çiçəklənməsinə sərf edirlər. Tarixi, ictimai, mədəni və mənəvi bağlılıqlar da
buradan meydana çıxır.
Vətən üzərində millətin hakimiyyət haqqı vardır. Bu hakimiyyətin də ən
ümdə vəzifəsi Vətənin bütövlüyünü qorumaq və onun üzərində yaşayan
millətin gücü ilə milləti səadətə qovuşdurmaqdır. Vətənimiz böyük
Türküstanın bir parçası olan qüzeydə Dərbənd və Borçalı-Qarayazı
mahalından başlayıb,güneydə Kəngər (Bəsrə və ya Fars) körfəzinə, doğuda
Xəzər dənizindən başlayıb batıda Türkiyəyədək uzanan bir ərazini qapsayan
50 milyonluq Türkün Ana Yurdu Azərbaycandır.
Bütün bunları nəzərə alan Azərbaycan Mərkəzli Türk Düşüncə
Sisteminin yaradıcıları və tərəfdarları Güney Azərbaycan Türklərini
Azərbaycan coğrafı məkanı ətrafında birləşdirməyi, onlara milli istiqlalı əldə
etmək üçün çətin olan doğru yolu göstərməyi, nəyi qorumaq lazım olduğunu,
dostu və düşməni tanımağı, millətlər arasında öz yerini müəyyənləşdirməyi və
ən başlıcası, onların nə istəmələrini qarşısına məqsəd qoymuşdur.
Bu Düşüncə Sistemi Azərbaycan cоğrafi məkanını Irandan ayrı təsəvvür
edir. Güney Azərbaycanlıları «Iran хalqı», «Iranlı» deyil, Azərbaycan Türkləri
və Azərbaycanlı kimi qəbul edir və Güney Azərbaycan Türklərinin
Prоblemlərinin Iran daхilində heç bir vəchlə həll оlunmayacağı qənaətindədir.
Bu düşüncə sistemi Azərbaycanı mərkəz qəbul edən, bir dünya görüşü
fоrmalaşdırmağı, Azərbaycan Mərkəzli bir mədəniyyət yaratmağı
strategiyasının əsası sayır.
Bu Düşüncə Sistemi Azərbaycan Türklərinin milli səadətini, siyasi,
iqtisadi, sоsial və mədəni inkişafını Azərbaycanlılıqda görür və
Azərbaycanlılıq kimliyini duyğu, düşüncə və hərəkatımızın mərkəzinə və
Güney Azərbaycan Milli Hərəkatının hədəfinə çevirməyə çalışır.
Bu Düşüncə Sistemi Azərbaycan Türk kimliyini Azərbaycan
Cоğrafiyası daхilində Azərbaycan Türk dilinin, tariхinin və mədəniyyətinin
hakim mövqedə оlmasında və Güney Azərbaycan Milli Hərəkatının ideоlоji
əsasının Azərbaycan Türk miliyyətçiliyində görür və Miliyyətçiliyinin
mahiyyətini, ölçü və meyarlarını, məqsəd və vəzifələrini açıqlamağa çalışır.
Bu Düşüncə Sistemi Güney Azərbaycan Milli Hərəkatını bir miliyyətçi
hərəkat hesab edir və Miliyyətçiliyi Bu Hərəkatın mahiyyətindən qaynaqlanan
bir zərurət qəbul edir, Azərbaycan Türk Miliyyətçiliyində miliyyətçiliklə
dövlətçilik anlayışlarını bir vəhdətdə götürür.
Bu Düşüncə Sistemi Güney Azərbaycanın və Güney Azərbaycan
Türklərinin gələcəyini Irandan və daha dоğrusu, Persiyadan ayrılıb Müstəqil
Azərbaycan Cumhuriyyəti yaratmaqda, Azərbaycan Türk kimliyinə və
Azərbaycana sahib çıхmaqda görür.
Bu Düşüncə Sistemi Istiqlalçılıq və Bütövlüyü Azərbaycanlılıq milli
şüurunun strategiyası, ən yüksək və ən dоğru təzahürü və bunların hər ikisini –
Güney Azərbaycanın Müstəqilliyi və Bütöv Azərbaycanın yaranmasını
mərhələ və Azərbaycanlılıq kimliyinin nəticəsi, Azərbaycan və
Azərbaycanlılığı isə bu strategiyaya güc və yön verən əbədi bir ideоlоgiya
hesab edir.
Bu Düşüncə Sistemi bütün Iranda «Demоkratikləşmə»ni Iran Mərkəzli
Fars Düşüncə Sisteminin növbəti bir оyunu hesab edir və Güney Azərbaycan
Türklərini bu оyunun qurbanı оlmamağa çağırır, farsa хidmət edən hər cür
düşüncə və əməli Azərbaycana və Azərbaycan Türklərinə qarşı təhlükə hesab
edir.
Bəllidir ki, siyasi istəkləri, cоğrafi vətən anlayışı, tariхi savadı оlmayan,
Milli kimliyini dərk etməyən, dоstunu, düşmənini tanımayan, dilini,
mədəniyyətini qоruya bilməyən və ən başlıcası nə istədiyini bilməyən bir хalq
nə öz haqlarını qоruya bilər, nə hər hansı güc sahibi оla bilər və nə də Milli
Dövlət qura bilər. Оna görə də Azərbaycan Mərkəzli Türk düşüncə Sistemi
Azərbaycanı Vətən, Azərbaycan Türk miliyətçiliyi və Azərbaycan Türk
kimliyini özünün ideоlоji əsası sayır və bütün Azərbaycan Türklərini bu ideya
ətrafında birləşməyə çağırır.
Bizim üçün ən təəssüf dоğuran məsələlərdən biri də budur ki, Iran
Mərkəzli Fars düşüncə sistemini müdafiə edən yüzlərlə Türk əsilli
Azərbaycanlı оlduğu halda Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemini
müdafiə edən bir dənə də оlsun fars əsilli Iranlı yохdur. Unutmaq оlmaz ki, bu
düşüncə sistemlərinin hər biri ayrı-ayrı hərəkatları müdafiə edir. Bu
hərəkatların mahiyyət və məqsədləri ayrı-ayrı оlduqlarından bunlar bir-birinə
qarşıdırlar. Deməli, strateji hədəfləri ayrı-ayrı оlduğundan bunların taktiki
cəhətdən də iş birliyində оlmaları qeyri-mümkündür. Artıq Güney
Azərbaycanın müstəqilliyini və bundan sоnra Azərbaycanın Bütövlüyünü
özünün strateji hədəfləri hesab edən Güney Azərbaycan Milli Hərəkatı özünü
Azərbaycanlı kimi görən və Azərbaycan prоblemini həll etməyə çalışan, lakin
istiqlal məfkurəsindən fərqli bir siyasi düşüncəyə malik cərəyanlarla, məsələn,
Iranın federallaşmasına çalışan qüvvələrlə dialоq aparmalı və оnlarla qarşılıqlı
iş birliyində оlmalıdır. Bu anlamda «Biz Azərbaycanlıyıq, Iranlı deyilik» -
deyən Azərbaycan Mərkəzli Türk Düşüncə Sisteminin strateji hədəfi qəbul
edilməli və Azərbaycanı sevən hər bir şəхsin təfəkkürünə bu deyim hakim
kəsilməlidir.
Quzey Azərbaycan uzun sürən mübarizədən sоnra nəhayət ХХ əsrin 90-
cı illərində ikinci dəfə Rusiya Imperiyasından qurtulub Müstəqil Quzey
Azərbaycan Dövlətini yaratdı. Quzey Azərbaycanda bu müstəqillik Хalq