Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə15/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   11   12   13   14   15   16   17   18   ...   227

ata   və   anası   sayılan   An   (Göy)   və   Ki   (Yer)   düşüncəsi   əsasında   yaranan

“Bilgəmiş”   (“Qılqamıs”)   dastanındakı   motivlər   sonrakı   dini   kitablara   da

keçmiş, Bibliyada “Adəm və Həvva” şəklində öz əksini tapmış, Şumerlərdən

sonrakı bütün Şərqin və Qərbin bir sıra xalqları bu dastanın güclü təsiri altında

olmuşlar. Belə ki, An və Kinin nigahından Enli və Enki doğulmuş, Adəm və

Həvvadan   da   Habil   və   Qabil   dünyaya   gəlmişdir.   Deməli,   ilk   qaynağını

“Müqəddəs sirlər”dən alan “Bilgəmiş”  dastanındakı “Nuh tufanı”, “Novruz

Bayramı”, “Qurban Bayramı”, od, torpaq, su və havadan ibarət həyat anlayışı

və   s.   kimi   məsələlər   də   Şumer   təfəkkürünün   məhsuludur.   Ümumiyyətlə,

Şumerlərin   mədəniyyəti   qədin   Turanlıların   dini-etik   görüşlərinin,   fəlsəfi

baxışlarının,   bədii   fikir   dünyasının   davamıdır.   Deməli,   qədim   Turanlılarla

Şumerlərin, Şumerlərlə sonrakı Türklərin eyni inam fəlsəfəsi daşıması onların

eyni kökü paylaşmalarına bariz sübutdur. Belə ki, bizim eranın VI əsrinə aid

Eltəriş   Xaqanın   şərəfinə   həsr   edilmiş   kitabədə   Göy  Türk  Xaqanı   Qapağan

Xaqanın dilindən belə bir fikir həkk olunmuşdur ki: “Mən, Qapağan Xaqan,

Eltəriş Xaqanın elində tərbiyə  aldım.  Bu eli (El qədim Türklərdə “Dövlət”

anlamında   işlədilmişdir.   Bax:   Prof.   Dr.   Laszlo   Rasonyi,   Tarihte   Türklük,

Ankara 1971, səh. 61) mənim 65 ulu babalarım yaratmışlar” (Bax: Malov,

S.E., Pamyatniki  drevnetyurkskiy pismennosti  Monqolii i Kirqizii, Moskva

1959, səh. 7-10).

Bir çox tədqiqatçılar haqlı olaraq təsdiq edirlər ki, Babilistana gələn

xalq   (Şumerlər   nəzərdə   tutulur-A.M.)   özü   ilə   çox   yüksək   mədəniyyət   də

gətirmişdilər. Şumer Türkləri dünya mədəniyyətinə möhtəşəm tikililər, Eridu,

Ur, Uruk, Laqaş, Şurrupak, Adab, Nippur, Kiş və s. kimi əzəmətli şəhərlər, ilk

səsli yazı sistemi, ilk nəzmlə yazılmış qəhrəmanlıq epopeyası, ilk kitabxana,

ilk kitab kataloqu, yeddi  notlu septatonik musiqi sənəti, suvarma  kanalları,

əkinçilik mədəniyyəti, ilk iki palatalı parlament, ilk tarixçi, ilk ədəbi abidələr,

ilk   matəm   nəğmələri,   heyvanlar   haqqında   ilk   təmsillər   toplusu   və   s.   bəxş

etmişlər   (Seçmələr   bizimdir-A.M.   Bax:   Kramer   S.N.Tarih   Şumerle   başlar,

Ankara 1990). Şumer Türklərində məktəblər, dərsliklər, müəllimlər, mirzələr,

katiblər olmuş, bu mirzə  və katiblər onlarla gil lövhələrdən ibarət kitablar,

kitabələr,   elmi   və   rəsm   əsərləri   vücuda   gətirmişlər.   Bütün   bunlarla   yanaşı

Şumerlər   dünya   mədəniyyəti   tarixində   ilk   hüquqi   qanunların,   mülkü

sənədlərin,   dini   və   kosmoqonik   təfəkkürün   də   yaradıcısı   hesab   olunurlar.

Qədim Şumerlərdə  hökmdarlar   və  qanunvericilər  Kainatla  dövləti  ayrılmaz

hesab etmiş, ona görə də öz hakimiyyətlərinin və qanunlarının İlahi xarakter

daşıdığını   irəli   sürmüş,   bütün   insanları   və   hətta   canlı   və   cansız   varlıqları,

Təbiətin   əşya   və   hadisələrini   də   dövlətin   bir   üzvü   hesab   etmişlər.   Onlar

mövcud   Göy   cisimlərini   və   Təbiət   hadisələrini   müqəddəsləşdirərək   Allah



səviyyəsinə qaldırmış (Göy Allahı Anu, Tufan Allahı Enlil, Şər Allahı Marduk

və s.), kosmik dövlətlərində ümumi yığıncağı “Allahların müşavirəsi” hesab

etmiş, ona görə də özlərini Allahların yerdə iradəsini həyata keçirdiklərini irəli

sürmüş   və   bununla   da   öz   hakimiyyətlərinin   İlahi   xarakter   daşıdığını

əsaslandırmağa  çalışmışlar   (Seçmələr   bizimdir-A.M.  Bax:  Yusif  Rüstəmov,

Siyasi-hüquqi təlimlər tarixi, Bakı 2000, səh. 25-26).

Şumerlər “6-lıq və 10-luq sistemi ilə əks olunan riyazi hesablamaların,

astronomiya və astrologiya elminin təməlini qoymuş, 6 Göy, 10 Yer rəqəmi

olmaqla   bu   rəqəmlərin   hasil   nəticəsi   kimi   60   saniyəni   bir   dəqiqəyə,   60

dəqiqəni bir saata, sutkanı 24 saata bölmüş, çevrəni 360 dərəcəyə, buradan da

qapanmış   çevrənin  ilin  360  günə   bərabərliyini   ilahiləşdirmiş,   çevrənin  tam

qapanması üçün 5 günü nə köhnə, nə də təzə ilə aid etməklə bayram günləri

saymışlar”   (Seçmələr   bizimdir-A.M.   Bax:   Arif   Əliyev,   Şumer   dastanları,

Bakı-AzAtaM-2008, səh.3).

Şumerlər ən müqəddəs bayram olan Yeni il-Novruz bayramını  yazın

gəlişi   şərəfinə   qeyd   etmiş,   yeni   ilin   birinci   ayı   olaraq   Mart   ayını   qəbul

etmişlər. Şumerlərin təfəkkürünün məhsulu olan bu müqəddəs bayramı bizim

eraya qədər bütün dünya xalqları qeyd etmişlər. Tədqiqatçılar göstərirlər ki, bu

bayram Romalılar tərəfindən 2000 (iki min) il bundan əvvəl qəbul edilmiş

“dövrümüzün təqvimində də öz izlərini qorumaqdadır. Belə ki, günümüzün

təqvimində...sentyabr-septem   (yeddinci),   oktyabr-okto   (səkkizinci),   noyabr-

novem (doqquzuncu), dekabr-dekem (onuncu) aylar olaraq Şumer yaddaşını

qorumaqdadır” (Bax: Arif Əliyev, göstərilən əsər, səh. 4).

Tədqiqatçıların fikrincə, Şumerlər 12 bürc haqqında ətraflı bilgiyə sahib

olmuş,   bürcləri   heyvanların   müqəddəsləşdirilmiş   ruhları   şərəfinə

adlandırmışlar. Şumerlərin təfəkkürünün məhsulu olan Göy cisimləri haqda ilk

elmi nəzəriyyələri, Günəş sisteminə daxil olan 9 planetə qarşı bu gün belə

elmə məlum olmayan əlavə 2 Göy planeti haqqında ətraflı məlumata malik

olmaları   (Amerika   alimi   Sitçin)   Şumerlərin   yerxarici   sivilizasiya   haqqında

bilgiyə sahib olmalarını göstərir.

“Hələ 5 min il bundan öncə Şumer həkimləri gözdə mürəkkəb cərrahi

əməliyyatlar apararaq mirvari suyunu götürmək iqtidarında olmuşlar. Şumer

xalqının   bəşəriyyətə   bəxş   etdiyi   bu   zəngin   miras   yalnız   dünyəvi   elmlər,

incəsənət   nümunələri   ilə   məhdudlaşmamış,   onlar   həm   də   fəlsəfi   fikirlərin,

əsasən   də   mənəvi   saflığın   təməli   olan   inam   mədəniyyətinin   əsaslarını

yaratmışlar” (Seçmələr bizimdir-A.M. Bax: Arif Əliyev, göstərilən əsər, səh.

5).

Şumerlərə görə yer kürəsinin ilk insanı Yer qızı Qarabaşla Göy Mələyi



Elinin   törəməsidir.   Bu   fikir   sonradan   Bibliyaya   da   siyarət   etmiş,   region


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə