Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə14/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   10   11   12   13   14   15   16   17   ...   227

Turan   İmperatorluğunun   qurucusu   sayılan   Oğuz   Xaqandır.   Oğuz   Xaqan

əsrlərcə Türk soyuyna  yol  göstərən kimi vəsfləndirilmiş, haqqında müxtəlif

rəvayət,   əfsanə   və   dastanlar   yaranmışdır.Qədim   Türklərin   tarixi   fəthlərini

dastan şəklində əks etdirən ilk əsər də məhz “Oğuz Xaqan dastanı”dır. Bu

dastana elmi ədəbiyyatda “Oğuznamə” də deyilir. Ən qədim Türk dastanı olan

“Oğuz Xaqan dastanı”na daha sonralar İslam motivləri də daxil edilmiş və

yeni bir İslami “Oğuznamə” yaranmışdır.

Bu dastana görə ilk Cahan hakimiyyətini quran Oğuz Xaqandır. Bir çox

orta əsr mənbələri haqlı olaraq Oğuz Xaqanı “Tufan”dan sonra İkinci Böyük

Turan İmperatorluğunu quran Alp Ər Tonqa, Alp Ər Tonqanı da “Avesta” və

bir   çox   Şərq   mənbələrində   adı   keçən   Turan   İmperatoru   Əfrasiyabla

eyniləşdirirlər. Trklərin əfsanələşmiş hökmdarı olan Əfrasiyab (Oğuz Xaqan,

Alp Ər Tonqa) fars mənbələrinə görə Nuh peyğəmbərin oğlu Yafəsin oğlu

Türkün nəvəsidir. Bu mənbələrə əsaslanaraq deyə bilərik ki, Çini, Hindistanı,

Persistanı,   Azərbaycanı,   İraqı,   Suriyanı,   Misiri,   Anadolunu,   indiki   Rusiya

ərazisini,   hətta   Firəng   ölkələrini   fəth   edərək   İkinci   Böyük   Turan

İmperatorluğunu yaradan Alp Ər Tonqa (Əfrasiyab, Oğuz Xaqan) olmuşdur.

“Oğuz Xaqan dastanı”na görə də Oğuz Xaqan altı oğlu – Göy Xan, Gün

Xan, Ay Xan, Ulduz Xan, Dağ Xan və Dəniz Xanla birlikdə dünyanı fəth edib

“Cahangir” olduqdan sonra ana yurdu Türküstana dönmüş, böyük bir Qurultay

çağıraraq İmperatorluğu oğulları arasında bölüşdürmüş, törəyə və birliyə bağlı

qalmalırını vəsiyyət  etmiş,  hər birinə aid hüquqi mövqe  müəyyənləşdirmiş,

tamğa və onqonlarını bəlirtmiş, hakimiyyəti təmsil edən “Yay”ı sağ qolu təşkil

edən Gün, Ay və Ulduz Xana, “Ox”u da onlara tabe olan və sol qolu təşkil

edən Göy, Dağ və Dəniz Xana vermiş və demişdir ki: “Ey oğullarım! Mən

artıq çox yaşlandım, çox savaşdım. Düşmənləri ağlatdım,dostları sevindirdim.

Göy   Tanrıya   borcumu   ödədim”   (Bax:   Oğuz   Xaqan   Dastanı,   səh.32-33;

Oğuznamə, səh. 343-344)

Orta əsr mənbələrində İkinci Böyük Turan İmperatorluğunun paytaxtı

Mərv və Bəlx şəhərləri göstərilmişdir. Tarixi mənbələrə görə (Bax: Firdovsi,

Şahnamə,   Mahmud   Kaşqarlı   Divan-ül-lüğət-it-Türk,   Yusif   Xas   Hacib

Balasaqunlu   Kutadqu-bilik;   Məhəmmədtağı   Zeytabi,   İran   Türklərinin   əski

tarixi   və   s.)   Əfrasiyab   (Oğuz   Xaqan,   Alp   Ər   Tonqa)   Türküstan,   İran,

Azərbaycan,   Hindistan,   Anadolu   və   Rusiya   ölkələrində   bir   çox   şəhərlər

saldırmışdır ki, bunlardan da ən məşhuru sonradan Kiçik Midiya dövlətinin

paytaxtı olmuş Pərspə (indiki Təxti-Süleyman), Qəzvin, Çəncək-indiki Gəncə

və Şiz şəhərələridir.

Türk   millətinin   qəlbində   böyük   cahangir   olaraq   yaşayan,   Türk

dövlətçilik və mədəniyyət tarixində əvəzsiz rol oynayan İkinci Böyük Turan



İmperatorluğunun   qurucusu  Oğuz   Xaqan  (Əfrasiyab,   Alp  Ər   Tonqa)   sayğı

əlaməti olaraq sonrakı bütün Türk hökmdarları, hətta Çingiz Xan belə özünü

Oğuz   Xaqan   nəslindən   hesab   etmiş,   öz   şəcərələrini   ona   bağlamış,   özlərini

Oğuz Xaqanın varisi və xələfləri saymış və bundan qürur duymuşlar.

Qədim   və   orta   əsr   Türk   mədəniyyətindən,   Türk   tarixindən,   Türk

dilindən, Türk ədəbiyyatından bəhs edən elə bir əsər yoxdur ki, orada bu və ya

digər dərəcədə bu böyük Turan İmperatoru Oğuz Xaqandan bəhs edilməsin.

Bir   çox   tədqiqatçılar   “Tufan”dan   sonrakı   dünyanın   ilk   qədim

mədəniyyətini Şumer Türklərinin adı ilə bağlayırlar.

1.3.

Şumer Türkləri

“Tufan”dan sonra İkinci Böyük Turan mədəniyyətinin Yaxın Şərqdə ən

önəmli   davamçısı   Şumer   Türkləri   olmuşdur.   Şumer   Türklərinin   yaratdığı

böyük   mədəniyyət   “Tufan”dan   sonrakı   bütün   bəşər   mədəniyyətinin   ideya

qaynağı olmuşdur.

Şumerlər haqqında tarix elmində iki əsas ehtimal var. Bunlardan biri

ondan ibarətdir ki, Şumerlər ən əski çağlardan Mesopotamiyada yaşayan yerli

(avtoxton)   xalqdır.   İkinci   ehtimala   görə   Şumerlər   Mesopotamiyaya   başqa

yerdən gəlmişlər. Dünya şumerşünaslarının əksəriyyəti bu ikinci ehtimalı əsas

götürürlər   ki,   biz   də   bunu   həqiqətə   daha   uyğun   hesab   edirik.   Belə   ki,   bu

şumerşünasların gəldiyi son nəticə bundan ibarətdir ki, “Tufan”dan sonrakı ən

qədim mədəni insan məskəni Çayhun (Amu-Dərya və ya  Öküz) və Sayhun




(Sır-Dərya və ya İnci) çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı

olmuşdur.   “Tufan”dan   sonra   dünyada   mədəniyyət   ilk   dəfə   Türküstandan

Xəzər dənizinin sahillərinə qədərki ərazilərdə mərkəzləşmiş və buradan başqa

ərazilərə   yayılmışdır.   Bunu   nəzərə   alan   tədqiqatçılar   göstərirlər   ki:   “Bir

vaxtlar “Tarix Şumerdən başlayır” deyildiyi halda indi “Tarix Orta Asiyadan-

Turandan başlayır” deməyi  tarix elmi bizdən tələb edir. Bu ilk mədəniyyət

mərkəzinin   (Türküstan   nəzərdə   tutulur-A.M.)   yaranma   və   varolma   tarixi

eradan   qabaq   X-VI   minilliklərə   aid   edilir.   Dünyanın   ikinci   qədim

mədəniyyətinin toplandığı mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə

doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir.

Bu mədəniyyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə

dayanır.   Tarix  baxımından   Şumer   üçüncüdür.   Dəclə   və   Fəratın  hövzəsi   və

yuxarı axını, Partaq (Zaqros) dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının

şimal-şərqinədək   olan   ərazini   əhatə   edir   və   eradan   öncə   IV-II   minilliklərə

bağlanır” (Seçmələr bizimdir-A.M. Bax: Əbülfəz Elçibəy, Bütöv Azərbaycan

yolunda, ikinci nəşr, Bakı 2004, səh. 23-24).

Məşhur   ingilis   alimləri   Q.Çaydl   və   S.Lloyd   daha   da   irəli   gedərək

göstərirlər   ki:   “Turanlılar   təxminən   on,   on  iki   min   il   bundan   əvvəl   səfalı,

bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb ətraflarında yaşayan

saysız-hesabsız   vəhşi   qəbilələrin   heyrətli   nəzərləri   altında   dünya

sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı.

Bu işıq ehtiyacı daxildən gəlirdi və çox çəkmədi ki, qoca Asiyanın münbit

torpaqlı hər guşəsində işıq adaları şölələndi” (Seçmələr bizimdir-A.M. Bax:

Q.Çaydl, Drevneyşiy Vostok v svete novıx raskopok, Moskva 1956, səh. 252-

256; Seton Lloyd, Reki blizniçi, Moskva 1972, səh. 16).

Tədqiqatçılar   ilk   şəhər   dövlətlərinin   və   ən   başlıcası,   ilk   yazı

mədəniyyətinin   Şumerlərə   aid   olduğunu   nəzərə   alaraq   Şumerləri   dünya

mədəniyyətinin   yaradıcıları   hesab   edirlər.   İlk   yazı   mədəniyyətinin   Şumer

Türklərinə   aid   olduğunu   irəli   sürən   tədqiqatçılara   görə,   Şumerlərdən   bu

əlifbanı   əxz   edən   Finikiyalılar   ticarət   əlaqələrində   olduqları   sami   xalqlara,

Yunan və Latınlara aparmış, Latın, Yunan, İbrani və Ərəb əlifbaları da Şumer

əlifbası   əsasında   yaradılmış,   sonradan   Latın   əlifbası   əsasında   Alban

(Azərbaycan),   Qrobar   (Hay),   Kartli   (Gürcü)   və   Kril   (Rus),   Ərəb   əlifbası

əsasında isə qədim Soğdi və Uyğur əlifbaları yaradılmışdı (Seçmələr bizimdir-

A.M. Bax: Ahmet Cavat, Alfabenin menşei, En eski Türk yazısıdır, İstanbul

1933).


Öz qaynağını qədim Günəş İmperiyasının “Müqəddəs sirlər”indən alıb

dünyaya yayan, Ceyms Çörcvordun “Böyük Uyğur İmperiyası” adlandırdığı

Böyük Turan İmperatorluğunun təfəkkürünün məhsulu olan, bəşəriyyətin ulu



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə