Belə bir yol tutan insan əbədi lənətlənməyə məhkumdur. Hərəkatın nüvəsi nə
qədər sağlam və güclü olarsa, onun təsir gücü də bir o qədər başarılı olar.
Güney Azərbaycan Milli Hərəkatı Iran Mərkəzli fars kimliyinin
Azərbaycan Türk kimliyinə qarşı assimilasiya siyasəti yeritdiyinə görə ortaya
çıxmış və Azərbaycan Türk kimliyini qorumaq, gücləndirmək və inkişaf
etdirmək kimi missiyanı öz üzərinə götürmüşdür. Fars şovinizminə qarşı
mübarizə aparan Güney Azərbaycan Milli Hərəkatı öz nəzəri platformasını
müəyyənləşdirmiş, yeni bir mübarizə mərhələsinə daxil olmuşdur. Bu Hərəkat
1906-11-ci illər Məşrutə, 1920-ci il Xiyabani, 1944-45-ci illər Pişəvəri
Hərəkatlarını və ümumən 1890-cı ildən başlayan «Tənbəki Hərəkatından»
günümüzə qədərki hadisələri təhlil süzgəcindən keçirərək sol, sağ, islam,
liberal və s. kimi «izimləri» bir kənara qoyaraq ilk öncə Azərbaycan
Türklərinin taleyini düşünməli, Iranlılıq anlayışından birdəfəlik əl çəkməlidir.
Çünki Iran dedikdə fars, fars dedikdə Iran düşünülür ki, bu da böyük və
əzəmətli bir millətin - Azərbaycan Türklərinin iqtisadi, siyasi və mədəni
inkişafı üçün ən böyük təhlükədir. Artıq tarixi təcrübə göstərdi ki, Azərbaycan
Türkləri Iran içərisində heç bir zaman istədikləri azadlıq və inkişafı əldə edə
bilməyəcəklər. Bu baxımdan Güney Azərbaycan Milli Hərəkatının gerçək
qayəsi Güney Azərbaycanın istiqlalına aparan yolu açmaq, Güney Azərbaycan
Türklərini əbədi hürriyyət və səadətə çatdırmaq olmalıdır.
1906-1911-ci illər Məşrutə inqilabını dəstəkləyən (hətta bu yöndə
Azərbaycanlılar tərəfində vuruşaraq şəhid olan Amerikalı müəllim Huvard
Baskervilin timsalında) ABŞ, 1945-ci ildə Güney Azərbaycanda qurulan Milli
Hökuməti SSRI-yə yaxın olması ilə əlaqədar olaraq nəinki müdafiə etməmiş,
hətta onun yıxılmasında yaxından iştirak etmişdir. ABŞ Sovet ordusunun
Güney Azərbaycandan çıxarılmasına nail olmuş və hətta Iran ordusu
Amerikalı general Şhnarzkopfun komandanlığında Azərbaycana hücuma
keçmiş və Milli Hökuməti devirmişdir. Şah dövründə Iran demək olar ki,
ABŞ-ın nüfuz dairəsində olmuşdur. Lakin 1979-cu il Iran islam inqilabından
sonra ABŞ-ın Irandakı nüfuzu tamamilə sarsılmış və sonda ABŞ Iran
qarşıdurmasına gətirib çıxarmışdır. Indi artıq ABŞ ən azı Iranda rejim
dəyişikliyini həyata keçirməyə çalışmaqdadır. Bunun üçün ABŞ Iran
daxilindəki xalqların, xüsusilə, çoxluq təşkil edən Azərbaycan Türklərinin
qüvvəsindən maksimum yararlanmağa çalışacaq. Belə bir durumda Güney
Azərbaycan Türkləri nə etməli və ABŞ-dan necə yararlanmalıdır?
Ilk öncə ABŞ-ın da xüsusi önəm verdiyi və Iran daxilində hələlik demək
olar ki, alternativi olmayan, xüsusi güc mərkəzinə çevrilməkdə olan Güney
Azərbaycan Milli Hərəkatını Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminin
ideologiyası ətrafında birləşdirmək və Hərəkatın vahid mərkəzdən idarə
olunmasını təmin etmək lazımdır. Bundan sonra vahid mərkəzdən idarə
olunan Milli Hərəkat dünyanın super gücü sayılan ABŞ-la öz siyasətini
müəyyənləşdirməli, ortaya çıxa biləcək məsələlərin mahiyyətini ciddi şəkildə
analiz etməli və öz mövqeyini, yəni ABŞ-ın yanında və ya ondan kənarda
olmasını dəqiqləşdirməlidir. Güney Azərbaycan Milli Hərəkatı öz strateji
hədəfini müəyyənləşdirməli, Güney Azərbaycan Türklərinin maksimum
mənfəətlərini nəzərə alan konkret planını hazırlamalıdır. Artıq Güney
Azərbaycan Türkləri Iranı qorumaq üçün deyil, Güney Azərbaycanın
qurtuluşunu təmin etmək üçün səfərbər olmalıdır. Güney Azərbaycan Milli
Hərəkatı öz strategiya və taktikasını region və dünya siyasəti çərçivəsində
formalaşdırmalı, atacağı konkret addımları müəyyənləşdirməlidir. Iranı ilk
öncə siyasi-coğrafi bölgə kimi formalaşdırıb Azərbaycanın Güneyini və digər
bılgələri özünə qatan, sonra Fars Mərkəzli Pəhləvi xanədanı yaradaraq fars
şovinizmini dövlət siyasəti səviyyəsinə qaldıran, daha sonra Şiyəliyi bayraq
edərək yenə də Fars bürokratiyasının ideologiyası artıq tamamilə iflasa
uğramaqdadır. Fars Mərkəzli Irançılığın çöküşü ilə Iran Islam Respublikası da
çökməyə məhkumdur.
Bu gün artıq Güney Azərbaycan Milli Hərəkatı Azərbaycan Türklərini
Iranlılıq kimliyindən təcrid edərək onların Azərbaycan Türk kimliyinə sahib
çıxmaları yönündə hər tərəfli mübarizə aparmaqdadır. Milli Hərəkat bu
mübarizə nəticəsində bu və ya digər dərəcədə Azərbaycan Türklərinin öz
tarixlərinə (Doktor Zehtabinin «Iran Türklərinin tarixi» adlı ikicildlik
monumental əsəri milli tariximizi öyrənmək baxımından əvəzsiz mənbədir.
Bütün Azərbaycanlıların bu əsəri oxuması vacibdir), öz dillərinə, öz
mədəniyyətlərinə, Babək, Səfər Xan Qəhrəmani, Səttar Xan və s. kimi
qəhrəmanlarına, bir sözlə, öz milli kimliklərinə sahib çıxmalarına və bununla
da «Irançılıq» və «Iran Azərbaycanlısı» anlayışlarını özlərindən
uzaqlaşdırmış, onların Azərbaycançılıq və Azərbaycan Türkləri anlayışları ilə
əvəz edilməsinə nail olmuşdur. Indi artıq Güney Azərbaycan Türklərinin
böyük əksəriyyəti öz keçmiş tarixinə və bugününə, özünə və ətrafına bir
Azərbaycan Türkü gözı ilə baxmaqda, Azərbaycan və Azərbaycan Türk
kimliyinə sahib çıxmaq yolunda mübarizəyə qoşulmaqdadır. Fars
şovinizminin məhsulu olan «Iranlılıq» və «Irançılıq» dünya görüşünə
alternativ olaraq ortaya çıxan və öz dünya görüşünü «Azərbaycanlılıq» və
«Azərbaycançılıq» üzərində quran Güney Azərbaycan Milli Hərəkatının
qarşısını ala biləcək heç bir qüvvə yoxdur. Çünki onun hədəfi gələcək
Demokratik Azərbaycandır. Bu ali hədəfə -Müstəqil, Demokratik Güney
Azərbaycan Respublikasına qarşı çıxan bütün siyasi cərəyanlar gec və ya tez
öz məğlubiyyətlərini görəcək və ya indidən görməkdədir. Güney Azərbaycan