Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə13/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   9   10   11   12   13   14   15   16   ...   227

Karamuran,   Çerçən-Dərya,   Qaraqaş,   Yurunqqaş,   Xotan-Dərya,   Yarkənd-

Dərya,   Koşqar-Dərya,   Ağsu,   Şahyar,   Qonça-Dərya,   Qum-Dərya,   Acıçay,

Ceqetu,   Tatayu,   Geder,   Qızılüzən,   Tərtər,   Bərgüşad,   Oxçuçay,   Qarqarçay,

Türyançay, Arpaçay, Naxçıvançay, Çilançay, Vənəndçay və s. kimi kiçik və

yüzlərlə dağ çaylarının, Baykal, Aral, Xəzər, Urmiya, Göygöl, Göyçə və s.

kimi   dəniz   və   göllərin   ətrafında   yaşamış   və   bu   çay,   göl   və   dənizlərin

ətraflarında   dünya   mədəniyyətinin   qədim   və   orta   əsrlərinə   aid   incilərini

yaratmışlar.   Türklərlə   bağlı   daha   çox   maddi   və   mənəvi   mədəniyyət

nümunələri dünyanın ən yüksək dağ silsiləsini təşkil edən güneydə Himalay

dağları, batıda Xəzər dənizini, doğuda Böyük Kinqan dağları arasında qalan

geniş bir ərazini əhatə edən Orta Asiyada, Qafqaz, Toros, Elbrus, Hindiquş və

Zaqros   dağlarını,   iç   və   doğu   Anadolu   yaylaları   ilə   Kür-Araz   vadilərini,

Urmiya  gölü sahillərini, Mesopotamiya  ovalığını, Dəclə və Fərat vadilərini,

Suriya və Ərəbistan düzənliklərini qapsayan Ön Asiyada təmərküzləşmişdir.

Bu   gün   belə   Türklər   Qərbdə   Balkanlardan,   Şərqdə   Sakit   Okeana,

Şimalda Şimal Buzlu Okeandan, Cənubda Tibetə qədər olan geniş bir ərazidə,

daha çox Türkiyə, Azərbaycan, Orta Asiya, Uyğurustan, Qazaxıstan və Rusiya

Federasiyasında, az bir qismi  isə Yuqoslaviyada,  Makedoniya  və Üsküpdə,

Polşada,   Rumınıyada,   Bolqarıstanda,   Yunanıstanın  Batı   Trakya   bölgəsində,

İraqda, Suriyada, Moldaviyada, Əfqanıstanda, Kiprdə, bəzi Egey adalarında

yaşamaqdadırlar.Yaşadıqları   yerlər   arasında   məsafələrin   bu   qədər   uzaq

olmasına, tarixən müxtəlif mədəniyyətlərlə çulğalaşmasına baxmayaraq, Türk

dünyasının   böyük   əksəriyyətinin   həyat   tərzi   və   mədəniyyətində   bir   birlik

mövcuddur.

Bundan  öncə  “Tufan”a  qədərki  Böyük  Turan  İmperatorluğu (Ceyms

Çörçvordun   təbirincə   Böyük   Uyğur   İmperatorluğu-A.M.)   və   o   dövrdə

Türklərin yaratdığı əldə olan maddi və mənəvi mədəniyyət  nümunələrindən

qısa şəkildə bəhs etmişdik. İndi isə Türklərin “Tufan”dan sonra, bizim eranın

başlanğıcına   qədər   yaratdıqları   maddi   və   mənəvi   mədəniyyətlərindən   bəhs

edəcəyik.

Bir   çox   tədqiqatçıların   gəldiyi   son   nəticə   bundan   ibarətdir   ki,

mədəniyyət  “Tufan”dan sonra dünyada ilk dəfə olaraq Türküstandan Xəzər

dənizinin sahillərinə qədərki ərazi sayılan “Turan ovalığı”nda mərkəzləşmiş

və buradan dünyanın başqa ərazlərinə yayılmışdır. Bu “Tufan”dan sonrakı ilk

mədəniyyət   mərkəzinin   yaranma   və   varolma   tarixi   eradan   əvvəl   X-VI

minilliklərə   aid   edilir.   Belə   ki,   Türküstanda   aparılan   arxeoloji   qazıntılar

nəticəsində   bəlli   olmuşdur   ki,   dünyanın   böyük   rəmzlərindən   sayılan

səkkizgüşəli   ulduzun,   dünyanın   bütövlüyünün   rəmzi   olan   əks   istiqamətli

butaların, xaç və svastikanın və s. ən qədim mədəniyyət nümunələri məhz bu



ərazidən   (Türküstandan)   tapılmışdır.   Bu   da   onu   göstərir   ki,   “Tufan”dan

sonrakı mədəniyyət tarixi eradan əvvəl III minilllikdə şəhər dövlətlər yaratmış

Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları

ətrafında yaşamış  Böyük  Turan İmperatorluğunun xələfi və Şumerlərin ulu

babaları olan Turanlılarla başlayır.

Eradan əvvəl I minilliyə aid Qazaxıstanın keçmiş paytaxtı Alma-Atanın

60   kilometrliyindəki   İssık   şəhərindən   tapılan   gənc   əsilzadənin   kurqan

qəbrindən əldə   edilən dəfinə   də  Türk maddi   və  mənəvi   mədəniyyət  tarixi,

incsənəti,yazısı  və dilinə aid əvəzsiz tapıntılardandır. Bu kurqandan tapılan

gümüş cam üzərindəki ”Orxon-Yenisey” runik yazısının ilkin variantlarından

olan yazı Türk mənəvi mədəniyyəti baxımından daha dəyərlidir. Mütəxəssislər

bu yazının o dövr türkcəsi ilə yanaşı onun bu günki türkcəsini də yanında

vermişlər.   Mətndə   yazılıb:   “Hökmdar!   Bu   otaq   sənindir!   Sən   rahat   yat.

Düşmən,sən də diz çök. Xaqan həlak olsa da xalqın azuqəsi olacaq.” 

Bu tapıntıda həmçinin yüksək sənətkarlıqla, bədii zövqlə işlənmiş qızıl

zinət əşyaları ilə yanaşı əldə edilən əynində zərif ipək köynəyi,qısa qollu kişi

geyimi,   qırmızı   zamşadan   dar   kişi   şalvarı,   ayağında   dabansız   uzunboğaz

çəkməsi   olan,   qısa   qollu   kamzolun   üstündə   əfsanəvi   maral   və   sığın   başı

şəklində metaldan tökmə üsulu ilə düzəldilmiş,ağır yığma kəmər bağlanmış,

hökmdarın   başında   uca   konusvari   üçağızlı   qalpaq-papaq,   boynunda   ucları

pələng   başı   şəklində   olan   hörülmüş   boruvari   boyunbağı,   sağ   əlində

barmaqlarında biri güzgü kimi parlaq qalxanvari, digəri başında radius formalı

çələng şəklində insanın profildən təsviri həkk olunmuş qaşlı üzük, sol çiyni

tərəfində ucu qızıl və üzərinə qızıl lent sarılmış rəmzi əsa, sağında qını qırmızı

rəngdə boyanmış, atlı döyüş sılahı olan qılınc, solda qınında sığın və at şəkilli

dəstəyi  qızıl suyuna çəkilmiş, ikibaşlı qrifon şəklində tiyəsi qızıl örtüyü ilə

müxtəlif vəhşi heyvanların təsvirlər ilə bəzədilmiş dəmir xəncər olan “Qızıl

geyimli xaqan” heykəli Türk maddi mədəniyyətini özündə cəmləşdirən nadir

sənət nümunəsidir.

Danılmaz faktdır ki, bütün bəşəri dəyərlərin əsası milli zəngnliklərdən

yaranıb. Bu milli zənginlikləri yaradan millətin özüdürsə, hər bir milləti, onun

milli   zənginliklərini   bəşəriyyətə   tanıtdıran   da   o   millətin   içindən   çıxan

hökmdarlar, dövlət xadimləri, dahilər və müdrik şəxsiyyətlər olmuşdur. Belə

müdrik şəxsiyyətlər mənsub olduğu milləti dünyaya tanıtmaqla bərabər, həm

də o millətin gələcəyinə işıq tutmuşlar.

Dünya, o cümlədən də Türk tarixində əfsanələşmiş, mifləşmiş, xüsusilə

dastanlaşmış   tarixi   hökmdarlara   çox   nadir   hallarda   rast   gəlmək   olar.   Türk

dünyasında   belə   şəxsiyyətlərdən   biri   və   birincisi   Türklərin   ilk   fateh   atası,

bütün milli nizam-intizamın, idarəçiliyin və “Tufan”dan sonrakı İkinci Böyük



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə