Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə28/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

QURAN ELMLƏRİ
107
2. Zümər surəsinin 23-cü 
 َ ِناَثَّام اًا ِبا َشَتُّم  ًاباَتِك  ِثيِدَحْلا  َن َسْحأَ� َلَّازَن  ُ َّاللا
Allah  sözün  ən  gözəlini  (Quranı)  ayələri  bir-birinə  bənzəyən, 
hökmləri qarşılıqlı (cəza – mükafat) olan kitab şəklində nazil etmişdir.... 
ayəsinə görə isə Quran tamamilə mütəşabehdir.
3. Ali İmran surəsinin 7-ci 
ُوُه  ِباَتِكْلا ُّمأُ� َّانُه  ٌتاَ َكْحُّم  ٌت َيآ� ُهْنِم  َباَتِكْلا  َكْيَلَع َلَزنأَ�  َيِ َّالا  ٌتاَ ِبا َشَتُم رَخأُ�َو
 “Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı (möhkəm) ayələr 
vardır  ki,  onlar  Kitabın  əsasıdır.  Başqa  ayələr  isə  oxşar  mənalıdır 
(mütəşabehdir)...”  ayəsinə  görə  isə  Quran  ayələrinin  bir  qismi 
möhkəm, digər bir qismi isə mütəşabehdir.
İlk  baxışda  burada  bir  ziddiyətin  olduğu  qənaətinə  vararıq. 
Ancaq diqqətlə incələdikdə görərik ki, Hud surəsindəki “möhkəm” 
sözü pozulmaqdan uzaq, sağlam və sonsuz hikmətləri ehtiva etmək 
mənasını daşıyır.
Quranın  başdan  sona  qədər  mütəşabeh  olduğunu  göstərən 
Zümər  surəsinin  -23cü  ayəsi  də  ayələrin  bəlağət,  fəsahət  və  ecaz 
yönləri ilə bir-birinə bənzədikləri mənasındadır. Ali İmran surəsinin 
-7ci ayəsinə gəlincə, bu ayə termin mənasında Quranın bir hissəsinin 
möhkəm, bir hissəsinin də mütəşabeh olduğunu ifadə edir. 
1. Mütəşabehin növləri
Şatıbi (vəfatı-790/1388) mütəşabehləri iki qismə ayırır: mütləq 
mütəşabehlər və izafi mütəşabehlər.
a. Mütləq mütəşabehlər
Bu  mütəşabehlərin  mahiyyətini  yalnız Allah-təala  bilir.  Bəşər 
ağlı bunu idrak etməkdən acizdir. Bu mütəşabehlərin başında “hü-


TƏFSİR ÜSULU VƏ TARİXİ
108
rufu müqəttəə” gəlir. Bundan başqa Allahın sifətləri, axirət xəbərləri, 
ruh”, “sur”, “dabbətül-ərz”, “ərş”, “kürsi”, “lövhi –məhfuz” və s. kimi 
ifadələr də mütəşabehlərin bu növünə daxildir.
1. Ruh
(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında 
soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmış-
dır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”
122
 ayəsində 
keçən ruhun mahiyyəti haqqında məlumatımız olmadığı kimi, bu-
rada ruhdan qəsd olunan mənanın Quranmı, Cəbrailmi, Quranın 
vəhy olunuş şəklimi, yoxsa bədənlərə həyat verən ruhmu olduğu-
nu də bilmirik.
2. Sur
Quranın  on  ayəsində  “sur”  kəlməsi  keçir.  Sur  kəlməsinin  də 
mahiyyəti bilinmir. Müfəssirlər, surun ceyran və ya başqa heyvan-
ların buynuzlarından hazırlanan və güclü səs çıxaran boru olduğu-
nu söyləmişlər.
Qurani-kərim  nə  surun  mahiyyəti  haqqında,  nə  də  surun  ilk 
dəfə nə zaman çalınacağı və surun hər dəfə çalınması müddətinin 
nə qədər olacağı barədə məlumat vermir. Bu barədə gələn rəvayətlər 
israili rəvayətlərdir. Ona görə də sur mütləq mütəşabehlərdən he-
sab olunur.
3. Dəbbətul-ərz
Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman on-
lar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayı-
ran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsan-
lar  ayələrimizə  inanmırdılar!”  –  deyər  ayəsində
123
  qiyamətdən  öncə 
122  İsra, 17/85
123  Nəml, 27/82


QURAN ELMLƏRİ
109
yerdən bir heyvanın çıxarılacağı bildirilir. “Dəbbətul-ərz” adlı bu 
heyvanın  necə  bir  heyvan  olduğu,  böyüklüyü,  harda,  nə  zaman, 
necə  ortaya  çıxarılacağı  barədə  müxtəlif  görüşlər  vardır.  Lakin 
bu barədə söylənənlərin heç birisi Nəml surəsinin 82-ci ayəsində 
yoxdur. Hədislərdə də bu heyvan haqqında müxtəlif rəvayətlər ke-
çir. Buna görə də bu kəlmə də mütaşabeh kəlmə hesab olunur.
b. İzafi mütəşabehlər
Bunlar  alimlərin  izah  etməyə,  təvil  etməyə  səy  göstərdikləri 
mütəşabehlər olub öz içərisində iki yerə ayrılır: Ləfzi mütəşabehlər 
və mənəvi mütəşabehlər.
Ləfzi mütəşabehlər də qərib və müştərk sözlər olmaq üzrə iki 
qismə  ayrılır.  Əbəsə  surəsinin  31-ci  ayəsindəki  “əbbən”  kəlməsi 
qərib sözlərə misal verilə bilər. Müştərək sözlərə gəlincə Quranda 
bəzi sözlər vardır ki, bunlar birdən çox mənaya gəlir. Buna misal 
olaraq Saffat surəsindəki “yəmin” sözünü verə bilərik. Bu söz “sağ 
əl”, “qüvvət” və “and” kimi müxtəlif mənalarda işlədilir.
Mənəvi  mütəşabehlər  ayələrin  mənalarında  olur.  Bu  ayələrin 
mənaları açıq olmadığı üçün bunlar bir çox mənaya gələ bilər. Al-
lahın varlığına və qüdrətinə işarə edən ayələrlə kainat haqqındakı 
bəzi həqiqətləri dilə gətirən ayələr mənəvi mütəşabihlərə daxildir.
Aşağıdakı:
Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi 
qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz 
sədd qoyan Odur!
124
 
(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuş-
maq üçün açıb buraxdı).Amma onların arasında maneə vardır, bir-birinə 
qatışmazlar  (özləri  üçün  müəyyən  edilmiş  həddi  aşmazlar)
125
  ayələri 
124  Furqan, 25/53
125  Rəhman, 55/19-20


TƏFSİR ÜSULU VƏ TARİXİ
110
mənəvi mütəşabehə misal göstərilə bilər. Bu ayələrdə keçən və şirin 
su ilə acı suyun qarışmasına mane olan səddi Təbəri, Razi, İbn Kəsir 
və Əlmalılı Həmdi Yazır iki dəniz arasındakı “quru” və ya “Allahın 
öz qüdrətindən yaratdığı sədd” şəklində izah etmişlər. Halbuki son 
elmi araşdırmalar bu iki su kütləsinin bir-birinə qarışmasına mane 
olan şey, iki dəniz arasındakı “su əngəli”dir. Bunu ilk dəfə fransız 
dənizçisi Kapitan Kusto Cəbəllütariq boğazında kəşf etmişdir. 
Zariyat  surəsinin  47-ci  ayəsində  Allah-təala  belə  buyurur:    
 
َنوُع ِسوُمَل   َّان
إِ
اَو  ٍدْيأَ�ِب  اَهاَنْيَنَب  ءاَم َّاسلاَو
  “Biz  səmanı  qüdrətimizlə  qurduq.  Biz  onu 
genişləndiririk”.
Əvvəlki  əsrlərdə  yaşamış  müfəssirlər  bu  ayədəki  “musiun” 
kəlməsini  Allahın  qüdrətinin  və  məxluqata  verdiyi  ruzinin 
genişlədilməsi  kimi  izah  etdikləri  halda  günümüz  alimləri  eyni 
ayənin kainatın genişləməsi teoriyasına işarə etdiyini söyləyirlər.
2. Mütəşabeh ayələrin Quranda yer almasının hikmətləri
Mütəşabeh  ayələrin  Quranda  yer  almasının  hikmətlərini  belə 
sıralamaq olar:
a. Bunlar insanlar üçün bir imtahan vasitəsidir. Çünki bu ayələr 
insanın qeybə olan imanının ölçüsünü göstərər. 
b. İnsan nə qədər bilgili və qabiliyyətli olsa da bu ayələr ona 
onun acizliyini və cəhalətini göstərir, Allahın qüdrətini dərk etdirir.
c. Mütəşabeh ayələr sayəsində Quranı əzbərləmək və mühafizə 
etmək asanlaşmışdır. Belə ki, əgər bu ayələrdəki mənalar geniş bir 
şəkildə ələ alınsaydı o zaman Quran bir çox cilddən ibarət olardı və 
onu əzbərləmək çox çətinləşərdi.
d. Bu ayələr insanın zehni inkişafını artırır və onu düşünməyə 
sövq edir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə