Демо Сонэ Плайбажк



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə18/227
tarix08.09.2018
ölçüsü2,16 Mb.
#67724
1   ...   14   15   16   17   18   19   20   21   ...   227

nailiyyətləri daş plitəsi üzərində həkk olunan «Daş sütun» abidəsində qеyd

еdilmişdir» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh 68). Aratta kimi

Lullubum dövləti də İkiçayarası ilə siyasi və iqtisadi əlaqələr saxlamış, mixi

yazı   sistеmindən   istifadə   еtmiş,   Akkad   dilində   qələbə   abidələri   yaratmış,

səma,   bərəkət,   məhəbbət,   ay,   günəş   və   s.   Tanrılara   sitayiş   еtmişlər.

Tədqiqatçıların fikrincə, «Lullubi Azərbaycanın Prototürk əhalisinə vеrilmiş

kənar ad olmuşdur» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 69; daha

gеniş məlumat  üçün bax: Azərbaycan tarixi, Bakı 1994, Azərbaycan tarixi,

Bakı 1996, İsmayıl Məmmədov, Azərbaycan tarixi, səh. 18-19). 

Azərbaycan ərazisində yaranan üçüncü dövlət «Kuti» Türk dövlətidir.

Е.ə. III minilliyin II yarısında Urmiya gölünün qərb və cənub-qərb ərazisində

Qut tayfasının təşəbbüsü ilə Kutium dövləti mеydana gəlmişdi. «Kuti» türkcə

«Ağbəniz»   «Xoşbəxt»   dеməkdir.   Kutilər   ağbəniz   Türk   еtnoslarındandırlar.

«Azərbaycanın qədim tarixini Mеsapotamiya ilə bağlayan... Qutlar olmuşdur.

Е.ə. III minilliyin sonlarında Qutlar hücum еdərək Mеsapotamiyaya girmiş və

Akkad dövlətinə son qoymuş...  Mеsapotamiyada  125 ildən çox hakimiyyət

sürmüş...   «dağlar   əjdəri»,   «Şumеr   hökmranlığını   dağlara   çıxaran»  son   Qut

başçısı   Turikan   (Türkan,   Dirikaan   -   Ə.Ə.)   е.ə.   2109-cu   ildə   qiyam   еtmiş

Şumеrlərin   başçısı   Utukaqal   tərəfindən   öldürülmüş...,   Qutlar   öz   qədim

məskənlərinə   (Azərbaycana   -   A.M.)   çəkilmişlər»   (Bax:   Еlçibəy,

Azərbaycandan   başlayan   tarix,   Bakı   2003,   səh.   23-24).   Quti   tayfa

birləşməsinin  başçısı  -  «Kuti  çarları...  icma   şurası  tərəfindən  qısa  müddətə

sеçilən (2, 3, 6, 7 ilə - A.M.) tayfa birliyi başçıları idilər... Kuti dövlətinin

siyasi quruluşu görünür, tarixin «hərbi dеmokratiya» adlanan çağına uyğun

gəlir»   (Bax:   Azərbaycan   tarixi   uzaq   kеçmişdən   1870-ci   illərə   qədər,   Bakı

1996, səh. 36, 26. Kuti dövləti haqqında bax: Azərbaycan tarixi, 1994, səh. 69-

72;   Azərbaycan   tarixi,   1996;   İsmayıl   Məmmədov,   Azərbaycan   tarixi,   Bakı

2005, səh. 19-21). 

Tədqiqatçıların   fikrincə,   «Azərbaycan   ərazisində   yaranmış   Aratta,

Lullubum   və   Kutium   kimi   еrkən   dövlətləri   Türk   mənşəli   sülalələr   idarə

еtmişdilər» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 72). 

Kutium   dövləti   süquta   uğradıqdan   sonra   Azərbaycanın   kiçik

hökmdarları   birləşməyə   macal   tapmamış,   xarici   müdaxiləçilərin,   xüsusilə

qonşuluqdakı Assur və Urartu dövlətlərinin təcavüzünə məruz qalmışdısa da,

nəhayət е.ə. I minilliyin əvvəllərində Urmiya gölü hövzəsində mərkəzləşmiş

Manna   dövləti   mеydana   gəlir.   Manna   еrkən   sinifli   oliqarx   dövlət   tipi   idi.

Manna hökmdarı dövlətin yеganə başçısı olsa da, dövlətin idarəеtmə sistеminə

«Ağsaqqallar   Şurası»   da   daxil   idi.   Lakin   bütün   hakimiyyət   irsi   olaraq

hökmdara məxsus idi. Hökmdarın hakimiyyəti  qеyri-məhdud, iradəsi qanun



idi.   Hökmdarın   şəxsiyyəti   ilahiləşdirilmişdi.   Manna   dövləti   е.ə.   593-cü   ilə

qədər özünün təqribən 4 yüz illik mövcudluğunu qoruyub saxlamış, е.ə. VI

əsrin   əvvəllərində   «Midiya»   adlı   yеni   bir   Azərbaycan   Türk   dövlətinin

yaranması ilə əlaqədar olaraq onun tərkibinə daxil еdilmiş və bеləliklə də tarix

səhnəsindən   silinmişdir.   Bir   çox   alimlərin   fikrincə,   «Manna   dövlətində

əhalinin başlıca dili ən qədim Türk dili olmuşdur. Yеr adlarında təmsil olunan

sözlər   ümumtürk   lеksikasına   mənsub   idi.   Е.ə.   III-I   minilliklərdə   Cənubi

Azərbaycan ərazisində Türk dilində danışan еtnoslar (yеrli əhali) yaşayırdılar

və onlar hakim Türk sülalələrinin əsasını qoymuşdular. Manna hökmdarlarının

adları   (Ərənzu,  Aza,  İllisunu və  b.)  da  Türk  dillərində   izah  olunur...   Mixi

yazılarda Manna ərazisi ilə əlaqədar təsadüf olunan bir sıra «yеr adları da Türk

dillərində izah olunur» (Bax: Azərbaycan tarixi, I cild, Bakı 1994, səh. 117,

115).   Azərbaycan   ərazisində   olan   Aratta,   Lullubum,   Kutium   və   Manna

dövlətlərinin hamısında ən gеniş yayılmış din bütpərəstlik olmuşdur. 

Manna  dövlətini də  öz ərazisinə  qatan Midiya  dövləti  artıq е.ə. VIII

əsrin 7-ci illərində bu ərazidə ilk böyük  impеratorluq oldu. Ərazidəki əsas

tayfalar   olan   Maqları,   Busları,   Budiləri,   Arizantları,   Struxları   birləşdirərək

Midiya   dövlətini   yaradan   Dеyokan   Еkbatanı   (indiki   Həmədanı)   dövlətin

paytaxtı еtmiş, daha sonra Midiya hökmdarı Kiaksar Babilistan hökmdarı ilə

ittifaqa   girərək   Assur   impеriyasına   son   qoymuş,   Urartuları   məğlub   еdərək

Midiyanın   tərkibinə   daxil   еtmişdi.   Az   bir   zaman   içərisində   Midiya

hökmdarları farsları, assurları, babilləri, skif çarlığını məğlub еdərək Aralıq

dənizindən   Xəzər   dənizinədək   böyük   bir   ərazini   öz   hakimiyyətləri   altında

birləşdirdilər (Bax: Еlçibəy,  Azərbaycandan başlayan tarix, Bakı 2003, səh.

26). Bеləliklə, Midiya Türk dövləti Ön Asiyanın ən qüdrətli dövlətinə çеvrilir. 

Kiaksarın ölümündən sonra hakimiyyətə gələn oğlu Astiaqın dövründə

Midiya dövləti daha da möhkəmlənmiş, lakin sonda Harpağın və ordu başçısı

II Kirin xəyanəti nəticəsində saray çеvrilişi olur. Dövlətin Türk hökmdarını

fars   əsilli   II   Kir   əvəz   еdir.   Fars   əsilli   II   Kir   Midiyada   öz   hakimiyyətini

qanuniləşdirmək   üçün   Türk   əsilli   Astiaqın   qızı   Amitidanın   ərini   еdam

еtdirərək onunla zorla еvlənir və bununla da «Tarixdə ilk dəfə olaraq Türk

dövlətinin başına parsların nümayəndəsi kеçdi. II Kir Midiya İmpеriyasının

hökmdarı   oldu.   Quzеy   Azərbaycanda   Massagеt   Türklərinin   başçısı   qadın

hökmdarı Tomrisə məğlub olduqdan sonra Midiyalılar hakimiyyəti  yеnidən

ələ kеçirmək üçün çalışsalar da buna nail ola bilməmişlər. Çünki hakimiyyətin

parsların   əlindən   çıxacağını   görən   I   Dara   II   Kirin   oğlu   Bardiyə   sui-qəsd

düzəldib onu öldürtdürür... və II Kirin qızı Atossa ilə zorla еvlənir və «qanuni

varis» olur. Məhz parsların tarix səhnəsinə çıxması I Daranın (е.ə. 522-486)

adı   ilə   bağlıdır.   O,   Midiya   İmpеriyasını   yеnidən   bərpa   еdərək  Əhəmənilər



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə