Iraqın fəaliyyətini yaxından izləyən Amerika Iraqı terroru dəstəkləyən
ölkələr siyahısına daxil etdi. Lakin Xomeyninin ortaya çıxması və irəli
sürdüyü sonsuz tələblər Amerikanın Iraqla bağlı qərarlarında köklü
dəyişikliklərə yol açdı. Bunun ilk göstəricisi isə Iraqın etdiklərinə Reyqan
hökumətinin göz yumması oldu. Üstəlik Ağ Ev yetkililəri Iraqa silah
göndərilməsi haqqında qərar qəbul etdilər. Və dünya duymasın deyə, Iraq
təyyarəçilərini Iordaniya hərbi geyimində Amerikada yetişdirdilər.
Amerika və Avropa müttəfiqləri Səddamı şirnikləndirərək, onu Ərəb
dünyasını qurtaracaq biricik lider kimi təqdim etdilər və onu Iranla savaşa
sövq etdirə bildilər.
Səddam Hüseyn Iran ordusunun təcrübəli zabitlərinin şahla birlikdə
ölkəni tərk etməsindən, Xomeyninin Amerika, onun Avropa və Ərəb
müttəfiqlərinə qarşı olmasından və qapısından ayrılmayan silah tacirlərindən
cəsarət alırdı.
Bu qədər güc və dəstəyə arxayın olan Səddam Hüseyn Müharibənin bir
neçə gündə qələbə ilə nəticələnəcəyinə əmin olaraq, 20 sentyabr 1980-ci ildə
Irana hücum etdi.
Fəqət, bəlli olduğu kimi «Qonaq umduğunu yeyə bilmədi». Əvəzində
Iraq bütün müharibə dövründə çoxlu insan itgisi və milyardlarla dollar, Iran
isə milyonlarla gənc itirərək, Iraq və Iran xalqlarını səfalətə sürüklədilər. Belə
ki, müharibənin əvvəlində yetmiş milyard dollar ehtiyatı olan Iraq
müharibədən iki yüz milyard dollar borcla çıxdı.
Neft dollarları Şərqdən Qərbə bir işıq seli kimi axmağa başladı. Bu
dolların böyük bir qismi süni yaradılan «Qara bazar»da xərcləndi və xərclənir.
Buraya narkotik maddə paralarını, kirli savaşların kirli gəlirlərini, üçüncü
dünya ölkələrini idarə edən Qərb banklarının qurduğu şəbəkələri, rüşvətləri də
əlavə etsək, «Vətənsiz para»ların haraya xərcləndiyi haqqında təsəvvür
yaranır.
Iraq-Iran savaşının ən böyük ağrısını isə Güney Azərbaycan türkləri
çəkdi. Bu savaş təkcə milyonlarla Azərbaycan türkünün məhv olması ilə deyil,
həm də onların milli müqavimətinin, milli gücünün, daxili enerjisinin
müvəqqəti olaraq zəifləməsi ilə nəticələndi.
Fars şovinistləri hələ Imam Hüseynin qətlə yetrilməsindən sonra
ərəblərdən tarixi qisas almaq məqsədilə anası fars olan Imam Zeynalabdinin
sağ qalmasından istifadə edərək, xilafəti ələ keçirməyə can atmış, lakin buna
nail ola bilməmişlər.
Daha sonra Firdovsinin heç bir tarixi fakta söykənməyən və yalnız
miflər əsasında uydurduğu «Şahnamə» əsəri, XIV əsrdə türk hakimiyyəti və
Islam dininə qarşı Nübuvvət, Imamət və Üluhiyyət ideologiyasını, XIX əsrdə
meydana çıxan və Ourana qarşı «əl-Bəyan» əsərini qoyan Babilik və ondan
nəşət edən Vəhabilik heç bir real nəticə verməsə də Fars şovinizminin ideya
qaynaqları olmuşlar.
«Özümə yer eyləyim, gör sənə nə eylərəm» deyimini özünün yaşam
kriteriyasına çevirən fars şovinizimi bütün tarixi boyunca etdiklərini islam
inqilabından sonra da Azərbaycan türklərinə qarşı tətbiq etməyə başladılar.
Dörd minillik tarixdə heç bir qəhrəmanlıq nümunəsi göstərə bilməyən
farslar, münasibətdə olduğu bütün xalqların, xüsusilə bu ərazidə Kəngər,
Makan, Elam, Aratta, Kuti, Lullubəy, Kas, Su, Subar, Turuk, Elumay, Manna,
Midiya, Atarpaten, Ağvan, Saçlı, Salarlı, Atabəylər, Elxanlı, Qaraqoyunlu,
Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar kimi türk dövlətlərinin yaratdığı maddi
mədəniyyət və mənəvi dəyərlərini özününküləşdirmişdir, Türk hakimiyyətinə
gücü çatmadıqda isə terrora əl atan və ölkə daxilində məzhəb qovğaları
çıxaran, yalnız başqalarının yardımı ilə dövlət quran farslar – Əhəmənilər,
Sasanilər və yalançı Pəhləvilər budəfə də fars şoviniziminin qarantı şaha qarşı
islam inqilabının qələbəsini və Iraq-Iran savaşında milyonlarla şəhid verib
Iranın ərazi bütövlüyünü təmin etmiş Azərbaycan türklərinin əməyinə sahib
çıxmış və islam dövlətini məzhəb dövlətinə çevirərək, fars şoviniziminə
xidmətə yönəltmişlər.
Tarixən islam dinini Fars şovinizminə xidmət edən məzhəbçiliyə
sürükləyən, nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ keçirməyə əl atan
Fars ideoloqları Fars bölgəsi və Azərbaycanda ilk dövrlərdə imamlardan
yararlanırdılarsa, indi artıq «Mehdinin zühuruna qədər xalqı Ayətüllahlar idarə
etməlidir» – fikrini irəli sürmüş, bununla da minillik mübarizələrini müvəqqəti
qələbəyə ulaşdırmışlar.
Şah dövründə Əhməd Kəsrəvi və onun davamçıları tərəfindən işlənib
sistemləşdirilən Fars şovinist proqramının tərkib hissəsi olan türk
düşmənçiliyi, «ari» nəzəriyyəsi, erməni-fars, yunan-fars, kürd-fars, rus-fars iş
birliyi Rəfsəncaninin rəhbərliyi ilə Islam Inqilabından bu günə qədər də
davam etməkdədir.
1988-ci ildə Iran-Iraq savaşının bitməsi Iran deyilən məmləkətin
tarixində yeni bir səhifə açdı. Savaş əsnasında Iran şovinist hökuməti bütün
müxalifəti, o cümlədən də Azərbaycan Türklərinin aparıcı dini təşkilatı olan
Şəriətmədarinin başçılıq etdiyi Müsəlman Xalq Partiyasını, demək olar ki,
tamamilə zərərsizləşdirməyi bacardı. Belə bir vəziyyətdə təpədən-dırnağa
Türk düşməni olan Haşimi Rəfsancani Iranın hakimi-mütləqi Xomeyninin
ölümündən sonra 1989-cu ildə Iran Islam Cümhuriyyətinin prezidenti seçildi.
Rəfsəncaninin başqanlığında Iranda totalitar bir rejim quruldu və bununla da
Türk kimliyi daha da geriləməyə başladı. Türk düşmənçiliyini dövlət siyasəti