dünyanın bütün mütərəqqi qüvvələrinin və demokratik dövlətlərinin ana işi
olmalıdır.
Qeyd etməyi lazım bilirik ki, Güney Azərbaycan Türkləri bütün tarix
boyu özlərini Türk adlandırıb və Türk olaraq tanıyıb.Lakin artıq yüz ilə
yaxındır ki, yalnız Türk və Azərbaycanlı olmaq siyasi hərəkat və müstəqillik
üçün yetərli olmamışdır.Xalqımız özünü Türk qəbul etməsinə baxmayaraq,
fars düşüncəli bir sistem içərisində yaşamış, bütün ağlını, zəkasını, əməyini və
yaratdığı bütün maddi və mənəvi dəyərlərini farslığın inkişafına sərf etmiş və
nəticədə təhqirdən başqa heç nə əldə etməmişdir.
Bəlidir ki, hərbir siyasi hərəkat üçün ilk nüvbədə ideolji proqram olmalı,
bu ideoloji proqramı həyata keçricək siyasi bir təşkilat yaradılmalı, bu bu
siyasi təşkilat siyasi bir səfərbərlik elan edərək siyasi hərəkata başlamalıdır.
Bütün bunların məcmusuna ideoloji-siyasi düşüncə sistemi deyilir. Bu gun
Guney Milli Hərəkatını istiqamətləndirəcək belə bir düşüncə sistemi bizcə
hələlik məhz Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemidir.
Guney Azərbaycan Milli Hərəkatını yünləndirmək məqsədi ilə Arif
Kəskin bəy tərəfindən ortaya atılan və tərəfdarları tərəfindən dəstəklənən bir
nəzəri proje olan Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi Azərbaycanın
qurtuluşu yolunda biz kimik, niyə bu günə qalmışıq, nə etməliyik, hardan
başlamlıyıq, nəyi əsas götürməliyik, hara gedirik, əsas problemlərimiz nədir,
qurtuluşmuz haradadır və s. kimi fundamental suallara cavab axtaramağa və
bu suallara bu və ya digər dərəcədə cavab verməyi özünə hədəf seçmişdir.
Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminə görə “siyasi düşüncələr,
siyasi, sosial, iqtisadi və tarixi hadisələrin təsiri ilə tez-tez dəyişə bilər. Siyasi
düşüncələr dəyişdiyi zaman siyasi tələblər də dəyişər. Dünən əhəmiyyətli olan
bu gün əhəmiyyətini itirə bilər və ya əksinə, dünən əhəmiyyətsiz görünən bu
gün əhəmiyyətli ola bilər. Hər bir siyasi dəyişiklik siyasi tələblərə təsir edər və
onu kökündən dəyişə bilər. Çünki sistemli olmayan siyasi tələblər heç bir
nəticə verə bilməz... Heç bir dövlət də sistemsiz tələblərdən qorxmaz...
Sistemsiz tələblərlə insanlar təşkilatlana bilməzlər. Ona görə ki, sistemsiz
tələblərin təşkilat yaratmaq gücü yoxdur. Belə sistemsiz tələblər siyasi
proseslərə istiqamət verəcək və onu dəyişdirə biləcək gücə sahib deyil”. Ona
görə də xalqın ümumi tələblərini yerinə yetirə biləcək Güney Azərbaycan
Milli Hərəkatını istiqamətləndirən bir Düşüncə Sisteminə ehtiyac duyulurdu
ki, Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi də məhz bu ehtiyacdan
yaranmışdır.
Bəllidir ki, hər hansı bir düşüncə sisteminə malik olamayan bir xalq və
ya millət Milli Dövlətə sahib ola bilməz. Sahib olsa belə onu qoruyub saxlaya
bilməz. Arif Kəskin bəyin irəli sürdüyü Azərbaycan Mərkəzli Türk Düşüncə
Sistemi siyasi ədəbiyyatda göstərilməyən, lakin illərlə real həyatda özünü
təsdiqləyən İran Mərkəzli Fars Düşüncə sisteminə alternativ olmaqla bərabər,
məhz Azərbaycan Türklərini bir araya gətirə biləcək elmi-nəzəri bir sistemdir
ki, xalqımızın haralı olduğunu, kim olduğunu, nə istədiyini, nə etməli və necə
etməli suallarını cavablandırmağa çalışır.
Bu düşüncə sistemi bir nəzəri proqram olaraq həm Azərbaycan xalqının
yaşadığı tarixi fəlakətlərinin səbəbini və həm də xalqımızın qurtuluş yolunu
göstərməyə çalışır. Bu nəzəri fikrə görə, Azərbaycan Türklərinin Tarixi
fəlakətlərinin əsas səbəbi onların tarix boyu Azərbaycan Türk kimliyinin
yerinə farsların düşüncə, duyğu, hərəkat və strateji platformalarını qəbul edib,
siyasi, sosial, iqtisadi və mədəni enerjilərini farslara sərf etmələridir. Bu nəzəri
düşüncəyə görə, Azərbaycanın qurtuluşu, Azərbaycanı mərkəz qəbul edən
duyğu, hərəkat və strateji platformaya sahib olmaqdan keçir. Bunun üçün Arif
Kəskin bəyin söylədiyi kimi, ilk növbədə “Biz Azərbaycanlıyıq, İranlı deyilik”
fikri düşüncələrə hakim kəsilməli, siyasi, sosial, iqtisadi, mədəni, beynəlxalq,
geopolitik və digər sahələrdəki bütün təfəkkür və baxış sistemimizin əsas
təyinedicisi “Azərbaycan” olmalı, Azərbaycanı mərkəz qəbul edərək harmonik
bir bütünlük içərisində böyüməli, dərinləşməli və genişlənməliyik.
İran Mərkəzli Fars Düşüncə Sisteminə alternativ olaraq yaradılan
Azərbaycan Mərkəzi Türk Düşüncə Sistemi Azərbaycanı İranın bir parçası
deyil, konkret əraziyə malik bir bütün olaraq qəbul edir. Vətən adlandırdığı bu
məmləkətin - Azərbaycanın sahibi də onun qoruyucusu, uğrunda şəhid olmağı
özünə şərəf bilən Azərbaycan Türkləridir.
Bir insanın və xüsusilə, bir millətin İki Vətəni ola bilməz. Bir insanı iki
ana dünyaya gətirə bilməz. Güney Azərbaycan insanı bütün tarix boyu özünü
fars deyil, Türk olaraq qəbul edib və qondarma İranı deyil, real Azərbaycanı
özünün Vətəni sayıb. Çünki millətimiz bilib və bilir ki, vətən milləti təmsil
edən insanların üstündə yaşadığı, havasını udduğu, suyunu içdiyi, onda
doğulub, onda boya-başa çatdığı, onda əbədiyyətə qovuşduğu məkandır.
Vətən millətin və dövlətin varlıq simvoludur. Vətənsiz bir millətin və
dövlətin var olması mümkün deyil. Millətin bir yerdə yaşaması ancaq Vətən
üzərində gerçəkləşə bilər. Bu anlamda Vətən millətin bütün fərdlərini
birləşdirmə gücünə malikdir. Vətən üzərində yaşatdığı insanları birləşdirərək
onları mədəniyyətin tacı sayılan dövlət qurmağa yönəldir. Bu anlamda Vətən
millləti və dövləti doğuran Anadır.
Əsrlər boyu eyni ərazidə, bir arada yaşayan insanlar artıq o yeri Vətən
qəbul edirlər. Bu ərazinin maddi nemətlərindən yararlanaraq gündəlik
ehtiyaclarını ödəyir, bütün qabiliyyətlərini Vətənin qorunması və