlara yardım göstərən
sehirli ağacdır. İlkin orta əsrlərdə uyğurlarda tuğ
(bayraq) başlıqlarına alma
budağı asardılar. Bir qayda olaraq, baxşilərin
(baxıcıların, dini həkimlərin)
109
Геродот. «История в девяти книгах». Ленинград: «Наука», 1972.
110
F.Toprak. «Defter-i Çengiz-nāme’de boy nişanlari ve damgalar», Turkish
Studies- International Peri-
odical
For The Languages, Literature and History of Turkish or Turkic Volume 6/1 Winter 2011.
111
Ибн Руста. «Ал-Алак ан-нафиса», пер. В.Минорского. 1963.
112
К.Алиев. «Тамга-знаки Дагестана. По материалам кумыков и их предков». // КНКО: Вести.
Махачкала, № 8-10, 2003.
Damğalar, rəmzlər… mənimsəmələr
- 171 -
əlində də alma ağacından əsa olardı.
113
Türkiyəli professor Əsma Şimşək
(Fırat Universiteti) yazır ki,
«Bir çox dastan, rəvayət və məsəllərdə Xızır
peyğəmbər (pir, dərviş) tərəfindən butalılara verilən alma «övlad motivi»,
«nəslin davamlı olması» kimi dəyərləndirilirdi. Bəzi bölgələrdə bəyin
gəlinin başı üzərinə atdığı alma şəfa diləyi ilə övladı olmayan qadınlar
tərəfindən yeyilirdi. Yeri gəlmişkən, bu adət, eləcə də gəlin ata evindən
köçərkən şah bəzəmək və ona alma taxmaq Azərbaycanda, Ərzurumda,
Ərzincanda, Tuncəlidə, Elazığda bu gün də qalmaqdadır».
114
Lakin Günəş rəmzi xəzərlərdən xeyli əvvəl hun hökmdarı Atillanın və
oğlu Ərnakın
(İrnik) damğası
olmuşdur. Atillanın mənsub olduğu dulo
(Mərkəzi Asiyada «dulat» və ya «dulu», «tulu») tayfalar ittifaqına daxil olan
digər boyların fərqləndirmə işarələri də türklərin damğayaratma iyearxiyasına
uyğun olaraq, onun aparıcı seqmenti – dairə əsasında yaradılmışdır. Məsələn,
batbayların - , albanların
(adbanların) və suvanların
(suan, suvar)
və s.
tayfaların damğaları kimi.
115
Qədim mənbələrdə «dulu», «dulo»,
bəzən isə «tulu», Çin salnamələrində isə «tu-li» kimi qeyd olunan tayfanın adı
türk mənşəlidir və «cəsur», «dəliqanlı» kimi izah olunur. «Koroğlu» dastanında
qəhrəmanlara verilən «dəli» ayamasının və Azərbaycan dilindəki «dəli-dolu»
ifadəsinin kökündə də həmin semantik yozum dayanır. Azərbaycanın Ağsu,
Balakən, Saatlı, Şəmkir və Göygöl bölgələrindəki Dəllər, Tulu, Tullar kəndlərinin
adları da dulo etnonimi ilə bağlıdır. Dulo/dulatların etnik mənşəyi dəfələrlə elmi
müzakirələrə səbəb olsa da, tanınmış tarixçi-türkoloqlar Nikoloy Aristov və
Sarsen Amanjolov onların türk kökənli olmasını sübuta yetirmişlər. Qədim yazılı
mənbələrin tədqiqi nəticəsində bu tayfa Qərbi Türk Xaqanlığına
(VI əsr) daxil
olmuş beş boyun ittifaqından yaranmışdır. Tatarıstanda nəşr edilmiş «Bulqar
xalqının xəzinəsi» kitabında yazılır:
«Atilla dulo tayfasındandır. Bu tayfanın
törəmələri V-VII əsrlərdə Bulqar dövlətinin xanları olmuşlar. Onların
arasından Kubrat, Bat-Boyan, Şambat və Asparux kimi hökmdarlar
çıxmış, Qara Bulqar, Volqa Bulqar, Dunay Bulqar və Kiyev Rus dövləti
kimi güclü türk-slavyan məmləkətlərini qurmuşlar»
116
Hər şeydən bir pay
113
Abdulkerim Rahman. «Uygur Folkloru», çev. Soner Yalçın-Erkin Emet, Kültür. Bakanlığı Yayınları,
Ankara, 1996
114 E.Şimşek. Ölümsüzlük il�ci elma”, Turkish Studies International
Periodical For the Languages,
E.Şimşek. Ölümsüzlük il�ci elma”, Turkish Studies International Periodical For the Languages,
Literature and History of Turkish or Turkic Volume 3/5 Fall 2008
115
C.Плетнева. «Древние болгары в восточноевропейских степях»// Татарская археология, 1997, №1.
116
«Сокровиша булгарского народа», Вып. 1, Этногенез, История. Култура.
Под редакцией
академика Ю.Вегунова.
Санкт-Питербург, 2007.