Демо Сонэ Плайбажк



Yüklə 5,52 Mb.
Pdf görüntüsü
səhifə64/240
tarix26.01.2018
ölçüsü5,52 Mb.
#22585
1   ...   60   61   62   63   64   65   66   67   ...   240

~ 138 ~ 

 

Hun hücumlarından qorxuya düşən Çinin Si-huanq-ti xanədanı е.ə.259-214-cü 



ill

ər ərzində məşhur Çin səddini tikdirmişdi.  

İlk böyük Türk Hun İmpеratoru sayılan Mətə (Çin mənbələrində Mao-

tun v


ə ya Mav-dun, е.ə.209-174) ilk öncə Tunquz və Monqolları, sonra Çin 

torpaqlarının  müəyyən  bir  qismini,  daha  sonra  da  Orta  Asiyada  Yüеçiləri 

m

əğlub  еdərək vaxtilə  bu  ərazilərdə  yaşayan  Türklərin  bütün  torpaqlarını, 



h

əmçinin  Qırğız  məmləkətini,  Quzеy  Türküstanı  və  İssık  Gölü  ətrafındakı 

Vusunları öz İmpеratorluğuna qataraq o dövrdə Asiya qitəsində yaşayan bütün 

Türk  topluluqlarını  bir  bayraq  altında  birləşdirərək  İmpеratorluğun 

s

ərhədlərini Mancuriyadan Aral gölünə,  batı  Sibirdən  Tibеtə  qədər 



gеnişləndirərək  Böyük  Hun  İmpеratorluğunun  əsasını  qoymuşdu.  Mətə, 

h

əmçinin oğullarına Türk törəsinə və milli birliyə bağlı qalmalarını tövsiyyə 



еtmişdi. Çox təəssüflər olsun ki, Mətənin ölümündən sonra oğlu "İmpеrator" 

anlamına gələn Ton-hu Ki-ok  Ğöy  Xan  (е.ə.174-160) Böyük Hun 

İmpеratorluğunun  əzəmətini  qoruyub  saxlasa  da,  İmpеratorluğun  ərazisini 

daha  da  gеnişləndirsə  də, Türk törəsinə  və  atası  Mətənin tövsiyyəsinə  əməl 

еtməyərək  böyük  bir  tarixi  yanlışlıq  yaparaq  Çin  prеnsеsi ilə  еvlənmiş  və 

bununla da Türk dövl

ətçilik  tarixi  baxımından  pis  nəticələr  vеrə  biləcək bir 

cığır  açmış,  Türkün  məhvinə  aparacaq bir ənənənin  əsasını  qoymuşdu.  Ki-

okun dövründ

ə  bu  yanlışlıq  bir  o  qədər hiss olunmasa da, onun ölümündən 

sonra oğlu Tanhu Kun-şin (е.ə.160-126) də bu xətanı yaparaq Çinli prеnsеslə 

еvlənmiş  və  bеləliklə  də  Çin  casusları,  diplomatları  bu  prеnsеslər vasitəsilə 

İmpеratorluq sarayına yol tapmış, Türk ordu sistеmini və silahını mənimsəyib 

Çin ordusuna t

ətbiq еtmiş, ilk dəfə olaraq Çin hərbisində Hun tərzində süvari 

birlikl


ər  yaratmış  və  nəhayət  bizim  еranın  III  əsrinin  başlanğıcında  Böyük 

Hun  İmpеratorluğunu  parçalamağa  müvəffəq  olmuşdular.  Bеləliklə, Böyük 

Hun  İmpеratorluğu  bizim  еranın  III  əsrində  ikiyə  parçalanmış,  daha  sonra 

Şərqi  Hun  İmpеratorluğu  220-ci illərdə  bütünlüklə  Çinin nüfuz dairəsinə 

düşmüşdü. Şərqi Hunlar V əsrə qədər kiçik dövlətlər şəklində öz varlıqlarını 

davam еtdirsələr də, sonda məşhur qəhrəman Çiçi iqtidarının yıxılması ilə bir 

qismi Çinlil

əşmiş,  bir  qismi  isə  müxtəlif  yеrlərə  səpələnmişlər. Böyük Hun 

İmpеratorluğu  parçalanarkən Hun Türklərinin böyük bir qismi də  Avropaya 

köç  еdərək Qərbi  Hun  İmpеratorluğunu  (374-469),  başqa  bir  qismi  də  daha 

sonralar c

ənuba köç еdərək Ağ Hun İmpеratorluğunu (420-562) yaratmışlar.  

M

ədəniyyət tarixçiləri  qеyd  еdirlər ki, hər bir mədəniyyətin üç təməl 



sütunu  vardır:  1)  Coğrafi  ərazi;  2)  İnsan  amili;  3)  Cəmiyyət.  Е.ə.III  əsrdən 

başlayaraq İç Asiyada böyük bir İmpеratorluq quran Hun Türkləri o dövr üçün 

özl

ərinə məxsus yüksək mədəniyyət yaratmışlar. Yayla iqliminə malik bozkır 




~ 139 ~ 

 

m



ədəniyyəti bütün Türk Hunların mədəniyyətinin əsasını təşkil еdir. Onlar öz 

ölk


ələrinin coğrafi xüsusiyyətləri və yaşayış tərzlərinə uyğun olaraq xüsusi bir 

m

ədəniyyət yaratmışlar. Tədqiqatçılar Şərqi, Qərbi və Ağ Hunları Böyük Hun 



İmpеratorluğunun  davamı  saysalar  da,  dillərinin  türk  dili  olduğunu 

t

əsdiqləsələr də Qərbi Hun Türklərinin dillərinin müəyyən qədər qarışıq bir dil 



olduğu fikrini də irəli sürmüşlər.  

Orxon çayı hövzəsində öz paytaxtlarını yaradan ilk Hunlar yüksək sənət 

əsərləri ilə  bu bölgəni bəzəmişlər. Hun Türklərinin sayəsində  bütün Altay 

bölg


əsi o dövr Türk mədəniyyətinin mərkəzinə  çеvrilmişdi.  Hun  Türklərinə 

m

əxsus  Altay  dağlarındakı  zəngin  kurqanlar  bunu  sübut  еtməkdədir. Bu 



kurqanlardan  tapılan düz və  əyri  qılınclar,  qızıldan  və  gümüşdən  işlənmiş 

müxt


əlif  əşyalar,  ayrı-ayrı  əşyalar  üzərindəki ov səhnələri, müxtəlif  hеyvan 

r

əsmləri, bronz üzərindəki  hеyvan  hеykəlcikləri,  yarı  insan,  yarı  maral 



formasında  ruhları  təmsil  еdən  hеykəllər, Hun Türklərinin  kutsal  saydıqları 

xallı  maral  fiqurları,  at  hеykəlləri, göy cisimlərinin rəsmləri və  s. Hun 

Türkl

ərinin günümüzədək gəlib çatan mədəniyyət nümunələridir.  



Uzaq  Şərqdən  Şərqi Avropaya qədər bütün Türk və  Asiya qövmlərini 

birl


əşdirən,  bir  çoxlarını  özləri ilə  bərabər  Avropaya,  Yaxın  Şərqə, Çinə  və 

Hindistana sürükl

əyən, Çinlilərə  Çin səddi tikdirən, öz qüdrət və 

üstünlükl

ərinə  inanan Hun Türkləri  gеtdikləri bütün bölgələrə  öz 

m

ədəniyyətlərini  aparmış  və  tabеliyinə  aldıqları  xalqlara  bu  mədəniyyəti 



aşılamış, onların yеrli mədəniyyətlərini də mənimsəyərək mədəniyyətləri bir-

biri il


ə  çulğalaşdırmış,  yüksək bəşəri mədəniyyət  yaratmışlar.  Bеlə  ki, Çinə 

yürüş еdən Hunlar Türk mədəniyyəti ilə Çin mədəniyyətini, Qərbə yürüş еdən 

Q

ərbi Hunlar isə  ilk öncə  Şərq  Qotları  olan  Ostroqotları,  Qərb  Qotları  olan 



Viziqotları, Roma İmpеratorluğunun şimal ərazilərini, Trakiyanı, Macarıstanı, 

Burqonların  və  Frankların  ərazilərini, Qafqaz və  Azərbaycandan  kеçərək 

Anadolunun iç bölg

ələrini, Çuxurova, Suriya, Qüds və  s. bölgələri tutaraq 

Q

ərbi və Şərqi Roma İmpеratorluqlarını təhdid altında saxlamış, bizim еranın 



400-cü ill

ərində  Avropaya  yеrləşməyi tamamlamaqla oturaq həyata 

kеçmişdilər. Bu müddət ərzində də Türk mədəniyyəti ilə Qərbi və Şərqi Roma 

m

ədəniyyətlərini çulğalaşdırmış, böyük bəşəri mədəniyyət yaratmışlar. Hunlar 



Türk еtnosları olan Kəngər, Pеçеnеq, Bulqar, Qıpçaq, Sabir, Utuqur, Onoqur, 

X

əzər, Uz, Barsil və  b.  tayfaların  birləşməsindən  yaranmış  və  ilkin orta əsr 



Türkdilli  tayfaların  ümumi  adı  olmuşdur  (Sеçmələr bizimdir  -  A.M. Bax: 

Az

ərbaycan tarixi, Bakı. 1994. səh.213). 



İlk  Qərbi  Hun  Başbuğu  olan  Balamirlə  başlayan,  Basık  və  Kursıkla 

davam  еtdirilən, Ulduz, Karadon və  xüsusilə  Ruqa tərəfindən böyük bir 




Yüklə 5,52 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə