düzgün işləyə bilmirlər. Lakin
RGB
və
CMYK
modellərində işləyən proqramlar
TIFF
formatında sərbəst işləməklə yanaşı, formatla tam uzlaşırlar.
TIFF
formatının bütün xüsusiyyətləri peşəkar rəssamlara əlverişli olduğu üçün iş
prosesində yaranmış problemləri onlar çox asanlıqla aradan qaldıra bilirlər.
KOMPÜTER QRAFİKASI PROQRAMLARI
Kompüter qrafikasında çoxlu sayda proqramlardan istifadə edilir. Hətta bəzi
məsələləri xüsusi proqramlardan istifadə etmədən də həll etmək olar, belə ki,
Windows
‐un son versiyaları təsvirlərlə işləməyə uyğunlaşdırılmışdır.
Windows 2000, Windows XP
və
Windows Me
əməliyyat sistemlərində rəsmləri
və fotoşəkilləri fərdi kompüterin yaddaşında saxlamaq üçün xüsusi qovluqdan,
My
Pictures
(Мои рисунки
– Şəkillərim) istifadə edilir.
Bilirik ki, şəkillər üzərində çoxlu sayda əməliyyatları (nəzərdən keçirmək, çap
etmək, skanerdən və ya rəqəmli kameradan yenisini əlavə etmək və s.) yerinə
yetirmək mümkündür.
Sadə qrafik faylları
Paint
rəsm redaktorundakı alətlərin köməyi ilə redaktə etmək
olur.
Imaging
proqramının köməyi ilə skanerdən və ya rəqəmli kameradan təsviri
almaq mümkündür.
Əgər Siz
Word
mətn redaktoru və ya
Excel
elektron cədvəlindən istifadə
edirsinizsə, deməli öz işinizdə
Microsoft Office
proqram paketindən istifadə
edirsiniz. Bu paketə rəsmləri və fotorəsmləri redaktə etmək üçün
Microsoft Photo
Editor
proqramı da daxildir. Proqram istifadəçiyə rəsmin ölçüsünü, parlaqlığını,
şəffaflığını əldə etməyə imkan yaradır. Proqramın köməyilə müxtəlif effektlərdən
istifadə etməklə adi fotorəsmi yüksək keyfiyyətli rəsm əsərinə çevirmək
mümkündür.
Müxtəlif illüstrasiyalar yaratmaq və ya hazır fotorəsm üzərində daha mürəkkəb
əməliyyatlar aparmaq üçün
Microsoft Office
proqram paketinə daxil olan
PhotoDraw
qrafik redaktorundan istifadə etmək olar.
Vektor qrafikası redaktorları arasında geniş yayılmış
CorelDRAW, Adobe
Illustrator
və
Macromedia FreeHand
proqramlarını göstərmək olar. Proqramlar
kifayət qədər güclü olmaları ilə yanaşı, istifadəçilər üçün müəyyən tip məsələləri həll
etməkdə əlverişlidirlər.
Rastr qrafikası redakrorları arasında isə əlverişli olan və geniş yayılmış
proqramlara misal
Adobe PhotoShop, Corel Photo-Paint, Corel Painter
(proqramın
ilk adı
Fractal Design
Painter,
son zamanlara kimi isə
MetaCreations Painter
olmuşdur) göstərmək olar.
Bəzən iş prosesində xüsusi proqramlardan da istifadə olunur. Belə proqramların
köməyilə İnternetdə istifadə edilən qrafik materialları təhlil etmək, həcmli təsvirləri
modelləşdirmək, real gözəl mənzərələr yaratmaq və s. mümkündür.
Peşəkar istifadəçilər lazımi nəticəni əldə etmək üçün verilənləri yaratdıqları
faylların birindən digərinə köçürmək üçün bir neçə proqramdan eyni zamanda
istifadə edirlər.
Peşəkar istifadəçılər kompüter qrafikasında lazımi səviyyədə təsvirlər əldə
etmək üçün müxtəlif köməkçi avadanlıqlardan da istifadə edirlər. Belə avadanlıqlara
nümunə olaraq
Agfa,
Canon, Kodak, Nikon, Olympus
və digər firmalar tərəfindən
istehsal olunan rəqəmli fotokamera,
Web
‐kamera, qrafik planşet, skaner, lazer və
şırnaqlı printerləri və s. göstərmək olar.
Kompüter qrafikasında istifadə edilən fraktal qrafika riyazi hesablamaya
əsaslanır. Fraktal qrafikanın əsas elementi riyazi formuldur. Burada fərdi
kompüterin yaddaşında rastr və vektor qrafikasında olduğu kimi obyekt deyil,
obyekti təzahür edən tənliklər saxlanılır. Riyazi formullara əsaslanaraq mürəkkəb
illüstrasiyalardan tutmuş üçölçülü obyektlərə kimi müxtəlif təsvirlər əldə etmək
mümkündür.
GİRİŞ
CorelDRAW
vektor qrafik redaktoru
Corel
Corporation
Kanada firmasi
tərəfindən hazırlanmiş və ğeniş imkanları ilə (hazır təsvirlərə malik böyük həcmli
kitabxananın olması, geniş imkanlara malik ğüclü qurulmuş öyrədici sistemi və s.)
bütün istifadəçilər tərəfindən məmnuniyyətlə istifadə edilən proqramdır.
CorelDRAW
qrafik redaktorunda digər redaktorlarda analoqu olmayan bəzi
vasitələrin olması onun nadir qrafik redaktor olmasına sübutdur. Proqramdan
bəhrələnən istifadəçi ondan istifadə etməklə bu sahədə demək olar ki, məqsədinə
tamamilə nail ola bilir.
Qrafik redaktorun köməyi ilə obyektlər üzərində çoxlu sayda əməliyyatları
aparmaqla yanaşı, yüksək keyfiyyətli təsvirlərin alınmasına görə proqram ona yaxın
olan proqramlar arasında lider sayıla bilər.
CorelDRAW
vektor qrafik redaktorunda
istənilən nəticəni əldə etmək üçün az sayda əməliyyatın həyata keçirilməsi
kifayətdir.
Corel Photo Paint
rastr qrafikasının, həmçinin hazırlanmış faylı səhifələmək
üçün istifadə edilən
Corel Ventura Publisher
proqramının
CorelDRAW
qrafik
redaktoru ilə sıx əlaqəsi istifadəçiyə elektron və poliqrafiya nəşrləri sisteminin
hazırlanmasında ğeniş imkanlar yaradır.
CorelDRAW
vektor qrafik redaktorunda istənilən təsvir çoxlu sayda hissələrdən
ibarət olur. Bu hissələri ayrı‐ayrılıqda redaktə etmək tələb olunur. Qrafik redaktorda
bu hissələri obyektlər adlandırırlar. Obyekt kimi düz xətt, dairə, düzbucaqlı, əyri,
qapalı əyri, çoxbucaqlı və s. nəzərdə tutulur.
CorelDRAW
vektor qrafik redaktorunda sadə obyektlərdən istifadə etməklə
mürəkkəb obyekt yaratmaq mümkündür. Yaradılmış mürəkkəb obyekt vahid obyekt
kimi qəbul olunur və onun da redaktəsi sadə obyektin redaktəsi kimi çox asanlıqla
yerinə yetirilir.
CorelDRAW
vektor qrafik redaktorunda yaradılmış obyektin daxilini müxtəlif
rənglərlə boyamaq mümkündür. Boyama prosesi
CorelDRAW
vektor qrafik
redaktorunda obyektin rənglə doldurulması adlanır.
CorelDRAW
vektor qrafik redaktorunda obyektin konturunu dəyişməklə yanaşı,
onu rəngləmək də olur. Yaradılmış obyektlərin özünəməxsus düyün nöqtələri olur
ki, onları da hərəkət etdirməklə obyekti istənilən şəklə salmaq mümkündür.
CorelDRAW
vektor qrafik redaktorunda rastr təsvirlərini də redaktə etmək olur.
Vahid obyekt kimi götürülən rastr təsviri redaktə etmək istifadəçiyə heç bir çətinlik
törətmir.
Qeyd etdiyimiz kimi,
CorelDRAW
vektor qrafik redaktorunun əsas vəzifəsi
obyekt və onun üzərində yerinə yetirilən əməliyyatlar ardıcıllığını həyata
keçirməkdir. Odur ki, qrafik redaktorda standart obyektlər (məsələn, düzbucaqlı,