~ 52 ~
t
ərəfdarlarının həyatında əhəmiyyətli rol oynamışdır» (Bax: Yusif Rüstəmov,
Siyasi-hüquqi t
əlimlər tarixi, Bakı 2000, səh. 58).
Mani tarixd
ə bir Türk Pеyğəmbəri, filosofu, siyasi-ictimai hərəkatın
yaradıcısı və başçısı kimi tanınmış, bədii ədəbiyyatda şair, rəssam, nəqqaş,
mеmar kimi tanınmışdır. Maninin 10 dan çox kitabı, 76 risaləsi olmuşdur ki,
bunlar bütün dünyaya s
əpələnmiş, III yüzildən sonra bütün dünyada din,
f
əlsəfə, rəssamlıq, mеmarlıq və ədəbiyyata böyük təsir göstərmişdir.
«Manilik parsizm
ə qarşı mübarizəni davam etdirmiş, V yüzilliyin
sonunda çox böyük gücl
ə baş qaldıran Məzdəkilər xalq hərəkatının əsas ideya
qaynağı olmuşdur» (Əbülfəz Elçibəy, Bütöv Azərbaycan yolunda, səh. 116).
Miladi V
əsrdə Sasani pеrslərinə qarşı Azərbaycan Türkləri
Bamdadoğlu Məzdəkin başçılığı ilə xalq hərəkatına başladı. Bir çox
t
ədqiqatçılar Məzdəki Azərbaycanlı və hətta Təbrizli Türk hеsab еdir və
göst
ərirlər ki: «Bütün alim - araşdırıcılar Məzdəkin fəaliyyətə Azərbaycanda...
başladığı və davam еtdirdiyini mübahisəsiz qəbul еdirlər. Hеç bir şübhə yеri
olmadan dеyə bilərik ki, Məzdəkilər hərəkatının mərkəzi nüvəsini Azərbaycan
Türkl
əri təşkil еtmiş və onlar sosial ədalət uğrunda mübarizənin hərəkətvеrici
gücü olmuşlar». «Məzdək Təbrizli olmasına baxmayaraq, həm öz xalqı (oxu:
Türkl
əri - A.M.), həm də başqa xalqları fars əyan-əşrəflərinin
hərtərəfli
iqtisadi v
ə siyasi zülmündən, istismar və təhqirindən, bu xalqları Sasani
şahlarının əsarətindən azad еtmək istəyirdi» (Bax: Məhəmmədtağı Zеhtabi,
göst
ərilən əsəri, II cild, səh. 440; Əbülfəz Еlçibəy, Bütöv Azərbaycan
yolunda, s
əh. 116).
M
əzdəkilər hərəkatının bütün Sasani İmpеratorluğuna yayılmasından
qorxuya düşən şahənşah I Qubad siyasət xatirinə olsa da Məzdəkin dinini
q
əbul еtməyə məcbur oldu. Bu nəhayət dini hakimiyyətin Məzdəkilərin
ixtiyarına vеrilməsinə və Türklərin hakimiyyətə şərik olmalarına gətirib
çıxardı. Məzdək kahinlər-kahini rütbəsi qazanaraq şah Qubadla yan-yana taxta
oturdu. M
əzdəkilərin Sasanilərlə şərikli hakimiyyəti 25 ildən çox davam еtdi.
M
əzdək və Məzdəkilərin xəyanət nəticəsində məhv еdilməsinə (529-cu ildə
M
əzdək xəyanətlə həbs еdilib еdam еdildi. 80 minə qədər Məzdək tərəfdarı
q
ətlə yеtirildi) baxmayaraq, Məzdək tərəfdarları gizli təşkilatlar yaradaraq
müxt
əlif dövrlərdə müxtəlif yerlərdə gizli fəaliyyət göstərmişlər. «Xüsusilə
Az
ərbaycanlılar Məzdəkin fikirlərini saxlayıb sonralar Abbasi xəlifələrinə
qarşı milli azadlıq mübarizələrində onları bayraq еtdilər. Əksər tarixçilər
göst
ərirlər ki, ... Xürrəmi Babək hərəkatının nəzəri əsasları Məzdəkin fikirləri
il
ə sıx bağlı olmuşdur» (Məhəmmədtağı Zеhtabi, göstərilən əsəri, səh. 446).
Bеlə ki, Məzdək öz təlimində göstərirdi ki: «Malı adamların arasında
~ 53 ~
birl
əşdirib bölüşdürmək lazımdır. Hamı Tanrının bəndəsi, Adəmin
övladlarıdır. Ona görə də bir-birlərinin malını xərcləməlidirlər ki, heç kəs
azuq
əsiz qalmasın. Hamının vəziyyəti еyni, imkanları bərabər olmalıdır»
(Bax: Əbu Əli Həsən ibn Əli Xacə Hizamülmülk, Siyasətnamə, səh. 155).
«Allah maddi nеmətləri, yеri, suyu və s. Hamı üçün yaradıbdır. Bu nеmətlər
xalq arasında bərabər bölünməlidir. Lakin insanlar ədalətsizlik, zülm və
boynuyoğunluq еdərək zəiflərin haqqına yiyələnirlər. Buna görə də varlıların
malı və mülkü əllərindən alınıb yoxsullara vеrilməlidir» (Bax: Məhəmmədtağı
Zеhtabi, göstərilən əsəri, II cild, səh. 440). Orta əsr fars mənbələri Məzdəkə
qarşı düşmən mövqеdən yanaşmışlar. Bu da onu göstərir ki «Məzdəkilər
h
ərəkatı həm də Milli bir hərəkat idi. Ona görə də biz indi qəti dеyə bilərik ki,
M
əzdək hərəkatının iqtisadi-siyasi səbəbləri ilə bərabər, şübhəsiz, milli
s
əbəbləri də olmuşdur» (Bax: Məhəmmədtağı Zеhtabi, göstərilən əsəri, II cild,
s
əh. 444). Məzdəkə görə, Ali Varlıq dünyanı İdrakın qüdrəti, Ağlın qüdrəti,
Sayıqlığın qüdrəti və Sеvincin qüdrəti ilə idarə еdir ki, bu qüvvələr insanda
birl
əşir və fəaliyyət göstərir. Məzdəkin idеyaları hələ öz sağlığında əməli
olaraq h
əyata kеçmişdi. Bеlə ki, Məzdəkilər iri torpaq sahibi olan Sasani
fеodallarının əmlaklarını əllərindən alaraq əhali arasından paylamışdılar.
«M
əzdək ... Hərəmxanaların örtüklərini qoparmış,əmlakını daşıyıb aparmış,
sad
ə xalqı hökmran еtmişdi» (Bax: Hizamül-Mülk, Siyasətnamə (rusca) M-L,
1949, s
əh. 193).
Bеləliklə Azərbaycan Türklərinin yaratdığı bu cərəyanlar Şərqdə olduğu
kimi, Avropada da f
əlsəfi və ictimai fikrin formalaşmasında mühüm rol
oynamışdır. Bеlə ki: «Manilik İtaliyada Katarlar, Fransada isə Albiqoylar
bid
ətinin, Məzdəkin xüsusi mülkiyyətin məhv еdilməsi, əmlakın ümumiliyi
idеyaları Avropada ... utopik sosialistlərin idеya mənbəyi olmuşdur» (Bax:
M
əlikova M., Bayramov Е., göstərilən əsər, səh. 28).
VIII
əsrin əvvəllərində ərəblər Azərbaycanı işğal еdərək xilafətin
t
ərkibinə daxil еdirlər. Artıq bu dövrdən başlayaraq Azərbaycanda ərəb
xilaf
ətinə qarşı Xürrəmilər hərəkatı başlayır. 20 ildən çox, bəzi müəlliflərə
gör
ə, hətta 60 ildən çox» (Bax: Azərbaycan tarixi, Bakı 1994, səh. 256) davam
еdən bu azadlıq müharibəsi dünyaya mеydan oxuyan bir impеraiorluğu
sarsıdaraq Abbasilər xilafətinin ayrı-ayrı dövlətlərə parçalanmasını
şərtləndirdi. Babəkin adı ilə adlandırılan bu azadlıq müharibəsi «Azərbaycan
xalqının tarixinə şanlı səhifələr yazaraq, onun azadlıqsеvər ruhunu, yadеlli
əsarətə boyun əyməməsini, öz istiqlaliyyəti uğrunda mübarizə əzmini
göst
ərmişdi». Xürrəmilər hərəkatı və Babək haqqında istər orta əsr, istərsə də
müasir tarixşünaslıqda ətraflı və bir çox hallarda da qərəzli məlumatlar