TƏFSİR ÜSULU VƏ TARİXİ
104
b. Nəsxlə əlaqədar nəsslərin şəri bir hökm daşıması və mənsux
nəssin əbədi olduğuna dair hər hansı bir ifadənin olmaması lazım-
dır.
c. Nasixlə mənsux arasında zaman baxımından fərq olmalıdır.
Yəni mənsux ayə nasix ayədən əvvəlcə nazil olmalıdır. Əks halda
nəsx olmaz.
d. Nəsxə aid olan hökm yaxşılıq və ya pislikdən bəhs edən
hökm olmamalıdır. Məsələn, ana-ataya yaxşılıq etmək, zülm və
əxlaqsızlıq kimi hökmlərdə nəsx qeyri-mümkündür.
e. Nasixin ən azından mənsux səviyyəsində və ya ondan daha
üstün olması vacibdir.
5. Nəsxin növləri
Müfəssirlər Quranda üç növ nəsxin olduğunu söyləmişdirlər:
a. Hökm qalır, amma mətn nəsx edilir. “
Rəcm” ayəsi kimi.
Hədis kitablarında bu ayə belə keçir: “
Evli kişi ilə evli bir qadın zina
edərsə, Allahdan bir cəza olaraq onları mütləq rəcm edin. Allah əzizdir,
hikmət sahibidir”. Səhihi Buxaridə keçən bir rəvayətə görə Hz. Ömər
belə bir ayənin əvvəllər var olduğunu, sonra isə mətninin nəsx olu-
dunğunu söyləyir. Lakin hədis tənqidçilərinin bir çoxu bu hədisin
səhihliyini qəbul etməmişlər. Bundan başqa bu rəvayət Quranın
ümumi prinsiplərinə uyğun gəlmir. Çünki məntiqlə düşünsək, ya-
zılı olmayan bir ayənin hökmünün mühafizə edildiyini qəbul etmək
mümkün deyildir. Əgər bu ayə bir hökm gətirmişsə nə üçün onun
mətni Quranda yazılmamışdır? Bir mətnin Qurandan olduğunu
qəbul etmək üçün onun mütəvatir olaraq gəlməsi lazımdır. Rəcm
ayəsi isə belə bir xüsusiyyət daşımır.
b. Mətnin həm oxunuşu, həm də hökmü nəsx edilir. Yəni vəhy
edilməsinə baxmayaraq həm hökmü, həm də mətni nəsx edildiyi
QURAN ELMLƏRİ
105
üçün Qurana yazılmayan ayələr. Buna misal olaraq Hz. Aişədən
nəql olunan “
Bilinən on əmizdirmə haramlıq yaradır” ayəsi haqqındakı
rəvayətdir. O, bu barədə belə demişdir: “
Bilinən on əmizdirmə haram-
lıq yaradır” ayəsi Quranda var idi. Ancaq daha sonra “bilinən beş
əmmək” ayəsi ilə nəsx edildi. Hz. Peyğəmbər vəfat edərkən onlar
Quran ayələri kimi oxunurdular”.
119
c. Mətn qalır, hökm isə nəsx edilir. Buna misal olaraq Ənfal
surəsinin 65 və 66-cı ayələrini verə bilərik.
ُكنِّم نُكَي ن
إِ
اَو ِ ْينَتَئِم ْاوُبِلْغَي َنو ُرِبا َص َنوُ ْشِع ْ ُكنِّم نُكَي نإِا ِلاَتِقْلا َلَع َينِنِمْؤُمْلا ِضِّرَح ُّ ِبَّانلا اَُّيأَ� َي
َنوُهَقْفَي َّال ٌمْوَق ْمَُّانأَ�ِب ْاو ُرَفَك َنيِ َّالا َنِّم اًافْلأَ� ْاوُبِلْغَي ٌةَئِّم
“ Ey Peyğəmbər! Möminləri döyüşə qaldır. Əgər sizin aranızda iyirmi
nəfər səbirli adam olsa, iki yüz ( kafirə) qalib gələr, əgər aranızda yüz nəfər
olsa kafirlərdən mininə üstün gələr, çünki onlar anlamaz camaatdır”
120
ِ ْينَتَئِم ْاوُبِلْغَي ٌةَرِبا َص ٌةَئِّم ُكنِّم نُكَي نإِاَف اًافْعَض ْ ُكيِف َّانأَ� َِلَعَو ْ ُكنَع ُّللا َفَّافَخ َنآلا
َنيِرِبا َّاصلا َعَم ُ ّللاَو ِ ّللا ِنْذ
إِ
ِب ِ ْينَفْلأَ� ْاوُبِلْغَي ٌفْلأَ� ْ ُكنِّم نُكَي ن
إِ
اَو
“İndi isə Allah (vəziyyəti) sizin üçün yüngülləşdirmişdir. O bilir ki,
sizdə zəiflik vardır. Əgər içərinizdə yüz səbirli adam olsa, onlar iki yüz
adama qalib gələrlər. Əgər sizdən min nəfər olsa, Allahın izni ilə iki min
nəfərə qalib gələr. Axı Allah səbr edənlərlədir.”
121
İlk ayədə “
iyirmi”və “
yüz” kimi veilən rəqəmlər, ikinci ayədə
“
yüz” və “
min” kimi verilmişdir. Alimlər də burdan yola çıxaraq
ikinci ayənin birinci ayəni nəsx etdiyi nəticəsinə gəlmişlər. Ancaq
nəsxi qəbul etməyənlər müsəlmanların əsri-səadəttən sonra say
baxımından çoxaldıqlarını, keyfiyyət baxımından isə azaldığını,
119 Müslim, Rəda, 24.
120 Ənfal, 8/65
121 Ənfal, 8/ 66
TƏFSİR ÜSULU VƏ TARİXİ
106
buna görə də müsəlmanların güclü olduqları zaman birinci ayə ilə,
bu gücə sahib olmadıqları zaman isə ikinci ayə ilə əməl etmələrinin
lazım olduğunu söyləmişdirlər.
Nəsxin bu növünə Bəqərə surəsinin 234 və 240-cı ayələri də
misal göstərilir. Belə ki, 240-cı ayədə qadınların iddət müddəti bir il,
234-cü ayədə isə dörd ay on gün olaraq göstərilir və 234-cü ayənin
240-cı ayəni nəsx etdiyi bildirilir. Lakin nəsxi qəbul etməyənlər 240-
cı ayədəki bir il müddəti, qadının istəyinə bağlı olaraq ərinin evində
qala biləcəyi müddət, digər ayədəkinin isə qalma məcburiyyətində
olduğu müddət kimi açıqlamışlar.
Nəsx mövzusunda bir çox əsər qələmə alınmışdır ki, Əbu
Übeyd əl-Qasım İbn Səllamın (vəfatı-224/838) “
ən-Nasix və-l mən-
sux”, Məkki İbn Əbu Talibin (vəfatı-437/1045) “
əl-Ecaz fi nasixil-Qu-
ran və mənsuxuhi” və Mustafa Zeydin “
ən-Nəsx fi Quranil- kərim”
adlı əsərləri bunlardan bəziləridir.
C. Möhkəm və mütəşabeh ayələr
“
Mütəşabeh”, lüğətdə iki şeyin bir-birinə bənzəməsi mənasına
gələn “
təşabüh” məsdərindən törəmiş ismi-faildir. Məfhum olaraq
da “
nəyin qəsd olunduğu bilinməyən, izaha, təvilə ehtiyacı olan ayələr”
deyə tərif edə bilərik. Ayələrin möhkəm və mütəşabehliyi mövzu-
sunda Quranda bu ayələr keçir:
1. Hud surəsini 1-ci ayəsində belə buyurulur:
ٍيِبَخ ٍيمِكَح ْن َُّال نِم ْتَل ِّصُف َّا ُث ُهُت َيآ� ْتَ ِكْحأُ� ٌباَتِك رَلا
“
Əlif, ləm, ra (bu) elə bir kitabdır ki, ayələri hikmət sahibi və hər
şeydən xəbəri olan (Allah) tərəfindən möhkəm təsbit edilmiş, sonra isə
müfəssəl aydınlaşdırılmışdır”. Bu ayəyə görə Quran başdan sona
qədər möhkəm ayələrdən ibarətdir.