Damğalar, rəmzlər… mənimsəmələr
- 112 -
yazılarkən kompozisiyanın mərkəzindəki Qaba Ağacın
(Dirilik Ağacı, Həyat
Ağacı) – qədim türk xalqlarının ortaq inancına görə, yaranışın mənbəyi
hesab olunan müqəddəs bitkinin mifoloji mahiyyəti açılsa da, digər rəmz və
işarələrin yozumunda müəyyən təhriflərə yol verilmişdir.
Quba-Şirvan xalçasında Qaba Ağac və rəmzlər
Məqalədə Qaba Ağacın aşağı hissəsindəki rəmzlər və
«ikiqanadlı
əfsanəvi məxluqun - qoruyucu tanrıların təsviri» kimi təqdim olunmuşdur.
Üstəlik, həmin ideyanın İran mifologiyası ilə bağlanmasına cəhd edilərək
«Avestada rast gəlinən və Sasani dövrünün dekorativ sənətində geniş əks
olunan qanadlı it - Saenomereq, Senmurv, Simurq obrazı» kimi təqdim
olunur.
Halbuki, Qaba Ağac təsvirinin və xalçadakı digər «ornamentlərin»
nə Sasani dövrünün mifik təsəvvürləri, nə də «qanadlı it obrazı» ilə əlaqəsi
vardır. Bu rəmzlərin həqiqi semantikası tamamilə fərqli olan və əski türk
inanclarına söykənən yozum üzərində qurulmuşdur. Birincisi, Əbülqazi
Bahadur xan Xivəlinin
«Şəcəreyi-Tərakimə» əsərindəki damğa, təsnifata
Damğalar, rəmzlər… mənimsəmələr
- 114 -
Qaba Ağacın yanında itin təsviri süjetə sonralar əlavə olunmuş element
kimi dəyərləndirilməlidir. Ya da xalça üzərindəki həmin canlı həqiqətən də
oğuzların totem varlığının
- qurdun stilizə olunmuş (təhrif edilmiş) təsviridir.
Damğalar, rəmzlər… mənimsəmələr
- 115 -
II HİSSƏ
Bəzi populyar türk damğa və
rəmzlərinin semantikası
«Dünyanı ideya və fikirlər deyil, rəmz və işarələr idarə edir».
Konfutsi
Ortaq mifoloji təsəvvürlərdən, həyat tərzindən, dövlətçilik ənənələrindən,
hərb sənətindən qaynaqlanan damğa işarələri qədim dövrlərdə qəbilənin,
tayfanın, tayfa birləşmələrinin statusunun, onun müstəqillik və ya digərlərindən
asılılıq rəmzinə etnik və dini identikasiyasının göstəricisi, fərqləndirmə və
mülkiyyət nişanı, ən nəhayət, bu barədə qrafik informasiyanın mübadiləsi
vasitəsi olmuşdur. Müasir türk xalqlarının heraldika rəmzlərində, tətbiqi
sənət ornamentlərində bu gün də geniş istifadə edilən damğa işarələri zaman
keçdikcə ilkin semantikasını, daşıdığı informasiya yükünü itirmiş, «milli
naxışlar» kimi tanınmağa başlamışdır. Aşağıda bəzi qədim damğa təsvirlərinin
semantik yozumunu təqdim edirik:
XAN DAMĞASI, ELTƏBƏR, BALTAVAR. Ümumtürk
simvolizm ənənələrinin, milli ornamentlərin genezisinin öyrənilməsi, onların
mənimsənilməsi səylərinin qarşısının alınması, etnik mənşəyi hələ də qızğın
mübahisələr doğuran bir sıra qədim tayfaların mənşəyinin müəyyənləşdirilməsi,
ortaq dövlətçilik atributlarının, titulların
(eltəbər/iltəbər, baltavar, elbəyi və
s.), hərb sənətinin tədqiqi kontekstindən əhəmiyyətli damğa işarələrindəndir.
Bu damğa, eyni zamanda, müasir türk xalqlarının etnogenezini qədim tayfa və
tayfa birləşmələri ilə
(məsələn, saka-skiflərlə) bağlayan mühüm siyasi-mədəni
irs nümunələrindən biri sayılmaqdadır. Xan damğasının tədqiqi qədim və
orta əsrlər türk xalqlarının dövlətçiliyi, onun ənənələri barədə xeyli qaranlıq
məqamlara aydınlıq gətirmək imkanına malikdir. Onun müxtəlif qrafik
variantları olduğu qədər fərqli semantik yozumları da vardır. Bu müxtəliflik ayrı-
ayrı tayfa və tayfa birləşmələrinin yaşam tərzi və mifik təsəvvürlərinin spesifik
xüsusiyyətləri, statusu, iyerarxiya pillələri, hərb sənəti kimi etnomədəni və
etnosiyasi amillərlə əlaqəlidir. Həmin səbəbləri bir-birinə bağlayan xüsusiyyət
isə onun semantik izahında dayanan yay-ox, balta, aybalta, sənək/ayır
(ikidişli