Bu gün Iran adlanan məmləkət neft ölkəsi olmaqla yanaşı, həm də
dünyada analoqu olmayan dövlət qurluşu sisteminə malikdir. Doğrudur ilk
baxışda elə görünə bilər ki, bu dövlət qurluşu dayanaqlıdır. Belə ki, artıq 33
ildir ki, bu sistem Iranda yaşamaqda, bu və ya digər dərəcədə öz
mövcudluğunu qoruyub saxlamaqdadır. Fəqət belə üsul-idarə ilə çoxmillətli
dövləti uzun müddət yaşatmaq mümkün deyil. Çünki bu günkü dünya siyasi
sisteminin əsasını demokratiya, plüralizm, liberalizm, sərbəst bazar
iqtisadiyyatı, azad söz, dünyaya inteqrasiya və dünyanın sivil ölkələri ilə
ayaqlaşma təşkil edir ki, Iran adlanan bu məmləkət bütün bu sadalananlardan
məhrumdur. Deməli, bütün bu ali keyfiyyətlər olmadan bugünkü dünyada
dövlətin dayanaqlığını saxlamaq mümkün deyil. Ona görə də Irandakı bu sərt
idarəçilik sistemi dünya demokratiyası qarşısında duruş gətirə bilməyəcək.
Deməli, Iran artıq dəyişikliklər astanasındadır. Bu dəyişikliyi şərtləndirən
xüsusiyyətlər aşağıdakılardır;
-
Iran molla rejiminin xalqın gözündən düşməsi, bu rejimin sivil
dünya ilə ayaqlaşa bilməməsi;
-
Ölkədə iqtisadi durğunluq və hətta geriləmə, xalqın kütləvi
yoxsullaşması;
-
Milli münasibətlərin tam gərginləşməsi;
a) Iran mərkəzli fars siyasi-ideoloji sistemi ilə Azərbaycan Mərkəzli
Türk ideoloji-siyasi sisteminin qarşı-qarşıya gəlməsi;
b) Iranda mövcud ayrı-ayrı xalqların milli-siyasi təşkilatlarının
yaranması - Güney Azərbaycan Milli Hərəkatı, Pakistanda fəaliyyət göstərən
Bəluc Milli Ourtuluş Hərəkatı, Iraqda fəaliyyət göstərən Kürd Hərəkatı, Ərəb
Xalq Cəbhəsi - və müstəqillik uğrunda mübarizə aparması;
-
ABŞ-Iran münasibətlərinin daha da kəskinləşməsi;
-
ABŞ və digər böyük dövlətlərin Iranda rejim dəyişikliyinə
çalışması;
-
Iranı dəstəkləyə biləcək dövlətlərin bu günkü zəif durumu;
-
Neoliberalizmin millətlər arası sistemdə güclənməsi -
Qloballaşma;
-
Müttəfiq orduların Irana qonşu olan dövlətlərdə olması və NATO
qüvvələrinin Əfqanıstan və Orta Asyada yerləşdirilməsi;
-
Quzey Azərbaycan və Türkmənistanın müstəqil dövlət olmaları;
-
Quzey Azərbaycan və xaricdə yaşayan Azərbaycan türklərinin
(DAK, BAB, GAMOH) Güneydəki Milli Azadlıq Hərəkatına dəstək verməsi;
-
Bu günkü Iranı terrorizmin qalası sayan, nüvə silahı əldə etməyə
çalışmasının qarşısını almağa və bu irticaçı terrorist dövlətin xalqlarını xilas
etməyə çalışan beynəlxalq güclərin fəaliyyətə keçməsi;
-
Toplumu mərkəzə bağlayan ideoloji-siyasi və məzhəbi Islamın
iflası;
-
Reformistlərə olan inamın tamamilə itməsi.
Irandakı dəyişiklikləri şərtləndirən bu və digər səbəblərə baxmayaraq
Iranı düşdüyü vəziyyətdən çıxarmağa çalışanları da nəzərdən qaçırmaq olmaz.
Belə ki, fars şovinizminə əsaslanaraq Iran mərkəzli fars sistemini
formalaşdıranlar və Iranın həyatında söz sahibi olmağa çalışanlar aşağıdakı
şəkildə qruplaşa, ABŞ-ın hədəfində olan bəzi dövlətlərlə, xüsusilə, Surya və
Rusya ilə iş birliyi quraraq öz planlarını həyata keçirməyə çalışa bilərlər;
1. Islamçı sağ və solçular şovinist qüvvələri də öz tərəflərinə çəkərək
hakimiyyət uğrunda mübarizə apara bilərlər.
2. Bu və bunlar kimi qruplar Azərbaycan Türklərinin istiqlal
mübarizəsini etnik seperatizim və etnik mübarizə kimi beynəlxalq
ictimaiyyətə çatdıra və BMT-nin sərhədlərin dəyşilməzliyi prinsipini əsas
gətirərək bu mübarizəni boğmağa çalışarlar. Bu məqsədlə onlar öncədən
hazırladıqları planlardan - etnik-coğrafi məkan olan Azərbaycanı ostanlara
bölərək fars əyalətlərinin nəzarətinə vermələrindən, Güney Azərbaycandakı
bütün strateji əhəmiyyətli dövlət idarələrini farslaşdırmalarından, Güney
Azərbaycanda artırdıqları hərbi kontingentdən, Güney Azərbaycanın əsas
iqtisadi müəsisələrini fars əyalətlərinə köçürməklə onun iqtisadi və kütləvi
gücünü zəiflətməsindən, Güney Azərbaycan Türklərinin kütləvi şəkildə fars
əyalətlərinə köçürmələrindən, türk-fars nigahı əsasında formalaşdırdıqları yeni
bir Irançı təbəqələrdən və s. maksimum yararlanmağa çalışa bilərlər.
3. Bu qruplar həmçinin Kürdlərlə və digər etnik qruplarla Azərbaycan
Türkləri arasında etnik qarşıdurma yarada və bu xalqları bir-birinə qırdırmaqla
onları zəiflətməyə çalışa bilərlər.
4. Şahın xaricdəki oğlu şahçılarla fars millətçiləri və fars milli
cəbhəçiləri ilə iş birliyinə girərək fars şovinizminin xeyrinə xaricdən ala
biləcəkləri maddi və siyasi dəstəklə Iranı federallaşdırmaq adı altında
hakimiyyətə gələ və ya gətirilə bilərlər. Indiki halda bunu daha real hesab
edənlər var.
5. Bunlardan əlavə Iranda fəaliyyət göstərən «Azadlıq nehzəti»,
«Hizbullah», «Islam fədailəri» və s. kimi qruplar, həmçinin xaricdə fəaliyyət
göstərən silaha və güclü təşkilatçılıq qabiliyyətinə malik «Xalqın mücahidləri»
qrupu da bu dönəmdə tam fəallaşa bilərlər.
Bütün bu güc mərkəzləri və qrupların arasında siyasi, ideoloji, ictimai,
iqtisadi və Islami görüşlər bir-birindən köklü şəkildə fərqli olsa da, onlar
zaman-zaman bir-biri ilə ölüm-dirim savaşına çıxsalar da Güney Azərbaycan