Демо Сонэ Плайбажк



Yüklə 5,52 Mb.
Pdf görüntüsü
səhifə62/240
tarix26.01.2018
ölçüsü5,52 Mb.
#22585
1   ...   58   59   60   61   62   63   64   65   ...   240

~ 133 ~ 

 

soydaşlarımız  maariflənmə  və  oyanış  mərhələsini  artıq  kеçiblər. Onlar 



özünüd

ərk  prosеsini  başa  vurmalı,  daha  sonra  istiqlala  başlamalıdırlar». 

M

əlumat  üçün  bildiririk  ki,  Günеy  Azərbaycan Türkləri  artıq  özünüdərk 



prosеsini  çoxdan  başa  vurub.  Bu  gün  artıq  onlar  milli  müstəqillik və  hətta 

Bütöv Az


ərbaycan  uğurunda  mübarizəyə  başlayıblar.  Onlar  öz  müqəddəs 

V

ətənləri olan Azərbaycanın  sahibi  olana  qədər mübarizələrini davam 



еtdirmək əzmindədirlər.  

 

 



 

 

 



 

 

 



1.5.

 

Saka (Skif) Türkl

əri 

 

 

“Tufan”dan sonra Az

ərbaycan  ərazisində  Munna (Manna) ilə  yanaşı 

Kimmer-


İskit-Sak  padşahlığı  da  yaranmışdı.  Bəzi tədqiqatçılara  görə 

Kimmerl


ər eradan əvvəl VIII əsrdə Azərbaycan və Ön Asiyada yaşayan yerli 

(avtoxton)  Türk  etnosudur.  Onların  fikrincə, Kimmerlərin  Türk  olmasını 

q

ədim Assur mənbələrində  göstərilən  Tuşbay,  Tuqdamay,  Sandakşatru, 



Sandakur v

ə  s.  kimi  Kimmer  hökmdarlarının  adları  da  sübut edir. Tarixi 

qaynaqlar göst

ərir ki, Kimmerlər eradan əvvəl 715-ci ildə Araz çayını keçərək 

Urartu  ordularını  məğlub  etmiş,  Urartu  ərazilərinin böyük bir qismini zəbt 

ed

ərək Anadolu ərazisində  məskunlaşmışlar.  Assur  mənbələri Kimmerləri 



“Qamira” dey

ə adlandırmış, onlardan Munna (Manna) sakinləri, Homer isə “at 

südü sağanlar” kimi bəhs etmişlər. Assur mənbələrində həmçinin Kimmerlərin 

xaqanı  Tuqdamma  Qutium  və  Saka ölkəsinin və  Sakların  hökmdarı  kimi 

t

əqdim edilmişdi. Qədim Alban tarixçisi Musa Kağankatlının yazdığına görə 



Kimmerl

ər Həzrəti  Nuhun  oğlu  Yafəsin  oğullarından  biri  olan  Qamərin 

n

əslindəndirlər. Müəllif Qaməri  Albaniyanın  Yafəsdən  sonrakı  ikinci  böyük 



Xaqanı  hesab edir. (Seçmələr bizimdir-A.M. Bax: Kalankaytuklu M., Alban 

tarixi, Bakı 1993, səh. 14-15). 

Q

ədim  Midiyada  “Kimirra”  şəhəri, güney Anadoluda “Kemerli” və 



“Qamir”, bu gün bel

ə  Qamərin  adını  daşıyan  Quzey  Azərbaycanın  Zaqatala 




~ 134 ~ 

 

bölg



əsindəki  “Qımır”  və  “Qımırlı”,  “Qəmərli və  Kəmərli”, Qərbi 

Az

ərbaycandakı “Gümrü”, Güney Azərbaycandakı “Kəmər, Komar, Xomarlu, 



K

əmərabad, Qəmərabad, Kəmərdaran”, Borçalı mahalındakı “Böyük Kəmərli, 

Kiçik K

əmərli” və  s.  kimi  yer  adlarının  mövcudluğu  və  qədim Azərbaycan 



xalq  mahnısı  “Qəmərim”də  göstərir ki, Kimmer Türkləri məhz qədim 

Az

ərbaycanın və Ön Asiyanın avtoxton (yerli) xalqıdır. 



Eradan 

əvvəl VIII-V  əsrlərə  aid mənbələrdə  Kimmerlərlə  Saklar 

(İskitlər, Skiflər) və Massagetlər eyniləşdirilmiş, Kimmer və Saklardan Munna 

(Manna) v

ə Urartunun güney, Massagetlərdən isə Quzey Azərbaycan sakinləri 

kimi b


əhs etmişlər. Və bu eyni etnik qövmlər arasında özlərindən öncəki Türk 

Kuti v


ə Munna  mirası  uğrunda  amansız  qanlı çatışmalar  başlamışdı.  Eradan 

əvvəl VII əsrdə Kimmer və Sak Türklərinin bir qismi Güney Azərbaycanda, 

dig

ər bir qismi də  Anadolunun güneyində  hakim mövqeyə  yüksəlmiş, 



bel

əliklə, biri Azərbaycanda-Munnada, digəri Anadoluda-Urartunun 

güneyind

ə iki mərkəz yaranmışdı ki, Munnanın quzey-batı və batı ərazilərində 

yaşayanlara  İşpakay,  Urartunun  güneyində  olanlara isə  Partatua rəhbərlik 

etmişdir. Sakların böyük başçılarından sayılan İşpakay Assurlarla döyüşlərin 

birind

ə  həlak  olmuş,  Assurlarla  döyüşdən imtina edən Urartunun 



qonşuluğundakı  Partatua  isə  Assur  hökdarı  Asarhaddonun  qızı  ilə  evlənərək 

onun mütt

əfiqinə  çevrilmişdi.  Heredot  Partatuanı  “Prototiy”  kimi  göstərmiş, 

b

əzi tədqiqatçılar  isə  səhv  olaraq  İkinci  Böyük  Turan  İmperatoru  Alp  Ər 



Tonqanı-Əfrasiyabı sak hökmdarı Partatua ilə eyniləşdirmişlər. Halbuki İkinci 

Böyük  Turan  İmperatorluğunun  Xaqanı  Alp  Ər  Tonqa  (Oğuz  Xaqan, 

Əfrasiyab) ilə  Sak  hökmdarı  Partatuanı  ən  azı  doqquz  min  illik  bir  zaman 

k

əsiyi ayırır. 



Partatuadan  sonra  oğlu  Madi  də  Assurlarla  ittifaqa  sadiq  qalmış, 

Assuriyanın müttəfiqi kimi Kiçik Asiyada hərbi əməliyyatlarda iştirak etmiş, 

Midiyanın  Assuriyaya  müdaxiləsinə  maneçilik törətmişdi.  Nəhayət, eradan 

əvvəl VII əsrin  ortalarında  Sak  hökmdarı  Tuqdamma  bütün  qohum  etnik 

qövml

əri-Kutiləri,  Subarları, Turukkuları, Kumenləri, Kimmerləri və  Sakları 



da öz hakmiyy

əti  altında  birləşdirərək Kimmer-İskit-Sak  padşahlığını 

yaratmışdı. Munna və Urartunun güneyindəki hər iki mərkəzi birləşdirib Sak 

v

ə  Kuti ölkəsinin  hökmdarı  rütbəsini  qazanan  Tuqdamma  Assur  hökmdarı 



m

əşhur  Aşşurbanipalla  (e.ə. 668-626) müqavilə  bağlamış,  sonralar  Kiçik 

Asiya döyüşlərinin birində həlak olmuşdu. Heredot Tuqdammanı “Liqdames”, 

Dyakonov “Duqdamis”, b

əzi tədqiqatçılar  isə  “Toxtamış”  kimi  göstərmişlər 

(Bax:  Qeredot,  İstoriya,  Moskva  1985;  Dyakonov,  İ.  M.,  İstoriya  Midii  ot 




~ 135 ~ 

 

drevneyşix vremyon do konça IV v. do n.e., M,-L., 1956; Qeybullayev, Q.A., 



K etnoqenezu azerbaydjantsev, Baku 1989 v

ə s.). 


Güney Az

ərbaycanın  qərbində  və  Anadolunun güneyində  yaranan 

Kimmer-

İskit-Sak  padşahlığı  Quzey  Azərbaycanın  da  müəyyən bir hissəsini 



öz hakimiyy

əti altında birləşdirərək hər iki Azərbaycanı özündə əks etdirən bir 

dövl

ət meydana gətirmişdi. Lakin eradan əvvəl VI əsrin əvvəllərində yaranan 



güclü Midiya dövl

əti ilə rəqabət apara bilməyən Kimmer-İskit-Sak padşahlığı 

t

ənəzzülə uğramış və Saklar Azərbaycan və Ön Asiyadan dünyanın müxtəlif 



yerl

ərinə köç edərək ayrı-ayrı yerlərdə müxtəlif dövlət və hətta İmperatorluq 

qurmuşlar. (Kimmer-İskit-Sak padşahlığı haqqında daha geniş məlumat üçün 

bax: Az


ərbaycan  tarixi,  Bakı  1994,  səh. 102-105;  İsmayıl  Məmmədov, 

Az

ərbaycan  tarixi,  Bakı  2005,  səh 30-32;  Yunus  Oğuz,  Qədim Anadolu və 



Az

ərbaycan Türkləri, Bakı 2002, səh. 45-55; Bəxtiyar Tuncay, Sakların tarixi, 

dili v

ə ədəbiyyatı, Bakı 2009 və s.). 



Az

ərbaycan, Ön və Kiçik Asiyadan çıxaraq bir çox bölgələrə yürüşlər 

ed

ən, həyatları  atlı  arabalar  üzərində  keçən, “bütün Asiya üzərində  öz 



hakimiyy

ətlərini bərqərar edən Saklar”  (Aliyev  K.,  Antiçnıye  istoçniki  po 

istorii Azerbaydjana, Baku 1987, s

əh. 14) Avrasiya çöllərinə  və  Altaylara 

q

ədər yayılmışdılar. 



Q

ədim Assur mənbələrində “Aşquzay” (Aşquzlar), Babil mənbələrində 

“İşquzay”  (İşquzlar),  qədim Yəhudi mənbələrində  “Aşquz”, qədim Yunan 

m

ənbələrində  “Skuthoi”  (İskit,  Skuz),  Hind  mənbələrində  “Caka”, fars 



m

ənbələrində “Saka” adlandırılan Sak (İskit, Skif və s.) Türklərin ana yurdunu 

bir çox t

ədqiqatçılar  Batı  Sibir  və  Tanrı  dağları,  bəziləri Dunay və  Volqa 

çayları  ətrafı,  bəziləri Qara dəniz sahilləri, bəziləri də  Orta Asiya və 

Türküstanla bağlayırlar. Onların fikrincə Sakların ilk boyları eradan əvvəl VIII 

əsrdə  Tanrı  dağları,  Fərqanə  və  Kaşğar  bölgəsindən qərbə  doğru  köç  etmiş, 

onların  bir  qolu  Aral  gölü  və  Sayhun  çayı  (Sır-Dərya)  ətrafında  yerləşmiş, 

dig

ər bir qolu Xəzər dənizinin quzeyindən keçərək güney Rusiyaya getmiş, bir 



qismi d

ə  Qara dənizin quzeyinə  gələrək bu bölgədə  öncədən  yaşayan 

Kimmerl

əri  Qafqazın  güneyinə,  oradan  da  Ön  Asiyaya  doğru  köç  etməyə 



m

əcbur etmiş və bu bölgələrdə yerləşmiş, böyük bir İmperatorluq qurmuş və 

müxt

əlif səbəblərdən  bu  İmperatorluq  dağılmış  və  Saklar müxtəlif ölkələrə 



köç etm

əyə məcbur olmuşlar. 

Bu fikri q

əbul etməyən,  Sakların  tarixi,  dili  və  ədəbiyyatı  haqqında 

sanballı  bir  əsər yazan Azərbaycan alimi Bəxtiyar Tuncay özünəqədərki bir 

çox m


ənbə və elmi əsərləri saf-çürük edərək belə bir elmi qənaətə gəlmişdir 

ki: “Bu fikir gerç

əyi o zaman əks etdirmiş olardı ki, “Sak” etnoniminə Aşşur-



Yüklə 5,52 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə