Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   26   27   28   29   30   31   32   33   ...   133

 
61 
insanların hökuməti Roma senzorları kimi vətəndaĢı özbaĢına senzuraya məruz qoyarsa, bütün millət 
hakimiyyətin qərarını təsdiq etməməklə bu qaydalara qarĢı etiraz edərdi.      
 
Müasir dövrdə senzuranın bərpaedilməsi haqqında dediklərimin hamısı ictimai təsisatların bir çox digər 
aspektlərinə da aiddir.  Burada antik dövrlə müqayisə daha tez-tez və daha böyük həvəslə aparılır.  Məsələn, 
təhsil; yeni nəslin idarə olunması ixtiyarının hökumətə verilməsinin (hökumət də onu kefi istəyən kimi 
formalaĢdırsın) zəruriliyi haqqında nələr eĢitmirik!  Və bu nəzəriyyəni müdafiə etmək üçün nə qədər gözəl  
iqtibaslar gətirilmiĢdir! Farslar, misirlilər, qallar, Yunanıstan və Ġtaliya bir-birinin ardınca qarĢımızda dayanırdı.  
Lakin, cənablar, biz despotun idarə etdiyi fars, kahinlərə tabe olan misirli, druidlərin(2) qurban gətirdikləri qall, 
nəhayət, dövlətin idarə edilməsində iĢtirakı ilə Ģəxsi köləliyinə görə təsəlli tapan yunan, yaxud romalı deyilik.  
Biz öz hüquqlarından  istifadə etmək istəyən müasir insanlarıq.  Bu hüquqlardan hər biri baĢqa adamlara zərər 
yetirmədən öz imkanlarımızı daha yaxĢı inkiĢaf etdirmək, təbiətən  bağlı olduğumuz  uĢaqların qabiliyyətinin 
təkmilləĢdirilməsi üçün zəruridir, çünki maarif həyat deməkdir.  Biz elə hökumət istəyirik ki, bizə yalnız ən 
ümumi təlimatlar  versin, hansı yolla gediləcəyini deyil, yalnız ümumi marĢrutu qəbul edən yolçular kimi 
baxsın.   
 
Dini də keçmiĢ əsrlərin nümunəsi əsasında qurmağa çalıĢırlar.  (Dini) yekdillik doktrinasının bəzi müdafiəçiləri 
yad allahlara qarĢı qədimlərin qanunlarından iqtibaslar gətirir və katolik kilsə hüququnu müdafiə edirlər.  Onlar 
politeizmə zərbə vurduğuna görə Sokratı öldürmüĢ afinalıları və ataların dininə sədaqəti tələb edən və ilk xristi-
anları Ģirlərə yem edən Avqustu nümunə göstərirlər.  
 
Ġcazə verin, cənablar, qədimlik qarĢısında bu məftunluğa inanmayım.  Müasir dövrdə yaĢayırıqsa, mən müasir 
dövrə uyğun azadlıq istəyirəm; indi ki, monarxiya Ģəraitində yaĢayırıq, mən bu monarxiyadan acizanə xahiĢ 
edirəm, bizə zülm etmək üçün antik respublikaların vasitələrini rəva görməsin.  
 
ġəxsi azadlıq, təkrar edirəm, bizim günlərin əsl azadlığıdır.  Siyasi azadlıq onun təminatıdır, deməli, siyasi 
azadlıq zəruridir.  Lakin müasirlərimizdən qədimdə olduğu kimi siyasi azadlıq naminə bütün Ģəxsi azadlıqlarını 
qurban verməyi xahiĢ etmək onları Ģəxsi azadlıqlardan dərhal məhrum etmək deməkdir; nəticə əldə olunduqdan 
sonra isə onları siyasi azadlıqdan da məhrum etmək çox asan olacaqdır...  
 
 
 
 
 
 
___________________________________________ 
1 Sürgünetmə — red. 
2 Qədim keltlərdə kahin — red.
 
 
 
 
 
 
 
18.  KOMMUNĠZM KABUSU 
Karl Marks və Fridrix Engels 
 
 
 
Bütün ömrünü kommunist rejimi Ģəraitində yaĢamıĢ nəsil kommunist hərəkatının baniləri Karl Marks (1818–
1883) və Fridrix Engelsin (1820–1895) əsərləri ilə yaxĢı tanıĢdır.  Balacalardan tutmuĢ böyüklərə qədər hamı bu 
müəlliflərin yazdıqlarını az qala əzbər öyrənməyə məcbur idi.  Marksist doktrinasına zidd olan hər Ģey (istər 
ictimai elmlər sahəsində, istərsə də hətta fizika, riyaziyyat və biologiya sahəsində olsun) ya qadağan edilmiĢdi, ya 
da amansızcasına tənqid olunurdu.  
 
80-ci illərin sonlarında dünya kommunist sistemi dağıldıqdan sonra postkommunist ölkələrində marksizm 
klassiklərinin baxıĢları ya büsbütün unuduldu, ya da istehza və gülüĢ hədəfinə çevrildi.  Bütün bunlara 
baxmayaraq, indiki gənc nəsil üçün ―Kommunist Partiyasının manifesti‖ ilə — 150 il ərzində dünyanın 
mənzərəsini əsaslı Ģəkildə dəyiĢmiĢ, bəĢəriyyətin böyük bir hissəsinin düĢüncəsinə, təfəkkürünə nüfuz etmiĢ bir 
sənədlə tanıĢlıq maraqlı və faydalı olardı.  


 
62 
 
Marks tarixin hərəkətverici qüvvəsi kimi istismar olunan və istismar edən siniflərin mübarizəsini sayırdı.  Birgə 
əməyin nəticəsində əldə edilən gəlirin sahibkar və iĢçi arasında bazarda təyin edilmiĢ qiymətlərə uyğun Ģəkildə 
bölündüyünü iddia edən liberal iqtisadçılardan fərqli olaraq Marks belə hesab edirdi ki, sahibkar həmiĢə əlavə 
olaraq gəlirin qanuna görə ona məxsus olmayan hissəsini də mənimsəyir.   
 
O göstərirdi ki, bu cür soyğunçuluq nəticəsində kapitalistlər getdikcə daha da varlanacaq, proletariat isə tədricən 
daha da yoxsullaĢıb dilənçi kökünə düĢəcəkdir.  Bu acınacaqlı həyatdan əvvəl-axır cana doyan bütün ölkələrin 
proletarları birləĢəcək, inqilab edəcək, kapitalistləri bir sinif kimi aradan qaldıracaq və yeni cəmiyyət — hamının 
bərabərlik və xoĢbəxtliyini təmin edən kommunizm cəmiyyəti quracaqdır.  Bu cəmiyyətdə heç bir ziddiyyət 
olmayacaq, hər kəs vicdanla, pulsuz zəhmət çəkəcək və nemətlərdən öz tələbatına görə istifadə edəcəkdir.   
 
Marksın fikrincə, kommunizm cəmiyyətində insan hüquqları problemi öz mənasını büsbütün itirməli idi.  Belə ki, 
Russonun da iddia etdiyi kimi, kommunist dövlətində ya hər bir fərd ümumi məqsəd naminə öz hüquqlarını 
qurban verməlidir, ya da onu zorla azad və xoĢbəxt etməli olacaqlar.  
 
Lakin tezliklə gerçək həyat Marksın iddialarını təkzib etdi.  Artıq XIX əsrin sonlarında Avropa ölkələri əhalisinin 
müxtəlif qruplarının gəliri haqqındakı statistik məlumatlar göstərdi ki, kapitalistlərlə muzdlu fəhlələrin gəliri 
arasındakı fərq heç də artmır, əksinə, əhəmiyyətli dərəcədə azalır.  Avropa ölkələrində çoxsaylı və nüfuzlu orta 
təbəqə yaranmağa baĢlasa da, bu faktlar marksistləri öz fikirlərindən döndərə bilmədi.  
 
Marks nəzəriyyəsi Vladimir Lenin tərəfindən geniĢləndirildi və Oktyabr Sosialist inqilabından (1917) sonra 
Rusiyada tətbiq edildi.  Bütün Ģəxsi mülkiyyət dövlətin əlinə keçdi; çar güllələndi, zadəganlar, burjuaziya və 
ruhanilər repressiya edildi, ölkədə Kommunist Partiyasının diktaturası quruldu.  Bu eksperiment nəticəsində artıq 
1922-ci ildə ölkə iqtisadiyyatı tamamilə dağıdıldı və çıxıĢ yolu axtaran Lenin bazar iqtisadiyyatına qayıtmaq 
barədə fərman verməli oldu.  
 
Leninin ölümündən sonra (1924) hakimiyyətə gəlmiĢ Stalin tez bir zamanda daha ardıcıl marksist olduğunu sübut 
etdi.  O, bazar münasibətlərini heçə endirdi, ölkədə dövlət tərəfindən planlaĢdırılan və idarə olunan sərt ―sosialist 
iqtisadiyyatı‖nı tətbiq etməyə baĢladı.  Stalinin qurduğu modeldə iĢçini iĢləməyə qorxu məcbur edirdi — iĢə 
çıxmayan adamı həbs cəzası gözləyirdi.  Bütün ölkə icbari əməkli böyük həbs düĢərgəsinə çevrildi.  Və sistem, 
nəhayət, iĢə düĢdü.  ―Siyasi və iqtisadi sabotaja qarĢı‖ kütləvi Stalin terrorunun gediĢində ölkədə təxminən 20 
milyondan çox vətəndaĢ məhv edildi.  Stalin əhalinin bir hissəsini ―ali məqsəd‖ naminə qurban verərək, SSRĠ-ni 
sənaye dövlətinə çevirdi.  
 
SSRĠ-nin Ġkinci dünya müharibəsində (1939–1945) qələbəsindən sonra kommunist rejimi ġərqi Almaniyadan 
baĢlayaraq Çinə qədər yayıldı.  Ġlk baxıĢda elə görünə bilərdi ki, kommunizmin ―cahanĢümul qələbəsi‖nə lap az 
qalıb.  Lakin Stalinin ölümündən sonra (1953) sovet kommunistləri ölkənin idarə olunması üzrə repressiya 
tədbirlərindən imtina etdilər.  Nizam-intizam aĢağı düĢür, korrupsiya durmadan artırdı, ən baĢlıcası isə mərkəz-
ləĢdirilmiĢ iqtisadiyyat demokratik ölkələrin bazar iqtisadiyyatı ilə rəqabətə daha dözə bilmirdi.  80-ci illərin 
sonlarında ġərqi Avropa ölkələri gərgin mübarizədən sonra SSRĠ-nin təsiri altından çıxıb çoxpartiyalı 
demokratiyaya və bazar iqtisadiyyatına tərəfdar olduqlarını elan etdilər.  26 dekabr 1991-ci ildə SSRĠ dağıldı.  
19-cu yüzilliyin ortalarında Avropada gəzən Marksın ―kommunizm kabusu‖ elə kabus olaraq da qaldı...  
 
 
 
 
KARL MARKS VƏ FRĠDRĠX ENGELS 
Kommunist Partiyasının manifesti (1847) 
 
 
Kommunizmin fərqləndirici cəhəti ümumiyyətlə mülkiyyəti ləğv 
etmək deyil, burjua mülkiyyətini ləğv etməkdir.  
 
 
Avropada bir kabus dolaĢmaqdadır — kommunizm kabusu.  Köhnə Avropanın bütün qüvvələri: papa və çar, 
Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarĢı müqəddəs bir təqib üçün birləĢmiĢlər...  
 
Artıq bütün Avropa qüvvələri kommunizmi bir qüvvə hesab edir.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə