Kompüter qrafikasında əsas üç rəng modelindən və onların çoxlu sayda
törəmələrindən (modifikasiyasından) istifadə olunur.
Orta məktəb dərsliklərindən məlumdur ki, müxtəlif rənglər toplusu nəticəsində
ağ rəng əldə olunur. Rənglər qarışığını bir az dəyişsək, digər rəngləri də almış olarıq.
Məsələn, istifadə etdiyimiz televizorlarda üç rəngdən: qırmızı, yaşıl və göy rənglər
qarışığından və onların çalarlarından istifadə edilir. Üç rəngin baş hərfləri ilə
adlanan birinci model
RGB
(
R
ed
– qırmızı,
G
reen
– yaşıl,
B
lue
– göy) üç rəqəm
vasitəsilə göstərilir və tərkibində olan hər bir rəngin qiymətini təzahür etdirir.
Beləliklə, ağ rəng tərkibdə olan üç rəngin dəyişmə tezliyinin (sıfra bərabər
qiymətində) maksimum qiymətində, qara rəng isə minimum qiymətində (sıfra
bərabər qiymətində) alınır. Model çox sadə olduğu üçün əksər fərdi kompüterlər ona
əsaslanaraq işləyirlər.
RGB
modelinin əsas çatışmayan cəhəti ondan ibarətdir ki, nəzəri olaraq bəzi
rəngləri əldə etmək mümkün deyildir (məsələn, daha göy‐yaşıl rəngi). Bu səbəbdən
də
RGB
modeli konkret quruluşa malik fərdi kompüterlərdə tətbiq olunur.
Kompüter qrafikasında istifadəçilər digər modellərdən də istifadə edirlər.
Bizi əhatə edən rənglər müəyyən şəkildə ya obyekt tərəfindən əks olunur, ya da
kı, udulur. Məsələn, Günəş şuaları futbol meydançasına düşərək meydançanı yaşıl
rəngə boyayır. Və yaxud da, əldə olunmuş nəticəni printerdə çap edərkən kağız
üzərinə müəyyən rənglər hopur. Umumiyyətlə, təbiətdə bütün rənglər ya obyektin
üzərinə düşən Günəş şualarının udulması nəticəsində, ya da ki, Günəş şualarının
özündən alınır.
Rənglərin belə effektindən istifadə edərək yeni model əldə olunmuşdur ki, buna
da kompüter qrafikasında
CMYK
(
C
yan
– mavi,
M
agenta
– al qırmızı,
Y
ellow
– sarı,
blac
K
– qara) modeli deyirlər.
Kompüter qrafikasında
M
agenta
rəngini fuksin adlandırırlar. Ümumilikdə isə al
qırmızı adlandırmaq qəbul olunmuşdur.
Fizikadan məlumdur ki, mavi rəng qırmızı rəngin, al qırmızı rəng yaşıl rəngin,
sarı rəng isə göy rəngin udulması nəticəsində yaranır. Deməli göstərilən üç rəngin
maksimum qarışığı qara, minimum qarışığı isə ağ rəngi əldə etməyə inkan verir.
Həqiqətdə isə tam qara rəngi əldə etmək mümkün deyil. Bu ancaq nəzəri
mümkündür.
Göstərilən iki modeldə alınmış rənglər istifadəçi tərəfindən tutarlı səviyyədə
qəbul edilmədiyi üçün daha əlverişli olan üçüncü modeli aydınlaşdıraq.
Bu modeldə istifadə edilən rənglər üç ədəd (və ya üç parametr) vasitəsilə təzahür
olunur. Üç parametrdən biri rəngin özünü, ikincisi rəngin dolğunluğunu və üçüncü
parametr isə rəngin parlaqlığını göstərir. Kompüter qrafikasında model
HSV
(
H
ue
–
rəngin tonunu,
S
aturation
– dolğunluğunu,
V
alue
– parlaqlığını göstərir) adlanır.
Kompüter qrafikasında rəsmləri İnternet şəbəkəsində yerləşdirməkdən ötrü
keyfiyyətə xələl gətirmədən faylın həcmini kiçilmək üçün
GIF
qrafik formatından
istifadə olunur. Formatın üstün cəhəti onda yaradılmış təsvirə istifadəçinin şəffaf fon
verə bilməsidir. Format faylda bir neçə rəsmi saxlamağa imkan verdiyi üçün,
istifadəçi rəsmlərin ardıcıllığını dəyişdirməklə onların animasiya olumasına da nail
olur. Formatın əsas mənfi cəhəti rəsmlərdə rənglər qarışığının istənilən səviyyədə
olmamasıdır.
Format istifadəçiyə 256 rəngdən istifadə etməyə imkan yaradır. Odur ki,
formatdan istifadə edərək az sayda rənglərdən ibarət təsviri yaddaşda saxlamaq
istifadəçi üçün əlverişli olur.
Bəzən iş prosesində rəsmlərin keyfiyyətinə xələl gətirmədən həcmini kiçildərək
istifadə olunması istifadəçi üşün əlverişli olur. Belə işlərin həyata keçirilməsi
JPEG
formatı vasıtəsi ilə mümkündür. Formatda faylın həcminin kiçildilməsi (təxminən
250 dəfə) zamanı təsvirin üzərində pilləvari effekt yaranır, bəzi rənglərin incəliyi
(tonu) itir, amma təsvirin ümumi görünüşü dəyişmədiyi üçün təsvir orijinaldan
fərqlənmir. Bu səbəbdən də faylı sıxlaşdırmaq üçün istifadəçiyə böyük imkanlar
verən
JPEG
formatı nəinki İnternet
şəbəkələrində, həmçinin digər sahələrdə də
geniş istifadə olunur.
Göstərilən dörd formatın üstün və çatışmayan cəhətlərini bilərək istifadəçi
qoyulmuş məsələnin həll edilməsindən ötrü əlverişli olan formatı özü seçməlidir.
QRAFİK FAYLLARIN FORMATI
Qeyd etdiyimiz kimi, istənilən rəsmi fərdi kompüterin yaddaşına yazmaq üçün
mütləq onun kodlaşdırılması lazımdır, yəni informasiya bitlər ardıcıllığı formasında
fayl şəklinə salınmalıdır. Deməli, yaradılmış fayl formatlanmalı və istifadəçilər üçün
yararlı olmalıdır.
Windows
‐da əsas istifadə olunan qrafik format
BMP
‐dir. Format ağ‐qara, boz və
ya rəngli təsvirləri
RGB
modelindən istifadə etməklə yaddaşda saxlamağa inkan
yaradır. Formatın əsas üstünlüyü onun sadəliyi, həmçinin
Windows
əməliyyat
sistemində istifadə olunan bütün proqramlar tərəfindən qəbul edilməsidir. Əsas
çatışmazlığı 24 bitə bərabər rəng qarışığından istifadə ediləndə faylların böyük
ölçüdə alınmasıdır.
Kompüter qrafikasında peşəkar rəssamlar
TIFF
formatından bəhrələnirlər.
Format təsvirin istənilən rənglər qarışığında
RGB
və
CMYK
modellərinin istifadə
edilməsinə imkan verir. Format faylın keyfiyyətinə xələl gətirmədən onun
sıxlaşdırılmasına şərait yaratmaqla yanaşı, yaddaşda əlavə informasiyanın
saxlanmasına da imkan verir. Nəticədə istifadəçi qrafik redaktorlardan istifadə
etməklə həmin informasiyanı özünəməxsus interpretasiya edə bilir. Bütün qeyd
etdiyimiz xüsusiyyətlər
TIFF
formatının əsas mənfi cəhəti kimi də qəbul edilməlidir.
İstənilən proqram istifadə edilən informasiyanı özünün başa düşdüyü şəkildə
fayla yaza bilər. Belə olan halda digər proqram ilə faylı açmaq istədikdə, proqram
istifadəçiyə səhv haqqında məlumat verməklə yanaşı, təsvir ilə də işləməkdən imtina
etdiyini bildirir. Beləliklə, məlum olur ki, bütün proqramlar yaradılmış fayllarla